Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-725/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmək müqaviləsinə xitam verilməsinin əsasları, işəgötürənin əmrinin əsaslandırılması, ədalətli araşdırma hüququ, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 2(106)2498/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı 08 iyun 2020-ci il tarixli əmrlə "xxxx" MMC-yə xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" MMC-nin 24 avqust 2020-ci il tarixli əmri ilə işçinin vəzifə üzrə öhdəliklərini dəqiq yerinə yetirməməsi və işə məsuliyyətsiz yanaşması əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı töhmət elan edilmişdir. "xxxx" MMC-nin 04 sentyabr 2020-ci il tarixli əmrinə əsasən həmin tarixdə cəmiyyətin “xəzinadarı” vəzifəsində işləyən İddiaçı Əmək Məcəll əsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı "xxxx" MMC-nin direktoruna yazdığı 04 sentyabr 2020-ci il tarixli izahatda göstərmişdir ki, müəssisədə nəzarətçi vəzifəsində çalışan X1 Əbdülrəhmanova 1**0 manat məbləğində pulun tikinti materiallarının alınması üçün lazım olduğunu bildirmiş, Fuad Əbdülrəhmanovdan qeyd olunan məbləği kassadan verilməsi üçün e-mail gəlmişdir. Bu emaila pulun kassadan verilməsi bağlı təsdiq rəhbərlikdən gəlmədiyi halda 1**0 manat Nicat Mustafayevə verilmişdir. Qeyd olunan məsələ ilə bağlı 04 sentyabr 2020-ci il tarixində maliyyə şöbəsinin rəhbəri, direktor, daxili nəzarət şöbəsi və onun iştirakı ilə görüş keçirilmiş, bu iclasda onunla bağlı verilən qərara (töhmət verilməsi, bir aylıq əmək haqqından 15% tutulma) etiraz olaraq iclası vaxtından tez tərk etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 04 sentyabr 2020-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə uyğun olaraq əmək haqqının ödənilməsi, həmçinin cavabdehin qanunsuz hərəkətlərinə görə dəymiş mənəvi ziyanın əvəzi olaraq 1**** manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müəssisənin daxili qaydalarına əsasən xəzinədar xəzinədən hər hansı bir şəxsə pul vəsaitini yalnız baş mühasib və rəhbərliyin göstərişi əsasında verə bilər. Bu göstəriş isə şifahi, e-mail və ya telefon vasitəsi ilə verilir. 03 sentyabr 2020-ci il tarixdə cavabdeh müəssisənin təchizat şöbəsinin əməkdaşı mal alınması üçün xəzinədən 1**0 manat pul götürməli olduğunu, müştəridən artıq bu xərclər üçün 1**0 manat pul aldığını, sadəcə olaraq həmin 1**0 manat pulun guya xəzinədən götürülməsini təsdiq edən qəbz yazılmasını bildirmişdir. İddiaçı müəssisənin daxili qaydalarını bildiyi üçün bu işi özbaşına yox, müəssisənin baş mühasibi ilə danışıb, onun razılığını aldıqdan sonra təchizat şöbəsinin əməkdaşına qəbz vermişdir. 04 sentyabr 2020ci il tarixdə cavabdeh müəssisənin təsisçisinin oğlu Fikrət Cəbiyev belə qəbzin verilməsindən xəbər tutmuş və bu hərəkəti “şirkəti talamaq kimi” qiymətləndirərək direktor, baş mühasib və onun iştirakı ilə iclas keçirib guya məsələni aydınlaşdırmaq istəmişdir. Nəticədə onun tərəfindən bu qəbzin özbaşına yox, baş mühasibin razılığı ilə verilməsini, o cümlədən həmin 1**0 manat məbləğdə təchizat şöbəsinin əməkdaşı tərəfindən həqiqətən də malların alınmasını təsdiq edən kassa çeklərinin olmasına baxmayaraq təsisçinin oğlu Cəbiyev Fikrət belə qərar vermişdir ki, bu 1**0 manat pul onun əmək haqqından tutulmalıdır. İddiaçı bu haqsızlığın qarşısında həyəcanını cilovlaya bilməmiş, ağlayıb otaqdan çıxmışdır. Sonradan həm təchizat şöbəsinin rəisi, həm də di gər vəzifəli şəxslər onun bu işdə heç bir günahının olmadığını, mənimsəmə faktının olmadığını başa salmağa çalışmış, lakin bu dəfə də təsisçinin oğlu Cəbiyev Fikrət ona cavab qaytarmasını, ağlayaraq otağı tərk etməsini əmək funksiyalarının kobud şəkildə pozulması kimi qiymətləndirib, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən kənarlaşdırmışdır. Cavabdeh tərəfindən iddiaçıdan yazılı izahat alınmadan, araşdırma aparılmadan birbaşa Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması qanunsuzdur. Sabirabad Rayon Məhkəməsinin 02 mart 2021-cu il tarixli, 2(056)-211/2021 nömrəli qətnaməsi ilə (hakim N.A.Bağırov) iddianın qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru N.T.Rəsulovanın 04 sentyabr 2020-ci il tarixli, FJ128/İA saylı əm rinin ləğv edilməsi və İddiaçı "xxxx" MMC-də əvvəlki xəzinədar vəzifəsinə bərpa olunması, "xxxx" MMC tərəfindən məcburi iş buraxma müddəti (əmək müqaviləsinin ləğv edildiyi gündən işə bərpa olunan günədək olan dövr üzrə) üçün İddiaçı əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ilk növbədə iddiaçının əmək müqaviləsi ilə üzərinə düşən əmək funksiyaları ilə bağlı hallara hüquqi qiymət verərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən işçi vəzifə təlimatında qeyd edilən əmək funksiyalarının icrasını öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən təqdim edilən vəzifə təlimatının 1.0 bəndində “xəzinədar” vəzifəsinin vəzifələri göstərilmişdir. Lakin həmin vəzifələrdə işçinin xəzinədən hər hansı şəxsə pul vəsaitinin yalnız baş mühasibin və rəhbərliyin göstərişi əsasında verilməsinə dair vəzifələr göstərilməmişdir. Yəni iddiaçının xəzinədən pulu yalnız baş mühasibin və ya rəhbərin şifahi, e-mail və ya telefon vasitəsilə göstərişi əsasında təqdim edilməsinə dair hər hansı əmək funksiyası müəyyən olunmamışdır. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, iddiaçıya töhmət verilməsi barədə 24 avqust 2020-ci il tarixli əmr mübahisə predmeti olmasa da, həmin əmr mübahisəli 04 sentyabr 2020-ci il tarixli əmrin çıxarılmasına əsas olmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi 24 avqust 2020-ci il tarixli töhmət əmrinin qanuni olub-olmamasına hüquqi qiymət vermiş və göstərmişdir ki, həmin əmrdə iddiaçının vəzifə öhdəliklərinin dəqiq yerinə yetirilməməsi və işə məsuliyyətsiz yanaşması göstərilsə də, hansı əmək vəzifəl ərinin pozulması dəqiq göstərilməmişdir. İddiaçının 24 avqust 2020-ci il tarixli izahatından da göründüyü kimi xəzinədən təsərrüfat-tikinti xərcləri ilə bağlı vəsait onun tərəfindən maliyyə şöbəsinin müdirinin göstərişi əsasında verilmişdir. Həmin hərəkətin isə əmək vəzifələrinin, yaxud əmək intizamının pozulması kimi qiymətləndirilməsi üçün hər hansı əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının bu göstərişi əsasında pul vəsaitinin xəzinədən verilməsi o halda qanunsuz və əmək vəzifələrinin pozulması kimi qəbul edilə bilər ki, bu əmək müqaviləsi ilə müəyyən olunmuş əmək funksiyalarına və ya vəzifələrinə zidd olsun. Lakin iddiaçının vəzifə təlimatında xəzinədən pul vəsaitlərinin yalnız baş mühasibin və ya rəhbərliyin göstərişi əsasında verilməsi ilə bağl ı hər hansı funksiyası və ya vəzifəsi müəyyən olunmamışdır. Belə olan halda iddiaçının bu hərəkəti vəzifə öhdəliklərinin pozulması kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, iddiaçı barəsində 24 avqust 2020-ci il tarixdə intizam tənbehi verilməsi görünsə də, həmin əmrlə iddiaçı qanunla müəyyən edilmiş qaydada tanış edilməmiş, onun həmin əmrdən məlumatı olmamışdır. Əmr inzibati binada elanlar lövhəsinə asılmışdır. Məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsində ümumiyyətlə əmrlə tanış edilməsinin belə bir qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən intizam tənbehinin verilməsi barədə əmrin elan lövhəsinə yerləşdirilməsi ilə bağlı hərəkətləri Əmək Məcəlləsinin tələblərinə zidd olmuşdur. Məhkəmə 24 avqust 2020-ci il tarixli əmrin verilməməsinə dair idd iaçının dəlilini inandırıcı qəbul etmişdir. Birinci instansiya məhkəməsi 04 sentyabr 2020-ci il tarixli əmrə hüquqi qiymət verərək hesab etmişdir ki, həmin əmrin qanunsuz hesab edilməsi ilə bağlı iddiaçının dəlilləri tam əsaslıdır. Belə ki, iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş 04 sentyabr 2020-ci il tarixli əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni işçi tərəfindən əmək funksiyalarının pozulmasına görə əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasının pozduğu üçün qəbul edilmişdir. İddiaçının etdiyi nöqsan işəgötürən tərəfindən pozuntu kimi müəyyən edilsə də, həmin nöqsan yalnız Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar olduqda kobud hesab edilir. Yəni həmin nöqsan işəgötürənə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün o halda əsas verir ki, həmin pozuntu ƏM-nin 72-ci maddəsində sadalanan halların baş verməsinə səbəb olsun. Daha sonra, məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş əmrdən görünür ki, o, Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə istinad etmişdir. Lakin Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işçi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi cavabdeh əmrdə işçinin əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmamasına istinad edərək onunla bağlanmış əmək müqaviləsinə ƏM-nın 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. 24 avqust 2020-ci il tarixli ə mrdən isə görünür ki, həmin əmr iddiaçının vəzifə üzrə öhdəliklərinin dəqiq yerinə yetirmədiyinə və işə məsuliyyətsiz yanaşdığına görə verilmişdir. Həmin əmrin çıxarılması üçün əsas kimi iddiaçının 24 avqust 2020-ci il tarixli izahatı olmuşdur. Həmin izahatda iddiaçının heç bir səbəb olmadan bir iş günü ərzində işə gəlməməsindən deyil, xəzinədən pul vəsaitinin ödənilməsindən bəhs olunur. Məhkəmə qeyd etmişdir ki, cavabdehin əslində nəzərdə tutduğu əsas Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi ilə deyil, “ə” bəndi ilə tənzimlənir. Lakin göründüyü kimi cavabdeh tərəfindən əmr düzgün əsaslandırılmamışdır. Məhkəmə əmrlə faktiki olaraq nəzərdə tutulan əsasa da hüquqi qiymət verərək hesab etmişdir, iddiaçının 04 sentyabr 2020-ci il tarixdə etdiyi və cavabdeh tərəfindən pozuntu kimi hesab edi lən hərəkət əmək funksiyalarının pozulması kimi hesab edilə bilməz. Belə ki, 04 sentyabr 2020-ci il tarixli izahatda iddiaçı göstərmişdir ki, 1**0 manat pulun tikinti materiallarının alınması üçün lazım olduğunu ona müəssisədə nəzarətçi vəzifəsində çalışan Nicat Mustafayev bildirmiş, lakin həmin pulun verilməsi üçün rəhbərlikdən təsdiq gəlməmişdir. Məhkəmə, nə əmək müqaviləsində, də vəzifə təlimatında xəzinədən pul vəsaiti vermək üçün xəzinadarın rəhbərlikdən təsdiq almalı olması göstərilmədiyini, belə daxili qayda ilə iddiaçının tanış edilməməsini göstərərək hesab etmişdir ki, iddiaçı tərəfindən xəzinədən tikinti materiallarının alınması üçün nəzarətçi vəzifəsində işləyən şəxsin göstərişi ilə pul verməsi əmək funksiyalarının kobud şəkildə pozulması kimi qiymətləndirilə bilməz. Digər tərəf dən həmin hərəkət əmək funksiyalarının pozulması kimi hesab edilərsə, bu halda əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün ƏM-in 71-ci maddəsinin 2-ci hissəsində göstərilən hallar baş verməlidir. Nəhayət məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən 04 sentyabr 2020-ci il tarixli əmr qəbul edilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri nəzərə alınmamış, yəni tənbeh tətbiq edilərkən iddiaçının şəxsiyyəti, onun əmək stajı və sınaq müddətində olması nəzərə alınmamış və Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndi pozulmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin 02 mart 2021-cu il tarixli, 2(056)-211/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin t əmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 2(106)-2498/2021 nömrəli qətnaməsi ilə (hakim T.X.Heydərovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Kərimovdan və İ.H.Əhmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 02 mart 2021-cu il tarixli, 2(056)-211/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki h alları işçinin əmək vəzifələrinin qanunvericilyin tələblərinə uyğun yerinə yetirilməsi kimi qəbul oluna bilməz. 04 sentyabr 2020-ci il tarixli əmrin verilməsinə əsas cəmiyyətin “Xəzinadarı” vəzifəsində işləyən İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində sadalanan hal, bu texniki səhv olaraq “a” bəndi kimi yazılmışdır) Əmək məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması qeyd olunmuşdur. Məhz bu əsasla işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin işəgötürənin işdən çıxarılma barədə əmrində Ə mək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində nəzərdə tutulmuş əsasla işdən azad edilmənin qanunsuz hesab etməsi, iddia tələbi üzrə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar buraxmış olduğu yanlışlıq, yaxud maddi hüquq normalarının səhv təfsiri kimi qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının iş fəaliyyəti zamanı əmək intizamını pozması halları mütəmadi olmuş, bunun nəticəsi kimi də iddiaçıya işlədiyi müddətdə töhmət verilmişdir. Lakin əmək münasibətlərinin davam etdirilməsindən ötrü üzərinə düşən öhdəliyi icra edərək işçi pulun köçürülməsi üçün xəzinədar kimi direktorun razılığının alınmasını təmin etməli olduğu halda, bunu etməmiş, nəticədə işçinin bu cür davranışı vəzifə pozuntusu hesab olumaqla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndin ə əsasən bu Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Bu isə onun əmək münasibətlərinin davam etdirilməsində maraqlı olmadığını və ona verilmiş intizam tənbehlərindən nəticə çıxarılmamasını ehtiva edir. Belə olan halda apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad edərək iddiaçını işdən azad etməklə heç bir hüquq pozuntusuna yol verməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 2(106)-2498/2021 nömrəli qətnaməsinin ləğ v edilməsi və iş materiallarını yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, 24 avqust 2020-ci il tarixli əmr əsassız olmuş, iddiaçının birbaşa rəhbəri olan maliyyə şöbəsinin müdirinin göstərişinə əsasən kassadan pul vəsaitini vermiş, 24 avqust 2020-ci il tarixli əmrin sonradan tərtib edilmiş, 04 sentyabr 2020-ci il tarixli əmr qəbul edilərkən iddiaçının şəxsiyyəti, onun əmək stajı və sınaq müddəti ilə işə götürülməsi nəzərə alınmamış, həmin əmr əsaslandırılmamışdır. Bu halları nəzərə almayan apellyasiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 70-ci maddə sinin “ç” bəndi, 71-ci maddəsinin 2 və 3-cü hissələri, 83-cü maddəsinin 1-ci hissəsi, 186-cı maddəsinin 2 və 3cü hissələri, 189-cu maddəsinin 3-cü hissəsi, Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 217.2, 217.3-cü maddələrini pozmuşdur. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilsə də, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini cavabdeh vermiş və bu səbəbdən apellyasiya baxışının predmetini iddianın təmin edilən hissəsi təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iddia tam rədd edildiyindən və iddiaçı tərəfindən həmin qətnamə tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarına riayət olunmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarınd an biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan məna felərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəf lərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir. 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollekt ivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normala rına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2**8-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəm ə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2**5-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulması na yol verilmişdir. Belə ki, məhkəmə kollegiyası ilk olaraq apellyasiya məhkəməsi ilə razılaşır ki, iddiaçı barəsində qəbul edilmiş cavabdeh Cəmiyyətin 04 sentyabr 2020-ci il tarixli əmrdə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə istinad olunsa da, faktiki həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinin dispozisiyası qeyd olunduğundan, bu istinad texniki səhv kimi qiymətləndirilməli və əmrin məhz ƏM-in 72-ci maddəsinin “ə” bəndinin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu zaman 04 sentyabr 2020-ci il tarixli əmrin məzmunundan iddiaçının əvvəllər başqa intizam tənbehinə cəlb edilməsi müəyyən edildiyindən və işəgötürən həmin tənbehin 24 avqust 2020-ci il tarixdə iddiaçıya elan olunmuş tənbehin olduğunu izah etdiyindən, məhkəmə kollegiyanın qənaətinə görə işin f aktiki hallarını araşdıran məhkəmələr tərəfindən mübahisələndirilən əmrlə yanaşı birinci əmrin qanuniliyinə də hüquqi qiymət verilməli idi. Birinci instansiya məhkəməsi tərəfindən həmin əmrin əsassız olması ilə yanaşı, sonradan verildiyi qənaətinə gəlinsə də, apellyasiya məhkəməsi tərəfindən əmrin əsaslığına hüquqi qiymət verilməmiş, yalnız 24 avqust 2020-ci il tarixdə əmrin verilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmadığını göstərmiş və bu zaman iddiaçının işəgötürənə ünvanladığı izahatlara istinad etmişdir. Halbuki, işəgötürənin 24 avqust 2020-ci il tarixli əmri əsaslandırılmamış, orada yalnız iddiaçının “24 avqust 2020-ci il tarixdə vəzifə üzrə öhdəliklərini dəqiq yerinə yetmədiyi və işə məsuliyyətsiz yanaşdığı” göstərilmiş, bunun konkret hansı hərəkətlərl ə ifadə olunması qeyd olunmamışdır. Qeyd olunmalıdır ki, iddiaçının verdiyi izahatın məzmunu aşağıdakı kimi olmuşdur: “Müəssisənin əməkdaşı Əbdülrəhmanov Fuad təsərrüfat-tikinti xərcləri ilə bağlı Babayev Balağaya ödəniş edilməsi üçün rəhbərliyə e-mail vasitəsi ilə siyahı göndərib. Rəhbərlik bu e-mailə münasibətini təsdiq kimi başa düşən maliyyə şöbəsinin müdiri Məmmədov Rəşad mənə bu vəsaitin kassadan ödənilməsi üçün göstəriş verib.” Göründüyü kimi həmin izahatda iddiaçı pul vəsaitini Fuad Əbdülrəhmanova maliyyə şöbəsinin müdirinin göstərişi ilə verdiyini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının maliyyə şöbəsinin müdirinə vəzifə üzrə tabeçiliyinin olub-olmaması, sonuncunun göstərişi ilə pul vəsaitinin müəssisənin kassasından məxaric edilməsinin əmrdə qeyd olu nduğu kimi “öhdəliklərin dəqiq yerinə yetirməməsi” və “işə məsuliyyətsiz yanaşması” kimi qiymətləndirilməsinin qanuniliyinə, o cümlədən maliyyə şöbəsinin müdirinin cavabdehin etirazında göstərdiyi, pul vəsaitinin verilməsinə icazə vermək səlahiyyətinə malik “rəhbərlik” anlayışı ilə əhatə olunub-olunmamasına hüquqi qiymət verilməmiş, eyni zamanda iddiaçıya istinad edilən həmin hərəkətin sonuncunun qeyd olunan izahatından əlavə başqa sübutlarla təsdiq edilib-edilməməsi, o cümlədən izahatda adları çəkilən Fuad Əbdülrəhmanovun və Rəşad Məmmədovun izahatlarının alınıb-alınmaması araşdırılmamışdır. 04 sentyabr 2020-ci il tarixli əmrlə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı əmək münasibətlərinin davam etdirilməsindən ötrü üzərinə düşən öhdəliyi icra edərək işçi pulun köçürülməsi üçün xəzinədar kimi direktorun razılığının alınmasını təmin etməli olduğu halda, bunu etməmiş, nəticədə işçinin bu cür davranışı vəzifə pozuntusu hesab olumaqla təkrarən əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Bununla bağlı da, qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 04 sentyabr 2020-ci il tarixli əmrin məzmunu araşdırılmamış, həmin əmrin yalnız Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin dispozisiyası ilə əsaslandırılması, bu zaman işçinin yol verdiyi pozuntuların konkret nədə ifadə olunması əmrdə göstərilməməsi, bununla da əmrin ƏM-in 71-ci maddəsinin 3-cü hissəsinin və 83-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun tərtib edilib-edilməməsinə hüquqi qiymət verilməmişdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya istinad edilən pozuntularının (rəhbərliyin icazəsi olmadan pul vəsaitinin kassadan məxaric edilərək, müəssisənin fəaliyyətinə yönəldilməsi) mövcud olduğu halda da, həmin hərəkətin ƏM-in 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələrə səbəb olması, o cümlədən pul vəsaitinin mənimsənilməsi, itirilməsi, təyinatı üzrə istifadə olunmaması və s. səbəblərdən işəgötürənə, onun təsisçilərinə, müəssisənin müştərilərinə və ya digər əməkdaşlarına maddi ziyanın vurulması, iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulub-pozulmaması, işəgötürənin və ya əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyanın vurulması araşdırılmamış, eyni zamanda həmin hallar mövcud olsa da belə, əmrlə tətbiq olunmuş intizam tənbehinin ƏM-in 186-cı madd əsinin 3-cü bəndinə uyğun olaraq işçinin şəxsiyyətinə uyğun olub-olmaması, habelə yol verilən pozuntuya mütənasib olması əsaslandırılmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 2(106)-2498/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-725/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-725/2022
14.02.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver