Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7207/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-153/2021 nömrəli iş üzrə 20 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakılar ı müəyyən etdi: İşin halları Şərur Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(110)-29/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, X27 ilə X18 arasında bağlanmış 22 dekabr 2005-ci il tarixli 388 nömrəli nikah pozulmuşdur. Şərur Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(110)-93/2019 nömrəli qətnaməsindən görünür ki, X11 X22 qarşı “alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi” tələbinə dair iddiası rədd olunmuşdur. Şərur Rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli 2(110)-51/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X6, X7, Cavabdeh, Nümayəndə və X22 qarşı alqı-satqı müqaviləsinin ləğvi və mülkiyyət hüququnun tanınması barədə iddiası rədd edilmişdir. Şərur Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(110)-279/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı X22, X8 və X6 qarşı “nikah dövründə əldə olunmuş əmlakın ümumi birgə mülkiyyət sayılması, payların müəyyən olunması və bölünməsi” tələbinə dair iddiası qismən təmin olunmuşdur. Sabunçu Rayon Məhkəməsi X3 X8 qarşı “pul tələbinə” dair dair iddiasını rədd etmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Naxçıvan MR Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan 2 otaqlı fərdi yaşayış evi 05.03.2019-cu il tarixdə **********459-10301 reyestr nömrəsi ilə Cavabdeh adına qeydə alınmışdır. 18 fevral 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin surətin dən görünür ki, X6 məxsus Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan 2 otaqlı fərdi yaşayış evi mülkiyyətçi tərəfindən Nümayəndə verilmiş 12 fevral 2019-cu il tarixli 3216 nömrəli etibarnamə əsasında 8000 manata Cavabdeh satılmışdır. 12 oktyabr 2018-ci il tarixli AR-İ № 144558 nömrəli etibarnamənin əslindən görünür ki, X12 nəqliyyat vasitələri istisna olmaqla ona məxsus olan əmlaklar üzərində sərəncam verməyi X17 etibar etmişdir. 12 fevral 2019-cu il tarixli 7E-3216 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X13 **********59-10301 reyestr nömrəsi ilə mülkiyyətində olan Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan yaşayış evini özgəninkiləşdirməyi N ümayəndə etibar etmişdir. 10 yanvar 2020-ci il tarixli teleqramın təsdiqlənmiş surətindən görünür ki, X14 mübahisəli evi 2008-ci ildə X22 8600 ABŞ dollarına satdıqlarını göstərmişdir. 16 yanvar 2020-ci il tarixli teleqramın təsdiqlənmiş surətindən görünür ki, X13 ona məxsus olmuş mübahisəli evi 2008-ci ildə X1, həmin evin onun adına olmasına baxmayaraq bütün danışıqları atası X4 apardığını göstərmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin 06.08.2020-ci il tarixli rəyinin surətindən görünür ki, Şərur rayon Danyeri kəndində yerləşən, Cavabdeh Bəhman qızının adına dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmış hazırda İddiaçı yaşadığı 0,23 ha torpağın üzərində yerləşən ümumi sahəsi 119,13 kv.m olan fərdi yaşayış evində təmir-tikinti işlərinə çəkilən xərci n bugünkü bazar qiymətlərinə uyğun olaraq təqribi dəyəri 5860,65 manat məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı ilə X21 birgə nikah dövründə Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kvm olan 2 otaqlı fərdi yaşayış evinin alınması üçün verdikləri 8600 ABŞ dolları və həmin evin təmirinə çəkilən 5860 manat xərcin yarısının hazırda həmin evin mülkiyyətçisi olan Cavabdeh alınıb, ona ödənilməsinə dair qətnamə çıxarılmasını, bütün bu proseslərdə iştirak etdikləri üçün keçmiş əri X23 evin əvvəlki mülkiyyətçisi X9 və onlarla alqı-satqı danışıqları aparmış atası X5 cavabdeh tərəfdən üçüncü şəxs qismində prosesə cəlb edilməsini, mülki iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər hazırda yaşadığı evin yenidən üçüncü şəxslərin mülkiyyətinə keçməsinin qarşısının alınması və gələcəkdə iddiasının təmin olunacağı təqdirdə icrasını təmin etmək məqsədilə həmin yaşayış evinin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildə Şərur rayon Danyeri kənd sakini X27 ilə ailə həyatı qurduğunu, Zəfərlə 22 dekabr 2005-ci ildə nikaha daxil olduqlarını, Zəfərin birinci həyat yoldaşının 2002-ci ildə vəfat etdiyini, evləndikdən sonra 6 ilə kimi Zəfərin adına olan evdə yaşadıqlarını, sonradan 2010-cu ildə Zəfərin oğlu Əli onları yola vermədiyindən aralarında mübahisə yarandığını və Zəfərlə evdən çıxmaq qərarına gəldiklərini, onlar kənddə satılan ev axtardıqlar ı zaman X5 evinin satdığı məlum olduğunu, həmin dövrdə Zəfərin imkanı olmadığından məsələni qardaşı Mustafaya bildirdiyini, qardaşı da Ramazanla əlaqə saxlayaraq həmin evi onlara 8600 ABŞ dolları miqdarında satmağa razılaşdığını, evi aldıqdan sonra Zəfərlə həmin evdə yaşadıqlarını, evi adına saldırmağını istəyəndə hər dəfə Zəfərin bir münaqişə yaradıb sənədləşdirmədən yayındığını, Zəfərlə aralarında yaranan mübahisələrdən sonra Zəfər 2018-ci ilin mart ayında özünə aid əşyalarını toplayaraq evdən çıxdığını, daha sonra 07 avqust 2018-ci il tarixində məhkəməyə nikahın pozulmasına dair müraciət etdiyini, Şərur Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulduğunu, nikahın pozulması ərəfəsində də məhz evin Zəfərin yoxsa onun adına rəsmiləşdirilməsi ilə b ağlı mübahisələrinin davam etdiyini, məcbur qalıb əri Zəfərə qarşı 20 noyabr 2018-ci il tarixdə müqavilənin rəsmiləşdirilməsi tələbinə dair iddia qaldırdığını, həmin ərəfədə məhkəmə proseslərinin davam etdiyi dövrdə yəni, 2019-cu ilin fevral ayında isə Zəfərin təzyiqi ilə Ramazanın oğlu evin mülkiyyətçisi sayılan X13 tərəfindən Zəfərin oğlu Əlinin adına verilmiş etibarnamə əsasında Əlinin evi saxta “alqı-satqı“ müqaviləsi əsasında guya 8000 manat X6 ödəməklə yoldaşı Cavabdeh adına rəsmiləşdirdiyini, Şərur rayon Məhkəməsinin hakimi S.Qarayev tərəfindən isə 18 mart 2019-cu il tarixdə müqavilə bağlamağa məcbur etməyə qanun yol vermədiyi üçün müqavilənin rəsmiləşdirilməsi tələbinə dair iddiasının rədd edildiyini, onun birgə aldıqları və hazırda yaşadığı evdən ona çatası paydan məhrum edildiyin i, Zəfər evi gəlininin adına rəsmiləşdirdikdən sonra gəlini Cavabdeh adından ona qarşı 15 mart 2019-cu il tarixdə evdən məcburi çıxarılma haqqında iddia qaldırdıqlarını, hakim S.Qarayev tərəfindən həmin iddianın təmin edildiyini verdiyi apellyasiya şikayətinə əsasən həmin iş üzrə icraatın Naxçıvan MR Ali Məhkəməsində dayandırıldığını, daha sonra min bir əziyyətlə aldıqları evdən çıxmaq təhlükəsi qarşısında qaldığından mənzildən istifadə hüququnun tanınması haqqında iddia qaldırdığını, həmin işin icraatı 08 iyul 2019-cu ildə Şərur rayon Məhkəməsi (S.Qarayev) tərəfindən dayandırıldığını, 18 oktyabr 2019-cu ildə Şərur rayon Məhkəməsində “alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia qaldırdığını, Şərur rayon Məhkəməsi (hakim M.Əliyev) 17 yanvar 2020ci il tarixli qətnaməsi ilə həmin əmlakın birgə nikah dövründə faktiki alındığını müəyyən etsə də, rəsmiləşdirmə aparılmadan və onun həmin iddianı qaldırmağa hüququ olmadığı qənaətinə gələrək iddiasını rədd etdiyini, lakin həmin qətnamədə məhkəmə birgə nikah dövründə əmlakın alınması üçün pul verildiyini təsdiq etdiyini, Şərur rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli 2(110)-51/2019 nömrəli qətnaməsində “həqiqətən də X27 ilə X11 22 dekabr 2005-ci ildə nikaha daxil olması, birgə nikahda olduqları dövrdə - 2010-cu ildə X6 məxsus Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan yaşayış evini 8600 ABŞ dolları qiymətinə almaqla bağlı mülkiyyətçinin atası X12 ilə razılığa gəlməsi, həmin pulun 5000 ABŞ dolları hissəsinin mülkiyyətçinin atasına Bakı şəhərində X11 bacısı oğlu X10 tərəfindən, qalan hissəsinin isə X21 bacısı oğlu Kamil adlı həmkəndliləri vasitəsilə göndərilməsi, həmin vaxtdan Məmmədov Zəfər ilə Məmmədova Südabənin mübahisəli evdə yaşaması, ailə münasibətləri pozulduqdan sonra Zəfərin 2018-ci ildə evi tərk etməsi, 2019-cu ildə nikahın pozulması, Məmmədova Südabənin isə hazırda həmin evdə yaşaması, cavabdehlər Məmmədov Zəfər və oğlu Nümayəndə həmin pulun əslində Zəfərə deyil, Əliyə məxsus olduğunu və evin Əliyə alındığını göstərmələri, lakin əvvəlki məhkəmə qərarlarının iddiaçının və evin əvvəlki mülkiyyətçisinin, onun atasının izahatları, işin digər faktiki halları həmin evin məhz birgə nikah dövründə Zəfər tərəfindən 8600 ABŞ dollarına alındığını təsdiq etməsi müəyyən olunduğunu, h əmçinin həmin ev alındıqdan sonra evin abadlaşdırılmasına xeyli vəsaitin sərf olunduğunu, həmin vəsaitin onun qardaşının köməkliyi, həm də, Zəfər tərəfindən qoyulduğunu, bu xərclərə darvaza qapısı, hasar 40 metr, suvaq işləri, tingə 70 ədəd, mətbəx mebeli, kafel, metlak və usta xərci 30 kv.m, laminat və usta xərci 40 kv.m, hamam qapısı, hamam pəncərəsi mətbəx pəncərəsi, şopen, hidrofor və s. aid olduğunu, Şərur rayon Məhkəməsinin icraatında olan həmin xərclərin keçmiş əri Zəfərdən tutulmasına dair 2(110)-279/220 nömrəli mülki iş üzrə təyin olunmuş məhkəmə ekspertizasının 06.08.2020-ci il tarixli rəyinə əsasən həmin xərclərin bugünkü bazar dəyəri onun 6100 manat iddia tələbinə qarşı 5860.65 manat müəyyən edildiyini, göründüyü kimi Zəfərlə onun birgə nikah dövründə həmin əmlakı almaq üçün pu lun verilməsi, 2018-ci ilə qədər o evdə birgə yaşamaları və evi təmir etmələri, onun hazırda da o evdə yaşaması evin isə müxtəlif yollarla digər şəxsin adına keçirilməsi, onun həmin evin alınmasına sərf olunmuş vəsaitdən yəni 8600 ABŞ dolları, həmçinin evin abadlaşdırılmasına çəkilmiş 5680 manat puldan ona çatan ½ payı tələb etmək haqqının olduğunun göründüyünü, hazırda həmin evin müxtəlif yollarla faktiki olaraq evin mülkiyyətçisinə heç bir ödəniş edilmədən “alqı-satqı” müqaviləsi əsasında Zəfərin gəlini Cavabdeh mülkiyyətinə keçdiyini, belə ki, Şərur rayon Məhkəməsinin icraatında olan həmin xərclərin keçmiş əri Zəfərdən tutulmasına dair 2(110)-279/220 nömrəli mülki iş üzrə cavabdehin nümayəndəsi Zəfərin oğlu Əli məhkəmə iclasında evin 2019-cu ildə “alqısatqı” zamanı 8000 manat pulun evi satan mülkiyyətçiyə verilmədiyini, sadəcə notariat əməliyyatı üçün pul vəsaitinin köçürülməsinin tələb olunduğunu bildirdiyini, buna görə də həmin pulun bütün proseslərdən məlumatı olan, heç bir ödəniş etmədən əmlak əldə edən və əsassız varlanan Cavabdeh tutulmalı olduğunu qeyd edərək, İddiaçı ilə X21 birgə nikah dövründə Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin alınması üçün verdikləri 8600 ABŞ dolları və həmin evin təmirinə çəkilən 5860 manat xərcin yarısının hazırda həmin evin mülkiyyətçisi olan Cavabdeh alınıb, ona ödənilməsinə dair qətnamə çıxarılmasını, bütün bu proseslərdə iştirak etdikləri üçün keçmiş əri X23 evin əvvəlki mülkiyyətçisi X9 və onlarla alqı-satqı danışıqları aparmış a tası X5 cavabdeh tərəfdən üçüncü şəxs qismində prosesə cəlb edilməsini, mülki iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər hazırda yaşadığı evin yenidən üçüncü şəxslərin mülkiyyətinə keçməsinin qarşısının alınması və gələcəkdə iddiasının təmin olunacağı təqdirdə icrasını təmin etmək məqsədilə həmin yaşayış evinin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Qarayev, iş № 2(110)-259/2021) iddia təmin edilərək, X18 ilə X21 birgə nikahları dövründə Şərur rayon Danyeri kəndində əldə edilmiş və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışla rəsmiləşdirilmiş 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan 2 ot aqlı fərdi yaşayış evinin alınması üçün X27 tərəfindən ödənilmiş 8600 ABŞ dollarının yarısı, yəni 4300 (dörd min üç yüz) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla) və həmin təmir-tikinti işlərinə çəkilən 5860.65 manat xərcin yarısı, yəni 2930.32 (iki min doqquz yüz otuz manat otuz iki qəpik) manat da Cavabdeh alınaraq X15 ödənilməsi, iddia qaldırılarkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı X15 aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bu müqavilə X27 ilə İddiaçı arasında olan nikahın pozulması ilə əlaqədar işin məhkəmənin icraatında olan dövrə təsadüf etmişdir. Bunu etməkdə də məqsəd onlar arasında nikah pozulduqdan sonra İddiaçı həmin əmlakdan payın müəyyə n edilməsinin qarşısını almaq olmuşdur. Bütün bunlara baxmayaraq həmin əmlakın X27 ilə İddiaçı birgə nikahda olduqları dövrdə X2 evin əvvəlki mülkiyyətçisi tərəfindən etiraf edilmişdir. Hazırda isə həmin əmlak faktiki olaraq mülkiyyətçiyə heç bir ödəniş etmədən görüntü üçün bağlanmış əqd əsasında Cavabdeh adına keçirilmiş və o, iddiaçının hesabına əmlak əldə etməklə əsassız varlanmışdır. İddiaçı isə həmin müqavilənin tərəfi olmadığından müqavilənin etibarsızlığı ilə bağlı iddiası əsassız hesab edilmişdir. Buna görə də, həmin evin alınması üçün verilmiş 8600 ABŞ dollarının yarısı, yəni 4300 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla) Cavabdeh alınaraq X15 ödənilməlidir. Həmin əmlakın İddiaçı ilə X21 birgə nikahda old uqları dövrdə X22 həmin əmlakın bilavasitə satılmasında iştirak etmiş X5 şahid qismində verdiyi ifadəsi Şərur Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(110)-29/2019 nömrəli qətnaməsi, eyni zamanda cavabdeh qismində verdiyi izahatı Sabunçu Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli 2(008)-4901/2019 nömrəli qətnaməsində öz əksini tapmış, həmin qətnamələr qanuni qüvvəyə minmişdir. Ona görə də bu hal bir daha mübahisələndirilə bilməz. Eyni zamanda məhkəmə iddia tələbinin evin təmirinə çəkilən 5860 manat xərcin yarısının Cavabdeh alınaraq iddiaçı X15 ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, iş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin 06.08.2020-ci il tarixli rəyindən gör ünür ki, Şərur rayon Danyeri kəndində yerləşən, Cavabdeh Bəhman qızının adına dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmış, hazırda İddiaçı yaşadığı 0,23 ha torpağın üzərində yerləşən ümumi sahəsi 119,13 kv.m olan fərdi yaşayış evində təmirtikinti işlərinə çəkilən xərcin bugünkü bazar qiymətlərinə uyğun olaraq təqribi dəyəri 5860,65 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, X18 ilə X21 birgə nikahları dövründə mübahisə predmeti olan fərdi yaşayış evinin təmirtikinti işlərinə çəkilən 5860,65 manat məbləğində pulun yarısı, yəni 2930.32 (iki min doqquz yüz otuz manat otuz iki qəpik) manat da Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 avqu st 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Allahverdiyev (sədrlik edən və məruzəçi), Ə.Allahverdiyev və F.Məmmədov, iş № 2(108)-153/2021) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(110)259/2021 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(110)-259/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianın yolverilməzliyi dedikdə iddia ərizəsinin mümkünlüyünü istisna edən elə halların mövcud olması başa düşülür ki, həmin halların aradan qaldırılması mümkün olmur və ya buna görə iddia ərizəsi üzrə məhkəmə icraatının başlanması və həyata keçirilməsi istisna təş kil edir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsaslarından biri də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır ki, məhz hazırki mübahisə üzrə apellyasiya şikayəti verən şəxsin şikayətinin dəlilində də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi bu halın mövcud olması göstərilmişdir. Apellyasiya şikayətində qeyd olunan bu dəlillə bağlı qeyd olunmalıdır ki, hazırki mübahisə üzrə iddia tələbindən də göründüyü kimi, tələbdə İddiaçı cavabdeh X22 qarşı iddia qaldırmaqla birgə nikah dövründə Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin alınması üçün verdikləri 8600 (səkkiz min altı yüz) ABŞ dolları və həmin evin təmirinə çəkilən 5860 (beş min səkkiz yüz altmış) manat xərcin yarısının hazırda həmin evin mülkiyyətçisi olan Cavabdeh alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yəni adıçəkilən mülki işdə iddiaçı qismində İddiaçı, cavabdeh qismində isə Cavabdeh çıxış edir. Halbuki Şərur Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli, 2(110)-279/2020 nömrəli qətnaməsinin surətindən aydın olur ki, İddiaçı daha əvvəl qaldırdığı iddia tələbində cavabdehlər X22, X8 və X16 qarşı tələb irəli sürmüş və tələbində “Nikah dövründə əldə olunmuş əmlakın ümumi birgə mülkiyyət sayılması, payların müəyyən olunması və bölünməsi”nə dair qətnamə çıxarılmasını xahiş etmişd ir. Göründüyü kimi, qeyd olunan bu mülki işdə isə cavabdehlər tamamilə başqa şəxslər olmuşdur. Şərur Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə iddia qismən təmin olunaraq Şərur rayonu, Danyeri kəndində yerləşən 2 otaqlı ev X11 və X21 birgə nikah dövründə əldə olunmuş əmlakı hesab olunmaqla, həmin evin alınması üçün verilmiş 8600 ABŞ dollarının və həmin evin təmirinə çəkilən 5860.65 manat xərcin ½ (ikidə bir) hissəsinə iddiaçı X11 mülkiyyət hüququ müəyyən olunmuş, həmin paydan ona çatan 4300 ABŞ dollarının (qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla) və 2930.32 (iki min doqquz yüz otuz manat otuz iki qəpik) manat pulun cavabdeh X19 alınaraq X15 verilməsi qət olunmuşdur. Hər iki mülki iş materialları diqqətlə nəzərdən keçiril dikdə məlum olur ki, iddia tələblərinin predmeti və əsasları bir-birinə yaxın olsalar da heç bir halda eynilik təşkil etmirlər. Eyni zamanda yuxarıda qeyd olunan Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının “İş üzrə icraatın dayandırılması barədə” 12.03.2021-ci il tarixli, 2(108)-29/2021 nömrəli qərardadının surətindən də aydın olduğu kimi, Şərur Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli, 2(110)-279/2020 nömrəli qətnaməsi həmin iş üzrə icraat apellyasiya instansiyasında dayandırıldığından qanuni qüvvəsini almamışdır və təbii ki, belə olan halda da o, hər hansı preyudisial əhəmiyyət daşımır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin məzmununa görə bu maddədə göstərilən əsasla iddia ərizəsini qəbul etməkdən imtinaya yalnız o halda yol verilir ki, barəsində məhkəmə qətnaməsi olan mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaransın və bu barədə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi olsun. Kollegiya bütün yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində qeyd etdiyi dəlili tamamilə əsassızdır və hazırki mülki işin birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul olunması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.2-ci maddələrinə sadalanan halların hər hansı biri mövcud olmadığından bu maddənin tələbinin pozulması halına yol verilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunl a əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Naxçıvan Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-153/2021 nömrəli iş üzrə 20 avqust 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kass asiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 157.7-ci maddəsimnə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gə lməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri s übutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcə llənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyas ının 2(108)-153/2021 nömrəli iş üzrə 20 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7207/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-7207/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver