Məhkəmə qərarları › İş №2(102)-726/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-726/2021

09.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-726/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Mürvət oğlu Üçüncü şəxs: Z.Z.Z. Üçüncü şəxs: AA.A.A. İddia tələbi: “torpaq sahəsindən çıxarılma” Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Mahmudov Vidadi Cəmil oğlunun, Cavabdeh Mürvət oğlunun vəkili X5 oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1189/2020 nömrəli iş üzrə xx x xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Mürvət oğlu tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İşdə olan Z.Z.Z. Başçısının xx.xx.2011-ci il tarixli, 123 saylı sərəncamının surətindən görünür ki, Zərdab rayonu, Bəyimli qəsəbəsində məskunlaşan Kəlbəcər rayonu, Soyuqbulaq kənd sakini İddiaçı Zərdab rayonunun inzibati ərazisinə daxil olan X8 Bəyimli qəsəbəsi ərazisindən 25 il müddətinə heyvandarlığın inkişafı üçün 80 hektar, əkinçiliyin inkişafı üçün 20 hektar, cəmi 100 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Z.Z.Z. Başçısı ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 123 saylı torpaq icarəsi haqqında müqavilənin surətindən görünür ki, Z.Z.Z. Başçısının xx.xx.2011-ci il tarixli, 123 saylı sərəncamına əsasən İddiaçı heyvandarlığın və əkinçiliyin inkişafı üçün 25 il müddətinə 100 ha torpaq sahəsi icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DT və XK tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü barədə sənəddən görünür ki, Z.Z.Z. Başçısının xx.xx.2011-ci il tarixli, 123 saylı sərəncamı və xx.xx.2011-ci il tarixli, 123 saylı icarə müqaviləsinə əsasən kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə İddiaçı ayrılan 1.000.000 kv.m. torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və X9 kitabında xx.xx.2014-cü il tarixdə 775 nömrə ilə uçota alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksp ertizasının 18252 saylı, xx.xx.2017-ci il tarixli rəyindən görünür ki, Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisindən Z.Z.Z. Başçısının xx.xx.2011-ci il tarixli, 123 saylı sərəncamına əsasən İddiaçı istifadəsinə verilən 100 ha torpaq sahəsinin 49.5 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli, 14840 saylı rəyindən görünür ki, İddiaçı adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən hazırlanmış X9 kitabında xx xxxxxxxx 2014-cü il tarixli, A № 516360 saylı və 775 nömrə ilə qeyd olunmuş torpaq sahəsinin plan və ölçüsü Z.Z.Z. Başçısının xx xxxxxx 2011-ci il tarixli, 123 nömrəli sərəncamına əsasən ona icarəyə verilmiş 100 ha torpaq sa həsi iş materiallarında təqdim edilən yerquruluşu sənədinə uyğun tərtib edilmişdir. Cavabdeh Mürsəl oğluna rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2002-ci il tarixli sərəncamı ilə ayrılmış 70 ha torpaq sahəsi iş materiallarında təqdim edilən sənədlərə əsasən Z.Z.Z. Başçısının xx.xx.2013-cü il tarixli, 121 a nömrəli sərəncamı ilə ləğv edildiyindən həmin torpaq sahəsinə dair tədqiqat aparılmamışdır. xx xxxxxxx 2016-cı il tarixli sərəncamla ayrılmış 73 ha torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur və torpaq sahələri üst-üstə düşmür. İddiaçı icarəyə verilmiş 100 ha torpaq sahəsinin Cavabdeh Mürsəl oğlu tərəfindən 49.5 ha hissəsində zəbt edilməsi müəyyən edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdeh X2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Z.Z.Z. Başçısının xx.xx.2011-ci il tarixli, 123 saylı sərəncamına əsasən ona Zərdab rayonunun inzibati ərazisinə daxil olan X8 Bəyimli qəsəbəsi ərazisindən heyvandarlığın və əkinçiliyin inkişafı üçün 100 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 50 ha hissəsi cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunur. Cavabdehdən sözügedən torpaq sahəsini boşaltmağı tələb etsə də, heç bir nəticəsi olmamışdır Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2018- ci il tarixli, 2(035)-06/2018 saylı qətnaməsi ilə (hakim T.M.Qubadov) Cavabdeh Mürvət oğlunun İddiaçı icarəsində olan torpaq sahəsinin zəbt olunmuş 49.5 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, tərəflər “Dövlət rüsumu haqqında” Аzərbаycаn Respublikаsı Qаnunun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iş üzrə ödənilməli olan dövlət rüsumunun dövlət hesabına aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Cavabdeh Mürvət oğlundan tutularaq müvafiq hesaba ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh Mürvət oğlu apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(107)-1199/2018 saylı qətnaməsi ilə (hakimlər İ.F.Quliyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) cavabdeh X3nun apelyasiya şikayəti təmin edilməyərək, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi X2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh Mürvət oğlu kasasiya şikayət i vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(102)-2879/2019 saylı qərarı ilə (hakimlər G.A.Quliyev (sədrlik edən və məruzəçi), Ə.A.Mirzəliyev və T.A.Qoldman) cavabdeh X3nun kasasiya şikayəti təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2296/2019 saylı qətnaməsi ilə (hakimlər M.R.Hüseynov (sədrlik edən və məruzəçi), G.Q.Abbasov və R.R.Rəfiyev) cavabdeh X3nun apelyasiya şikayəti təmin edilməyərək, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin X2 münasibətdə dəyişdirilmədən saxlanılması, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh Mürvət oğlunа аid edilməsi və həmin məbləğin оndаn аlınаrаq Аzərbаycаn Respublikаsının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh Mürvət oğlu kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-1273/2020 nömrəli qərarı ilə (hakimlər V.Ə.İbayev (sədrlik edən və məruzəçi), A.K.Kalbalıyev və Ə.Ə.Əliyev) İddiaçı və cavabdeh X3nun kasasiya şikayətləri təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının xx xxxx 2020-ci il tarixli, 2(107)1189/2020 saylı qətnaməsi ilə (hakimlər İ.H.Şükürov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və R.Ə.Əliyev) Cavabdeh Mürvət оğlunun apelyasiya şikayəti təmin edilməyərək, Zərdab Rаyоn Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(035)-06/2018 nömrəli qətnaməsinin Cavabdeh Mürvət оğluna münаsibətdə dəyişdirilmədən sаxlаnılması və məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh Mürvət oğlunа аid edilməsi və həmin məbləğin оndаn аlınаrаq Аzərbаycаn Respublikаsının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh Mürvət oğlu kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına v ə işin başqa apelyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası cavabdehin vəkilinin məhkəmə iclasında iştirakını təmin etməmiş, çəkişmə prinsipini pozmuş, cavabdeh tərəfin teleqram və etirazına məhəl qoymamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh Mürvət oğlunun vəkili X5 oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Mahmudov Vidadi Cəmil oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Üçüncü şəxs Z.Z.Z. Başçısı məktubla müraciət edərək məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı, cavabdeh X3, üçüncü şəxs AA.A.A.nin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -706.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. -706.2-ci maddəsinə görə torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. -706.3-cü maddəsinə görə torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafiz əsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. -706.4-cü maddəsinə görə torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. -700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyekdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. -706.1-ci maddəsinə görə to rpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. -103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. -111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaql arın özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. -84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. -84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “T orpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunun 22-ci maddəsinə görə icarəçinin torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüququ vardır. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kasasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər əsasında aparılmış araşdırma nəticəsində əldə edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2-1(102)-1240/2020 nömrəli qərarının surətindən görünür ki, iddiaçılar Cavabdeh Mürvət oğlu, X1 və X7 cavabdeh Z.Z.Z.nə qarşı Zərdab RİHB-nin xx.xx. 2013-cü il tarixli 121a nömrəli sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-1563/2019 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı Cavabdeh Mürvət oğlu apelyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-92/2020 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra qərardan narazı qalan iddiaçı Cavabdeh Mürvət oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2-1(102)-1240/2020 nömrəl i qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-92/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, məlum torpaq sahəsi qanuni əsaslarla iddiaçının icarəsinə verildiyindən sonuncunun həmin torpaq sahəsindən istifadə (icarə) hüququ yaranmış, öz növbəsində cavabdeh də heç bir hüquqi əsas olmadan (Cavabdeh Mürsəl oğluna rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2002-ci il tarixli sərəncamı ilə ayrılmış 70 ha torpaq sahəsi Z.Z.Z. Başçısının xx.xx.2013-cü il tarixli 121 a nömrəli sərəncamı ilə ləğv edilmiş, bununla da cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqi bağlılığı qalmamışdır) iddiaçının qanuni əsaslaral icarəs ində olan torpaq sahəsinin 49.5 hissəsini zəbt etmiş, bununla da onun tərəfindən iddiaçının istifadə (icarə) hüquqları pozulmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə apelyasiya qaydasında baxılarkən cavabdeh dəlillərini təsdiq edəcək mötəbər sübutlar təqdim etməməklə yanaşı, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə də iddianın əsaslı, apelyasiya şikayətinin isə əsassız olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasatorun apelyasiya instansiyası məhkəməsi tərəfindən onun nümayəndəsinin və vəkilinin məhkəmə iclasında iştirakının təmin edilməməsi və çəkişmə prinsipinin pozulması dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olur. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh tərəfin t eleqram və etirazına məhəl qoyulmadan, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə işin faktiki hallarının tam, obyektiv araşdırılmadığı müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Mürvət oğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)1189/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar