Məhkəmə qərarları › İş №2(102)-720/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-720/2025

15.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-720/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı4 və qeyrilərinin Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X8 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı4 və qeyrilərinin Cavabdeh2 qarşı bağışlama müqaviləsinin və hüquqi nəticəsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-1147/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2004-cü ildə JN-1395A saylı şəhadətnamə əsasında iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6, Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızı, X4 və digər ailə üzvləri də daxil olmaqla 20 nəfərin birgə mülkiyyətinə Mingəçevir şəhərində 0,25 ha torpaq sahəsi verilmişdir. 2. 2014-cü ildə qeyd olunan torpaq sahəsinin 0,19 ha hissəsində yerləşən ümumi sahəsi 50,53 kv.metr olan fərdi yaşayış evi üzərində X3 tam mülkiyyət hüququ, torpaq sahəsi üzərində isə X3, iş üzrə iddiaçıların və digər ailə üzvlərinin hər birinin payları 0,0125 ha olmaqla (yalnız Cavabdeh1 0,0025 ha) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestri ndə qeydə alınmışdır.

3. X3 iddiası təmin edilərək X14 Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli 2-1(84)1150/2014 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, JN-1395A saylı şəhadətnamə qismən –iddiaçılar və digər 19 nəfərə münasibətdə ləğv edilməsi qərara alınmışdır.

4. Bundan sonra xx.xx.2015-ci il tarixdə Yusif Məmmədov 0.19 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 50.53 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmişdir. 5. 11.03.2015-ci ildə Yusif Məmmədov həmin torpaq sahəsindən Cavabdeh1 və Xəyal Məmmədova müvafiq olaraq 0.05 və 0.03 ha hissələri bağışlamışdır. 6. xx.xx.2015-ci il tarixdə Yusif Məmmədov 0.08 ha torpaq sahəsini oğlu Cavabdeh2 bağışlamışdır.

7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(107)-49/2022 nömrəli qərarı ilə, birinci instansiya məhkəməsinin qərarından verilən apellyasiya şikayəti təmin edilmiş, həmin qərar İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6, Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızına münasibətdə ləğv edilərək, iddia tələbinin onlara münasibətdə rədd edilməsi barədə yeni qərar qəbul edilmişdir.

8. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-477/2023 nömrəli qərarı ilə, iddiaçının hüquqi varisi Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul olunmuş, iddia tələbi İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6, Hüseynova (Abdullaye va) Qumral Abdurəhman qızına münasibətdə mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar iddia ərizəsi, sonradan bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, yekunda, X5 ilə Cavabdeh2 arasında bağlanmış Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanda yerləşən 0,08 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinin (bundan sonra – bağışlama müqaviləsi) etibarsız sayılması və sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İddia tələbi belə əsaslandırılmışdır ki, onların mülkiyyətində olmuş 0,75 ha torpaq sahəsi mübahisələndirilən müqavilə əsasında əsassız olaraq Cavabdeh2 adına keçmişd ir.

11. Cavabdehin nümayəndə-vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, R Məmmədov Yusif oğlu vicdanlı alıcıdır. Qeyd edilən məhkəmə qərarları, bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi üçün əsas deyildir.

12. Cavabdeh R. Məmmədov məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

13. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(051)-31/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim E.Cəbrayılzadə).

14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddianın predmeti olan, xx.xx.2015ci il tarixli X4 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarlı olması istisna edilir. Qeyd olunan bağışlanma müqaviləsi xx.xx.2015-ci il tarixdə X3 adına verilmiş hüquqların Dövlət q eydiyyatı haqqında çıxarış əsasında bağlanmış, həmin çıxarışın verilməsinə əsas olan Şəki İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 21(102)-477/2023 saylı qərarı ilə ləğv edilmişdir. Belə olan halda Mingəçevir şəhəri Cavabdeh2 küçəsi ev 8-də yerləşən 0,08 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixdə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsi etibarsız hesab edilməlidir.

15. Məhkəmə, cavabdeh tərəfin mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı istinad etdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Eləcə də, hazırkı iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı olduğundan, müba hisəyə iddia müddəti deyil, kəsici müddətin tətbiq edilməsi məsələsi müəyyən edilməlidir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

17. İşdən görünür ki, daşınmaz əmlakın bağışlanma müqaviləsi xx.xx.2015-ci il tarixdə X3 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarış əsasında bağlanmışdır. Həmin çıxarışın verilməsinə əsas olan qərar isə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilmişdir. İddiaçı tərəf isə həmin bağışlama müqaviləsini xx.xx.2022-ci il tarixdə mübahisələndirmişdir. Göründüyü kimi iddiaçı tərəf əqdin etibarsız sayılmasına əsas verən halları xx.xx.2023-cü il tarixdə bilmişdir. Beləliklə, iddiaçı tərəf müddəti ötürmədən məhkəməyə müraciət etmiş və mübahisəyə kəsici müddətin tətbiq edilməsi istisna edilir.

18. Belə olduğu halda, daşınmaz əmlakın bağışlanma müqaviləsi etibarsız hesab edildiyindən, həmin bağışlama müqaviləsi əsasında verilən Çıxarış da ləğv edilməlidir.

19. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi əsasını Mülki Məcəlləsinin 157.2–ci maddəsi təşkil edir.

20. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 139-1, 149.2, 144.3, 146.1, 157.2, 157.1, 157.5, 152.1, 152.2, 152.3, 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 354.2, 407.2, 666.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

22. Apellyator şikayətində qeyd etmişdir ki, o, mərhum atası Yusif Məmmədovun ona bağışladığı torpaq sahəsini vicdanlı qaydada almış və ona həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)-477/2023 nömrəli qərarı ilə iddia tələbinin hazırkı iş üzrə iddiaçılara münasibətdə mümkün sayılmaması - bağışlama müqaviləsini n etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi üçün əsas deyildir. Çünki, bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Şahid ifadələrindən mərhum atasının 2015-ci ildə sözügedən bağışlamaları edərkən bütün uşaqlarını xəbərdar etməsi, sonuncuların buna razılıqlarının olması aydın olur. Belə olduğu halda iddia müddətini tətbiq etməli olan məhkəmə kollegiyası, şahid ifadələrinin qohumluq münasibətlərindən dolayı mötəbər olmaması barədə düzgün olmayan qənaətə gəlmişdir. Halbuki, iş üzrə cavabdehlər və şahidlər mübahisəli bağışlamadan 2015-ci ildən xəbərləri olduğunu bildirmişlər.Beləliklə, iddiaçı tərəf qanunvericilikdə müəyyən olunmuş qaydada iddia müddətini ötürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

23. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-1147/2024 nömrəli qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Elçin Mehdiyev – sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Zamin Tahirov).

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların və digərlərinin ümumi birgə mülkiyyətində olmuşdur.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)-477/2023 nömrəli qərarı ilə iddia tələbinin hazırkı iş üzrə iddiaçılara münasibətdə mümkün sayılmamasının bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi üçün əsas olmaması ilə bağlı dəlilinə münas ibətdə bildirmişdir ki,həmin qərar ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hazırkı iş üzrə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6, Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızına dair hissədə ləğv edilməsi barədə iddia tələbinin əsassız və həmin tələb üzrə qəbul edilmiş X14 Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(84)-1150/2014 saylı qərarının qanunsuz olması müəyyən edilmişdir.

26. Ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair verilmiş şəhadətnamədən iddiaçıların adlarının qanunsuz məhkəmə aktı əsasında çıxarılması, sonradan isə özgəninkiləşdirilərkən buna dair iddiaçıların hər hansı bir razılıqlarının alınmaması, X4 ilə Cavabdeh2 arasında Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanda yerləşən 0,08 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015-ci il tarixdə bağlanmış, notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinin əhəmiyyətsiz əqd olmasına dəlalət edir. Bu baxımdan apellyasiya şikayətinin bağışlanma müqaviləsi bağlanarkən, hədiyyə verən və hədiyyə alan tərəfin şəxsən iştirak etmələri, müqavilənin notarius tərəfindən təsdiq edilməsi, müqavilənin qanunvericilikdə nəzərdə tutulmuş formada tərtib edilməsinə dair dəlilləri həmin bağışlama müqaviləsinin etibarsızlığını istisna edən hallar kimi şərh edilə bilməzlər.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mərhumun sağlığında mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini övladı Cavabdeh2 bağışlamasından bütün bacı və qardaşların xəbərinin olması, Mingəçevir Şəhər Məhkəməsinin şahid ifadələrini sübut növü kimi qəbul et məməsinin qanunvericiliyin tələblərinə zidd olmasına dair dəlillərinə münasibətdə bildirmişdir ki, işdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisindən Mingəçevir Şəhər Məhkəməsinə təqdim edilmiş X4 ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi üzrə notariat qovluğunda olan sənədlərdən görünür ki, notariat əməliyyatı aparılarkən X4 və Cavabdeh2 başqa digər şəxslər notariat əməliyyatında iştirak etməmişdir.

28. Həmçinin birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 və X1 Yusif Əbdülhüseyn oğlu ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış bağışlama müqaviləsindən onların və iddiaçıların məlumatlı olmalarına dair heç bir fikir ifadə etməmişlər.

29. Bundan əlavə işin hallarından iddiaçılardan yalnız İ ddiaçı4 cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin bacısı olması müəyyən edilmiş, lakin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər tərəfindən digər iddiaçıların X4 tərəfindən torpaq sahəsinin Cavabdeh2 verilməsindən, veriləcəyindən məlumatlı olmaları barədə heç bir fikir ifadə edilməmişdir.Bu baxımdan birinci instansiya məhkəməsi şahid qismində dindirilmiş şəxslərin ifadələrinə iş üzrə mötəbər sübut qismində istinad etməməklə doğru mövqedən çıxış etmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun mərhum atası Yusif Məmmədovun ona bağışladığı torpaq sahəsini vicdanlı qaydada almasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, Cavabdeh2 torpaq sahəsini X2 alqı-satqı deyil, ba ğışlama qaydasında əldə etmişdir. Həmçinin Cavabdeh2 kənar şəxs deyil, İddiaçı4 qardaşı, iddiaçılardan İddiaçı2 qaynı, digər iddiaçıların isə dayısıdır.

31. Beləliklə Cavabdeh2 Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004cü il tarixli 293 saylı Sərəncamı əsasında torpaq sahəsinin yalnız atası X3 deyil, o cümlədən də iddiaçıların ümumi birgə mülkiyyətlərinə ayrılmasından məlumatı olmuşdur.

32. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi üzrə vicdanlı əldə edən qismində qəbul edilməsi mümkünsüzdür. Belə ki, əmlаkı bаşqа şəxslərdən əldə edən hər bir аlıcıdа əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаdıqdа, о vicdаnlı аlıcı qismində qəbul оlunur. Bundаn bаşqа, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrındаn xəbəri оlmаdığı hаl lаrdа dа аlıcı vicdаnlı hesаb edilir. Bu əsasla, Cavabdeh2 xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi üzrə vicdanlı əldə edən qismində qəbul edilməsi mümkünsüzdür.

33. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməsinə dair dəlilinə münasibətdə bildirmişdir ki, X4 ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əhəmiyyətsiz bir əqd olduğundan həmin əqdi mübahisələndirməyə iddia və yaxud kəsici müddətlərin tətbiqi imkanları nəzərdə tutulmamışdır. Bu baxımdan iddiaçıların mübahisələndirilən bağışlanma müqaviləsindən məlumatlı olduqları tarix, birinci instansiya məhkəməsinin müəyyən etdiyindən fərqli olarsa belə, həmin hal müqavilənin etibarsızlığını istisna etməyəcəkdir.

34. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hazırkı mübahisə üzr ə iş materiallarından iddiaçılar tərəfindən X4 ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin bəyənilməsi halı müəyyən edilməmişdir.

35. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 140, 152.5, 213, 222, 337, 355.1, 355.2, 357, 358, 666-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh R.Y. Məmmədov kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməklə işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

37. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozuntusuna, qətnamənin Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına uyğun olmadığına istinad edilmişdir: -MM-nin 6.2, 140, 149.2, 152, 324.1, 324.2, 337.1, 337.2, 666.1-ci maddələrinin pozuntusu- mübahisəli bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş, etibarsız hesab edilməsi üçün hər hansı əsas olmamışdır. Buna baxmayaraq işə baxan məhkəmələr Mülki Məcəllənin 337-ci maddəsinin tələblərini pozaraq əsassız olaraq müqaviləni etibarsız hesab etmişlər. Eyni zamanda, müqaviləni etibarsız hesab edən məhkəmələr çıxarışın da ləğv edilməsi qənaətinə gəlmişlər ki, bununla da tərəfin konstitusion mülkiyyət hüququ pozulmuşdur. Nəzərə alınmamışdır ki, xx.xx.2015-ci il tarixdə ona çıxarış qanuni əsaslarla verilmişdir. Məhkəmə tərəfindən mülkiyyət hüququ pozulmuşdur. - Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzr ə xx.xx.2004-cü il tarixli qərarının tələblərinin pozuntusu- həmin qərara görə, alıcı əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda vicdanlı hesab edilir. R.Y. Məmmədov əmlakı vicdanlı əldə etsə də, apellyasiya instansiyası məhkəməsi işin bu halını nəzərə almamış, -MM-nin 354.2-ci maddəsinin pozuntusu- mərhum atası 2015-ci ildə bağışlamanı edərkən iddiaçıları da bundan xəbərdar etmiş və onların razılığını almışdır. Bu hal şahid ifadələri ilə də öz təsdiqini tapır. Hətta DƏDRX tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubunda da bağışlamanın 2015-ci ildə edildiyi qeyd olunsa da, işə baxan məhkəmələr isə işin bu halına düzgün qiymət verməmişlər. -MPM-nin 76.1, 76.2, 77.1, 88-ci maddələrinin pozuntusu-məhkəmə tərəfindən şahid ifa dələrinə və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

40. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziy yətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

41. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

42. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

43. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblə r irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

44. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

45. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o ha lda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

46. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

47. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

48. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

54. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

55. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, həmin dəlillər eyni zamanda apellyasiya şikayətinin dəlilləri olmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin əsaslandırıcı hissəsində bu dəlillərə (iddia müddətinin keçməsi, cavabdehin vic danlı alıcı olması və s) düzgün hüquqi qiymət verilmişdir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

56. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı halda əhəmiyyətsiz əqd hesab edilmiş bağışlama müqaviləsinin predmeti daşınmaz əmlak olduğundan həmin əmlakın mülkiyyətçiyə qaytarılması barədə tələbə iddia müddəti şamil edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüq uqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. M ülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.

57. Şikayətdə qeyd edilən prosessual pozuntular isə işin faktiki hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı olduğundan məhkəmə MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya baxışının predmetini təşkil etmir.

58. Kollegiya qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət əsassız hesab edilərək təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edil məsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)1147/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar