Məhkəmə qərarları › İş №2(102)-722/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-722/2024

21.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-722/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh3 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-55/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. JN 6 55 “A” saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X9 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi verilmişdir. 2. 19 noyabr 2013-cü il tarixli vəsiyyətnaməyə əsasən, Şamaxı rayonu, Qızmeydan kəndində yaşayan X1 yerləşən 0,94 ha torpaq sahəsi Dövlət Aktı JN-0597 saylı və Nağaraxana kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi İddiaçı vəsiyyət etmişdir. X18 xx.xx.2016-cı il tarixdə ölmüşdür.

3. JN 655 “A” saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi verilmişdir. 4. 14 sentyabr 2010-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləs inə əsasən Cavabdeh3 JN 655 “A” saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsini 4800 manata Cavabdeh2l oğluna satmışdır.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh2l oğlunun adına dövlət qeydiyyatına alınmışdır. 6. 21 aprel 2014-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Mustafayev X15 MA ******* saylı Çıxarışa əsasən, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsini 10000 manata X2.

7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışa əsasən, Şamaxı rayonu, Na ğaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsi X10 adına dövlət qeydiyyatına alınmışdır.

8. DTXK Şamaxı rayon şöbəsinin müdiri M.Əfəndiyev, İHB-nin Nağaraxana kənd üzrə nümayəndəsi A.Həsənov, Nağaraxana kənd Bələdiyyəsinin sədri E.Hüseynov, Mülkiyyətçi Cavabdeh3, Mülkiyyətçi X7 iştirakı ilə 2010-cu ilin avqust ayında tərtib olunmuş aktın surətinə əsasən Cavabdeh3 məxsus olan Şamaxı rayon Nağaraxana kəndində yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Cavabdeh3 məxsus JN-655a nömrəli torpaq sahəsi naturada Z.Mustafayevaya məxsus torpaq sahəsi ilə heç bir problemi yoxdur. Hər İki mülkiyyətçiyə məxsus torpaq sahəsi naturada mövcuddur və aralarında heç bir mübahisə yoxdur. Hər iki torpaq sahəsi yenidən ölçülərək mülkiyyətçilərə təhvil verildi. Həmçinin Cavabdeh 3 adı DBF siyahıda texniki xəta olaraq göstərilməmiş, lakin Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 0.12 ha torpaq sahəsi ayrılmış və JN-655a nömrəli şəhadətnamə ilə mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2l oğlu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi, müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər X20, X8 qarşı “şəhadətnamənin, alğı-satqı müqaviləsinin, çıxarışın Dövlət Reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilmələri və torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şam axı rayon Torpaq Şöbəsi tərəfindən Cavabdeh3 adına verilmiş günü göstərilməyən, yanvar ayına təsadüf edilən 2003-cü il tarixli JN 655 A №-li şəhadətnamənin, Şamaxı rayon Notariat Kontorunda bağlanılmış 14 sentyabr 2010-cu il tarixli alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası ƏMDK-sı yanında DƏDRX-nin 14-saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2l oğlunun adına verilmiş 18 sentyabr 2010-cu il tarixli çıxarışın Dövlət Reyestrində aparılmış qeydiyyatın etibarsız sayılması, Şamaxı rayon Torpaq Şöbəsi tərəfindən Mustafayeva (Əliyeva) Zeyvə İsaq qızının adına verilmiş xx.xx.2002-ci il tarixli şəhadətnamədə qeyd edilmiş Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.12-ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması, məhkəmə xərclərinin müş tərək qaydada cavabdehlər Cavabdeh3 və Cavabdeh2l oğlundan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, vəsiyyətnamə üzrə vərəsəsi olduğu X16 İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən Şamaxı rayon Torpaq Şöbəsi tərəfindən Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.12-ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixli mülkiyyət hüququnu təsdiq edən JN 655A saylı şəhadətnamə verilmişdir. X18 bu torpaq sahəsi ilə bağlı Şamaxı rayonu Qızmeydan kəndi üzrə İcra nümayəndəliyində 19 noyabr 2013-cü il tarixdə təsdiq edilmiş və 02 ilə reyestr kitabında qeyd olunaraq ona vəsiyyətnamə vermişdir. Lakin, Şamaxı Rayon Məhkəməsində hazırda baxılan mülki işlə bağlı DƏDRX-nin 14-saylı Ərazi İdarəsindən Məhkəmə nin sorğusuna əsasən verilmiş sənədlərin surətlərindən görünür ki, sözügedən torpaq sahəsinə dair Şamaxı rayon Torpaq Şöbəsi tərəfindən Şamaxı rayonunda qeydiyyatda olmayan və yaşamayan Bakı şəhəri, Y.Yasamal-1, ev 04 mənzil 56-da yaşayan Cavabdeh3 adına 2003-cü ildə günü bilinməyən yanvar ayı tarixdə JN 655A saylı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında Cavabdeh3 satıcı qismində mübahisəli torpaq sahəsini alıcı Cavabdeh2l oğluna Şamaxı rayon notariat kontorunda bağlanmış 14 sentyabr 2010-cu il tarixdə alğı-satqı müqaviləsinə əsasən satmışdır. Öz növbəsində alıcı Cavabdeh2l oğlu həmin torpaq sahəsinə dair DƏDRX-nin 14 saylı Ərazi İdarəsindən mülkiyyət hüququnu təsdiq edən xx.xx.2010-cu il tarixli çıxarış almışdır. Şamaxı rayon Torpaq Şöbəsi tərəfindən Cavabdeh3 adına verilmiş, günü göstərilməyən yanvar ayına qeyd olunan 2003-cü il tarixli şəhadətnamə və Şamaxı rayon notariat kontorunda Cavabdeh3 ilə Cavabdeh2l oğlu arasında bağlanmış 14 sentyabr 2010-cu il tarixli alğı-satqı müqaviləsi və bu müqavilədən irəli gələn DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2l oğlunun adına verilmiş xx.xx.2010-cu il tarixli çıxarışla Dövlət Reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilməlidir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, Sovetlər Birliyi dağıldıqdan və Azərbaycan Respublikası Müstəqillik əldə etdikdən sonra X24 Əliyevin sərəncamı ilə İslahat Komissiyası yaradılmış və İslahat Komissiyaları Azərbaycanın müvafiq rayonlarında yaşayan və qeydiyyatda olan vətəndaşlara pay qismində əkin torpaqları və həyətyanı torpaq sahələri vermişdir. X16 Şama xı rayonunda qeydiyyatda olan və yaşayan bir şəxs kimi İslahat Komissiyasının 28 may 1998-ci il tarixli 08 saylı qərarı ilə Şamaxı rayonu Talışnuru kəndi ərazisində 0.94 ha əkin təyinatlı torpaq sahəsi ilə bağlı JN 597 saylı Dövlət Aktı və Şamaxı rayon Nağarxana kəndində yerləşən 0,12-ha həyətyanı torpaq sahəsi verilmişdir. X5 yəni xx.xx.2002-ci il tarixdə 0.12-ha həyətyanı torpaq sahəsi ilə bağlı Şamaxı rayon Torpaq Şöbəsi tərəfindən JN 655A saylı şəhadətnamə almışdır. Həmin topraq sahəsi X18 tərəfindən heç kimə satılmamış və məhkəmənin qərarına əsasən onun mülkiyyət hüququna xitam verilməmişdir. Lakin naməlum səbəblərdən və əldə etdiyi sənədlərin surətlərindən görünür ki, Şamaxı rayon Torpaq Şöbəsinin o zamankı rəhbərliyi heç bir əsaslar olmadan sözü gedən torpaq sahəsinə dair Cavabdeh3 günü göstərilməyən yanvar ayına təsadüf edilən 2003-cu il tarixli JN 655A saylı yenidən mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə vermişdir. Dövlət orqanları tərəfindən təsdiqlənmiş əqdlərin mövcud olmasından məhkəmədə hazırda baxılan başqa bir işlə bağlı yəni iddiaçı X10 ona qarşı verdiyi iddia ərizəsindən sonra xəbərdar olmuşdur. Ona görə də hesab edir ki, hazırki iddia ərizəsində sadaladığı sənədlə maraqlarına toxunduğundan həm hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, həm də ki iddia müddətini buraxmamışdır. Belə ki, AR MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu məcəllənin 354.2-ci maddəsin də sadalanan və nəzərdə tutulan hallardan birinə əsasən isə şəxs əqdin etibarsız sayı lmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzindən əqdi mübahisə edə bilər. Digər tərəfdən həmin məcələnin 337.1 və 337.2-ci maddələrinin müddəalarına əsasən isə Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Məhkəmənin nəzərinə ən vacib məqamlardan birini də çatdırır ki, Şamaxı Rayon Torpaq Şöbəsinin qanunsuz hərəkətlərinə bəraət qazandırılması üçün, Şamax RİHB-nın Nağaraxana kəndi üzrə sabiq icra nümayəndəsi X20 və Şamaxı rayonu Nağaraxana kənd bələdiyyəsinin sədri X6, X12 iştirakı olmadan tərtib etdikləri, günü bilinməyən 2010-cu il tarixli qonşuluq aktında guya Cavabdeh3 məxsus torpaq sahəsinin X16 məxsus torpaq sahəsi ilə üst-üstə düşməməsini, yəni onların qon şu torpaq sahələri olduğunu təsdiqləmişlər. Bu tərtib olunmuş qonşuluq aktı nə dərəcədə qanuni və ya saxtadır. Lakin hesab edir ki, məhkəmə həm şəhadətnamənin Şamaxı rayon Torpaq Şöbəsi tərəfindən Cavabdeh3 adına verilməsi, həm də ki, sözügedən qonşuluq aktının tərtib edilməsi ilə bağlı qanunun tələblərinin pozulduğunu və həmin şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, AR MPM-nin 265.4-cu maddəsində nəzərdə tutulmuş qaydada xüsusi qərardad çıxarmaqda və prokurora xəbər verməkdə haqlı olar.

11. X13 3-cü şəxs qismində cəlb edilmişdir.

12. Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(074)-89/2021 saylı qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia qismən təmin edilmiş, Cavabdeh3 adına olan JN 655 “A” saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, 14 sen tyabr 2010-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi, eləcə də aparılmış qeydiyyat və verilmiş Seriya MA № ******* saylı Çıxarışın etibarsız hesab edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(074)-89/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Qətnamədən üçüncü şəxs X13 apelyasiya şikayəti verərək, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(074)-89/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(105)-55/2023 saylı qərardadı ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və S.A.Qafari) apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(074)-89/2021 saylı qətnaməsi qismən, Cavabdeh3 adına olan JN 655A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, iddiaçının cavabdehlərə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, JN 655A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə Şamaxı rayonu, Nağaraxana kəndində y erləşən 0,12 ha torpaq sahəsi hüquqi əsas olmadan Cavabdeh3 adına qeydə alınması nəticəsində verildiyindən, həmin şəhadətnamə və onun əsasında bağlanmış 0,12 ha torpaq sahəsinin Cavabdeh2 satılması barədə 14 sentyabr 2010-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi, eləcə də aparılmış qeydiyyat və verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı Çıxarış etibarsız sayılmalı, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mülki iş materiallarından görünür ki, Cavabdeh3 adına verilmiş JN 655 A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmiş, həmin şəhadə tnamə əsasında aparılmış alğı-satqı müqaviləsinin, aparılmış qeydiyyatın və verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir.

18. Qeyd edilən şəhadətnamə Cavabdeh3 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 0,12 ha torpaq sahəsinə dair verilmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı tələb ilk növbədə inzibati orqanın qəbul etdiyi qərarın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraatda baxılmalıdır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.

21. Mülki iş materiallarından görünür ki, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasını Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarı təşkil edir. Əslində tələb həmin qərarın ləğv edilməsi və onun əsasında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsidir. Məhz bundan sonra əmlaka hüquqlarla bağlı məsələ həllini tapa bilər. Həmin qərarın və şəhadətnamənin ləğv edilməsi tələbi isə cavabdeh fiziki şəxsə qarşı yönəldə bilməz. Həmin tələbə cavab verməli orqanlar inzibati orqanlardır- Şamaxı rayon Aqrar İslahat Komissiyası (indiki hüquqi varisi) və hüquqları qeydə alan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1, 261.0.8, 262.3-cü maddələrinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2-ci maddələrinə və İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirdiyi şəhadətnamə hüquqi aktdır və onun inzibati məhkəmə icraatında deyil, yalnız mülki icraat qaydasında mübahisələndirmək mümkündür. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi qərardadında qeyd etmişdir ki, həmin şəhadətnamənin verilməsi üçün əsas olan qərar inzibati icraat qaydasında mübahisələndirilməlidir, lakin mülki işin materiallarından görünür ki, belə bir qərar mövcud deyildir, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin Şamaxı rayon məhkəməsinin sorğusuna xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, həmin Xidmətin arxivində Cavabdeh3 adına torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin (iddiaçı tərəfindən mübahisələndirilən şəhadətnamənin) verilməsinə əsas olmuş ilkin sənədlərə dair hər hansı bir məlumat aşkar edilməmişdir, belə olan halda kökündə hər hansı bir inzibati akt – qərar olmadığı halda həmin şəhadətnamənin verilməsi üç ün əsas olan qərarın da təbiiki, inzibati qaydada mübahisələndirilməsi mümkün deyildir. Odur ki, məhkəmə tərəfindən AR MPM-nin 25.1-ci maddəsi tətbiq edilərək şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində iddiaya mülki icraat qaydasında baxılmalı idi, məhkəmə tərəfindən AR İPM-nin 2.2.1 və 2.2.2-ci maddələri düzgün tətbiq edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yuxarıda istinad edilən normalar tətbiq olunmaqla və sadalanmış hallar nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanmalı olduğu halda şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində qətnamə ləğv edilərək iş üzrə icraata həmin hissədə xitam verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

33. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə icraata xitam verilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı Cavabdeh3 və digərlərinə qarşı iddia qal dıraraq, sonuncunun adına verilmiş JN 655 A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, habelə həmin şəhadətnamə əsasında aparılmış alğı-satqı müqaviləsinin, aparılmış qeydiyyatın və verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir.

35. İşdən görünür ki, 0,12 ha torpaq sahəsinə dair qeyd olunan şəhadətnamə Cavabdeh3 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən verilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı tələb ilk növbədə inzibati orqanın qəbul etdiyi qərarın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraat qaydasında baxılmalıdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qa ydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.

38. Mülki iş materiallarından görünür ki, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasını Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarı təşkil edir. Əslində tələb həmin qərarın ləğv edilməsi və onun əsasında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsidir. Məhz bundan sonra əmlaka hüquqlarla bağlı məsələ həllini tapa bilər. Həmin qərarın və şəhadətnamənin ləğv edilməsi tələbi isə cavabdeh fiziki şəxsə qarşı yönəldə bilməz. Həmin tələbə cavab verməli orqanlar inzibati orqanlardır- Şamaxı rayon Aqrar İslahat Komissiyası (indiki hüquqi varisi) və hüquqları qeydə alan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hər əkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

40. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şik ayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(105)-55/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar