Məhkəmə qərarları › İş №2(102)-721/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-721/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-721/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənimsənilmiş pulunun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ İş № 2(102)-721/2025 (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, kassasiyanın yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dələduzluq yolu ilə mənimsənilmiş pulunun cavabdehlərdən müştərək qaydada 10500 dollar və 2000 ma nat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 150 manatın alınıb ona ödənilməsinə” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)2641/2024 nömrəli, 27 dekabr 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dələduzluq yolu ilə mənimsənilmiş pulunun cavabdehlərdən müştərək qaydada 10500 dollar və 2000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 150 manatın alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya m əhkəməsində icraat:

2. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3954/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh2 10500 (on min beş yüz) ABŞ dolları (ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində) və 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamədən narazı qalan Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayəti verərək, məhkəmənin xx.xx.2024cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi və cavabdeh tərəfindən ödəniləcək pulun məbləğinin etiraf edilən məbləğ - 6500 ABŞ dolları olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Gəncə Şəhər Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(125)-3954/2024 nömrə li qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3954/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti vəkilin səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilmədiyindən, yəni şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən ona əlavə edilmiş sənədlərlə geri qaytarılmışdır.

5. Bundan sonra, həmin qətnamədən narazı qalan digər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi və cavabdeh tərəfindən ödəniləcək pulun məbləğinin etiraf edilən məbləğ - 6500 ABŞ dolları olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Gəncə Şəhər Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(125)-3954/2024 nömrəli qərardadı (hakim Fuad Fərhadov) ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)3954/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən ona əlavə edilmiş sənədlərlə geri qaytarılmışdır.

7. Qərardadla razılaşmayan Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil həmin qərardaddan şikayət verərək Gəncə Şəhər Məhkəməsinin 2(125)-3954/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, məhkəmənin 2(125)-3954/2024 xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi - cavabdeh tərəfindən ödəniləcək pulun məbləğinin Cavabdeh1 tərəfindən etiraf edilən 6500 dollar olaraq müəyyən edilməsi barədə apellyasiya şikayətinin icraata qəbul edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. Gəncə Şəhər Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(125)-3954/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269cu maddəsinə əsasən işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2641/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər – F.Ə. Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş. Muradov, M.Ə. Mustafayev) Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-3954/2024 nömrəli qərardadının ləğv edilməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-3954/2024 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmişdir və şikayət geri qaytarılması üçün işin Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:

10. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3954/2024 №-li xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, həmin Məhkəmənin 2(125)-3954/2024 xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi - cavabdeh tərəfindən ödəniləcək pulun məbləğinin Cavabdeh1 tərəfindən etiraf edilən 6.500 dollar olaraq müəyyən edilməsi barədə apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

11. Maddə 402.1. Mülki işlər üzrə qəbul e dilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

12. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 13. 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instans iyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

14. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqq ında qərardaddan kassasiya şikayəti verilə bilər.

15. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

16. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

17. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

18. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405. 0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.

19. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;

20. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassa siya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

22. Cavabdehin verdiyi kassasiya şikayətinin “Barəsində şikayət verilən məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat” hissəsində qətnamə və ya qərardadı qəbul etmiş məhkəmə Gəncə Apellyasiya Məhkəməsi, qətnamə və ya qərardadın tarixi və nömrəsi 2(104)- 2641/2024 nömrəli 27 dekabr 20204-cü il tarixli kimi göstəri lsə də kassasiya şikayətinin nəticə hissəsində Gəncə Şəhər Məhkəməsinin 2(125)-3954/2024 №-li xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, həmin Məhkəmənin 2(125)3954/2024 xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi - cavabdeh tərəfindən ödəniləcək pulun məbləğinin Cavabdeh1 tərəfindən etiraf edilən 6.500 dollar olaraq müəyyən edilməsi barədə apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 kassasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qərardad və qətnaməsinin ləğvini tələb etdiyindən kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.

24. Belə ki, birinci instansiya məhkəməsinin göstərilən qətnamə və qərardadından kassasiya şikayəti verilə bilməsi hüququ Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsində nəzərdə tutulmamışdır.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 404-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar