Məhkəmə qərarları › İş №2(102)-723/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-723/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-723/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-723/2023 (Açar sözlər: hərrac protokolunun nəticələrinin etibarsız hesab edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı hərrac protokolunun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(10 3)6487/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 09 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1..”Nikoyl” İKB ASC ilə İddiaçı(bundan sonra iddiaçı) arasıda bağlanmış 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454- 14 nömrəli kredit müqaviləsinə əsasən bank ona 48 ay müddətinə, illik faiz dərəcəsi 26 olmaqla 80.000 manat məbləğində kredit vermişdir.

2. Həmin müqavilənin təminatı kimi "xxxx" İKB ASC ilə onun arasında 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli ipoteka müqaviləsi bağlanmış, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.04 ha ölçüdə torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. 3. 2019-cu ilin aprel axında "xxxx" İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka 70445.24 manat məbləğində əsas kredit borcunun, 59513.77 manat məbləğində faiz borcunun, 10752.08 manat cərimə, 18 dekabr 2018-ci il tarixdən 04 aprel 2019- cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesabı ilə 1067.2 manatməbləğində borcunun, cəmi 141778.29 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı Cavabdeh2 ASC-nin (keçmiş "xxxx" İKB ASC) xeyrinə əsas borca görə 7 0445.24 manat, faiz borcuna görə 59513.77 manat, cəriməyə görə 200 manat, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 1067.2 manatın, cəmi 131226.21 manatın tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 200000 manat məbləğində müəyyən olunması, evin hərracdan satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, evə tutma yönəldikdən və o satıldıqdan ən geci bir ay ərzində İddiaçı evdən çıxarılması qət edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1561/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(060)-13/2020 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilmiş və evin ilkin satış qiymətinin 210.000 manat məbləğində müəyyən olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3234/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1561/2020 nömrəli iş üzrə olan 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 179.6 kv.m olan 72A nömrəli fərdi yaşayış evi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və Bakı Hərrac Mərkəzi MMC-nin 683/21 nömrəli, 09 fevral 2022- ci il tarixli, yekun protokoluna görə keçirilən iki hərrac baş tutmadığına görə "İpoteka haqqında" AR qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC (keçmiş "Nikoyl İKB ASC) əmlakı 133.875 (yüz otuz üç min səkkiz yüz yetmiş beş) manata almışdır. Bununla bağlı "Yelo Bank” ASC-yə AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdehlər) qarşı “hərrac protokolunun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəs ində yerləşən, ümumi sahəsi 179,6 kv.m olan 72A nömrəli fərdi yaşayış evinin hərracda satılmasının nəticələri haqqında 683/21 nömrəli, 09 fevral 2022-ci il tarixli yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddiaçı iddia tələbini işin hallarına istinad edərək əlavə olaraq onunla əsaslandırmışdır ki, Bakı Hərrac Mərkəzi MMC-nin 683/21 nömrəli, 09 fevral 2022-ci il tarixli, yekun protokoluna görə əmlakın ilkin satış qiyməti 210000 (iki yüz on min) manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: "İpoteka haqqında" AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda- 15% və 43.7-ci maddəsinə əsasən 25 % əmlakın son satış qiyməti isə 133.875 (yüz otuz üç min səkkiz yüz yetmiş beş) manat müəyyən edilmiş v ə keçirilən iki hərrac baş tutmadığına görə "İpoteka haqqında" AR qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC-nin (keçmiş "Nikoyl İKB ASC) əmlakı 133.875 (yüz otuz üç min səkkiz yüz yetmiş beş) manata almışdır. Bununla bağlı Cavabdeh2 ASC-yə AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, hərracın keçirilməsi ilə əlaqədar bildirişlər iddiaçının ünvanına gəlməmiş, hərracın vaxtı və yeri barədə ona məlumat verilməmiş, hərracın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda Sumqayıt Şəhəri İcra İdarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışdır. O, hərracın keçirilməsində iştirak hüququndan məhrum edilmişdir. Hərracın keçirilməsindən təx minən 40-45 gün sonra xəbəri olmuşdur. Hətta vəkili tərəfindən hərracın keçirilməsi barədə 683/21 nömrəli, 09 fevral 2022-ci il tarixli protokolun surətinin alınması ilə bağlı cavabdeh "xxxx" MMC-yə sorğu verilsə də, qeyd olunan protokol cavabdeh tərəfindən təqdim olunmamışdır. İddiaçı protokolun surətini icra məmurundan əldə etmişdir

10. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçının sözügedən iddia tələbindən hər üç instansiya məhkəməsində məlmatı olmuşdur. Eyni zamanda Hərrac Mərkəzi tərəfindən iddiaçının ünvanına bildirişlər göndərilmiş, yaşadığı ünvandan bildirişlər qəbul edilmiş, bundan əlavə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəzetdə elan verilmişdir, yəni hərrac mərhələsi qanunvericiliyin tələbinə uyğu n keçirilmişdir. Bu səbəbdən iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 27 iyul 2022-ci il tarixli, 2(004)-3087/2022 saylı qətnaməsi ilə (hakim-Gülnar Babazadə) iddia təmin edilməmiş, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair 17 dekabr 2021-ci il tarixli 683/21 nömrəli bildirişinin surətindən görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evinə 210.000 (iki yüz on min) manat məbləğində açıq auksion form asında hərracın keçirilməsi 12 yanvar 2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş 22 dekabr 2021-ci il tarixdə İddiaçı qeydiyyatda olduğu ünvandan qəbul edilmişdir. 13. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair 14 yanvar 2022-ci il tarixli 683/21 nömrəli bildirişin surətindən görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evinə 178,500 (yüz yetmiş səkkiz min beş yüz) manat məbləğində (105.000-15%=89.250) açıq auksion formasında təkrar hərracın keçirilməsi 31 yanvar 2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildirişlər 19 yanvar 2022-ci il və 21 yanvar 2022-ci il tarixdə İddiaçı qeydiyyatda olduğu ünvanda qəbul edilmişdir. 14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhəri İcra idarəsinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və İddiaçı ünvanladığı 14 yanvar 2022-ci il tarixli məktubun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, müvafiq icra şöbəsinin 12 noyabr 2021-ci il tarixli 187 nömrəli sifariş məktubuna əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərrac baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “MARKET” qəzetində elan dərc edilmişdir.

15. İpoteka predmetinin ipot eka saxlayan tərəfindən əlkdə olunması barədə 09 fevral 2022-ci il tarixli protokol və eyni tarixli müqavilənin surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evi 133.875 (yüz otuz üç min səkkiz yüz yetmiş beş) manat dəyərində Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmışdır.

16. İddiaçı məxsus AZE C03442163 nömrəli pasportun surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən ölkədən çıxış etmiş, xx.xx.2022-ci il tarixdə ölkəyə giriş etmişdir.

17. Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fər di yaşayış evi ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildirişlər iddiaçı şəxsə göndərilmiş və bunu təsdiq edən müvafiq poçt qəbzləri mövcuddur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdır.

18. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 415.2, 416.1, 416.2 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun42.1,42.3,46.1, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10, olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin 107,119.1, 185.4, 27.2.1, 30.3.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsin in ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir..

20. Apellyasiya şikayət iddia tələbi və işin hallarına uyğun əsaslandırılmışdır.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6847/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiya məkəməsi hesab etmişdir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıq lı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kollegiya belə qənaətə gəlmişdir ki, ipoteka predmeti olmuş İddiaçı məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldü yü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur.

24. Göründüyü kimi, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, bildirişlər tələb edilən müddətlərdə göndərilmiş, hərrac iştirakçıları məlumatlandırılmışlar. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c)Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

26. Şikayət belə əsaslandırılmışdır ki, şikayətçiyə məxsus pasportunun surətindəndə görünür ki, xx.xx.2021-ci il tarixdən ölkədən çıxış etmiş və xx.xx.2022-ci il tarixdə ölkəyə giriş etmişdir. Belə olan halda iddiaçının hərracın keçirilməsi ilə ba ğlı bildirişləri şəxsən qəbul edərək imzalaması mümkün deyildir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı iddiaçıya məxsus pasportun surətini məhkəməyə təqdim etsə də, məhkəmə qətnamədə hərracların təşkili və keçirilməsi barədə bildirişlərin iddiaçıya şəxsən göndərilməsi və bunu təsdiq təşkili və keçirilmə qaydasının tələbləri pozulmaması barədə səhv qənaətə gəlmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş pozuntuları təkrarlamışdır.

27. Kassasiya şikayətinə elavə olaraq qeyt etmişdir ki, birinci instansiya və Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaların tələbləri pozulmuş, sübutlara düzgün qiymət v erməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

30. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:

31. Maddə 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

32. Maddə 42.1.Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçi rilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məluma t olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir

33. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.

34. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə

35. Maddə 43.1.2. hərracın iştirakçısı olmadıqda

36. Maddə 43.1.3. hərracı udmuş iştirakçı hərrac ın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; Maddə 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın.

37. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

38. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şə rtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

39. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiril məməlidir.

46. Apellyasiya instansiyası məhkəməsinin aktı birinci iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər old uğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

49. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən ipoteka predmetinin açıq hərracda satılması proseduru və müddətləri qanunvericiliklə tənzimlənir. Qətnamənin qanuni qüvvəyə minməsindən və ipotekada olan əmlakın hərrac vasitəsilə satılacağından məlumatlı olan iddiaçı Azərbaycan Respublikasını tərk edərkən “İcra haqqında” 18.1.2-ci maddəsində nəzərdə tutulan əsasla icra icraatının dayandırılması barədə icra məmuruna müraciət edə bilərdi. Əks halda, bu hal icra hərəkətlərinin aparılması və hərracın keçirilməsinə mane ola bilməzdi. İddiaçı isə belə bir müraciətinin olması və ona baxılmaması barədə məhkəməyə he ç bir sübut verməmişdir. Hərrac barədə onun ünvanına müvafiq bildirişlər göndərilmiş və həmin ünvanda bildirişlər qəbul edilmişdir. Bildirişi ünvan sahibinə çatdırmaq isə onu alan şəxsin vəzifəsidir.

50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şika yəti təmin olunmamalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6487/2022 saylı 05 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar