Məhkəmə qərarları › İş №2(102)-726/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-726/2024

19.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-726/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı və iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin boşaldılması, alqı-satqı müqaviləsinin etibarsızlığı, vacib əhəmiyyətli yanılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Ə li oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzildən çıxarma, istifadə hüquqlarına xitam verilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə və iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair birləşdirilmiş iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6273/2024 nömrəli, 1 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh (iddaçı) Cavabdeh3 kassasiya şikayətinə 19 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi ev 28, mənzil 19 (sonradan – mübahisəli mənzil) Cavabdeh3 mülkiyyətində olmuşdur. Mübahisəli mənzilin 98000 manata satışa çıxarılması barədə internetdə elan yerləşdirilmişdir.

2. Mübahisəli mənzildə qeydiyyatda olan Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1 mənzilin satılmasına yazılı razılıq vermişlər.

3. İddiaçı həmin mənzili xx.xx.2023-cü il tarixdə 97000 manata (1000 manat beh və 96000 manat alqı-satqı zamanı ödənilmiş məbləğ) Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış və 4Ə-379 reyestr nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli alqı-satqı müq aviləsi əsasında Cavabdeh3 almışdır.

4. Müqaviləyə əsasən mənzil satılan vaxt "xxxx" MMC-də girovda olmuş, əməliyyat notarius tərəfindən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 1545 №-li məktubu və mülkiyyətçinin razılığı əsasında ipoteka hüququ qüvvədə olmaq şərtilə aparılmış, mənzilin satış qiymətindən 36260 manat "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına, qalan 59740 manat isə satıcı Cavabdeh3 ödəniləndən, "xxxx" MMC məbləği aldıqdan və rəsmi məktub verdikdən sonra əmlak dərhal ipoteka yükündən azad ediləcək.

5. Müqavilənin 11-ci bəndinə əsasən satıcı Cavabdeh3 xx.xx.2023-cü il tarixədək həmin mənzili boşaldıb iddiaçıya təhvil vermək öhdəliyi götürmüşdür.

6. Mübahisəli mənzil İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. (daşınmaz əmlakın reyestr nömrəsi **********68-05101- 093015, qey diyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra-iddiaçı) 10 may 2023-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinə iddia verərək cavabdehlər Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və azyaşlılar - X2, X3 və X1 ona məxsus mübahisəli mənzildən istifadə hüququna xitam verilməklə, onların həmin mənzildən çıxarılması, dəymiş maddi zərərə görə 1000 manat və mənəvi zərər qismində 7000 manat, ümumilikdə isə 8000 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh3 mənzilini 97000 manata iddiaçıya satmışdı r. Belə ki, iddiaçı Cavabdeh3 ilə razılaşıb 1000 manat məbləğində beh vermiş, sonra isə alqı-satqı müqaviləsi bağlamaq üçün notariusa getmişlər. Orada olarkən iddiaçı mənzilin ipoteka ilə yüklü olduğunu bilmişdir. Lakin Bankın razılığı ilə mənzilin satılmasını bildikdən sonra iddiaçı buna etiraz etməmişdir. xx.xx.2023-cü il tarixdə həmin mənzildə qeydiyyatda olan şəxslərin notarial qaydada verilmiş razılığı ilə iddiaçı ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı müqavilə üzrə sonuncuya 96000 manat məbləğində pul vəsaiti ödəmişdir.

9. İddiaçı öz ailəsi ilə əvvəl yaşadığı və qayınanası tərəfindən satılmış mənzildən çıxıb xx.xx.2023-cü il tarixdə yeni aldığı mənzilinə köçməli idi. Aralarındakı razılaşmaya baxmayaraq, Cavabdeh3 zəng edərək, kobud şəkildə mənzili satmaq fikrindən daşındıqlarını, mənzildən çıxmayacaqlarını bildirmiş və iddiaçını hədələyərək, mənzilə gələcəyi təqdirdə onun üçün pis olacağını demişdir.

10. İddiaçı Abşeron rayonunda ayı 200 manat olmaqla bir otaqlı kirayə mənzil tapmış, lakin kirayə verən mənzilin kirayəsi üçün ilkin olaraq 5 aylıq kirayə haqqını tələb etdiyinə görə məcbur olub 1000 manat məbləğində kirayə haqqı ödəyib kirayə qalmış, bunun nəticəsində iddiaçıya 1000 manat məbləğində maddi zərər dəymişdir. Bundan əlavə, hadisələr iddiaçının mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur ki, bununla da iddiaçıya 7000 manat məbləğində mənəvi zərər dəymişdir.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 21.1., 21.2, 157.2, 157.4, 228.2 və 228.4-cü maddələrinə istinad etmişdir.

12. Cavabdeh3 da 10 may 2023-cü il tarixdə idd ia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış və 4Ə-379 reyestr nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi ev 28, mənzil 19-a dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş Çıxarışın ləğv edilməsi və daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia üzrə Suraxanı rayon Məhkəməsində e2(010)- 2513/2023 №-li mülki iş açılmışdır.

13. Cavabdeh3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanılmış, bir qədər sonra ona məlum olmuşdur ki, müqavilə bağlanan zaman mübahisəli mənzilin qiyməti barədə əhəmiyyətli şəkildə yanılmışdır. Əri 2015-ci ildə rəhmətə gedib, özü 2-ci qrup əlildir. Sözügedən mənzilə 1991-ci ildə köçmüş, bu günədək orada yaşayırlar. Mənzil 2015-ci ilədək ərinin adına olmuş, 2015-ci ildə vərəsəlik yolu ilə onun adına keçmişdir. Evdar xanımdır, ailə qurduğu vaxtdan işləmir. Heç vaxt daşınmaz əmlak bazarından xəbəri olmayıb. Sonradan başa düşmüşdür ki, o, mənzili 96.000 manat məbləğə satmaqda tələsmiş və yanılmışdır. Ev “stalinka” layihəlidir, evin hündürlüyü 3,2 m, xarici və iş divarların qalınlığı 1,5 m təşkil edir, orta mənzildir, 4 mərtəbənin 3-cü mərtəbəsidir, mənzil binanın tam ortasında yerləşir, y elçəkəndir. Bina daş binadır, mərkəzi istilik sistemi vardır. Bundan əlavə binada divar sobası vardır, qaz, su, işıq daimidir, binanın hər iki tərəfə görüntüsü var, eyvan var, bina yol üstüdür, yaxınlıqda bütün infrastrukturlar – məktəblər, hospital, bağçalar və s var.

14. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Mübahisə edilən əqdlər mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur.

15. Cavabdeh3 iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337, 339.1 və 347-ci maddələrinə istinad etmişdir.

16. Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə e-2(010)2513/2023 №-li mülki iş birləşdirilməsi üçün Bakı şəhər Sabunçu rayon Məhkəməsinə göndərilmiş, Sabunçu rayon Məhkəməsi ndə hər iki işə 2(008)-3962/2023 № ilə baxılmağa başlanılmışdır.

17. Birinci instansiya məhkəməsində cavabdeh və cavabdehin Cavabdeh3 nümayəndəsi Cavabdeh1 göstərmişdir ki, mənzilin real qiyməti qat-qat çoxdur, onlar aldıqları 97000 manat pulu bir neçə gün içində geri qaytaracaqlar.

18. Birinci instansiya məhkəməsində iddiaçı 97000 manat pulun ona qaytarıldığı təqdirdə mənzildən imtina edəcəyini bildirmişdir

19. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3962/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 azyaşlılar – X2, X3 və X4 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 28 №-li evin 19 №-li mənzilindən çıxarılmaları qət edilmi ş, iddia qalan hissədə və birinci cavabdehin iddiası isə bütünlüklə rədd edilmişdir. (hakim Tahirə Əsədova)

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflərin arasındakı alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır və onun etbarsızlığı ilə əlaqədar əsaslar mövcud deyil. Belə olan halda Cavabdeh3 iddiası rədd edilməlidir.

21. Cavabdeh3 bağlanmış əqdin etibarsızlığı ilə əlaqədar məhkəməyə sübutlar təqdim etməmişdir. Hətta mənzil dəyərindən aşağı qiymətə satılmış olsa da belə, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə müqavilə azadlığı var, tərəflər istədikləri şərtlərlə müqavilə bağaya bilərlər.

22. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını qismən əsaslı hesab edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı qanuni əsaslarla mənzildə əldə etdiyinə, mənzilə olan hüququ dövlət qeydiyyatına alındığına görə onun bu hüququ qorunmalı və cavabdehlər iddiaçıya məxsus mübahisəli mənzildən çıxarılmalıdırlar.

23. Birinci instansiya məhkəməsi iddia tələbini cavabdehlərin mənzilindən istifadə hüququna xitam verilməsi hissəsində rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh mənzili sataraq bir ay içində mənzili boşaldıb təhvil vermək öhdəliyi götürməklə, digər cavabdehlər mənzilin satışına razılıq verməklə həmin mənzilə olan istifadə hüquqlarını itirmişdirlər. Odur ki, olmayan hüquqlara xitam verilməsini düzgün hesab olunmur.

24. Birinci instansiya məhkəməsi maddi zərərin tutulması hissəsində İddiaçı iddia tələbinə qiymət verərək, göstərmişdir ki, təqdim edilmiş kirayə müqaviləsi mötəbər sübut deyil, belə ki mü qavilə notarial qaydada təsdiqlənməmişdir, buna görə də iddia 1000 manat maddi zərərin tutulması hissəsində rədd edilməlidir.

25. Birinci instansiya məhkəməsi mənəvi zərəin tutulması barədə iddianı da təmin etməyərkən bunu onunla əsaslandırmışdır ki, iddiaçı özünün mənəvi zərər çəkməsi, eyni zamanda həmin zərərin 7000 manat olmasına dair sübut təqdim edə bilməmişdir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 148.2, 152.5, 337, 390.1, 394, 560-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Cavabdeh3 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddiaçının iddiasının rədd, öz iddiasının isə təmin olunmasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda belə əsaslandırılmışdır ki, həmin evi 96000 manatdan qat-qat artıq qiymətə sata bilərdi. Bu mənzil onun yeganə mənzilidir, başqa yaşayış yeri yoxdur. Belə ki, hamıya bəlli olan faktdır ki, mübahisəli evin bazar qiyməti ən azı 180.000 manat təşkil edir. Bu qiymət mübahisələndirilən alqı-satqı qiymətinin təxminən az qala iki misli qədərdir ki, bu fərq də əhəmiyyətli fərq hesab edilir. Cavabdehə mənzili qaytarması barədə təklif etsə də, müsbət nəticəsi olmamışdır. Mənzili satarkən vacib əhəmiyyətli yanılmaya yol verdiyinə görə həmin əqd etibarsız hesab olunmalıdır.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6273/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Məhəmməd Rüstəmli)

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, qanunvericilikdə əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş d örd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

31. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırki iş üzrə mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən əqdin etibarlılıq şərtləri pozulmamışdur.

32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyator alqı-satqı müqaviləs i bağlanarkən əmlakın qiymətini öz iradəsi əsasında müəyyən etdiyini, həmin əmlaka görə müqavilə əsasında müəyyənləşdirilmiş məbləği aldığını mübahisələndirməmişdir. Əmlakın satıcısının (indiki halda apellyatorun) müqavilə bağlandıqdan sonradan əmlakın dəyəri ilə bağlı mülahizələri alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiaçının iddiasının rədd, öz iddiasının isə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə hüquqi hallar nəzərə alınm amışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində hətta mənzilin dəyərindən aşağı qiymətə satılmasını vurğulamasına baxmayaraq, yekunda buna uyğun olmayan qətnamə qəbul etməsinə hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində qeyd olunmuşdur ki, “hətta mənzil dəyərindən aşağı qiymətə satılmış olsa da belə, müqavilə azadlığı var, tərəflər istədikləri şərtlərlə müqavilə bağlaya bilərlər”. Mübahisə edilən əqdlər mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Bundan başqa, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəmə proseslərində iştirakının təmin edilməsi üçün h eç bir tədbir görülməmiş, işi tələsik 1 iclasa yekunlaşdıraraq qətnamə qəbul etmişdir. Cavabdeh onkoloji xəstədir və ürək xəstəliyindən əziyyət çəkir. Müalicə aldığı üçün səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməmişdir. Bununla bağlı sənəd əlavə olunsa da, məhkəmə bu halı nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahi zəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər). Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasi ya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulm ası apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansi yası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

37. Kassasiya şikayətində cavabdeh (iddiaçı) Cavabdeh3 apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 tərəfindən birinci iş üzrə iddianın təmin edilən, ikinci iş üzrə iddianın təmin edilməyən hissəsində yoxlanılmışdır. Bu baxımdan, qətnamənin tam yoxlanılıması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqe yi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Apellyasiya instansiyası məhkəməsi hər iki iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

41. Cavabdeh3 iddia tələbi əqdin (alqı-satqı müqaviləsinin) etibarsız hesab edilməsi barədədir. Cavabdeh3 iddia tələbinin faktiki əsası kimi alqı-satqı müqaviləsini vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlamasına istina d etmişdir.

42. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

43. Mülki Məcəllənin 347.2-ci maddəsində isə vacib əhəmiyyətli yanılmanın nədən ibarət olması göstərilmişdir.

44. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, Cavabdeh3 alqı-satqı müqaviləsi bağlanarkən əmlakın qiymətini öz iradəsi əsasında müəyyən etmiş, həmin əmlaka görə müqavilə əsasında müəyyənləşdirilmiş məbləği aldığını mübahisələndirməmişdir. Bununla da Cavabdeh3 əmlakın dəyəri ilə bağlı vacib əhəmiyyətli yanılmasının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Başqa sözlə, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanan zaman Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərinin pozulması halı müəyyən edilməmişdir.

45. Göründüyü kimi, işi n müəyyən edilmiş halına uyğun olaraq məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.

46. İşin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının dispoztiv şərtlərinə görə Cavabdeh3 iddiasının təmin edilməsini istisna etmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 iddiası üzrə sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

48. İddiaçı iddia tələbi isə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus mübahisəli mənzildən cavabdehlərin çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi mübahisəli mənzili alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satın almasına, mənzilin mülkiyyət hüququ ilə artıq ona məxsus olmasına istinad etmişdir.

49. İşin həmin iddia tələbi üzrə müəyyə n edilən halları da ondan ibarətdir ki, mübahisəli mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdehlər isə hazırda da həmin mənzildə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur.

50. Apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq İddiaçı iddiası üzrə də mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

51. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin Cavabdeh3 iddiası üzrə gəldiyi nəticə yuxarıda göstərilənlər baxımından əsaslı olduğu üçün, İddiaçı iddiasının təmin edilməsi barədə gəlinən nəticə həm də buna görə əsaslıdır. Çünki İddiaçı iddiasının təmin edilməsi məhz Cavabdeh3 iddiasının təmin edilməməsi ilə bağlı olmuşdur. İşdən də görünür ki, Cavabdeh3 iddia sının təmin edilməsi faktiki olaraq İddiaçı iddiasının rədd edilməsinə yönəlib.

52. Məhkəmə kollegiyası İddiaçı iddiası üzrə onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətlə ndirilir.

53. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, bu dəlillər apellyasiya şikayətində də irəli sürmüşdü və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət vermişdir.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (iddiaçı) Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6273/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar