Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-73/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; kredit müqaviləsi; kredit borcunun tutulması; İpoteka; tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “ipotekaya qoyulmuş əmlaka və t orpaq sahəsinə tutma yönəldilməsi və kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2024-cü il tаrixli 2(107)-837/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 10 nömrəli kredit müqaviləsinə görə bank Cavabdeh2 20 faizlə 12 ay müddətinə 80.000 manat məbləğində kredit vermişdir.
2. Kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə həmin tarixdə Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmış və Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaql ı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. 3. 16 oktyabr 2009-cu il tarili, QF 0109 saylı müqavilənin surətinə görə, Cavabdeh2 ilə "xxxx" MMC-nin Gəncə filialı arasında Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən və Cavabdeh2 məxsus 35 nömrəli fərdi yaşayış evinin qiymətinin müəyyənləşdirilməsi üçün müqavilə bağlanmışdır. 4. "xxxx" MMC-nin Gəncə filialının QF 0109 saylı ekspert rəyinin surətinə görə, Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən və Cavabdeh2 məxsus 35 saylı fərdi yaşayış evinin (daşınmaz əmlak) 16 oktyabr 2009-cu il tarixə likvid qiyməti 90.000 manat müəyyən edilmişdir.
5. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2012-ci il tarixli xəbərdarlıq məktubuna görə, Cavabdeh2 bank t ərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur.
6. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə borc alanın 07 fevral 2013-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 53.724 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 37.900 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 9.000 manat təşkil edir.
7. Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bankın problemli aktivlərinin tələb hüququ iddiaçıya keçmişdir.
8. Borc alan Cavabdeh2 18 mart 2018-ci il tarixdə vəfat etmişdir.
9. Mülki işin apellyasiya baxışı zamanı borc alanın övladları - Cavabdeh1, X2 və X4 onun vərəsələri olaraq Cavabdeh2 prosessual hüquq varisləri qismində işə cəl b edilmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı "xxxx" ASC (bundan sonra mətndə - iddiaçı ASC), 23 aprel 2013-cü il tarixdə cavabdehlər Cavabdeh2 (borc alan), Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bankın xeyrinə 53.724 manat əsas borc, 37.900 manat faiz borcu və 9.000 manat dəbbə pulu, cəmi 100.624 manat məbləğində borcun tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, ipotekaya qoyulmuş Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətini müəyyən etməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, hərracdan satılmış yaşayış evinin dəyəri banka olan borcu ödəmədikdə, borcun qalan hissəsinin Cavabdeh2 tutulması və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehlərdən tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 kreditin vaxtında qaytarılması haqqında iddiaçı ASC tərəfindən dəfələrlə xəbərdar olunmuşdur, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Cavabdeh2 borcu ödəmək qabiliyyəti yoxdur. Buna görə də Cavabdeh2 mülkiyyə tində olan, borcun təminatı kimi ipotekaya qoyulmuş əmlak açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir.
12. Ağdaş Rayon Məhkəməsinin 2(014)-556/2013 nömrəli, 02 iyul 2013-cü il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 53.724 manat məbləğində əsas borc, 37.900 manat məbləğində faiz borcu və 9.000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 100.624 manat məbləğində borcun tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağdaş şəhəri, M.Musayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, ipotekaya qoyulmuş Ağdaş şəhəri, M.Musayev küçəsində olan 0,06 ha torpaq sahəsində y erləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən etməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, hərracdan satılmış yaşayış evinin dəyərinin banka olan borcu ödəmədikdə, borcun qalan hissəsinin Cavabdeh2 tutulması, dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehlərdən tutulması qət edilmişdir.
13. Cavabdeh1 məhkəməyə qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə ünvanlayaraq Ağdaş Rayon Məhkəməsinin 2(014)-556/2013 nömrəli, 02 iyul 2013-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
14. Ağdaş Rayon Məhkəməsinin 2(014)-556/2013 nömrəli, 02 mart 2023-cü il tarixli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-556/2013 nöm rəli, 02 iyul 2013-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir.
15. İddiaçı ASC-nin nümayəndəsi X5 məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının əsl iddiaçı olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə əvəz edilməsini xahiş etmiş və məhkəmə tərəfindən iddiaçı bank əsl İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə əvəz edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3355 nömrəli ekspert rəyi ilə 13 oktyabr 2009-cu il tarixli 10 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2010-cu il tarixə Cavabdeh2 iddiaçı ASC-yə olan borcu 87.457,61 manat məbləğində müəyyən edilib, o cümlədən əsas kredit borcu 76.000 manat, faiz borcu 11.457,61 manat. xx.xx.2010-cu il tarix dən xx.xx.2023-cü il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 27.477,4 manat təşkil edir. xx.xx.2023-cü il tarixə Cavabdeh2 iddiaçı ASC-yə olan borcu 75.959,02 manat məbləğində müəyyən edilib, o cümlədən əsas kredit borcu 38474 manat, faiz borcu 10.007,62 manat, faiz borcu 5% ilə 27.477,4 manat. İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/16-16/2-10/6560-9/6698 nömrəli ekspert rəyinə görə Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən 35 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sa həsi ilə likvid dəyəri təqribən (56000-10%) 50.000 manat məbləğində müəyyən edilmişdir.
18. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra -birinci instansiya məhkəməsi) 2(014)-10/2024 nömrəli iş üzrə 22 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim C.Sultanov) iddia qismən təmin edilmiş, Cavabdeh2 38.474 manat əsas borc, 10.007,62 manat faiz borcu və 1.000 manat məbləğində cərimə borcu, 30 manat dövlət rüsumu, cəmi 49.511,62 manat borcun alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə verilməsi, tutmanın Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin Cavabdeh2 qaytarılması, ipoteka predmetinin hərracda satışından əldə olunmuş vəsait kredit borcunun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 90.000 (doxsan min) manat məbləğində müəyyən edilməsi, Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2, Cav abdeh3 və Cavabdeh1 Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 300 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən 9000 manat dəbbə pulu yüksək hesab edildiyindən onun azaldılmağı məqsədə müvafiq hesab edilmişdir.
20. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı məhkəmə xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə həmin əmlakın likvid dəyərinin 50000 manat olması ilə razılaşma yıb və hesab edib ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində göstərilmiş 90000 manat məbləği daha ağlabatandır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023cü il tarixli, 02/2023 saylı Qərardadının 1-ci hissəsinə görə tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 295, 298, 317, 319, 442, 445, 448, 467-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.3, 33, 34.1, 41.1, 59.1, 59.4-cü -ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
22. Qətnamədən nаrаzı qаlаn Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(014)-10/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin qiymətləndirilməsi və faiz borcunun tutulması hissəsində ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətlərin in yüksək qiymətləndirilməsi və müqavilə üzrə faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində düzgün nətiəyə gəlməmişdir. Hazırda qeyd olunan əmlakın qiyməti qeyd olunandan dəfələrlə çoxdur ki, evinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyərinin 50.000 manat məbləğində müəyyən olunması, əmlakın qiymətləndirilməsi ilə bağlı iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin hansı əsaslarla, hansı şəraitdə aparılması məlum deyil. Hazırda qeyd olunan əmlakın qiyməti qeyd olunandan dəfələrlə çoxdur ki, bu ekspertin işə qərəzli şəkildə yanaşması nəticəsində baş vermişdir. Hazırda həmin əmlakın qiyməti qeyd olunan 50.000 manatdan 5 dəfə çoxdur. Bütün bu prosedurlardan m üəyyən olunur ki, iddiaçı Bank öz mövqeyinə uyğun qiymət müəyyən etməyə çalışmış və hardasa buna nail ola bilmişdir. Bundan əlavə məhkəmə müqavilə üzrə faiz borcunun məbləğinin müəyyən edilməsində yanlış nəticəyə gəlmişdir. Qanunun tələbinə görə müqavilənin müddəti bitdikdən sonra faizlər hesablana bilməz. Həmçinin məhkəmə qətnamə qəbul edərkən cavabdehlərdən biri olan Cavabdeh2 vəfat etməsi faktına heç toxunmadan bu məsələdən yan keçmişdir. Məhkəmənin müəyyən etdiyi faiz borcu reallığı əks etdirmir və faiz borcu qanunvericilikdə müəyyən olunumuş həddən artıq kəsilmişdir. 24. 09.07.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh mərhum Cavabdeh2 vərəsələri olan övladları - Cavabdeh1, X2 və X4 onun prosessual hüquq varisi kimi işə cəlb edilmişlər.
25. Şəki Apellyasiya Məhkəməsinin (bundan son ra mətndə-apellyasiya instansiya məhkəməsi) Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli 2(107)-837/2024 nömrəli iş üzrə (hakimlər G.İ.Cavadova (sədrlik edən və məruzəçi), T.H.Həsənov və Ə.V.Kərimov) qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə birinci instansiya məhkəməsinin 22 yanvar 2024-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 hüquqi varisləri Cavabdeh1, X3 və X1 müştərək qaydada 38.474 manat əsas borc, 10.007,62 manat faiz borcu və 1.000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 49.481,62 manat borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına verilməsi, tutmanın Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 90.000 (doxsan min) manat məbləğində müəyyən edilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 evindən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
26. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflər arasında mövcud mülki mübahisəni əsasən düzgün həll etsə də, prosessual hüquq pozuntusuna yol verdiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv ol unmalıdır. Belə ki, xx.xx.2018-ci il tarixdə ölmüş Cavabdeh2 prosessual hüququ varisi (ləri) ilə əvəz etməməklə məhkəmə MPM-nin 58-ci maddəsinin tələblərini pozmuşdur. Bu pozuntu isə MPM-nin 387.1-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır.
27. Cavabdeh tərəf, 10 nömrəli, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin vaxtında və lazımi qaydada icra olunduğunu sübut edə bilmir. Cavabdeh tərəfin verdiyi apellyasiya şikayətində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə faiz borcu düzgün müəyyən edilməmişdir.
28. Məhkəmə hesab edib apellyasiya şikayətinin faiz məbləği ilə bağlı dəlili əsassızdır. Belə ki, iş materiallarına görə 10 nömrəli, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə fa iz borcunu 10.007,62 manat məbləğində müəyyən edən birinci instansiya məhkəməsi, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 9/3355 №-li, xx.xx.2023-cü il tarixli rəyinə əsaslanaraq həmin nəticəyə gəlmişdir. Qeyd olunan faiz borcunun düzgün hesablanmadığını bildirən cavabdeh tərəf isə ekspert rəyini şübhə altına alan sübutları məhkəmələrə təqdim etməmişdir. Başqa sözlə cavabdeh tərəf öz etirazını sübuta yetirə bilməmişdir.
29. Cavabdeh tərəfin ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin reallağı əks etdirmədiyi və fərdi yaşayış evinin real bazar dəyərinin həmin məbləğdən 5 dəfə çox olması barədə dəlili də məhkəmə əsassız hesab edirb. Belə ki, fərdi yaşayış evinin ilkin satış qiymətinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətdən daha çox olduğunu b ildirən cavabdeh tərəf bununla bağlı da məhkəmələrə hər hansı sübut, o cümlədən iş üzrə alınmış Məhkəmə Ekspertizası Mərkəzinin 3/16-16/210/6560-9/6698 №-li, xx.xx.2023-cü il tarixli rəyini təkzib edən və ya şübhə altına alan alternativ rəyi məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin bu dəlili də sübuta yetirilməməsi əsası ilə əsassızdır.
30. Məhkəmə iddia tələbinin “hərracdan satılmış yaşayış evinin dəyəri Banka olan borcu ödəmədikdə, borcun qalan hissəsinin Cavabdeh2 tutulması” hissəsi ilə bağlı bildirib ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə ed ilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan iddia qiymət verilən hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi müzakirə olunan hissədə iddia tələbini təmin etməkdə iş üzrə səhv nəticəyə gəlmişdir.
31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 442, 443.1, 445.1, 445.2.1, 448, 462.1, 462.3, 465, 467 və 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 34.1, 34.1.1, 39.3, 39.3.3, 59.3 və 59.4-cü maddələrinə 32. və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1, 88, 119.1 və 384.0.2.-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasiya şikayətinin dəlilləri:
33. Cavabdeh1 (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsində mübahisə predmeti olan fərdi yaşayış evinin likvid qiyməti 90000 manat müəyyən edilsə də, keçən müddətdə, yəni 2023-cü ildə həmin yaşayış sahəsinin bazar dəyəri 250000 manat civarında qiymətləndirilir. Göründüyü kimi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası bütün bunlar barədə apellyasiya şikayətində göstərilsədə, qətnamə qəbul edərkən həmin faktiki halı nəzərə almamış, fərdi yaşayış evinin qiymətini 90000 manat müəyyən etməklə cavabdehlərə külli miqdarda zərər vurmuşdur. Yaşayış sahəsinin likvid qiyməti ipoteka müqaviləsində 90000 manat, ekspert rəyində isə 50000 manat qeyd edildiyindən, həmin hallar ziddiyyət təşkil etdiyindən və buna görə də işə baxan məhkəmə tərəfindən həmin halları dəqiq müəyyən etmək üçün təkrar ekspertiza təyin edilmədiyindən həmin sübutların məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi ola bilməz. İşə baxan məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində hissəsində təqdim olunmuş sübutları çox səthi araşdırmış, tərəflərin təqdim etdiyi subutları əlaqəli şəkildə şərh etməmiş, iddia ərizəsində qeyd edilən hallar üzrə iddia tələbinin qismən təmin edilməsini qətnaməsində düzgün əsaslandırmamış və aydın şəkildə izah etməmiş, nəticədə qeyd edilən məhkəmə təcrübəsinin vahi dliyini pozmuşdur.
35. Cavabdeh kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 4-cü bəndinin İİİ hissəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 102.2-ci maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
36. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
37. Maddə 317.1: Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
38. Maddə 1.0.9.İlkin satış qiyməti – “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
39. Maddə 39.3: Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:
40. Maddə 39.3.3: məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
41. Maddə 77.1: Hər bi r tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88: Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri:
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində cavabdeh qətnamənin tam ləğv ediməsini xahiş etsə də, kassasiya şikayətinin dəlilləri yalnız ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə dair olduğundan qətnamə ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
51. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, yoxlanılan hissədə apelya siya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş,bu hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətinin dəliləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı məhkəmə xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə həmin əmlakın likvid dəyərinin 50000 manat olması ilə razılaşmayıb və hesab edib ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində göstərilmiş 90000 manat məbləği daha ağlabatandır.
53. Azərbaycan Respub likası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
54. Göründüyü kimi, ipotekanın satış qiymətinin müəyyən edilməsinə dair işdə mövcud olan rəylər ətraflı qiymətləndirilmiş və məhkəmə hansı səbəblərdən ekspert rəyi üzrə müəyyən edilən qiyməti əsas götürmədiyini qətnaməsində əsaslandırmış, bu zaman MPM-nin 103-cü maddəsinin tələblərini pozmamışdır. Kassator isə evin qiymətinin daha yüksək olması barədə heç bir sübut təqdim etməmişdir.
55. Göstərilənlərə əsasən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 30 iyul 2024-cü il tarixli 2(107)837/2024-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.