Məhkəmə qərarları › İş №2(102)-728/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-728/2023

12.01.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-728/2023 12.01.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10205/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qərardadından İddiaçı1 Hüseyn oğlu və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10205/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 15 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı1 Hüseyn oğlu tərəfindən v erilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı apellyasiya instansiyası məhkəməsinin 8 dekabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 408.1 və 408.1.7-ci maddələrinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələr i üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda iddaçı və vəkili tərəfindən təqdim edilmiş kassasiya şikayəti bu qaydaya riayət olunmadan verilmişdir. Bundan başqa MPM-in 407.1 və 407.1.4-cü maddələrinin tələblərinə əsasən, kassasiya şikayətində prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Verilmiş kassasiya şikayətində prosessual normaların pozulması ümumi şəkildə qeyd edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti geri qaytarılarkən bu normaların pozulmasının nədən ibarət olması göstərilməmişdir. MPM-nin 408.1.5-ci maddəsinə görə, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmas ı daxildir. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı şikayətə kassasiya qaydasında baxılmaq üçün əsaslar olmadığından, kassasiya şikayəti qeyrimümkün sayılmalı və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 405, 408.1.4, 404-1.2, 409-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı1 Hüseyn oğlu və vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10205/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar