Məhkəmə qərarları › İş №2(102)-7221/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7221/2019

02.12.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7221/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızından və Nurməmmədov Əhməd Güləhmədoğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı X1 və onun vəkili X7, cavabdeh Bakı şəhəri R.M.Sadıqov dma 136 saylı tam orta məktəbin nümayəndəsi X2, vəkili X4 iştirakları ilə, İddiaçı X8 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3 0 noyabr 2018-ci iltarixliqətnaməsiilə (hakim:Ə.S.Qəhrəmanov; 2(003)-4117/18) İddiaçı cavabdeh Bakı şəhəri R.M.Sadıqov adına 136 saylı tam orta məktəbə qarşı “işə bərpa, məcburi işburaxma günlərinin pulunun və əmək haqqına artımların ödənilməsi” barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2019-cu tarixli qətnaməsi ilə (hakimlərZ.Ə.Əliyev (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski və R.Ə.Eyvazov; 2(103)-2953/2019) iddiaçı X8 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 noyabr 2018-ci iltarixliqətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri R.M.Sadıqov adına 136 saylı tam orta məktəbə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,“işə bərpa, məcbur i işburaxma günlərinin pulunun və əmək haqqına artımların ödənilməsi” qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1997-ci ildən Bakı şəhəri Təhsil İdarəsi R.M.Sadıqov adına 136 saylı tam orta məktəbəriyaziyyat müəllimi vəzifəsində işə qəbul olunmuşdur. Bundan əvvəl isə Şamaxı rayonu ***** kənd orta məktəbində riyaziyyat müəllimi vəzifəsində işləmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 01 oktyabr 2012-ci il tarixli 2468 saylı sərəncamına əsasən “Əməkdar müəllim” adına layiq görülmüşdür. İşlədiyi müddət ərzində o, baş müəllim fəxri adı almış və ali kateqoriyalı müəllim dərəcəsinə çatmışdır. İşlədiyi məktəbdə heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş və heç bir nöqsana yol verməmişdir. Dərs ilinin bitməsi ilə əlaqədar o,20 i yun 2018-ci il tarixdən əmək məzuniyyətinə buraxılmış, əmək məzuniyyətindən qayıtıqdan sonra təsadüfən bilmişdir ki, məktəb direktoru E6 tərəfindən ona heç xəbərdarlıq edilmədən işdən azad edilmişdir. O, səbəsiz olaraq işdən azad edilməsi barədə məktəbin direktoruna müraciət etdikdən sonra ona “artıq sizinlə işləmək istəmirəm,gedin özünüzə başqa iş tapın” demişdir. Bundan sonra müraciətinə əsasən 19 oktyabr 2018-ci il tarixdən ona işən azad edilməsi barədə əmrin surəti təqdim olunmuşdur. O, məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmiş, idarədə R6 onu demək olar ki dinləməmiş, ona “sənin limitin qurtarıb” demişdir. Lakin həmin məktəbin ibtidai sinif müəllimi Məlahət müəllimənin 2017-ci ildən 67 yaşı olmasına baxmayaraq ona həmin tədris ilində 1-ci sinif təqdim olunmuşdu r. Sual olunur ki, 67 yaşlı bir şəxsə 1-ci sinif necə və hansı əsaslarla təqdim olunmuşdur. Daha sonra o, işə bərpa olunması ilə bağlı elektron ərizə ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinəvə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri M8 müraciət etmiş, lakin hal-hazıradək müraciətlərinə cavab göndərilməmişdir.. Bu səbəbdən o, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəməyə müraciət etdikdən sonra isə ona 117 saylı orta məktəbdə 6 saat fakültativ məşğələ təklif etmişlər. Müəllim işləyən hər kəs bilir ki, bir müəllim tərəfindən işləmədiyi məktəbdə, dərs saatlarının olmadığı sinifdə fakültativ məşğələnin keçirilməsi mümkün deyildir. Bu səbəbdən o, təklifi qəbul etməkdən imtina etmişdir. O, işlədiyi dövrdə hər zaman işə vaxtında gəlib-getmiş, ona tapşırılan bütün tapşırıqları vaxtında yerinə yetirmiş və iş yoldaşları ilə münasibəti normal olmuşdur. O, ailəlidir, üç övladı var. Hazırda ailəsini dolandırmaq üçün işləməsi zəruridir. Lakin cavabdeh tərəfindən ona xəbərdarlıq olunmadan, heç bir töhmət verilmədən əsassız olaraq işdən azad edilməsi tamamilə qanuna ziddir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi R.M.Sadıqov adına 136 saylı tam orta məktəbin direktoru X5 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, Azərbaycan Respublikasının Təhsil nazirinin 2016-cı il tarixli əmrinə əsasən Binə qəsəbəsi R.M.Sadıqov adına 136 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, məktəbin riyaziyyat müəlimi İddiaçı 2012-ci ildə 63 yaşı tamam olduğuna görə təqaüdə çıxmış və 2015-ci ildə 65 yaşı tamam olduğu üçün onunla 2015/2016-cı tədris ilində bir illik əmək müqaviləsi bağlanmışdır. O, direktor təyin edildikdən sonra İddiaçı ilə 2016/2017-ci tədris ilində əmək müqaviləsinin müddəti yenidən bir il müddətinə uzadılmışdır. İddiaçının əməkdar müəllim olmasını nəzərə alaraq 2017/2018-ci tədris ilində yenidən onun bir illik müqavilə ilə işləməsi haqqında Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qərar qəbul olunmuşdur. İddiaçı təqaüdə çıxdıqdan sonra 6 ildir ki, işləyir və onunla əmək müqaviləsinin müddəti 3 dəfə uzadılmışdır. İddiaçı ilə söhbət aparılar aq tədris ilinin sonunda - 20 iyun 2018-ci il tarixdə növbəti əmək məzuniyyətinə göndərilib 15 avqust 2018-ci il tarixdə məzuniyyət müddəti bitdiyi üçün onunla bağlanmış əm ək müqaviləsinin ləğv ediləcəyi bildirilmişdir. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 15 may 2017-ci il tarixli 54 №-li əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisəsində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.3-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi və nazirliyin 15 iyul 2011-ci il tarixli 1404 №-li əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar gözlənilməklə çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti tabelik üzrə təhsili idarə etmək orqanının və aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədri s ilinin sonuna kimi uzadıla bilər. Bu zaman işçinin diaqnostik qiymətləndirilmədə də göstərdiyi nəticə nəzərə alınmalıdır. İddiaçının həyat yoldaşı halhazırda ikinci ildir ki, müqavilə ilə 220 №-li orta məktəbdə işləyir və himayəsində heç kim yoxdur. 2018-ci ilin sentyabr ayında iddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edərək növbəti tədris ilində müqaviləsinin müddətinin uzadılmasını xahiş etmişdir. Qeyd edir ki, çalışmanın yaş həddinə çatmış müəllimlər məktəbin bütün pedaqoji kollektivinin 2%-ni təşkil etməli olduğuna görə məktəbdə 4 nəfər 65 yaşı tamam olan müəllim işləyir. 136 saylı orta məktəbdə limit bitdiyi üçün Bakı şəhəri üzrə Təhsil İdarəsi iddiaçının müraciətinə baxaraq onunla 117 saylı tam orta məktəbdə tədris ilinin sonunadək yenidən müqavilə bağlanmasına razılıq vermişdir. İddiaçı 117 saylı tam orta məktəbin direktoru X10 ilə görüşmüş, direktor həmin məktəbdə iddiaçıya 8 saat dərs vernək, hətta bu dərsləri cədvəl əsasında həftədə 2 günə yerləşdirmək imkanı olduğunu bildirmişdir. İddiaçı E6 düşünəcəyini demiş, lakin sonradan həmin məktəbdə işləməkdən imtina etmişdir. Bundan başqa bildirir ki, işlədiyi 2 il ərzində 3 nəfərin 65 yaşı tamam olduğu gündən onlarla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, lakin onlardan heç biri ilə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müddətli müqavilə bağlanmamışdır. İddia tələbinin heç bir əsası olmadığından iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı X8 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamiylə ləğv edilərək işin yenidən apellyasiya ba xışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.5,217-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinintələblərinin pozulması ilə əsassız və qanunsuz qəbul edilmiş, nəticədə iddiaçının iddiası əsaslı olmasına baxmayaraq, işin həqiqi halları nəzərə alınmadan təmin edilməmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı X1 və vəkili X7 kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahişetdilər. Məhkəməkollegiyasınıniclasında cavabdeh Bakı şəhəri R.M.Sadıqov adına 136 saylı tam orta məktəbin nümayəndəsi X6 və vəkili X9 kassasiy a şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahişetdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və on lara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* №-li əmək kitabçasının surətindən görünür ki, o, 01 aprel 1997-ci il tarixdə R.M.Sadıqov adına 136 saylı orta məktəbə müəllim təyin edilmişdir. F ərdi əmək müqaviləsinin ləğv edilməsi barədə 108 №-li 12 avqust 2016-cı il tarixli əmrlə büdcədən maliyyələşən təşkilatlarda çalışmanın yaş həddinə çatması ilə əlaqədar riyaziyyat müəllimi İddiaçı 12 avqust 2016-cı il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 16 sentyabr 2016-cı il tarixli 5200-02/10 №-li əmrinə əsasən 15 sentyabr 2016-cı il tarixdən 2016/2017-ci tədris ilinin sonuna kimi (15 iyun 2017-ci il tarixədək) çalışmanın yaş həddi ilə əlaqədar müvəqqəti olaraq riyaziyyat müəllimi təyin edilmişdir. Fərdi əmək müqaviləsinin ləğv edilməsi barədə 126 №-li 16 iyun 2017-ci il tarixli əmrlə büdcədən maliyyələşən təşkilatlarda çalışmanın yaş həddinə çatması ilə əlaqədar riyaziyyat müəllimi İddiaçı 16 iyun 2017-ci il tarixdən əmək müqaviləsinə xitam v erilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 02 oktyabr 2017-ci ü tarixli 5777-02/10 №-li əmrinə əsasən 15 sentyabr 2017-ci il tarixdən 2017/2018-ci tədris inin sonuna kimi (15 iyun 2018-ci il tarixədək) çalışmanın yaş həddi ilə əlaqədar müvəqqəti olaraq riyaziyyat müəllimi təyin edilmişdir. Fərdi əmək müqaviləsinin ləğv edilməsi barədə 81 №-li 14 iyun 2018-ci il tarixli əmrlə büdcədən maliyyələşən təşkilatlarda ealışmanm yaş həddinə çatması ilə əlaqədar riyaziyyat müəllimi İddiaçı 15 avqust 2018-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayonu R.M.Sadıqov adına 136 aylı tam orta məktəbin 14 iyun 2018-ci il tarixli 81 №-li əmrindən çıxarışdan görünür ki, dərs ilinin bitməsi ilə əlaqədar olaraq çalışmanın yaş həddinə çatmş məktəb in riyaziyyat müəllimi İddiaçı 20 iyun 2018-ci il tarixdən 56 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış və işə qayıtdığı gündən (15 avqust 2018-ci il tarixdən) onunla bağlanmış fərdi əmək müqaviləsi ləğv edilmişdir (əsas BŞTİ-nin 02.10.2017-ci il tarixli 5777-02/10 №-li məktubu, ƏM-nin 68-ci maddəsinin 2b bəndi). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməlidir. - 68-ci maddəsinin 2-ci hissəsinin idinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə ı verilməsinin əsaslarından biridir. - 70-ci maddəsinin “e” bəndinə əsasən isə əmək müqaviləsi türən tərəfindən dövlət büdcə sindən maliyyələşən müəssisənin işçisi çalışmanın əddinə çatdıqda ləğv edilə bilər. Göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisisinin nanın yaş həddinə çatması və əmək müqaviləsinin müddətinin qurtarması əmək ıviləsinin ləğv edilməsinin əsaslarından biri kimi qanunda nəzərdə tutulmuşdur. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı, 01 aprel 1997-ci il tarixdə R.M.Sadıqov adına 136 saylı orta məktəbə müəllim təyin edİmişdir. Həmin məktəbin fərdi əmək müqaviləsinin ləğv edilməsi barədə 12 avqust 2016-cı il tarixli əmri ilə, büdcədən maliyyələşən təşkilatlarda çalışmanın yaş həddinə çatması ilə əlaqədar riyaziyyat müəllimi İddiaçı əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. R.M.Sadıqov adına 136 saylı orta məktəbin 16 sentyabr 2016-cı il tarixli əmrinə əsasən, riyaziyyat müəllimi İddiaçılə 15 sentyabr 2016-cı il tarixdən 2016/2017-ci tədris ilinin sonuna kimi (15 iyun 2017-ci il tarixədək) müddətli əmək müqaviləsi bağlanmış, 15 sentyabr 2016-ci il tarixli, 178 nömrəli əmrinə əsasən, həmin müqavilənin müddəti 15 sentyabr 17-cı il tarixdən 14.06.2018-ci il tarixədək uzadılmışdır. Məktəbin fərdi əmək müqaviləsinin ləğv edilməsi barədə 14 iyun 2018-ci il tarixli, 81 nömrəli əmri ilə 15 qust 2018-ci il tarixdən çalışmanın yaş həddinə çatmış İddiaçılə əmək müqaviləsi ləğv edilmiş, əsas kimi BŞTİnin 02.10.2017-ci il tarixli məktubu, ƏM-nin 68-ci maddəsinin 2 b bəndi göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-l.1-ci və 10-1.2-ci maddələrinə əsasən, dövlət büdcəsindən maliyyələşə n müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Calışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Aellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan işdə cavabdehin 12 avqust 2016-cı il tarixli əmri ilə büdcədən maliyyələşən təşkilatlarda çalışmanın yaş həddinə çatması ilə əlaqədar İ6 əmək müqaviləsinə xitam verilmişdir. Lakin sonradan yuxarıda qeyd olunan əmrlərlə onunla müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti 14 iyun 2018-ci il tarixədək uzadılmış və həmin tarixli əmrlə müqavilənin müdətinin bitməsi ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublika sı MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və rəflərin münasibətləri baxımından düzgün nəticəyə gəlmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona g örə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar