Məhkəmə qərarları › İş №2(102)-7291/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7291/2019

13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7291/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X1, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2(103)930/2018 nömrəli qərardadından müstəqil tələb irəli sürən üçüncü şəxs LLL oğlunun və Cavabdeh fırmasının nümayəndəsi və vəkili X1 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim F.Mirzəquliyev) 30 iyul 2013-cü il tarixli, 2(006)-56/ 2013 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, İddiaçı Cavabdeh firmasının kredit borcuna görə “xxxx” ASC-nə ödədiyi 1.141.378 (bir milyon yüz qırx bir min üç yüz yetmiş səkkiz) manat, ona məxsus ünvan X ünvanında yerləşən sahəsi 1387,2 kv.m olan qeyriyaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 2.500.000 (iki milyon beş yüz min) manat, ekspertiza xərcinə görə 2000 (iki min) manat və dövlət rüsumuna görə ödənilmiş 20 (iyirmi) manat, cəmi 3.643.398 (üç milyon altı yüz qırx üç min üç yüz doxsan səkkiz) manat Cavabdeh firmasından alınaraq İddiaçı ödənilməsi, İddiaçı iddia tələblərinin qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs LLL oğlunun Cavabdeh firmasına qarşı “2.500.000 manat” tələbinə dair iddiasının təmin edilməməsi, mə hkəmə xərcləri müvafiq olaraq Cavabdeh firmasına və müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.Sarıyev - sədrlik edən və məruzəçi, M.Məmmədov, E.Nağıyeva) 19 dekabr 2018-ci il tarixli, 2(103)-930/2018 saylı qətnaməsi ilə Cavabdeh fırması və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 2(006)-56/2013 saylı qətnaməsi “İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən sahəsi 1387,2 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 2.500.000 (iki milyon beş min) manatın Cavabdeh firmasından alınaraq, İddiaçı ödənilməsi” hissə sində ləğv edilmiş, iddia tələbinin qeyd olunan hissədə qismən təmin edilməsi, İddiaçı məxsus ünvan X ünvanında yerləşən sahəsi 1387,2 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 2.219.520 (iki milyon iki yüz on doqquz min beş yüz iyirmi) manat Cavabdeh firmasından alınaraq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi, qətnamənin 3.643.398 manat cəmi məbləğin Cavabdeh firmasından alınaraq, İddiaçı ödənilməsi hissəsində dəyişdirilərək cəmi məbləğin 3.362.918 (üç milyon üç yüz altmış iki min doqquz yüz on səkkiz) manat müəyyən olunması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, mütəxəssisə ödənilməli olan 200 manat vəsaitin Cavabdeh firmasına aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasını n (hakim Q.Əsgərov) 24 iyul 2019-cu il tarixli, 2(102)-5844/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2(103)-930/2018 saylı qətnaməsindən verilmiş kassasiya şikayətləri icraata qəbul edilməyərək, iş üzrə kassasiya şikayətləri Azərbaycan Respublikası MPMnin 407 və 408-ci maddələrinin tələblərinin uyğunluğunun yoxlanılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.Sarıyev - sədrlik edən və məruzəçi, V.Həsənov, Ş.Məmmədova) 21 avqust 2019-cu il tarixli, 2(103)-930/2018 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2(103)930/2018 saylı qətnaməsindən Cavabdeh fırmasının nümayəndəsi və vəkili X1 oğl u, müstəqil tələb irəli sürən üçüncü şəxs LLL oğlu və vəkili X1 oğlu tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılmışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs LLL oğlunun və Cavabdeh fırmasının nümayəndəsi və vəkili X1 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan poçt qəbzlərinə istinad edərək, belə qənaətə gəlmişdir ki, 19 dekabr 2018-ci il tarixli qətnamə Cavabdeh Firmasının ünvan 3 ünvanına göndərilmiş və 16 fevral 2019-cu ildə çatdırılmış; LLL oğlunun ünvan 8ına 15 fevral 2019-cu ildə çatdırılmışdır. Kassasiya şikayətləri isə 12 iyul 2019-cu il tarixdə verildiyindən prosessual müddət ötürülmüşür. X6 ünvan X ünvanında yaşasa da, 15 fevral 2015-ci il tarixdə həmin ünvandan köçmüş və yaşayış yeri üzrə qeydiyyat yerini də dəyişərək, ünvan 5 ünvanına qeydiyyata alınmışdır. Bu hal hazırkı şikayətə əlavə edilən A.Səfərova məxsus şəxsiyyət vəsiqələrinin surətlərindən aşkar şəkildə görünür. Cavabdeh Firması Bül-Bül prospekti, ev 65A, mənzil X ünvanında olsa da, 11 iyul 2014-cü il tarixdə ünvanını dəyişərək, ünvan 6ür. Bu hal hazırkı şikayətə əlavə edilmiş vergi orqanı tərəfindən verilmiş kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş çıxarışdan aşkar şəkildə görünür. Rəsmi sənədlərdən də göründüyü kimi apellyasiya instansiyası məhkəməsi nə Abbas Səfərova, nə də Cavabde h Firmasına məktubları düzgün göndərməmiş, məktublar həmin şəxslərin əvvəlki ünvanları üzrə göndərilmişdir. İşin 4-cü vərəqinin 107 və 108-ci vərəqələrində olan bu xəbərnamələrdən görünür ki, X1 yerinə kimliyi bəlli olmayan “X2” soyadlı şəxs, Cavabdeh Firmasının yerinə isə kimliyi bəlli olmayan “X2” soyadlı şəxs imza etmişlər. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh Firmasının ünvan 7 ünvanına və LLL oğlunun ünvan 8ına dəfələrlə məhkəmə bildirişləri göndərilsə də, həmin bildirişlər adı çəkilən şəxslərin həmin ünvanlarda ümumiyyətlə olmaması səbəbindən geri qaytarılmışdır. Mübahisələndirilən məhkəmə qətnaməsi onlara 29 aprel 2019-cu ildə poçt vasitəsi ilə rəsmi şəkildə təqdim edilmişdir. Belə ki, tərəflərindən 15 aprel 2019-cu ildə məhkəməyə müraciət edilərək, qətnamənin verilməsi xahiş edil miş və məhkəmənin ümumi şöbəsinin müdiri Əliəkbər Həsənov 18 aprel 2019-cu il tarixli, 6ÜŞ-1089/19 saylı məktubla qətnaməni rəsmi qaydada göndərmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab etm işdir ki, Cavabdeh fırmasının nümayəndəsi və vəkili X1 oğlu, müstəqil tələb irəli sürən üçüncü şəxs LLL oğlu və vəkili X1 oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2(103)-930/2018 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən (1 ay 28 gün) sonra verildiyindən, müddətin bərpası barədə vəsatət verilmədiyindən, kassasiya şikayət geri qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslə r tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İş materialları ilə müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2(103)-930/2018 saylı qətnaməsinin surəti Cavabdeh firmasının qeyd etdiyi ünvan 9 ünvanına “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə göndərilmişdir. Məhkəmə qətnaməsi 15.02.2019-cu il tarixdə Cavabdeh fırmasına çatdırılmışdır. Həmin qətnaməsinin surəti müstəqil tələb irəli sürən üçüncü şəxs LLL oğlunun qeyd etdiyi ünvan 4 ünvanına “Poçt haqqında” Azərbaycan Res publikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə göndərilmiş və iş materiallarında 15.02.2019-cu il tarixdə müstəqil tələb irəli sürən üçüncü şəxs LLL oğluna çatdırılması barədə SS**********AZ saylı sifarişli poçt qəbzi mövcuddur. Göründüyü kimi Cavabdeh fırması və müstəqil tələb irəli sürən üçüncü şəxs LLL oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2(103)930/2018 saylı qətnaməsindən 12.06.2019-cu il tarixdə verdikləri kassasiya şikayətləri qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən 1 ay 28 gün sonra verilmiş və müddətin üzürlü səbəbdən buraxılması barədə isə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prossesual Məcəlləsini n 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs LLL oğlu və Cavabdeh fırması məhkəmə işinə baxılan dövrdə öz ünvanlarının dəyişməsi barədə məhkəməy ə məlumat verməmiş və yazışmaların hansısa konkret ünvanla aparılmasını məhkəmədən xahiş etməmişdirlər. Eyni zamanda, qətnamədən verilmiş kassasiya şikayətində də cavabdeh və 3-cü şəxsin ünvanı ünvan 10nda isə məhkəmə baxışı dövründə göndərilmiş bildirşlərin bəziləri qəbul edilməsə də, əksər hallarda həmin ünvanlarda poçt göndərişləri qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassatorlar 2015-ci ildə baş vermiş ünvan dəyişikliyi barədə məhkəməyə rəsmi məlumat vermədiklərindən, əvvəlki ünvanlara göndərilən məhkəmə bildirişləri çatdırılmış hesab olunur. Həmçinin qeyd edilməlidir ki, kassatorlar məhkəmə prosseslərindən məlumatlı olmuş, həmin proseslərdə 3-cü şəxs şəxsən, cavabdeh isə nümayəndə vasitəsilə təmsil olunmuş və təbii ki, məhkəmə baxışının nəticəsindən məlumatlı olmuş, qə tnaməni almadıqları halda onun vaxtında əldə edilməsinə cəhd etməmişdirlər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qətnamədən 12.06.2019-cu il tarixdə kassasiya şikayətləri verilərkən müddət buraxıldığından həmin kassasiya şikayətləri düzgün olaraq geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. -130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə ve rilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh fırmasının və müstəqil tələb irəli sürən üçüncü şəxs LLL oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2(103)930/2018 nöm rəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar