Məhkəmə qərarları › İş №2(102)-7291/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-7291/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7291/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10882/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərar ı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC (bundan sonra – iddiaçı və ya MMC) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 38299 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, cəmi 38329 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

2. Yasamal Rayon Məhkəməsinin (budan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2886/2021 nömrəli iş üzrə 08 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia tələbi qismən təmin edilərək cavabdehdən 5260 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi müəyyən edilmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyas ı məhkəməsindəki birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7040/21 nömrəli iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə pul məbləğinə aid hissədə dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləği 5620 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

5. Daha sonra cavabdeh də birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin (hakimlər: Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 2(103)-10882/2021 nömrəli iş üzrə 20 oktyabr 2021ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...Apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndi rilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyrimümkün hesab edilməlidir”.

8. Məhkəmə qərardadın (§7) tələblərini rəhbər tutaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən tam yoxlanılmışdır (§4).

9. Belə olan halda, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması yolverilməzdir.

10. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, cavabdehin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması yolverilməz olduğundan apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur.

11. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instasiyası məhkəməsi onun apellyasiya şikayətinin hədlərini yoxlamamış və apellyasiya şikayəti ilə tanış olmamışdır. Belə ki, iddiaçı pul tələbinin qi smən təmin olunması hissəsindən şikayət verərək iddiasının tam təmin edilməsini tələb etmişdir. Onun apellyasiya şikayəti isə məhkəmənin aidiyyat qaydaları pozmaqla işə baxılması ilə bağlıdır. Belə ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan fərdi sahibkar kimi (VÖEN **********) vergi ödəyicisidir. İddiaçı da öz iddia ərizəsində iddiasının əsası kimi tərəflər arasında mövcud olmuş alğısatqı münasibətlərinə istinad etmişdir. Yəni iddiasının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsi ilə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etməli olduğu halda aidiyyət qaydalarını pozaraq Bakı şəhəri Yasamal Rayon məhkəməsinə müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayəti nə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır (§ 21). Kassasiya baxışının hədləri

15. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

17. Mülki Prosessual Məcəllə: 17.1. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 17.2. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. 17.3. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 17.4. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 17.5 Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 17.6 Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 17.7 Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 17.8. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunma sı və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə (§4) birinci instansiya məhkəməsinin qətnaməsi (§2) iddiaçının apellyasiya şikayətinə baxılan zaman tam yoxlanıldığından apellyasiya instansiyası məhkəməsi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin ediləsi ilə bağlı qərardada (§7) istinad edərək cavabdehin apellyasiya şikayətinə baxılmasını qeyri-mümkün hesab etmiş və məhkəmənin gəldiyi nəticə MPM-nin tələblərinə və hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı qərardadın tələblərinə uyğun olmuşdur.

20. Cavabdeh kassasiya şikayətində həmin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılması qeyri-müm kün hesab edilərkən məhkəmənin hansı prosessual hüquq normalarını pozmasını əsaslandıra bilməmiş, əksinə həddlərlə və məhkəmə aidiyyatı ilə bağlı dəlillərə istinad etmişdir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda apellyasiya şikayəıtinin qeyri-mümkün hesab edilkməsi barədə qərardad yoxlanılarkən həmin dəlillərə qiymət verilə bilməz. Qeyd edilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən (§ 4) verilmiş kassasiya şikayəti üzrə işə mahiyyəti üzrə baxılan zaman qiymət verilə bilən məsələlərdir.

22. Ona görə də, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə baxılmasının qeyri-mümkün hesab edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

23. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

24. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 414.1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10882/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar