Məhkəmə qərarları › İş №2(102)-7206/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7206/2019

18.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7206/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Alışova Günay Rza qızının iştirakı ilə. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim: N.T.Tağıye va; 2(006)-357/2019) iddia qismən təmin edilmiş, Cavabdeh1 08 may 2015-ci il tarixli ********************** saylı kredit müqaviləsinə əsasən kredit borcu üzrə cəmi 39341,53 ABŞ dolları məbləğində pul vəsaitinin (ondan 27566,28 ABŞ dolları əsas borc, 11275.25 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla) İddiaçı ASCnin xeyrinə tutulması, tutmanın borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 2-ci mərtəbəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan, 68,8 kv.m. ümumi, 53,0 kv.m. yaşayış, 15,8 kv.m. köməkçi sahədən ibarət 4 otaqlı 35 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, əldə olunmuş pul vəsaitindən Cavabdeh1 İddiaçı ASC-yə olan borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaitinin borcu n ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş düvlət rüsumunun əvəzi olaraq 30(otuz) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınması və İddiaçı ASC-nə verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2019-cu tarixli qətnaməsi ilə (hakimlər:E.Y.Şamayev (sədrlik edən və məruzəçi) M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova; 2(103)-8494/2019) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsiləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddia qismən təmin edilmiş, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 08 may 2015-ci il tarixli, ********************** saylı Kredit müqavi ləsinə əsasən ödənilməmiş 27566,28 ABŞ dolları məbləğində əsas, 11275,25 ABŞ dolları faiz borcunun, cərimə borcu üzrə tələb azaldılaraq 500 ABŞ dolları, cəmi 39341,53 ABŞ dolları (otuz doqquz min üç yüz qırx bir ABŞ dolları əlli üç sent) (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivelenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1, 35 nömrəli mənzilə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat məbləğində müəyyən edilərək, açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləği Cavabdeh1 ümumi qaydada tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin xeyrinə 08 may 2015-ci il tarixli ********************** saylı kredit müqaviləsi üzrə 27566,28 ABŞ dolları əsas, 11275,25 ABŞ dolları faiz və 7462,93 ABŞ dolları cərimə olmaqla, cəmi 46304,46 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, *********************** saylı mənzilinə yönəldilməsi, ipoteka əmlakının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin cavabdehdən ümumi qaydada tutulması, ipoteka əmlakı olan yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən gecu bir ay ərzində cavabdehlərin yaşayış evini boşaldılması və onların həmin yaşayış evində istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ASC tərəfindən Cavabdeh1 oğluna 08 may 2015-ci il tarixli ********************** saylı kredit müqaviləsinə əsasən illik 22 faizlə 36 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq *********** saylı 06 fevral 2014-cü il tarixli ipoteka müqaviləsi və həmin müqaviləyə 08 may 2015-ci il tarixli *********** saylı əla və razılığa əsasən, Cavabdeh1 oğluna məxsus Bakı şəhəri, ******************** saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmişdir. Bu səbəbdən Cavabdeh1 oğlunun 04 iyun 2018-ci il tarixə banka olan borcu 27566,28 ABŞ dolları əsas, 11275,25 ABŞ dolları faiz və 7462,93 ABŞ dolları cərimə olmaqla, cəmi 46304,46 ABŞ dolları təşkil etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ipoteka qoyana bildiriş göndərilmiş, bildiriş reyestr orqanında ərizə ilə qeydə alınmışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikay ətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.2, 9.3 97.1, 101.1, 102.2-ci maddələrinin, X2 14-cü maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinin maddələrinintələblərinin pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və di gər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün t ətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından, o cümlədən 08 may 2015-ci il tarixli ********************** saylı kredit müqavilə sindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən illik 22 faizlə 36 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit götürmüşdür. *********** saylı 06 fevral 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-nın qarşısında Bakı şəhəri, *************************** saylı mənzilini ipotekaya qoymuşdur. Həmin müqaviləyə 1 saylı əlavədə ipoteka qoyulmuş əmlakın qiyməti 130000 manat məbləğində qiymətləndirilmişdir. *********** saylı ipoteka müqaviləsinə 08 may 2015-ci il tarixili əlavə razılığından görünür ki, Cavabdeh1 İddiaçı ASC-nın qarşısında Bakı şəhəri, ******************** saylımənzilini ipotekaya qoymuşdur. Həmin müqaviləyə 1 saylı əlavədə ipoteka qoyulmuş əmlakın qiyməti 130000 manat məbləğində qiymətləndirilmişdir. RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, ********************** saylımənzilini İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarına əlavə edilmiş 04.06.2018-ci il tarixli maliyyə arayışından bəlli olur ki, Cavabdeh1 04.06.2018-ci il tarix üçün əsas borcu 27566,28 ABŞ dolları; faiz borcu 11275,225 ABŞ dolları; hesablanmış artırılmış faiz borcu 7462,93 ABŞ dolları; ümumi borc - cəmi 46304,46 ABŞ dolları borcu mövcuddur. “xxxx” MMC-nin Ç-1324 saylı 29.11.2018-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 2-ci mərtəbəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan, 68.8 kv.m ümumi, 53.0 kv.m yaşayış, 15.8 kv.m köməlçi sahədən ibarət 4 otaqlı 35 nömrəli mənzilin real bazar qiyməti 150000 manat təşkil edir. Azərbaycan Res publikası Mülki Məcəlləsinin: - 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. - 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 296.1 -ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsin ə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. - 317.1 -ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. - 386.1 -ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün o nun iştirakçıları arasında müqavilə olmalıdır. - 389.1 -ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1 -ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 739.1-ci mаddəsinə görə müəyyən edilmişdir ki, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edil ən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34-cü maddəsinə əsasənİpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması;əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması;ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. - 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı” ASC və Cavabdeh1 arasında bağlanmış 08 may 2015-ci il tarixli 100.LN. ************** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana illik 22 faizlə 36 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ******************* saylı mənzilini ipotekaya qoymuşdur. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra olunmamış və bank tərəfindən 27566,28 ABŞ dolları məbləğində əsas borc, 11275,25 ABŞ dolları məbləğində faiz borcu; 7462,93 ABŞ dolları məbləğində dəbbə pulu üzrə borc öhdəliyi vardır. iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklər kredit alan fiziki şəxs tərəfindən yerinə yetirilmədiyindən bank artıq tələbin ipoteka predmetinə yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 tərəfindən götürülmüş öhdəliyin lazımınca yerinə yetirilməməsini və müqavilənin şərtlərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 27566,28 ABŞ dolları məbləğində əsas borcun, 11275,25 ABŞ dolları məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. İddiaçını n 7462,93 ABŞ dolları məbləğində cərimənin tutulması ilə əlaqədar tələbi üzrə hissədə tələb qismən təmin edilməlidir. Cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, cavabdehin borcunun bir hissəsini ödədiyini, hesablanmış cərimənin əsas və faiz borca münasibətdə kifayət qədər yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini, bundan əlavə cərimənin birinci instansiya məhkəməsi tərəfindən azaldıldığı halda, müəyyən olunmuş məbləğin iddiaçı tərəfindən mübahisələndirilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulunun miqdarı azaldılaraq, 500 ABŞ dolları məbləğində müəyyən edilməli, Eyni zamanda tərəflər arasında bağlanmış İpoteka Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 ünvan 1, 35 nömrəli mənzili kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi ipoteka ilə yüklü etdiyi üçün iddia tələbi cavabdehin borclarının həmin daşınmaz əmlaka yönəldilməsi hissəsində də təmin edilməlidir. Belki, yuxarıda qeyd olunan “xxxx” MMC-yə tapşırılmış və həmin MMC-nin 29 noyabr 2018-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 2-ci mərtəbəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan, 68.8 kv.m ümumi, 53.0 kv.m yaşayış, 15.8 kv.m köməlçi sahədən ibarət 4 otaqlı 35 nömrəli mənzilin real bazar qiyməti 150000 manat təşkil etdiyindən, bu rəyi nəzərə alaraq mənzilin ilkin satış qiyməti düzgün olaraq 150000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından qətnaməni ləğv edilərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikas ı Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 27 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar