Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7251/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh Qəbələ rayonu Kiçik Əmili kənd tam orta məktəbinin direktoru X1 iştirakı ilə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2064/2019 nömrəli iş üzrə 09 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Qəbələ rayon məhkəməsinin (hаk im Abbas Əliyev) 28 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ rayonu Kiçik Əmili kənd tam orta məktəbinə qarşı Qəbələ rayonu Kiçik Əmili kənd tam orta məktəbin 08 iyun 2017-ci il tarixli, 54 nömrəli əmrin etibarsız hesab ounaraq ləğv olunması və məktəbdə müəllim işinə bərpa olunmağı, qanunsuz olaraq işdən çıxarıldığı müddətə ona əmək haqqı hesablanmaqla cavabdeh tərəfindən ödənilməsi barədə iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, İnşallah Quliyev, Mahir Əsədli) 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə Qəbələ rayon məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsi İddiaçı münаsibətdə dəyişdirilmədən, оnun apellyasiya şikayəti isə təmin edilmədən sаxlаnılmışdır. İşin h alları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx xxxxxx 1992-ci ildə Qəbələ rayonu Daşca kəndində anadan olmuşdur. Orta ixtisas təhsillidir və X7 ibtidai sinif müəllimi ixtisası üzrə bitirməklə 12 iyul 2012-ci il 7369 qeydiyyat və AA 018637 nömrəli diplom almışdır. Kifayət qədər həyat təcrübəsinə malikdir. 29 iyun 2013-cü ildə Cavabdeh2ndə məktəb direktorunun 60 nömrəli əmri ilə 5-8-ci siniflərdə müsiqi və nəğmə dərslərinin aparılması məqsədiylə müəllim vəzifəsinə təyin edilmişdir. 2015-ci ilin avqust ayında ixtisasartırma kursuna göndərilmişdir. 2017-ci ilin may ayında diaqnostik qiymətləndirmədən keçmiş və dərs dediyi müddətdə jurnal yazmış, lakin əmək haqqı ala bilməmişdir. Soruşanda məktəb direktoru bildirmişdir ki, əmək haqqının hamısını bir yerdə alacaqdır. Həmin müəssisəyə i şə daxil olanda aralarında işəgötürən müəssisə ilə əmək müqaviləsi bağlanmış, əmək kitabçası təqdim etmişdir. Müəssisədə işlədiyi dövrdə kollektiv arasında özünə görə hörməti qazanmışdır. Müəssisənin rəhbərliyi tərəfindən verilmiş bütün tapşırıqları layiqincə yerinə yetirmişdir. Bütün bunlara baxmayaraq yaxın günlərdə əsassız olaraq işdən azad olunduğunu bilmişdir. Bir neçə müddətə məktəbə getsə də, ona iş (yəni tədris üçün sinif) verilməmiş, səbəbini soruşduqda isə hər dəfə bildirmişlər ki, “narahat olmasın”, bu məsələ yaxın vaxtlarda həll olunacaqdır. Bu hal müəyyən müddət davam etmişdir. Sonradan başa düşmüşdür ki, ondan əsl həqiqəti gizlədirlər. Buna görə də işdən azad olunmağına dair əmrin ona təqdim olunması üçün yazılı olaraq məktəbə və təhsil şöbəsinə müraciət etmiş və bundan so nra təhsil şöbəsi ona əmrin surətini rəsmi olaraq göndərmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Cavabdeh Qəbələ rayonu Kiçik Əmili kənd tam orta məktəbinin di rektoru X2 məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh Qəbələ rayonu Kiçik Əmili kənd tam orta məktəbinin direktoru X2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçı və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki koll egiyasının 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçı ilə Qəbələ rayonu Kiçik Əmili kənd tam orta məktəbi arasında 16 sentyabr 2013-cü il tarixdə bağlanmış 22 nömrə ilə qeydə alınmış əmək müqaviləsinin müddətinin 14 iyun 2017-ci il tarixdə bitdiyi nəzərə alınaraq 08 iyun 2017-ci il tarixli, 54 nömrəli əmrlə müqaviləyə xitam verilmişdir. 10.10.2018-ci il tarixdə 5PVVP3M60001X0 nömrəli «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi» sistemə daxil edilmişdir. İddiaçı ilə məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilən zaman məktəb tərəfindən işə götürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzun iyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə ona təqdim edilmişdir. 12 oktyabr 2017-ci il tarixdə Qəbələ rayonu Kiçik Əmili kənd tam orta məktəbində akt tərtib olunaraq iddiaçının şəxsi işi (İddiaçı işə qəbulla bağlı ərizəsi, işə qəbul olunmasına dair əmri, diplomun surəti, tərcümeyihalı, kadrların uçot vərəqi, müddətli müqavilə (2 nüsxə) əlyazma və elektron, əmək kitabçasının əsli (əmrlər barədə qeydlərlə birlikdə), əmək müqaviləsinə xitam verilməsinə dair əmr) əri X3 yaşadıqları evdə təhvil verilmişdir. İddiaçı hazırda onunla əmək müqaviləsinə xitam verilməsi barədə 08 iyun 2017-ci il tarixli, 54 nömrəli əmri mübahisələndirir. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən vaxtında iddiaçının xəbəri olsa da, bunu mübahisələndirməmiş və qanunvericilikdə nəzərdə tutulmuş müddətdə işə bərpa olunmasına dair məhkəmədə iddia qaldırmamışdır. Əmək müqaviləsinə xitam verilməsinə dair əmrdən xəbərinin olduğunu özü də etiraf etmişdir. Lakin o, məktəb direktorunun hərəkətləri barədə prokurorluq orqanlarına şikayət etməklə kifayətlənmişdir. Həmin faktın özü adı çəkilən əmrdən iddiaçının xəbərinin olmasına dəlalət edir. Hətta iddiacının özünün etiraf etdiyi müddətdən, yəni əmrin surətinin 2018-ci ilin sentyabr ayında aldığı gündən götürüldükdə belə o, 2019-cu ilin yanvar ayının sonunda işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etdiyindən qanunvericiliklə müəyyən edilmiş bir aylıq məhkəməyə müraciət etmə müddətini ötürmüşdür. İşin qeyd olunan halı deməyə əsas verir ki, iddiaçı ilə məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi tam qanuni əsaslarla həyata keçirilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququna malik olduğu halda, İddiaçı həmin müddəti ötürməklə (buraxmaqla) məhkəməyə iddia ərizəsi vermişdir. O, üzürsüz səbəbdən buraxdığı iddia müddətinin barpasına dair məhkəməyə müraciət etməmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı iddiası təmin olunmamalıdır. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakı normalara istinad etmişdir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflər dən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələbl ərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fər di əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) əmək kitabçasının, haqq hesab sənədlərinin (kitabçasının, vəsiqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işə götürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən billə-bilə qəsdən pozulduğu gündür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı işdən azad olunduqdan sonra 2018-ci ildə məktəbdə başqa müəllimin yerinə dərs dediyini qeyd etmiş, bu halı sinif jurnalında onun adının yazılması ilə əsaslandırmışdır. Apellyasiya insta nsiyası məhkəməsinin iclasında şahid qismində dindirilmiş məktəbin tədris işləri üzrə direktor müavini X5 və müəllim X4 ifadələrində göstərmişlər ki, iddiacı Nigar Mehdiyeva 08.06.2017-ci il tarixdə işdən azad olunduqdan sonra məkdəbdə dərs deməmiş, onun əvvəllər dərs keçdiyi siniflərdə dərsi başqa müəllimlər aparmışdır. Əmək haqqı da dərs demiş müəllimlərə verilmişdir. İddiacı işdən azad edildikdən sonra diaqnostiq qiymətləndirməyə hazırlaşmaqla bağlı məktəbə bəzi müəllimlərin yanına gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin iştirakı ilə Qəbəblə rayonu Kiçik Əmili kənd orta məktəbinin 2017-2018-ci illər üzrə 7-ci sinif jurnalına baxış keçirilmiş və baxış zamanı məhkəmə müəyyən etmişdir ki, sinif jurnalında musiqi dərslərini aparan müəllim olaraq İddiaçı qeyd olunmuşdur. İ ddiaçı jurnalda onun tərəfindən qeydlər aparılmaqla yazıldığını iddia etsə də, cavabdeh Qəbələ rayonu Kiçik Əmili kənd tam orta məktəbinin direktoru bunu təkzib etmiş, iddiaçının adının sinif rəhbəri tərəfindən səhvən jurnala yazıldığını və onun barəsində tədbir görüldüyünü qeyd etmişdir. Apellyasiya şikayətində iddiaçı müddəti ötürmədiyini, vaxtında məhkəməyə müraciət etdiyini, ona sənədlərin vaxtında verilmədiyini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi bu dəlillərlə bağlı qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinə işə bərpa edilməsi ilə bağlı məhkəməyə vaxtında, yəni müddəti ötürmədən müraciət etməsi ilə bağlı dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmişdir. İş materiallarında iddiaçının işdən çıxması ilə bağlı sənədlərin ona vaxtında təqdim olunması barədə sübutlar əlavə edilmişdir. Lakin iddiaçı qanunla məhkəməyə müraciət edilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2064/2019 nömrəli iş ü zrə 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7251/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7251/2019
02.12.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver