Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7233/2021 07.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cavabdeh Həsənov Məhəbbət Əkbər qızı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X2 cavabdeh Həsənov Məhəbbət Əkbər qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4860 manat pulun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(061)-720/2021 nömrəli qətnaməsi ilə (hakim E.Bayramov) iddianın qismən təmin edilməsi, Cavabdeh – 4800 manat məbləğində pulun alınıb iddiaçı X1 xeyrinə verilməsi, işin məhkəmədə baxılması ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu kimi ödənilməli olan məbləğin Cavabdeh alınıb dövlət nəfinə verilməsi, tələbin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(104)-2921/2021 nömrəli qətnaməsi ilə (hakimlər R.Mamedov, R.Muradov, Ə.Abdullayev) apellyasiya şikayəti qismən təmin edilərək, Tərtər Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(061)720/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarlmaqla iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh Həsənov Məhəbbət Əkbər qızı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Cavabdeh Həsənov Məhəbbət Əkbər qızı kassasiya şikayəti Azərbaycan Respu blikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. MPM-nin 407-ci maddəsi kassasiya şikayətinin formasını, məzmununu və əlavə edilən sənədləri müəyyən edir. Həmin Məcəllənin 407.1.5 maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Şikayətdə bir neçə prosessual hüquq normaları sadalanmış və həmin normalara əsasən qətnamənin əsassız olması qeyd edilsə də, h əmin normaların işin hansı faktiki hallarına düzgün tətbiq edilməməsi göstərilməmişdir. Şikayətlərin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir məhkəmə aktı sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin (sözügedən məhkəmə aktlarında təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməməsi) nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, cavabdehin kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması konkret olaraq göstərilməmiş, yalnız qanunvericiliyin normaları sadalanmışdır. MPM-nin 408.1.5-ci maddəsinə əsasən, kassasiya şikayətində maddi və prosessual hüquq normaları nın pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayətini baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402.1, 407.1.5, 408.1.5-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh Həsənov Məhəbbət Əkbər qızının Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2921/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-7233/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-7233/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver