Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-727/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə QƏRARİ iş № 2(102)-727/22 (Açar sözlər: əmək stajının müəyyən edilməsi, sübutların qiymətləndirilməsi) Bakı şəhəri, 05 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi İddiaçı “sosial sığorta stajının müəyyən edilməsi” barədə ərizəsinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2461/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qətnam əsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun kassasiya şikayətinə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İşin halları, birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi İddiaçı ərizə ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, onun 1978-ci ilin yanvar ayından 1978-ci ilin sentyabr ayınadək “Cəlilabad PMK-5” idarəsində işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi maraqlı şəxs qismində qoyulmuşdur.
3. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 22 iyun 1955-ci il tarixdə Cəlilabad şəhərində doğulmuşdur. 21 oktyabr 1975-ci il tarixdən 14 dekabr 1977-ci il tarixə kimi ərizəçi hərbi xidmətdə olmuşdur.
4. Ərizəçi ilk əmək fəaliyyətinə 1978-ci ilin yanvar ayında “Cəlilabad PMK-5” idarəsində fəhlə işləməklə başlamış, 1978-ci ilin sentyabr ayınadək həmin idarədə işləmişdir. Sonra isə həmin idarədən işdən çıxaraq 06 sentyabr 1978-ci il tarixdə Prişib 108 nömrəli orta kənd texniki peşə məktəbində istehsalatda təlim ustası vəzifəsinə işə qəbul olunmuş, 16 iyun 1993-ci il tarixə kimi həmin vəzifədə işləmişdir.
5. Peşə məktəbində işləyərkən ərizəçiyə əmək kitabçası yazılsa da, “Cəlilabad PMK-5” idarəsində işləməsi əmək kitabçasında qeyd edilməmişdir. Buna da səbəb “Cəlilabad PMK-5” idarəsinin sənədlərinin (əmr və əmək haqqı kitabları) arxivə təhvil verilmə məsi olmuşdur.
6. Yaşa görə əmək pensiyası almaq üçün ərizəçi DSMF-nin Cəlilabad rayon şöbəsinə müraciət etmiş, lakin əmək kitabçası olmadığı üçün maraqlı şəxs tərəfindən ərizəçinin həmin idaərə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
7. Ərizəçinin “Cəlilabad PMK-5” idarəsində işləməsi həmin dövrdə onunla birlikdə işləyən şəxslərin şahidliyi ilə təsdiq olunur.
8. Ərizəçi ərizəsində MPM-in 308-ci maddəsinə istinad etmişdir.
9. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 9 saylı Regional Ərazi Filialının nümayəndəsi (filialın direktoru) ərizəyə yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - ərizəçi pensiya təyin edilməsi ilə 9 saylı Regional Ərazi Filialına müraciət etmiş, lakin onun 1978-ci ilin yanvar ayından 1978-ci ilin sentyabr ayına kimi “Cəlilabad PMK5”da işləməsi ilə əlaqədar əmək kitabçası olmadığından ona pensiya hesablanması mümkün olmamışdır; - ərizəçinin 24 il 6 ay 29 gün sosial sığorta stajı var. Ərizəçinin 29 aprel 1978-ci il tarixində əyani təhsilini başa vurub, əmək kitabçasının surətinə əsasən 06 sentyabr 1978ci il tarixində Prişib 108 nömrəli orta KTPM-də istehsalat təlimi ustası vəzifəsinə təyin edildiyi nəzərə alınarsa, onun ərizədə qeyd etdiyi 1978-ci ilin yanvar ayından 1978-ci ilin sentyabr ayınadək olan dövrdə ən çoxu 4 ay 9 gününü qanuni (rəsmi) şəkildə “Cəlilabad PMK-5”-də fəhlə işləmiş ola bilər; - “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hiss əsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, ərizəşinin təsdiq oluna biləcək sosial sığorta stajı (4 ay 9 gün) onun mövcud stajına (24 il 6 ay 29 gün) əlavə olunsa belə bu da 24 il 11 ay 8 gün edir ki, bu da onun əmək pensiyası hüququnun yaranması üçün kifayət etmir; - ərizəçinin 24 il 6 ay 29 gün sosial sığorta stajının olması Şirvan İnzibati Məhkəməsinin 18 avqust 2020-ci il tarixli qərarında da qeyd edilib.
10. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-207/2021 s aylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, 22.06.1955-ci ildə Cəlilabad şəhərində doğulmuş İddiaçı 1978-ci ilin aprel ayından 1978-ci ilin sentyabr ayına kimi “Cəlilabad PMK-5” idarəsində fəhlə işləməsi faktı müəyyən olunmuş, ərizə qalan hissədə təmin edilməmişdir. (hаkim Elxan Əmirəliyev)
11. Birinci instansiya məhkəməsi ərizəni qismən təmin edərkən, “Cəlilabad PMK-5” idarəsinə aid 1978-ci ilin əmr və əmək haqqı kitablarının arxivə təhvil təhvil verilməməsi barədə Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 yanvar 2020-ci il tarixli, 187 nömrəli arxiv arayışına, ərizəçinin 1975-ci ildən 28 aprel 1978-ci il tarixinə kimi Kənd Təsərrüfatı Nazirliyinin F.Ə.Məlikov adına Salyan rayon kənd təsərrüfatı texnikumunda təhsil alması barədə diploma və şahid ifadələrinə istinad etmiş, mövqeyini Mülki Prosessual Məcəllənin 309.1, 311-ci, “Əmək pensiyaları haqqında” Qnunun 2.5 və 30.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Maraqlı şəxs apellyasiya şikayəti verib, qətnamənin ləğv, ərizənin rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlilləri: - təsdiq edilmiş sosial sığorta stajı (4 ay 9 gün) ərizəçinin mövcud stajına (24 il 6 ay 29 gün) əlavə olunsa belə bu da 24 il 11 ay 8 gün edir ki, bu da onun əmək pensiyası hüququnun yaranması üçün kifayət etmir. Bu da qətnamə ilə müəyyən edilmiş faktın hüquqi əhəmiyyətinin olmadığını göstərir; -məhkəmə ərizəçinin 1978-ci ilin aprel ayının hansı günündən 1978-ci ilin sentyabr ayının hansı gününə qədər “Cəlilabad PMK-5” idarəsində işləməsini qeyd etməyib; - məhkəmə şahidlərin əmək kitabçasına istinad etməmiş və onların konkret hansı dövrdə“Cəlilabad PMK-5” idarəsində işlədiklərini göstərməmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2461/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli 2(073)-207/2021 saylı qətnaməsi ərizəçi İddiaçı 1978-ci ilin aprel ayından 1978-ci ilin sentyabr ayına kimi “Cəlilabad PMK-5” İdarəsində fəhlə işləməsi faktının müəyyən olunması hissədə dəyişdirilmiş, ərizəçi İddiaçı 29 aprel 1978-ci il tarixindən 06 sentyabr 1978-ci il tarixinədək “Cəlilabad PMK-5” İdarəsində fəhlə işləməsindən ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissə də dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov, İsmayıl əhmədov)
15. Apellyasiya məhkəməsi qeyd edib ki, keçmiş “Cəlilabad PMK-5” İdarəsinin ləğv olunması və sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən ərizəçinin həmin müəssisədə fəhlə işləməsini, əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən əmək fəaliyyəti barədə sənədləri bərpa etmək, başqa qaydada əldə etmək imkanı yoxdur. İş üzrə şahid qismində ifadəsi alınan şəxslər təqdim olunan əmək kitabçalarına əsasən ərizəçi ilə eyni dövrdə həmin müəssisədə işləyən şəxslərdir və onlar ərizəçinin həqiqətən qeyd edilən dövrdə onlarla birlikdə işləməsini şahid ifadələri ilə təsdiq etmişlər.
16. Apellyasiya məhkəməsi göstərib ki, ərizəçi 21 avqust 1972-ci ildə Saly an rayon X1 mexanizasiya şöbəsinə tələbə qəbul edilmiş, 21 oktyabr 1975-ci ildən 14 dekabr 1977ci ilədək həqiqi hərbi xidmətdə olmuş, 29 aprel 1978-ci il qeyd olunan texnikumun əyani mexanika şöbəsini texnik-mexanik ixtisası üzrə bitirmiş və ona texnik-mexanik ixtisası verilməklə diplom verilmişdir.
17. Apellyasiya məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin qeyd etdiyi müəssisədə müəyyən dövr ərzində işləməsindən ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması, həmin müddətin ərizəçinin sosial sığorta stajına daxil olması üçün əsas olduğundan, sosial sığorta stajları isə işçinin konkret işlədiyi müddət (gün, ay, il) göstərilməklə müəyyən edildiyindən, birinci instansiya məhkəməsi ərizəçinin əyani formada təhsil aldığı texnikomu bitirmə tarixini (29 aprel 1978), iş materiallarnda olan əmək kitabçasına əsasən 06 sentyabr 1978-ci ildən Prişib 108 nömrəli orta məktəbində işə düzəlməsini nəzərə almalı, bununla bağlı dəqiqləşdirmə aparmalı və ərizəçinin 29 aprel 1978-ci ildən 06 sentyabr 1978-ci il tarixinədək olan dövr ərzində «Cəlilabad PMK-5» İdarəsində fəhlə işləməsindən ibarət hüquqi əhəmiyyəti olan faktı müəyyən etməli idi.
18. Apelyasiya şikayətinin dəlili ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi belə olub ki, ərizəçinin qeyd etdiyi müəssisədə 4 ay 9 gün işləməsindən ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, sonuncunun əmlak hüquqlarının əmələ gəlməsi üçün hüquqi zəmin yaradır. Maraqlı şəxsin qənaətinə görə hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən olunan dövr (4 ay 9 gün) ərizəçinin əmək kitabçasına əsasən qazanmış ol duğu sosial sığorta stajına əlavə olunsa belə, qazanılan staj 24 il 11 ay 8 gün təşkil edər ki, bu da onun əmək pensiyası hüququnun yaranması üçün kifayət etmir. Nəzərə alınsa ki, ərizəçi daha sonradan 03 may 2021-ci il tarixli əmək müqaviləsinə əsasən 03 iyun 2021-ci il tarixinədək "xxxx" MMC-də texniki nəzarətçi vəzifəsində işləmişdir və oradan 1 aylıq sosial sığorta stajı qazanmışdır, ərizəçi üçün 4 ay 9 gün ərzində “Cəlilabad PMK-5” İdarəsində fəhlə işləməsindən ibarət hüquqi əhəmiyyəti olan faktı müəyyən edilməsinin nə dərəcədə böyük əhəmiyyət kəsb etməsinin əlavə sübuta ehtiyacı qalmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi kassasiya şikayəti verib, qətnamənin ləğv, ərizənin rədd edilməsini xahil etmişdir.
20. Kassasiya şikayətinin dəlilləri: - MPM-in 310-cu maddəsinə görə lazımı sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü ərizəçi sübut etməlidir. Yalnız “Cəlilabad PMK5” İdarəsinin əmr və əmək haqqı kitablarının arxivə təhvil verilməməsi barədə arxiv arayışına isitnad edilmişdir; - apellyasiya məhkəməsi “Cəlilabad PMK-5” İdarəsinin hüquqi varisi, hüquqi varis olmadığı halda həmin idarənin tabe olduğu yuxarı orqanın müəyyən edilməsi üçün hər hansı araşdırma aparmamış, bunun müəyyən edilməsindən ötrü aidiyyatı üzrə sorğu verməmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən l azımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə
310. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəti cələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.
24. Məhkəmə ko llegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ərizənin qismən təmin edilməsi nəticəsinə gələrkən səhvə yol vermişdir.
26. Apellyasiya məhkəməsi ərizəni qismən təmin edərkən Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 yanvar 2020-ci il tarixli, 187 nömrəli arayışa və şahid ifadlərinə istinad etmişdir. Həmin arayışda qeyd edilib ki, “Cəlilabad PMK-5” idarəsinə aid 1978-ci ilin əmr və əmək haqqı kitabları arxivə təhvil verilməmişdir.
27. Dövlət Arxivinin arayışında ərizəçiyə lazım olan məlumatlar üzrə sənədlərin arxivə təh vil verilməməsi qeyd edilib. Bu, həmin sənədlərin, ümumiyyətlə, mövcud olmaması anlamına gəlmir. Qanunvericiliyin tələbinə görə isə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
28. Eləcə də məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi “Cəlilabad PMK-5” idarəsinə aid 1978-ci ilin arxiv sənədlərinin arxivə təhvil verilməməsinin səbəblərini araşdırmamışdır. Hər hansı fakt barədə arxiv məlumatlarının olmaması özü-özlüyündə həmin faktın məhkəmə qaydasında tanınmasına əsas vermir. Bütün hallarda arxivdə məlumatın olmaması səbəbləri də araşdırılmalıdır.
29. Həmçinin istinad edilən şahid ifadələri ilə bağlı qeyd edilməlidir ki, həmin şahidlərin adı na olan əmək kitabçaları işdə olsa da, şahidlərin “Cəlilabad PMK-5” idarəsində işləyib- işləməmələri, işləyiblərsə, işlədikləri dövrlərin ərizəçinin ərizədə qeyd etdiyi dövrlərlə üst-üstə düşüb-düşməməsini aydınladırmayıblar.
30. Bu baxımdan, Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 yanvar 2020ci il tarixli, 187 nömrəli arayışa və şahid ifadlərinə apellyasiya məhkəməsi tərəfindən verilən qiymət Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilmə kimi qəbul edilə bilməz.
31. Həmçinin şahidlər “Cəlilabad PMK-5” idarəsində işlədikləri halda onlara əmək kitabçası yazılıbsa, ərizəçiyə hansı səbəbdən əmək kitabçasının yazılmaması araşdırılmayıb. Üstəlik, ərizədə qeyd edilən “Cəlilabad PMK-5” idarəsinin hazırda mövcud olub-olmaması, hüquqi varisinin, yaxud onun tabe olduğu müvafiq qurumun mövcud olubolmaması müəyyən edilməyib. Belə olan halda, ərizəçinin tanınmasını xahiş etdiyi hüquqi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi, yaxud itirilmiş sənədin bərpasının mümkün olmadığı barədə qənaətə gəlmək mümkün deyil. Halbuki MPM-in 310-cu maddəsinə görə ərizəçi lazımi sənədləri ala bilməməsinə, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünə dair sübutlar təqdim etməlidir.
32. Bundan başqa, iş materiallarına əlavə edilmiş Şirvan İnzibati Məhkəməsinin 21(120)-635/2020 saylı, 18 avqust 2020-ci il tarixli qərarından görünür ki, ərizəçi İddiaçı 1968-ci ildən 1972-ci ilin sonuna kimi Cəlilabad rayonu Ruhulla Axundov kolxozunda işlədiyi müddətin, 10 noyabr 1975-ci ildən 14 dekabr 1977-ci ilə kimi hərbi xidmətdə olduğu müddətin, 0 6 sentyabr 1978-ci ildən 19 iyul 1999-cu ilə kimi 108 nömrəli Texniki Peşə məktəbində işlədiyi müddətin sosial sığorta stajı kimi müəyyən edilərək, ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin DSMF-nin Cəlilabad rayon şöbəsinin üzərinə qoyulması barədə iddia qaldırmış, iddiası rədd edilmişdir.
33. Göründüyü kimi, ərizəçi Şirvan İnzibati Məhkəməsinə verdiyi ərizədə “Cəlilabad PMK-5” idarəsində işlədiyi müddətin sosial sığorta stajı kimi müəyyən edilməsini qeyd etməmişdir. Apellyasiya məhkəməsi qeyd edilən halla bağlı hər hansı araşdırma aparmamış, ərizəçinin nəyə görə Şirvan İnzibati Məhkəməsinə verdiyi ərizədə “Cəlilabad PMK-5” idarəsində işlədiyi müddətin sosial sığorta stajı kimi müəyyən ediməsini istəmədiynə, sonradan bu faktın hazırki ərizə ilə hansı zərurətdən irəli gələrək müəyyə n edilməli olmasına aydınlıq gətirməmişdir.
34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, maraqlı şəxsin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi və prosessual hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun kassasiya şikayəti qismən t əmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2461/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.