Məhkəmə qərarları › İş №2(102)-727/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-727/2019

25.01.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-727/2019 25.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 25 yanvar 2019-cu il İş № 2(102)-727/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Quliyev Gündüz Ağababa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, Ərizəçi vəkili Hüseynov Səfər Gülüm oğlunun iştirakı ilə, Ərizəçi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018 il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018 il tari xli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi “evin və torpaq sahəsinin məxsus olma faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Axundova, iş 2(003)-2128/2018) ərizə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018 il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.İmanov, iş № 2(103)-9434/2018) işüzrə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəl illəri: Ərizəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018 iltarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ərizəçi vəkili Hüseynov Səfər Gülüm oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018 iltarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ölüm haqq ında şəhadətnaməyə əsasən, X9 01 yanvar 1937-ci ildə ölmüşdür. Bu barədə Nizami rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 26 yanvar 2017-ci il tarixdə 41 sayla qeyd edilmişdir. Ölüm haqqında şəhadətnaməyə görə, X2 22 fevral 2011-ci ildə ölmüşdür. Bu barədə Sumqayıt şəhər qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 11 mart 2011-ci il tarixdə 363 sayla qeyd edilmişdir. Nizami rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(007)-2748/2017 saylı qətnaməsinə əsasən, ərizə təmin edilmiş, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 yanvar 2017-ci il tarixdə ölümü haqqında 41 saylı akt qeydi tərtib olunmuş "X9" ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Tarix Arxivinin 12 fevral 2015-ci il tarixli 9/42 saylı arayışında göstərilən " X10"nun eyni şəxs olması faktı müəyyən edilmişdir. Nizami rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli, 2(007)-3435/2015 saylı qətnaməsinə əsasən, ərizə təmin edilmiş, Ərizəçi babası X3 1937-ci ildə siyasi repressiya qurbanı olması faktı müəyyən edilmiş və o, ölmüş elan edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin Ərizəçi qızma ünvanladığı məktubda qeyd olunur ki, Ərizəçi ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı 16.11.2017-ci il tarixli ərizəsinə baxılmışdır. Sözügedən əmlak dövlət əmlakı olduğu üçün ərizəsinin təmin olunmasının qeyri-mümkün olduğu və ərizənin icrasından imtin a edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Milli Arxiv idarəsi Dövlət Tarix Arxivi tərəfindən verilən arxiv arayışına görə, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Bakı şəhəri Buzovna məscidinin sənədlərində X1 ölüm tarixi 22 yanvar 1909-cu ildir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Tarix Arxivi tərəfindən Ərizəçi ünvanlanan məktubda qeyd olunur ki, Dövlət Tarix Arxivinin sənədləri üzrə Buzovna kəndinin1886-cı ilə dair kameral siyahısında aşağıda göstərilən şəxsin adı qeyd olunub: X11 – 42 yaş, onun oğlanları: X24 – 19 yaş, X10 14 yaş. Onların Buzovna kəndində 550 kv sajma bərabər olan üzüm sahələri olmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Tarix Arxivi tərəfindən Ərizəçi qızma ünvanlanan məktubda qeyd olunur ki, X12 1844-cü ildə anadan olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərardadına əsasən, Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı "evin və torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi" iddia ərizəsi ilə müraciət etmiş və iddia mümkün sayılmamışdır. Həmin qərardadda qeyd olunur ki, iddiaçının hazırkı iddia tələbində qaldırdığıməsəiə ilə hüquqi maraqları arasında birbaşa əlaqə görünmür. ünvan 2 ünvanda yerləşən evin və torpaq sahəsinin iddiaçıya (iddiaçının babasına) məxsus olması işdə olan sənədlərlə sübuta yetirilməmiş və bununla bağlı hər hansı sənəd və sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçıya izah edilmişdir ki, ilk növbədə ünvan 2 ünvanda yerləşən evin və torpaq sahəsinin 01.01.1937-ci il tarixdə vəfat etmiş babası X7 məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məsələni həll etməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin Ərizəçi ünvanladığı məktubda qeyd olunur ki, Ərizəçi ünvan 2 ünvanda yerləşən yaşayış evi və torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 10.08.2017-ci il tarixli ərizəsinə baxılmışdır. Daxil olmuş sənədlər surətdir və elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi "Çiçək" sağlamlıq mərkəzinin (dövlət əmlakıdır) ərazisində yerləşir. Bundan başqa, Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Formanı ilə təsdiq edilmiş "Daşınm az əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında qeyd olunan hər hansı bir sənəd Bakı şəhəri Ərazi İdarəsinə təqdim edilməmişdir. Mövcud olan 3383 kv.m torpaq sahəsində 2 ədəd 2 mərtəbəli, 1 ədəd 1 mərtəbəli tikililər mövcuddur və həmin ərazi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir, bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bakı şəhəri Nizami RPİ tərəfindən 08 dekabr 2004-cü il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinə görə, xx xxxxxx 1951-ci ildə doğulmuş Ərizəçi ünvan 4 ünvanında qeydiyyatdadır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 307.2.6, 307.2.11, 308, 310, 14.2, 77.1-ci maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə görə, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən,məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qayda da ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə görə, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-cı maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ərizəçi kassasiya şikayətində faktiki halların sadalanması ilə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadala nması və kassatorların mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının n əticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018 iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018 iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar