Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-726/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdeh1 və vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-9208/2019 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)-547/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.Ə.Misirzadə) İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh1 mənzildə aparılmış təmir xərclərinə görə 19.867 manat, mənzilin satın alınmasına görə ödənilmiş 6.000 ABŞ dolları məbləğində pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)9208/2019 saylı qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və A.N.İmanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh1 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “pul tələbinə dair” iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, qızı X1 Kamal Adil oğlu ilə xx xxxxxx 2012-ci il tarixdə ailə qurublar. X9 Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 49 saylı evin, 123-cü mənzilinə gəlin köçüb və bir müddət həmin mənzildə yaşadıqdan sonra əri la birlikdə Fransaya getmişlər. Elçilik zamanı un atası Cavabdeh1la belə razılığa gəlmişlər ki, yeni ailə quran övladları üçün hər ikisinin vəsaiti hesabına mənzil alsınlar. Odur ki, xx xxxxxx 2012-ci il tarixdə “xxxx” MTK məxsus olan ünvan 1 ünvanda yerləşən kooperativ yaşayış binasından 2 otaqlı, sahəsi 79,9 kv.metr olan mənzili 36,895 ABŞ dollarına satın almışlar və mənzil müqaviləyə əsasən Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Mənzilin satın alınması üçün onun tərəfindən şəxsən “xxxx” MTK 6.000 ABŞ dolları pul ödəyib. Mənzilin q alan pulunu Cavabdeh1 ödəyib. Cavabdeh1la aralarında olan qarşılıqlı razılığa əsasən mənzilin təmir xərcləri onun tərəfindən ödənilib və mənzildə təmir işlərinin aparılması ona tapşırılıb. Mənzildə təmir işləri 2013-cü ilin dekabr ayından xx xxxxxx 2014-cü il tarixədək davam edib. Mənzilin təmirinə şəxsən 19.867 manat pul xərcləyib. Lakin, X9 və əri bir gün də olsun mənzildə yaşamamışlar. Belə ki, Cavabdeh1 arvadı 2016-cı ilin fevral ayında öldükdən sonra, sonuncu həmin mənzili kirayəyə vermiş və bununla da X9nın ailəsi ilə birlikdə həmin mənzildə yaşamasına imkan verməmişdir. Cavabdeh1 mənzilin kirayəsindən əldə etdiyi qazancı ancaq öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul ed ilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 və vəkili kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunma dığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçı tərəfindən Cavabdeh1 məxsus olan mənzildə 19.867 manat məbləğində təmir işləri aparılmasına, iddiaçı tərəfindən cavabdehə məxsus mənzilin satın alınması üçün 6.000 ABŞ dolları pul ödənilməsinə, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Mülki Məcəllənin 21, 1092.1, 1092.2ci m addələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, podratçı “xxxx” MTK ilə sifarişçi Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli podrat müqaviləsinə əsasən, podratçı “xxxx” MTK Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə tikilməkdə olan yaşayış binasının 4-cü korpus, 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 189-cu mənzili tikib sifarişçi Cavabdeh1 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib müqavilədə razılaşdırılmış pay haqqını “xxxx” MTK ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 36.895 manat məbləğində müəyyən edilmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binası “xxxx” MTK məxsusdur və binanın 4-cü giriş 3-cü mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 79,9 kv.metr olan 189-cu mənzilinin pay dəyəri tam məbləğdə Cavabdeh1 tərəfindən ödənilmişdir və sonuncunun “xxxx” MTK borcu yoxdur. İşə əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş əlyazma qəbzlərdən görünür ki, ustalara, fəhlələrə, təmir üçün lazım olan ləvazimatlarına alınmasına pul xərclənmişdir. Eləcə də xxx tərəfindən “xxxx” MTK ünvanlanmış xx xxxxxx 2012-ci il tarixli ərizənin surətindən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-ci məhəllədə tikilməkdə olan yaşayış binasının 4-cü korpus, 3-cü mərtəbəsində yerləşən, sahəsi 79.19 kv.metr olan 189-cu mənzilin Cavabdeh1 adına keçirilməsinə etiraz etmir və mənzilin dəyərinə görə 44.000 ABŞ dolları pul almışdır. Lakin sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən mənzilin dəyərinin bir qismi, yəni 6.000 ABŞ dolları iddiaçı tərəfindən ödənilmişdir, həmçinin həmin mənzil iddiaçının vəsaiti hesabına təmir edilmişdir. Birinci instansiya məhkəməsində, eyni zamanda apellyasiya baxışı zamanı Cavabdeh1 mənzilin dəyərinin bir qisminin, yəni 6.000 ABŞ dollarının iddiaçı tərəfindən ödənilməsini və mənzilin iddiaçının vəsaiti hesabına təmir edilməsini etiraf etmiş olsa da, iddia ərizəsində göstərilən təmir üçün çəkilmiş xərcin məbləği ilə razı olmamışdır. Buna görə də, birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadına əsasən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin, Cavabdeh1 ekspertiza keçirilməsinə şərait yaratmadığından, rəy verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, laki n Cavabdeh1 mənzilin qapısını açmamış və bununla da ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edərək, ekspertizanın keçirilməsinə mane olmuşdur. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məlikəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etmə sindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, sadalanan prosessual normaların tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 ekspertiza keçirilməsinə mane olması qənaətinə gələrək, ekspertiza təyin edilən faktın, yəni iddiaçının iddia etdiyi təmir xərcinin təsdiq olunmuş hesab etmişdir. Apellyasiya insatansiyası məhkəməsi həmçinin haqlı olaraq qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilin alınmasına 6.000 ABŞ dolları məbləğində vəsait vermiş, eləcə də mənzili tam təmir etdirm işdir. Göstərilən xüsusatları Cavabdeh1 da təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin ( məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1 -ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri öd ənilir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür və Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün gətirdiyi arqumentlər əsassızdır. Belə ki, Cavabdeh1 kassasiya şikayəti ilə ey ni məzmunlu olan apellyasiya şikayətində iddiaçının qızına cehiz vermədiyini, cehiz borcunun olduğu üçün bunun əvəzində evi təmir etdirdiyini, iddiaçının evi kirayəyə verdiyi zaman kirayə haqqını özünə götürdüyünü, həmçinin, iddiaçının oğlundan təmir üçün 5.000 avro pul alıb qaytarmadığını qeyd etsə də, bu halları təsdiq edəcək hər hansı sübutları nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddi açı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Əksinə, Cavabdeh1 özü etiraf etmişdir ki, iddiaçı 6 aylıq kirayə haqqını bir dəfəyə alaraq ona vermişdir. Deməli, həmin xüsusat mübahisəsiz deyil, ona görə də Cavabdeh1 kirayə haqqı ilə bağlı məhkəmədə müstəqil iddia qaldıra bilər. İddiaçının onun oğlundan 5.000 avro pul alıb qaytarmamasına gəldikdə isə, işdə belə bir tələb yoxdur, digər tərəfdən, Cavabdeh1 belə bir tələb irəli sürmək, yaxud da iddiaya qarşı etirazının əsası kimi həmin hala istinad etmək üçün subyektiv hüquqa malik deyil. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikay ətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-9208/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-726/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-726/2020
21.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver