Məhkəmə qərarları › İş №2(102)-7235/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-7235/2021

14.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7235/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-7235/21 (Açar sözlər: məhkəmə aidiyyətinin düzgün müəyyənləşdirilməməsi) Bakı şəhəri, 14 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan "xxxx" ASC-yə qarşı torpağın zəbtdən azad edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2999/2021 nömrəli, 14.07.2021-ci il tarixli qərardadı ndan İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qazax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu, Ağköynək kəndində iddiaçının ailə üzvlərinə 0,84 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,54 ha torpaq sahəsi yol çəkilişinə düşdüyünə görə müvafiq müqavilə əsasında kompensasiya ödənilərək Azəravtoyol ASC-nin istifadəsinə verilmişdir. Qalan sahə iddiaçının istifadsində saxlanmışdır. Cavabdeh onun istifadəsində saxlanan sahənin 0,15 ha hissəsinin Azəravtoyol ASC tərəfindən zəbt edildiyini bildirərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan "xxxx " ASC-yə qarşı torpağın zəbtdən azad edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən zəbt olunmuş Qazax rayonunun Ağköynək kəndində yerləşən ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.15 metr uzunluğunda 11 enində hissəsinin zəbtdən azad edilərək özünə qaytarılması və ona dəymiş ziyana görə 5000 manat pulun alınıb oan verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ailəsinə məxsus olan torpaq sahəsinin bir hissəsi həmin ərazidən çəkilməsi planlaşdırılan yol sahəsinə düşdüyü üçün torpaq sahəsinin 0,54 ha hissəsi müvafiq müqavilə əsasında kompensasiya ödənilərək Azəravtoyol ASC-nin istifadəsinə verilmişdir. Qalan sahə iddiaçının istifad sində saxlanmışdır. Cavabdeh onun istifadəsində saxlanan sahənin 0,15 ha hissəsini özbaşına zəbt etmiş, keçən müddət ərzində onun ailəsi həmin hissədən istifadə edə bilmədiyi üçün əldən çıxmış fayda kimi ona 5000 manat zərər dəymişdir.

4. Qazax Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(023)-538/2021 saylı qərardadı ilə (hakim F.Məmmədov) İddiaçı cavabdeh Azərbaycan "xxxx" ASC-yə qarşı torpağın zəbtdən azad edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.

5. Məhkəmə qərardadda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4; İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 16.3-cü bəndinə istinad etmişdir.

6. Məhkəmə möqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia cavabdehin publik hüquq sahəsindəki hərəkəti nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi ilə bağlı olduğundan, cavabdeh publik hüquqi şəxs olduğundan, mübahisə publik hüquq münasibətlərindən irəli gəldiyindən mübahisəyə inzibati icraat qaydasında inzibati məhkəmə tərəfindən baxılmalıdır.

7. Birinci instansiya məhkəməsinin qərardadından İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2999/2021 nömrəli, 14.07.2021-ci il tarixli qərardadı ilə (hakimlər- F.Mehtiyev (sərlik edən və məruzəçi), L.Süleymanov və A.Hüsey nzadə) Şikayət təmin edilməmiş; İş üzrə Qazax Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(023)-538/2021 saylı qərardadı və onun əsasında qəbul edilmiş 03 iyun 2021-ci il tarixli 2(023)-538/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır: Азярбайъан Республикасы Инзибати Просессуал Мяъяллясинин 2.2.4-ъц маддясиня ясасян inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında бахылыр. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 16.3-cü bəndinə görə, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasıəsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında üm umi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə işüzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

11. Apellyasiya instansiyası məhkəməsinin qərardadından İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kasasiya şikayəti verərək qərardadın ləğv olunması, işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qə tnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası

16. Maddə

62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

17. Maddə. 2.2.4. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhk əmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

21. Məhkəmələr iş üzrə icraata ona görə xitam vermişlər ki, hazırkı iddia cavabdehin publik hüquq sahəsindəki hərəkəti nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi ilə bağlı olduğundan, cavabdeh publik hüquqi şəxs olduğundan, mübahisə publik hüquq münasibətlərindən irəli gəldiyindən mübahisəyə inzibati icraat qaydasında inzibati məhkəmə tərəfindən baxılmalıdır.

22. Məhkəmələr Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4. maddəsinə istinad etmişlər. Qeyd olunan normanın dispozisiya şərtlərinə uyğun olaraq işi aidiyyətini müəyyən etmək üçün bir sıra hallar aydınlaşdırılmalıdır. O cümlədən, cavabdeh publik hüquqi şəxs olmalı və müəyyən hərkətlər edərəkən bu sahədəki səlahiyyətlərindən çıxış etməlidir.

23. Hazırkı işdə cavabdehin publik hüquqi şəxs olması işin mübahisəsiz halıdır. Lakin bu halın mövcudluğu işin inzibati məhkəmədə baxılması üçün müstəqil əsas deyil. Eyni zamanda mübahisənin hüquqi şəxsin publik hüquq sahəsindəki səlahiyyətlərindən doğması vacibdir. Lakin məhkəmələr bu halı aydınlaşdırmadan qərar qəbul etmişlər.

24. Cavabdeh təşkilat yol çəkilişi ilə bağlı iddiaçının torpağının bir hissəsini satın almış və kompensasiya ödəmişdir. Bununla bağlı mübahisə or taya çıxmış olsaydı həmin mübahisə sözsüz ki, inzibati icraat qaydasında baxılmalıydı. Lakin, hazırkı işdə iddiaçının tələbi başqadır. O, cavabdeh təşkilatın qanuni yolla ondan aldığı torpaqla bağlı mübahisə açmır, yol çəkilişi ilə bağlı mübahisə açmır, hətta zəbt olunan torpaqda cavabdehin yol çəkməsi ilə bağlı da mübahisə açmır. O, bildirir ki, cavabdeh təşkilat ona məxsus olan torpaq sahəsini özbaşına zəbt edib. Belə zəbt müxtəlif səbəblərdən ola bilər. Məs: Cavabdeh təşkilat orada öz maşınlarını qanunsuz saxlaya bilər, bir vaqon saxlaya bilər, zibil ata bilər və.s. Belə müdaxilə publik səlahiyyətlərdən doğan mübahisə deyil. Özbaşına zəbtdir. Belə mübahisəyə inzibati məhkəmdə baxılmasına zərurət yoxdur.

25. Və yaxud, məhkəmə qərarında qeyd edilir ki, mübahisə torpağa görə kompensasiya ilə bağlıdır. İddiaçı belə bir tələb irəli sürməyib. İddiaçı bildirir ki, onun 0.15 sot torpaq sahəsi zəbt olunduğuna görə torpaqdan neçə ildir istifadə edə bilmir və əgər istifadə etmiş olsaydı 5000 manat qazanc əldə edə bilərdi. Deməli, iddiaçı əldən çıxmış fayda tələb edir. Bu mübahisənin də inzibati icraata heç bir aidiyyəti yoxdur.

26. Ona görə, Apellyasiya Məhkəməsi qərardaddan verilmiş şikayətə yenidən baxarkən aydınlaşdırmalıdır ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin zəbti onun publik hüquq sahəsindəki səlahiyyətlərindən irəli gəlir, ya yox. Yəni, cavabdeh təşkilat həmin 0.15 sot torpaq sahəsini müvafiq icra hakiyyəti orqanının qərarına uyğun olaraq yol çəkilişi üçün istifadə edirsə, onda həmin mübahisə inzabit icraat qaydasında baxılan mübahisə olacaqdır. Əksinə, yuxarı da qeyd olunduğu kimi başqa məqsədlərlə və yol çəkilişi ilə bağlı olmayan məqsədlərlə zəbt olunmşdursa, onda işə ümumi məhkəmədə baxılmalıdır.

27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2999/2021 nömrəli, 14.07.2021-ci il tarixli qərardadı ləğv edilsin və iddiaçının Qazax Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(023)-538/2021 saylı qərardadından vermiş olduğu şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar