Məhkəmə qərarları › İş №2(102)-727/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-727/2025

20.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-727/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü 20.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-669/2024 nömrəli iş üzrə 4 dekabr 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə a ktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əşyalarının Gəncə şəhəri, Natəvan qəsəbəsi, Nəriman Əliyev küçəsi, ev 14 (köhnə Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14) ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-6614/2023 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 01 may 2024-cü il tarixli, 2(104)-669/2024 nömrəli qətnaməsi ilə (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək, sözügedən qətnamədən kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 sentyabr 2024-cü il tarixli, 2(104)-669/2024 nömrəli qərardadı ilə (hakimlər – İslam Həsənov (sərdlik edən və məruzəçi), Loğman Süleymanov və Fikrət Mehtiyev) ərizə təmin edilmişdir.

7. Daha sonra Cavabdeh nümayəndəsi (vəkili) Vəkil3 yenidən kassasiya şikayə ti və kassasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə verərək, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilib bərpa olunmasını və şikayətin baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)669/2024 nömrəli qərardadı ilə (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) qətnaməsindən kassasiya şikayəti vermə müddətinin bərpasından imtina edilməsi və ərizənin kassasiya şikayəti ilə birlikdə geri qaytarılması qərara alınmışdır.

9. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 may 2024-cü il tarixli qətnaməsi 14 may 2024-cü il tarixdə, saat 16:28-də Cavabdeh nümayəndəsi (vəkili) Vəkil3 “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq da məhkəmə qətnaməsi 01 may 2024-cü il tarixdə cavabdehə rəsmi qaydada verilmiş hesab olunur. Hazırkı kassasiya şikayəti isə Azərbaycan Respublikası MPM-in 405.0.2-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla, (qətnamə rəsmi qaydada verildiyi gündən etibarən 2 aydan sonra) 01 oktyabr 2024-cü il tarixdə verilmişdir.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh Mərmər Aliyeva tərəfindən kassasiya şikayəti 20 gündən artıq müddət ötürülməklə verilmişdir. Çünki cavabdehin nümayəndəsi (vəkili) xx.xx.2024-cü il tarixdə qətnaməni qə bul etmiş, cavabdeh isə dövlət hesabına vəkillə təmin olunma barədə ərizəni xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Baxmayaraq ki, iddiaçıların nümayəndəsi (vəkili) ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin ərizəsinə ötürülmüş prosessual müddətin üzrlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Cavabdeh tərəfindən qətnamənin yalnız nümayəndəsinə (vəkilinə) verilməsi və onun tərəfindən sonradan qəbul edilməsi isə üzrlü hal kimi nəzərə alına bilməz. Kassasiya instansiyası məhkəməsində mcraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

11. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayə ti verməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi məsələsinə baxılması üçün işin yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdehin nümayəndəsi olsa da, onunla cavabdeh arasında bağlanan müqavilə yalnız Gəncə Apellyasiya Məhkəməsində cavabdehi təmsil etməklə bağlı olmuş, qətnamə qəbul edildikdən sonra onun üzərinə bir vəkil kimi düşən vəzifə artıq bitmişdir. Onun həmin qətnamədən ümumiyətlə Mülki Prosessual Məcəllənin 408.1.3 və 73.5-ci maddələrinə uyğun olaraq müqavilə (order) olmadığı üçün kassasiya qaydasında şikayət vermək hüququ olmamışdır. Belə olan halda, həmin qətnamənin surətinin ona göndərilib-göndərilməməsinin heç bir anlamı qalmamışdır. Məhkəmə nəzərə almamışdır ki, o, həmin işdə iştirak etsə də, qəbul edilən qərardan şikayət vermək hüququ yoxdur. Bundan başqa, qətnamə qəbul ediləndən bir müddət sonra cavabdeh onun yanına gəlmiş və kassiya şikayəti vermək arzusunda olmasını bildirmişdir. O, cavabdehə izah etmişdir ki, kassasiya şikayəti verilməsi üçün onlar yenidən müqavilə bağlamalıdırlar. Lakin o, maddi imkanının olmadığını bildirdikdə ona bununla bağlı apellyasiya məhkəməsinə müraciət etməsini məsləhət görmüşdür. Bundan sonra cavabdeh ərizə ilə xx.xx.2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə müraciət etmiş, məhkəmə onun ərizəsinə düz 1 ay 12 gündən sonra xx.xx.2024-cü il tarixdə baxmış və ərizəsini təmin edərək dövlət hesabına vəkillə təmin edilməsi barədə qərardad qəbul etmişdir. Qərardad xx.xx.2024-cü il tarixdə icra olunması üçün Gəncə 1 saylı Vək il Bürosuna göndərilmiş, xx.xx.2024-cü il tarixdə büronun müdiri tərəfindən icra edilməsi üçün onun üzərinə yazılmışdır. O da qətnamədən kassasiya şikayəti tərtib edərək, cavabdehə dövlət rüsumunu ödətdirdikdən sonra xx.xx.2024-cü il tarixdə kassiya şikayətini elektron qaydada vermişdir. Qeyd elədiyindən göründüyü kimi, məhkəmə ərizənin baxılmasını ləngitməsəydi, bu problemlə rastlaşmayacaydılar. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyinedilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

15. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbə bini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

16. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindənişdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

17. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

19. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfind ən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Apellyasiya instansiyası məhkəməsinin aktı ka ssasiya şikayəti əsasında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

22. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

23. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, buraxılmış prosessual müddətin bərpası üçün əsasların olduğunu və sair göstərsə də, kassas iya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

24. Belə ki, apellyasiya instansiyası məhkəməsi, cavabdehin prosessual müddətin bərpası barədə ərizəsini rədd edərkən qeyd etmişdir ki, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 may 2024-cü il tarixli qətnaməsi 14 may 2024-cü il tarixdə, saat 16:28-də Cavabdeh nümayəndəsi (vəkili) Vəkil3 “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq da məhkəmə qətnaməsi 01 may 2024-cü il tarixdə cavabdehə rəsmi qaydada verilmiş hesab olunur. Hazırkı kassasiya şikayəti isə Azərbaycan Respublikası MPM-in 405.0.2-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla, (qətnamə rəsmi qaydada verildiyi gündən etibar ən 2 aydan sonra) 01 oktyabr 2024-cü il tarixdə verilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh Mərmər Aliyeva tərəfindən kassasiya şikayəti müddət ötürülməklə verilmişdir. Çünki cavabdehin nümayəndəsi (vəkili) xx.xx.2024-cü il tarixdə qətnaməni qəbul etmiş, cavabdeh isə dövlət hesabına vəkillə təmin olunma barədə ərizəni xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Baxmayaraq ki, cavabdehin nümayəndəsi (vəkili) ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin ərizəsinə ötürülmüş prosessual müddətin üzrlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə etməmişdir. Cavabdeh tərəfindən qətnamənin yalnız nümayəndəsinə (vəkilinə) verilməsi və onun tərəfindən sonradan qəbul edilməsi isə üzrlü hal kimi nəzərə alına bilməz.

26. Gös tərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsini rədd edib, kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan mülki prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də cavabdehin kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh ka ssasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 2(104)-669/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar