Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7247/2021 25.11.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1330/2021 nömrəli, 09.08.2021-ci il tarixli qətnaməsindən cavabdeh xxx tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh xxx adına "xxxx" QSC-yə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə aylıq ödənişin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müaciət edərək, 22 iyul 1996-cı il tarixdə istehsalatda baş vermiş bədbəxt had isə nəticəsində aldığı xəsarətə görə ona təyin olunmuş müavinətin dayandırıldığı vaxtdan, yəni 2013-cü il mart ayından etibarən cavabdeh xxx alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-148/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı oğlu və mübahisə predmeti barədində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1330/2021 nömrəli 09.08.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Göyçay rayon məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(046)-148/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, idda ərizəsinin qismən təmin edilməsi, 01.11.2019-cu il tаriхdən başlayaraq istеhsаlаt qəzаsı nəticəsində sаğlаmlığı pоzulmuş X1 аylıq ödənişin "xxxx" QSC tərəfindən ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh xxx adına "xxxx" QSC (Vəkil) həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlar ının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 09.08.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayət Şəki Apellyasiya Məhkəməsinə 07.10.2021-ci il tarixdə daxil olmuşdur. Kassasiya şikayəti MPM-in yeni qüvvəyə minmiş normalarının tələblərinə cavab vermir. Belə ki, 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətindən görünür ki, cavabdeh kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi formada tərtib edilməmişdir. Bundan əlavə, cavabdeh şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, MM-in 55.1, 56-cı və MPM-in 416-418-ci maddələrinə yalnız ümumi şəkildə istinad etməklə kifayətlənmiş, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə də əməl etməmişdir. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. MPM-in 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci ma ddələrinin tələblərinə cavab vermirsə... apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. MPM-in 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və MPM-nin 407.1, 408.1.1 və 408.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh xxx Şəki Apellyasiya Məhkəməsi mülki kollegiy asının 2(107)-1330/2021 nömrəli iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-7247/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-7247/2021
25.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver