Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-722/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-722/2023 (Açar sözlər: pul tələbi, şərikli fəaliyyət nəticəsində ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı, (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5801/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 09 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yevlax rayon X4 bölməsinin 27 yanvar 2020-ci il tarixli qərarı ilə Cavabdeh2 və Cavabdeh1 əməllərində dələduzluq cinayətinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, 2014-cü il tarixdə o, Cavabdeh1 və Cavabdeh2 ilə şifahi razılıq əsasında qazanc əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmin vaxt o, Ukrayna Respublikasından Rusiya Federasiyasında yerləşən şirkətin balansına 174316 ABŞ dolları pul göndərmiş, həmin şirkətin Azərbaycan Respublikasına göndərdiyi avtomobil təkərlərini və yağları Cavabdeh1 və Cavabdeh2 qəbul etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabd eh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 53061 ABŞ dolları və 17760 manat məbləğdə pul vəsaitinin, 15918 ABŞ dolları məbləğində faiz məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 2014-cü ilin əvvəlində Bakı şəhərində tanış olmuşdur. Cavabdehlər ona Rusiya Federasiyasından topdan şin gətirib satdıqlarını bildirmişlər və ona “gəl səndə pul qoy Rusiya Federasiyasından topdan şin gətirək, sənində xeyrin olsun” bildirmişlər. O, cavabdehlərin bu təklifi ilə razılaşmışdır və 2014-cü ildə Ukrayna Respublikasından cavabdehlərin ş in aldıqları Rusiya Federasiyasında yerləşən şirkətin hesabına köçürmə yolu ilə 174316 ABŞ dolları pul köçürmüşdür. Cavabdehlər pulunu iki ay müddətinə qaytaracaqlarını və bu işdən onunda xeyrinin olacağını bildirmişlər. Təxminən iki ay sonra cavabdehlərdən bir xəbər çıxmadığından onlarla görüşərək pulunu geri tələb etmişdir. Cavabdeh2 şinləri gətirdiklərini, lakin şinləri paylamadıqlarını, şinləri payladıqdan sonra pulunu ödəyəcəklərini bildirmişlər. Bir neçə ay sonra pulu qaytırılmadığına görə yenidən cavabdehlərlə görüşərək pulunun dərhal ödənilməsini onlardan tələb etmişdir. Cavabdehlər pulunun müəyyən hissəsini hissə-hissə ona qaytarsalar da, pulunu tam həcmdə qaytarmamışlar. Cavabdehlər onu aldadaraq pulunu ödəmədiklərinə görə onlar barəsində şikayəti ərizəsi ilə hüquq mühafizə orqan larına müraciət etmişdir. Qeyd olunan ərizəsi əsasında Yevlax rayon X4 Bölməsində araşdırma aparılmış və həmin araşdırma nəticəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 yanvar 2020-ci il tarixli Qərar qəbul edilərək ona mülki qaydada məhkəməyə müraciət etməyi izah olunmuşdur. Həmin qərarla müəyyən edilmişdir ki, 2014-cü il tarixdə o, Cavabdeh1 və Cavabdeh2 ilə şifahi razılıq əsasında qazanc əldə etmək məqsədi ilə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmin vaxt o, Ukrayna Respublikasından Rusiya Federasiyasında yerləşən şirkətin balansına 174316 ABŞ dolları pul göndərmiş, həmin şirkətin Azərbaycan Respublikasına göndərdiyi avtomobil təkərlərini və yağları X2 və Cavabdeh2 qəbul etmişlər. Cavabdeh1 və Cavabdeh2 pulunun müəyyən hissəsini ödəmiş, onların ona 530 61 ABŞ dolları və 17760 manat borcu qalmışdır. Göründüyü kimi cavabdehlərin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində ona maddi zərər vurulmuşdur. Eyni zamanda qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pulunun qaytarılmasını gecikdirdikləri üçün, qaytarılmamış 53061 ABŞ dolları məbləğin illik beş faizini ödəməyə borcludurlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 altı ildən artıq müddətdir ki, 53061 ABŞ dolları məbləğində pulunu qaytarmadıqlarına görə, qanunvericiliyə əsasən 53061 ABŞ dolları məbləğə altı il müddətinə illik beş faiz hesablanmaqla, ümumilikdə ona 15918 ABŞ dolları məbləğində faiz ödəməlidirlər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 53061 ABŞ dolları və 17760 m anat məbləğdə pul vəsaitinin, 15918 ABŞ dolları məbləğində faiz məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməlidir.
4. Cavabdeh1 birinci instansiya məhkəməsindəki icraatda etiraz ərizəsi ilə müraciət edərək etirazında qeyd etmişdir ki, iddia qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin faktiki halları ondan ibarətdir ki, o və digər Cavabdeh2 iş birliyi quraraq Çin Xalq Respublikası və Rusiya Federasiyasından yük və minik avtomobilləri üçün avtomobil şinləri gətirərək onun Azərbaycan Respublikasında satışı ilə məşğul olurmuşlar. 2014-cü ilin əvvəllərində hazırki iş üzrə iddiaçı onlardan mütəmadi olaraq avtomobil şinləri alıb 15-20 manat aldığından baha qiymətə öz müştərilərinə satırmış. İddiaçı onların ofisə tez -tez gələrək onların avtomobil şinlərinin satışı ilə məşğul olurmuş. O, münasibətlərinin yaranması ilə əlaqədar olaraq ona İspaniyadan avtomobil yağlarını gətirib Azərbaycan Respublikasında satışını təşkil etmək təklifini vermişdir. Vüqar onunla razılaşıb lazım olan pulu köçürmüşdür. Aralarında olan razılığa görə Respublikaya gətiriləcək malın gömrük və yol xərcləri o və Cavabdeh2 tərəfindən ödənilməli imiş. Şərikli fəaliyyətlərindən gəlir əldə edirmişlər. 2014-cü ilin noyabr ayında Rusiya Federasiyasında infilyasiya olduğu üçün o, Vüqar və Zahidə təklif etmişdir ki, Rusiya Federasiyası və Çin Xalq Respublikasından avtomobil şinləri gətirib satsalar yaxşı gəlir əldə edə bilərlər. Razılığa əsasən Vüqar 135700 manat pulu Rusiya Federasiyasında fəaliyyət göstərən şirkətin hesabına köçürmüş, o və Zahid isə alınmış avtomobil şinlərini avtomobillərlə konteynerlərlə yol və gömrük xərclərini ödəyib Bakı şəhərinə gətirmişlər. Əvvəlcədən olan razılığa görə avtomobil şinlərinin satışından əldə olununan gəlir 3 yerə bölünməli imiş. Vüqar avtomobil yağına və şinlərə ödənilən pulların ona hesabatını verir və o da onların öz dəftərində qeydiyyatını apararaq ona imza etdirirmiş. Çünki köçürülən pullar manatla Banka ödənildikdən sonra Bank avro, dollar və rublla konvertasiya edib ödəniş əməliyyatı aparırmış. Onlar gətirilmiş hər avtomobil şininin satışından əldə olunan gəlirin 5 manatını daxildə yaranacaq anbarda saxlama, fəhlə və daşınma xərclərini nəzərə alaraq 3 yerə böldükdə hər birinə 15 manat gəlir hesablamışlar. 2015-ci ilin əvvəllərində Azərbaycanda da gözlənilmədən infilyasiya baş vermişdir. Buna görə Vüqar onlara narazılıq edib manatın hər gün dəyərdən düşdüyü barədə narahatçılıqla söz-söhbət yaratmışdır. O, Zahiddən dostlarını qəbul etməsi bəhanəsi ilə işlədikləri ofisin açarlarını alıb şərikli ticarət fəaliyyəti ilə bağlı qeydiyyat apardığı dəftəri götürmüş və o, iddiaçıdan bu barədə soruşanda xəbəri olmadığını söyləmişdir. İnfilyasiya ilə bağlı bazarda avtomobil şinlərinin şatışında durğunluq yaranmışdır. Vüqar yaranmış vəziyyətlə razılaşmayıb onlardan Azərbaycan Respublikası DTX-ya şikayət etmişdir. Vüqar həmin idarədə yaxın dostlarının olduğunu bildirirmiş. Onu və Zahidi Azərbaycan Respublikası DTX-ə çağırmışlar. Onlar orada bildirmişlər ki, şərikli avtomobil şinləri gətirib gəlir əldə etmişlər. İddiaçı həmin şərikli ticarətə 135700 manat, o və Cavabdeh2 isə b irlikdə 120000 manat pul qoymuşlar. Vüqar hər gün onlardan pul istədiyi üçün avtomobil şinlərini dəyər -dəyməzinə satıb ona verirmişlər. Buna görə o və Zahid ziyan etmişlər. Satılan avtomobil şinlərindən Vüqar pul qazanırmış. Onlar razılaşıb avtomobil şinlərini və avtomobil yağlarını iddiaçının qalan pulu əvəzində ona vermişlər. Bunu DTX əməkdaşlarının göstərişi ilə etmişlər. Sonra 20-30 gün ərzində iddiaçıya 14300 manat pul vermişlər. Ümumilikdə onlar iddiaçıya 75300 manat pul ödəmiş olmuşlar. Bundan sonra iddiaçı onlara dollar kursu ilə bağlı onlarla heç bir sözsöhbət etməyəcəyinə söz vermişdir. O, iddiaçı ilə yaranmış problemlə bağlı keçirdiyi həyəcanlar nəticəsində şəkər xəstəliyinə tutulmuşdur. O, iddiaçının yaratdığı vəziyyətlə əlaqədar banklardan aldığı kreditin ödənişini gecikdirdi yi üçün bank ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və hal-hazırda qalıq borcu 40000 manat təşkil edir. O, vaxtında avtomobil şinlərini ucuz qiymətə satmasaymış bu cür şərait yaranmazmış. Nisyə satılmış avtomobil şinlərinin 30000 manata qədər ödənilməmiş pulunu da Zahid və o ödəmək məcburiyyətindədirlər. Bunun da səbəbkarı iddiaçıdır. Amma iddiaçıya verdikləri avtomobil şinləri və yağlarını o, sərfəli qiymətə sataraq mənfəət əldə etmişdir. Bundan əlavə o, onlarla hesablaşanda öz payına düşən gəliri də onlarda almışdır. Bütün bunlar azmış kimi iddiaçı onu xalası oğlu ilə hədələyirmiş. Bildirirmiş ki, xalası oğlu qanundan kənar belə işlərin həlli ilə məşğuldur. Bundan sonra iddiaçı ondan və Cavabdeh2 Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarə sinə şikayət etmişdir. Onu və Zahidi həmin idarəyə dəvət etmişlər və onlar orada izahat vermişlər. Məlum olmuşdur ki, iddiaçı onlardan manatın dollara nisbətdə kursunun dəyişməsi ilə bağlı yaranmış fərqi istəyir. Orada iddiaçıya izah olunmuşdur ki, şərikli mal gətirilib ticarətlə məşğul olmuşlar, verdiyi pulları həm nağd şəkilində, həm də avtomobil şinləri və avtomobil yağları ilə natura formada almışdır. Onu da qeyd etmək istəyir ki, iddiaçı ona nağd şəkildə pul verməyib. O, pulu RF-da fəaliyyət göstərən şirkətin hesabına köçürmüşdür. Onun iddiaçıya heç bir pul borcu yoxdur. Barələrində Azərbaycan Respublikası DİN-nin Yevlax RPŞ-ə iddiaçı tərəfindən verilən şikayət ərizəsi üzrə əməllərində cinayət tərkibi olmadığına görə 27 yanvar 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilm əsi haqqında qərar qəbul olunmuşdur. Onu da qeyd etmək istəyir ki, iddiaçı ilə aralarında heç bir borc münasibəti olmamışdır. Onlar şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. İddiaçı iddia ərizəsində qazanc əldə etmək məqsədi ilə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqlarını etiraf etmişdir. Göstərilənlərə əsasən, iddiaçının ona qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-589/2021 nömrəli qətnaməsi ilə (hakim B.Qasımov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 iddiaçının xeyrinə 49805 ABŞ dolları əsas, 14111,45 ABŞ dolları faiz borcu, cəmi 63916 ABŞ dolları borc və dövlət rüsumu olaraq ödənilmiş 22,10 AZN məbləğin də pul müştərək qaydada tutulması, ödənilmiş dövlət rüsumunun 7,90 manatı iddiaçıya aid edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, 171160 ABŞ dolları məbləğindən cavabdeh tərəfindən 54300 manat nağd şəkildə, 73018 (47050 manat təkər üçün və 25968 manat yağ üçün) manat isə mal şəklində, cəmi 127318 manat, yəni 121255 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Hazırda isə 49905 ABŞ dolları məbləğində pul iddiaçıya ödənilməmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərlə birlikdə qazanc əldə etmək məqsədi ilə Rusiya Federasiyasında yerləşən şirkətin hesabına köçürülmüş 171160 ABŞ dolları məbləğində pulun iddiaçıya geri qaytarılmamış 49905 ABŞ dolları məbləğində hissəsi cava bdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisələndirilən hissədə iddia qaldırmaqda haqlıdır. Belə ki, cavabdehlər 2 aya iddiaçıya olan borclarını qaytaracaqlarını bildirsələr də, buna əməl etməmiş və bu səbəbdən iddiaçı 25 sentyabr 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəticədə cavabdehlər məhkəmədə iddia qaldırılan tarixə borclarını 5 il 8 ay gecikdirmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən 49905 ABŞ dolları məbləğində ödənilməmiş borcdan illik 5 faiz hesablanmaqla 14111,45 ABŞ dolları məbləğində faiz tutulmalıdır.
9. Məhkəmə iddia tələbinin “cavabdehlərdən 17760 manat məbləğdə pul vəsaitinin tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia tələbində göstərmişdir ki, o, cavabdehlə rlə birlikdə göstərdiyi sahibkarlıq fəaliyyəti nəticəsində 17760 manat haqq, qazanc əldə etməli imiş, lakin cavabdehlər borcla birlikdə razılaşdırılmış qazanc məbləğini də ona qaytarmamışlar.
10. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi mübahisələndirilən hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbini həmin hissədə əsaslandırmamış, o, göstərilən sahiblarlıq fəaliyyəti nəticəsində məhz bu qədər gəlir əldə edəcəyinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2,77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
13. Həmçinin qətnamədən cavabdeh X3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov, V.Sadıqov) 14 dekabr 2021-ci il tarixli, 2(103)-9722/2021 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apellyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, apellyasiya şikayəti təmin edilməməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 385.1,386.1,390.1,425.1, 427.3, 442, 443.1, 445.2, 448.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. c) Kassasiya ins tansiyası məhkəməsindəki birinci icraat
17. Qətnamədən cavabdehlər kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdirlər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.T.Əhmədova, İ.K.Xəlilov) 2(102)-2263/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9722/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.
19. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, işin halları, o cümlədən iddiaçının verdiyi iddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, t ərəflər arasında 2014-cü ildə Rusiya Federasiyasından avtomobil şinlərinin və avtomobil yağlarının Azərbaycana gətirilməsi və həmin malları sataraq əldə edilmiş gəlirin bölüşdürülməsi ilə 2014-cü ildə şifahi razılıq bağlanmış və iddiaçı bu məqsədlə cavabdehlərin təklifi ilə Rusiya Federasiyasında yerləşən şirkətin hesabına 174.316 ABŞ dolları pul köçürülmüşdür.
20. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, köçürülən 174.316 ABŞ dollarının müqabilində qeyd edilən mallar Azərbaycan Respublikasına gətirilmiş, gətirilmiş mallar vaxtında satılmadığı üçün tərəflər arasına hazırki iş üzrə mübahisə yaranmışdır.
21. Bununla bağlı cavabdehlərin bildirdiklərindən də görünür ki, onlarla iddiaçı arasında həqiqətən də yuxarıda qeyd edilən məzmunda şərikli fəaliyyətlə bağlı 2014-cü ildə şifahi müq avilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı Rusiya Federasiyasından malların gətirilməsi üçün tələb edilən məbləği köçürməli, onlar isə malların gömrük rəsmiləşdirilməsindən keçirilməsinin, anbarda saxlanılmasının xərclərini çəkməli, malların satışdan sonra çəkilmiş xərclər çıxıldıqdan sonra qalan gəlir üç yerə bölünməli idi. Qeyd edilən biznesə iddiaçı tərəfindən 135.700 manat, onlar tərəfindən isə 120.000 manat pul qoyulmuşdur. 46. 2015-ci ilin əvvəllərində Azərbaycan Respublikasında infilasiya baş verdiyi üçün malların satışında müəyyən durğunluq yarandığından iddiaçı onlaradan müxtəlif orqanlara şikayət etmiş, bu şikayətlərin qarşısını almaq üçün malları dəyər dəyməzinə sataraq, iddiaçının şərikli fəaliyyətə qoyduğu pulun bir hissəsini nağd şəkildə, bir hissəsini isə mal şə kilində sonuncuya ödəmişlər.
22. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər tərəfindən iddiaçıya nağd şəkildə 54300 manat, mal şəkilində 73018 manat olmaqla cəmi 127318 manat pul ödənilmişdir.
23. Beləliklə işin halları ilə tərəflər arasında yaranan mübahisə şərikli iş fəaliyyəti ilə bağlı olduğu üçün isə baxan məhkəmə bu fəaliyyət nəticəsində cavabdehlərin götürdüyü öhdəlikləri onlardan asılı olan səbəblərə görə icra edib etməməsini araşdırmalı və şərikli fəaliyyət nəticəsində bu fəaliyyəti aparan şəxslərin öz risklərinə görə məsuliyyət daşımalarını nəzərə almaqla işin hallarına qiymət verməli olduğu halda apellyasiya instansiyası məhkəməsi iddiaçının bu fəaliyyət nəticəsində Rusiya Federasiyasına 174.316 ABŞ dollar pul keçirdiyini, bu məbləğdən ona 1 27.318 manat pulun qaytarıldığını müəyyən etməklə cavabdehlərin qalan məbləği də qaytarmalı olmalarına dair birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov, R.M.Həsənov) 2(103)-5801/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 və Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-589/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddia tələblərinin rədd edilməsi qət edilmişdir.
25. Apellyasiya məhkəməsi işin araşdırılmış hallarına əsasən müəyyən etmişdir ki, tərəflər arasında borc münasibətləri deyil, şərikli sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlər mövcud idi. İddiaçı da iddia ərizəsində məhz qazanc əldə etmək məqsədi ilə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını etiraf etmişdir. İşin materiallarından görünür ki, iddiaçı cavabdehlərə şəxsən pul verməmiş, özü tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən zavoda pul köçürmüşdür.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd edilən nəticəsi işin halları tam və obyektiv araşdırılmadan gəlinən nəticə kimi qiymətləndirilir. Belə ki birinci instansiya məhkəməsi iddiaçı tərəfindən 174.316 ABŞ dollar pul keçirdiyini, bu məbləğdən ona 127.318 manat pulun qaytarıldığını m üəyyən etməklə cavabdehlərin qalan məbləği də qaytarmalı olmalarına dair nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, cavabdehlərin götürdüyü öhdəlikləri onlardan asılı olan səbəblərə görə icra edə bilməməsinə və şərikli fəaliyyət nəticəsində bu fəaliyyəti aparan şəxslərin öz risklərinə görə məsuliyyət daşımalarına işin halları və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmaması baxımından düzgün hüquqi nəticə verməyərək, həmçinin tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəki l4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi heç bir araşdırma aparmadan, Azərbaycan Respublikası Ali Məhkəmənin MKnın göstərişlərinə məhəl qoymadan, hətta heç bir sübuta əsaslanmadan bu nəticəyə gəlmişdir ki, tərəflər şərikli biznes fəaliyyəti ilə məşğul olmuşdur və bu səbəbdən də iddianı rədd etmişdir. Həmin iddianı rədd etməklə 63.916 ABŞ dolları cavabdehlərə hədiyyə etmişdir. İşin hallarından da göründüyü kimi iddiaçının cavabdehlər ilə hər hansı şərikli biznesinin olmasına dair heç bir sübut mövcud deyil. İddiaçı onların göstərişi ilə 174.316 ABŞ dolları məbləğində pulu göndərmişdir. Əgər tər əflər şərik işləmişlərsə, onda cavabdehlər də pul qoymalı idi. Bundan əlavə iddiaçının göndərdiyi məbləğin müqabilində tələb olunan mallar cavabdehlərin istifadəsinə gəlmişdir. Cavabdehlərin fikri iddiaçını borcunu tam şəkildə qaytarmaq olsa idi, onlar bu barədə məlumat verər, malı realizə edə bilməyiblərsə, onu natura şəklində iddiaçıya təqdim edə bilərdilər. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın göstərişlərini araşdırmadan yalnız cavabdehlərin fərziyələrinə əsaslanmış, maddi və prosessual hüquq normalarını pozaraq əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 14.2.6. Mü lki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır.
31. Maddə 21.1. Zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 35.. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda v ə yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fak tlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası he sab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
50. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək və kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
52. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas ı Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5801/2022 nömrəli 13 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.