Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-722/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının vəkili X3, Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin vəkili X1 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11022/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müə yyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Rəşid Səmdov) 2(006)-2317/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və "Cavabdeh2" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “faktın tanınması və sığorta ödənişinin verilməsi tələbi”nə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, Vahid Sadıqov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və "Cavabdeh2" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı «faktın tanınması və sığorta ödənişinin verilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “SKN Electrical Services” şirkətinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən filialı ilə xx xxxx 2016-cı il tarixdə 04 saylı podrat müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə (VÖEN N:**********) məşğul olan fiziki şəxs olaraq, elektrik ustası kimi şirkət tərəfindən ona tapşırılan müxtəlif mürəkkəb işləri icra etmişdir. İddiaçı “SKN Electrical Services” şirkəti ilə işləməyə başladıqdan dərhal sonra Cavabdeh2 Sığorta şirkəti ilə xx xxxx 2016-cı il tarixli, ATE 16041217 saylı “İstehsalatda bədbəxt hadisələr və pe şə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari Sığorta müqaviləsi” bağlamışdır. xx xxxx 2016-cı il tarixdə 04 saylı podrat müqaviləsinin tələbləri çərçivəsində cavabdeh “SKN Electrical Services” şirkətində işə başladıqdan bir müddət sonra, yəni xx xxxxxx 2016-cı il tarixdə podrat müqaviləsinə əsasən iddiaçı vəzifələrinə aid edilmiş işi icra edərkən, iş yerində yüksək gərginlikli elektrik xətlərinin çəkilişi zamanı istehsalatda bədbəxt hadisə baş vermiş və ağır bədən xəsarətləri almışdır. Bütün bunlara baxmayaraq cavabdeh iddiaçıya heç bir maliyyə yardımı etməmişdir. Cavabdeh iddiaçıya yardım etməməsinin əsası kimi bildirir ki, xəsarət almasına səbəb olan iş müqaviləyə əsasən ona tapşırılmış vəzifədən kənar iş olub, ümumən həmin işi görməsi üçün ona heç bir tapşırıq verilməyib və bu səbəbdən də yaranmış vəziyyətlə bağlı cavabdeh heç bir məsuliyyət də daşımır. Bu səbəbdən də iddiaçı öz maliyyə imkanları hesabına müalicə olunmuşdur. Belə ki, iddiaçı baş vermiş bədbəxt hadisə zamanı aldığı bədən xəsarətlərindən sonra ağır vəziyyətdə həkimə müraciət etmiş və həkim tərəfindən bir müddət ardıcıl müalicə olunmuşdur. Lakin ardıcıl müalicə olunmasına baxmayaraq müsbət heç bir nəticəsi olmamış, bu səbəbdən də xx.xx.2016-cı il tarixdə bel nahiyyəsindən tibbi əməliyyat olunmuşdur. Bu əməliyyatdan sonra da bir neçə ay mütəmadi müalicə olunsa da, sağlamlığı bərpa olunmamışdır. Hazırda fiziki cəhətdən işləmək iqtidarında deyildir, heç yerdə işləyə bilmir. İddiaçı yaranmış vəziyyətlə bağlı Cavabdeh2 Sığorta şirkətinə ona düşən sığorta pulunun ödənilməsi üçün müraciət etmişdir. Cavabdeh2 Sığorta şirkəti iddiaçının müraciətinə rəsmi cavab vermişdir ki, istehsalatda bədbəxt hadisə baş verən zaman xəsarət alması barədə xx xxxx 2016-cı il tarixli, ATE 16041217 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari Sığorta müqaviləsi”nə əsasən “sığortalı” tərtib olunmuş akt və yaxud hadisədə xəsarət alan şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi faktının olmasına dair məhkəmə qərarı təqdim olunmalıdır. İddiaçı – işəgötürən “SKN Electrical Services” şirkətinə müraciət etmişdir ki, istehsalatda bədbəxt hadisə baş verən zaman tərtib etdiyi aktı ona versin. Ancaq bu müraciətindən sonra ona məlum olmuşdur ki, cavabdeh baş vermiş bədbəxt hadisə barədə qanunla nəzərd ə tutulmuş qaydada heç bir akt tərtib etməmiş, ölümcül bədən xəsarətləri alması ilə yekunlaşan hadisə və almış olduğu bədən xəsarətləri barədə heç bir dövlət orqanına məlumat verilməmişdir. Bu qanunsuzluqları azmış kimi cavabdeh qanunvericiliyin digər vacib tələblərini də pozmuşdur. Belə ki, cavabdeh xx xxxx 2016-cı il tarixli 04 saylı podrat müqaviləsinin ilk səhifəsini dəyişdirərək müqavilə əsasında ona vəzifə kimi təyin edilmiş və xəsarət almasına səbəb olmuş şərtlər müqavilənin bəndlərindən tamamən çıxarmışdır. Buna baxmayaraq xx xxxx 2016-cı il tarixli 04 saylı podrat müqaviləsinin əslinin bir nüsxəsi iddiaçıda qalmışdır. Müqavilənin iddiaçıda qalan nüsxəsində isə hər şərt tam, ətraflı yazılmışdır. Bu səbəbdən də, iddiaçı dəfələrlə cavabdeh “SKN Electrical Services” şirkətinə müraciət lər etmişdir ki, xx xxxxxx 2016-cı il tarixdə iş yerində baş vermiş bədbəxt hadisə və baş vermiş hadisədə iddiaçının ağır bədən xəsarətləri alması barədə müvafiq akt tərtib etsin, lakin cavabdeh bunu könüllü etmir. Cavabdeh şirkət xx xxxxxx 2016-cı il tarixdə iş yerində yüksək gərginlikli elektrik xətlərinin çəkilişi zamanı baş vermiş bədbəxt hadisəni gizlətməməli, bu hadisənin iddiaçının şəxsi istəyi ilə müqavilədən kənar vəziyyətdə işlər görən zaman baş verməsi kimi görsənməsi üçün podrat müqaviləsinin şərtlərini dəyişməməli və hadisə barədə müvafiq orqanlara məlumat verməli idi. Göstərilənlərə əsasən cavabdeh “SKN Electrical Services” şirkətinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən filialı ilə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 04 saylı podrat müqavilə sinə əsasən xx xxxxxx 2016-cı il tarixdə iş vaxtı, iş yerində vəzifələrini icra edərkən “yüksək gərginlikli elektrik xətlərinin çəkilişi zamanı istehsalatda bədbəxt hadisə”, yəni sığorta hadisəsi faktının baş verməsinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmaqla sığorta haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini, vəzifə səlahiyyətlərindən suiistifadə edilməsi, vəzifə saxtakarlığı, mülki iş üzrə sübutların saxtalaşdırılması, korrupsiya əməllərinin əlamətləri ilə bağlı cavabdehlərin barəsində xüsusi qərardad çıxarmaqla Baş Prokurorluğa məlumat verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apelyasiya məhkəməsi işi təfsilatlı olaraq araşdırmadan iş yerində və iş vaxtında bədbəxt hadisəyə düçar olan iddiaçı ilə birinci cavabdeh (SKN) arasındakı hüquqi münasibətin əsasının əmək müqaviləsi deyil, podrat müqaviləsi olduğunu qəbul etməsi və bu səbəblə də sığorta ödənişinin ödənilməsinin təmin olunmasının mümkün olmadığını bildirməsi Mülki və Əmək Qanunvericiliyinin kobud pozuntusudur. İşin faktiki hallarından məlum olur ki, iddiaçı ilə birinci cavabdeh arasındakı münasibət podrat münasibəti deyil, əmək münasibətidir. Belə ki, iddiaçı cavabdehə tabeçilik münasibətində çalışırdı, yəni iddiaçı sərbəst, müstəqil deyildi. Onun işə gəlib getmə saatını, qrafıkini, harada, nə qədər çalışacağını cavabdeh təsbit edirdi. Bütün bunlar onu göstərir ki, cavabdeh Əmək müqaviləsi və Əmək qanunverciliyinin tələblərindən yayınmaq üçün iddiaçı ilə formal olaraq podrat müqaviləsini bağlamış, lakin həqiqətdə isə əmək müqaviləsi ilə çalışmışdır. Yəni cavabdeh bağladığı podrat müqaviləsi ilə əslində Əmək müqaviləsini pərdələmişdir. Bunu Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindəki “iddiaçının bədən xəsarəti aldığını qeyd etdiyi tapşırıq, podrat müqaviləsində öz əksini tapmamışdır. Bu tapşırığın rəhbərlik tərəfindən verilib-verilməməsi açıq mübahisə predmetidir və iddiaçı müqaviləyə əsaslanaraq bu tapşırığın öz öhdəlikləri daxilind ə olduğunu irəli sürə bilməz” kimi ifadələr də sübut edir (Səhifə 6-7). Demək ki, iddiaçı müstəqil deyil, cavabdehin rəhbərliyi, tabeçiliyi altında çalışmışdır. Təbii ki, Bakı Apelyasiya Məhkəməsi bu faktı araşdırmadan, təsbit etmədən qətnamə qəbul etməsi belə onun işi təfsilatlı araşdırmadığını bununla da qanunverciliyin tələblərini pozduğunu sübut edir. Məlum olduğu kimi, MM-nin 340.2-ci maddəsinin tələbinə görə, “Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir”.Bakı Apelyasiya Məhkəməsinin MM-nin 340.2-ci maddəsinin tələblərini nəzərə alamadan, formal podrat müqaviləsinə əsasən iddiaçı ilə cavabdeh arasındak ı münasibətin əmək münasibəti olmamasını və bu səbəbdən ona sığorta ödənişinin verilməsinin mümkünsüzlüyü qənaətinə gəlmişdir Bundan başqa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən sığorta hadisələrin təhqiqi və uçota alınması Qaydaları”-nın 1.3-cü hissəsinə istinad edən rayon məhkəməsinin mövqeyinə görə, yalnız əmək vəzifələrini verinə yetirərkən baş verən bədbəxt hadisə sığorta hadisəsi hesab oluna bilər. Bakı Apelyasiya Məhkəməsi də bunu təsdiqləmişdir.Lakin, məhkəmələr həmin Qaydaların 1.2-ci hissəsində sadalanan halları nəzərə almamışdır. Belə ki, işçilərin səhhətinin pozulması hallarına əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), müdüriyyətin tapşırığı olmadan belə müəs sisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən işçinin aldığı xəsarətlər və sair hallar daxildir. Bundan başqa yuxarıda qeyd olunan faktlardan məlum olduğu kimi, iddiaçı ilə birinci cavabdeh arasındaki hüququ münasibət formal podrat müqaviləsi ilə pərdələnmiş əmək münasibətidir. Bundan əlavə, iddianı rədd edərkən rayon nəhkəməsi, onun görəcəyi işlərin müqavilədə konkret qeyd olunmadığına əsaslanmışdır. Bakı Apelyasiya Məhkəməsi də bunu təsdiqləmişdir. Məhkəmələr nəzərə almamışdır ki, müqavilədə görüləcək işlərin ifadə olunması üslubu sığorta hadisəsinin baş verməsi faktının müəyyən edilməsinin rədd edilməsi üçün əsas deyildir. Belə ki, həm “ATE16041217” nömrəli Müqavilənin 13 bəndində, həm də qanunvericilikdə (MM-nin 935 maddəsi, “İcbari sığortalar haqqında” Qanunun 21-ci maddəsi) s ığorta ödənişinin verilməsindən imtina üçün nəzərdə tutulmuş hallar hazırki mülki işdə mövcud deyildir. Məhkəmə iddiaçının “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi ilə bağlı hər hansı bir sübut təqdim olunmadığı səbəbi ilə iddia ərizəsini təmin etməməsi və rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlaması qəbul edilməz olduğu kimi, maddi və prosessual hüquq normalarını da pozulmasıdır. Belə ki, əvvəla həmin hadisənin birinci cavabdehin iş yerində iş vaxtı baş verdiyini həmin vaxt iddiaçının yanında çalışan və bu qəzaya şahid olan cavabdehin digər işçilərinin ifadələri ilə sübut edildiyi halda Məhkəmənin bun u qəbul etməməsi MPM-nin tələblərinə ziddir. Bundan başqa, məhkəmənin iddiaçıdan sığorta hadisəsinin baş verməsinə dair Akt tələb etməsi də qəbul edilməzdir. Çünki həmin aktı birinci cavabdehin özü tərtib etməli idi. Yəni bu onun vəzifəsi idi. Birinci cavabdehin öz vəzifəsini pozmasının məsuliyyətini iddiaçıya yükləmək isə heç bir hüquq məntiqinə sığmaycağı kimi, ədalətli də deyildir. Məhkəmə işin faktiki hallarını təfsilatlı araşdırmadan qətnamə qəbul edərək qanunverciliyin maddi və prosessual normalarını pozmuşdur. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının vəkili X6 və Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyət inin vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçı ilə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Elektrik işlərinin görülməsi haqqında” podrat müqaviləsinə əsasən, iddiaçı cavabdehin tapşırığına əsasən elektrik kabellərinin quraşdırılması, elektrik şəbəkəsinin qurulmasına yardım edilməsi, elektroəlaqə sistemi ilə elektrik sisteminin işə salınması və idarəedilməsinə köməklik göstərilməsi, bununla əlaqədar baş fəhlənin (foreman) göstərişlərinə əməl etməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh Şirkət tərəfindən vəzifələrinə aid edilmiş işi icra edərkən, iş yerində yüksək gərginlikli elektrik xətlərinin çəkilişi zamanı bədbəxt hadisə baş vermiş və ağır bədən xəsarətləri almışdır. İddiaçı bu halla bağlı məhkəməyə tibbi sənədlər təqdim etmişdir. İddiaçı ilə digər Cavabdeh2 Sığorta Şirkəti ASC arasında xx xxxx 2016-cı il tarixdə «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi» bağlanmışdır. İddiaçı baş vermiş hadisə ilə bağlı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və sığorta şirkətinə qarşı iddia qaldıraraq aldığı xəsarətlə əlaqədar sığorta pulunun ödənilməsini tələb etmiş və tələbini iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Cavabdehlərdən Sığorta Şirkəti sığorta verilməsindən imtinanın əsası kimi ona istinad etmişdir ki, iddiaçı sığorta hadisəsi istehsalatda bədbəxt hadisə haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı, yaxud Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı təqdim etməmişdir. Həmçinin iddiaçının xəsarət almasını iş yerində baş vermiş hadisə ilə əlaqəsinin olması da müəyyən edilmir. Ona görə də, sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Digər cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Resp ublikasındakı Filialının nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə şirkət arasında yaranan münasibətlər podrat münasibətləri olmuş, iddiaçı şirkətlə əmək münasibətlərinə daxil olmamışdır. İddiaçı şirkətlə bağladığı podrat müqaviləsi əsasında işləri yerinə yetirmişdir. Tərəflər arasında əmək münasibətləri olmadığından istehaslatda baş verən bədbəxt hadisədən söhbət gedə bilməz. Digər tərəfdən iddiaçı ilə sığorta şirkəti arasında bağlanmış sığorta müqviləsində "xxxx" Şirkəti tərəf kimi iştirak etməmişdir. Ona görə də tələbin şirkətə qarşı yönəldilməsi yolverilməzdir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, bədbəxt hadisə faktının müəyyən edilməsinə dair ərizədə qeyd edilən tarixdə “SKN Electrical Services” şirkətinin Azərbaycan Respublikasındakı filialının iş yerlərində istehsalat qəzası baş verməmişdir. İddiaçının özünün təqdim etdiyi sənədlərdə qeyd olunur ki, xx xxxxxxxx 2016-cı ildə müayinə olunmuş, bu müayinənin nəticəsində onun bel nahiyəsində problem olduğu aşkar olunmuşdur. Yəni iddiaçının səhhətində baş verən sağlamlıq probleminin qeyd etdiyi hadisə nəticəsində baş verməsi sübuta yetirilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. Həmçinin, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə İddiaçı arasında bağlanılan xx xxxx 2016-cı il tarixli müqavilədə iddiaçının görəcəyi işlər konkret qeyd olunmamışdır. Yəni, iddiaçının bədən xəsarəti aldığını qeyd etdiyi tapşırıq podrat müqaviləsində öz əksini tapmamışdır. Bu ta pşırığın rəhbərlik tərəfindən verilib-verilməməsi açıq mübahisə predmetidir və iddiaçı müqaviləyə əsaslanaraq bu tapşırığın öz öhdəlikləri daxilində olduğunu irəli sürə bilməz. Ona görə də, iddia tələbi rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əs aslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi iddia ərizəsində qeyd edilən tarixdə “SKN Electrical Services” şirkətinin Azərbaycan Respublikasındakı filialının iş yerlərində istehsalat qəzası baş vermədiyini qeyd etmişdir. Lakin iş üzrə dindirilmiş şahid ifadələri ilə iddiaçının qeyd etdiyi hadisənin SKN Electrical Services” şirkətində baş verməsi müəyyən edilmişdir. Belə ki, birinci ins tansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, iddiaçının iş yoldaşıdır. 2016-cı ilin mart ayında iddiaçı işdə olarkən xəsarət almışdır. adlı işçi iddiaçını evə aparmışdır. Sonra eşitmişdir ki, iddiaçı həkimə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, iddiaçının iş yoldaşıdır. İddiaçı kabel çəkdiyi vaxt belindən ağrı tutmuş və yerə yıxılmışdır. Həmin vaxt şirkətin Orxan adlı işçisi iddiaçını gəlib evinə aparmışdır. Sonradan müalicə olunması üçün xəstəxanaya müraciət etmişdir Bundan başqa hadisənin baş verməsini cavabdeh şirkət də inkar etməmişdir. Sadəcə olaraq iddia tələbinə etirazının əsası kimi cavabdehin nümayəndəsi iddiaçı ilə şirkət arasında əmək münasibətlərinin yaranmadığı, iddia çının mülki müqavilə əsasında iş gördüyünü bildirmişdir. İddiaçı hadisədən təqribən 2 ay əvvəl, yəni xx xxxxxxxx 2016-cı il tarixdə onurğa sütunun bel-oma hissəsinin müayinəsinə və bu zaman L 4-5 diskdə dural kisəni sıxan sükulyar qabarma, L 5 – S 1 diskdə dural kisəni sıxan 3 mm ölçüdə arxa-mərkəzi protruziyanın aşkar olunmasına gəldikdə isə iddiaçınının xx.xx.2016-cı il tarixdən sonrakı vəziyyətdə aldığı xəsarətlərin göstərilən müayinə zamanı müəyyən edilmiş xəstəliklərin nəticəsi olması, yaxud bədbəxt hadisə ilə əlaqədar əmələ gəlməsini müəyyən etmək üçün xüsusi bilik tələb olunur. Məhkəmə həmin halı işdə olan sənədlər və İddiaçı canlı müayinəsi nəticəsində alınmış tibbi ekspertizanın rəyi ilə müəyyən edə bilərdi. Cavabdeh “SKN Electrical Services” şirkəti iddia tələbinə etirazının əsas ı kimi tərəflər arasında əmək münasibətlərinin yaranmamasını, iddiaçının mülki müqavilə əsasında işlər görməsini və belə olan halda istehsalatda baş vermiş bədbəxt hadisədən söhbət gedə bilməməsini qeyd etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmələr işə baxarkən tərəflər arasında yaranmış həqiqi münasibətlərə qiymət verməmişdir. Belə ki, iddiaçı göstərmişdir ki, iddiaçı müstəqil deyil, cavabdehin rəhbərliyi, tabeçiliyi altında çalışmışdır. Onlar arasında olan münasibətlər formal podrat müqaviləsi ilə pərdələnmiş əmək münasibətidir. İddiaçı həmçinin qeyd etmişdir ki, “SKN Electrical Services” şirkətinin rəhbərliyinin tapşırığı ilə onlardan sığorta və maliyyə işləri ilə bağlı etibarnamə almışdılar. Hansı səbəbdən “SKN Electrical Services” şirkətinin rəhbərliyi onun əvəz inə “xxxx” MMM-ə pul ödənməsinə məhkəmə hüquqi qiymət verməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3-cü bölməsində təsbit edilmiş “Ödəniş haqqı” bölməsində qeyd edilmişdir ki, “işə sərf edilən hər saata görə 4,09 manat haqq ödənilir və ümumi ödəniş məbləği hər ay üzrə “İcraçı”-nın təqdim etdiyi işlənmiş saatların uçotu əsasında aşağıdakı hal nəzərə alınmaqla müəyyən edilir: 3.1- Gündəlik işin 10 saat müddəti üçün hər saatın haqqı 10-a vurulmaqla; 3.2 - İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri işlədikdə hər işlənmiş gün üçün əlavə ödəniş nəzərdə tutulmamışdır. 3.3 – Əlavə olaraq 3.1-ci bənddə göstərilən müddətdən artıq işə görə saat hesabı olaraq 4,10 manat xidmət haqqı hesablanıb ödəniləcək”. Müqavilədən həmçinin görünür ki, 1 il müddətinə bağlanmış İddiaçı gör əcəyi işlər, bunun müqabilində şirkət tərəfindən ödəniləcək muzd konkret deyildir, podratla bağlı smeta tərtib olunmuşdur, podratçının əmək şəraitinin şərtləri, əməyin mühafizəsi, sosial və digər şərtləri, təminatlar göstərilmişdir. (Müqavilənin giriş hissəsi, 2.1, 52-5.4-cü bəndləri) Tərəflər arasında bağlanmış və podrat müqaviləsi adlandırılan xx.xx.2016-cı il tarixli müqavilənin məzmunu və şərtləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-44-cü maddələrində göstərilən hallara uyğundur. Göründüyü kimi, tərəflər arasında podrat müqaviləsinə xas olmayan, əmək münasibətlərini əks etdirən müddəalar (işlənmiş saatların uçotu əsasında ödəniş edilməsi, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərinin nəzərə alınmaması, günədlik iş saatı və s.) təsbit edilmişdir. Mülki Məcəllən in 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Nə birinci instansiya məhkəməsi, nədə ki apellyasiya instansiyası məhkəməsi həqiqətin müəyyən edilməsi üçün tərəflər arasındakı münasibətlərin əmək münasibəti olub-olmasına qiymət verməmiş, tərəflər arasında yaranmış əmək münasibətlərin podrat müqaviləsi ilə pərdələnməsi halının olub-olmamasını müə yyən etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyas ı hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə İddiaçı xx.xx.2016-cı il tarixdə iş yerində işin icrası zamanı xəsarət alması faktının olub-olmamasını müəyyən etməli (istehsalatda bədbəxt hadisə), bundan sonra iddiaçı ilə şirkət arasında münasibətlərin podrat, yaxud əmək münasibətləri olmasına hüquqi qiymət verməli, nəticədən asılı olaraq 1-ci cavabdeh olan şirkətin (Podrat müqaviləsinin 5.2-ci bəndi) yaxud da sığortaçı olan 2-ci cavabdehin məsuliyyət məsələsini həll etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11022/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-722/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-722/2020
03.02.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver