Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-730/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən ödənilmiş pul vəsaitinin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-100/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC verdiyi kassasiya şikayəti üzrə işə 14 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi: İşin halları "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2009- cu il tarixli, 10984 saylı mənzilin alğı-satqısı haqqında müqavilənin surətinə əsasən satıcı ünvan 1 ünvanında inşa etdiyi 1-2 saylı binada 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226.6 kv.metr olan mənzili alıcıya satmağı, alıcı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin qiyməti tərəflərin razılığı ilə 226600 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini tam olaraq ödəməyi öhdəsinə götürür. Satıcı öhdəlik götürür ki, inşa etdiyi binanı 12 ay müddətində alıcıya təhvil verəcək. "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2009-cu il tarixli 10985 saylı mənzilin alğı-sat qısı haqqında müqavilənin surətinə əsasən satıcı ünvan 1 ünvanında inşa etdiyi 1-2 saylı binada 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 kv.metr olan mənzili alıcıya satmağı, alıcı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satıcı öhdəlik götürür ki, inşa etdiyi binanı 12 ay müddətində alıcıya təhvil verəcək. xx.xx.2009-cu il tarixli, 4155 və 4156 saylı maliyyə arayışlara əsasən mənzillərin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və heç bir borcu yoxdur. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(011)-1586/2018 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər "xxxx" MMC-nə və digərlərinə qarşı əmlak üzərində sahiblik və istifadə hüququnun tanınması, mənzild ən çıxarılma, əmlakın qanunsuz sahiblikdən qaytarılmaqla faktiki sahiblik və istifadəyə verilməsinin təmin olunması barədə ilk iddiası təmin edilməmiş, iddiaçı X6 cavabdehlər "xxxx" MMCyə və qeyrisinə qarşı sahiblik və istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiası təmin edilərək "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2009-cu il tarixli, 10985 saylı mənzilin alğı-satqısı haqqında müqavilə etibarsız hesab edilmişdir Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(011)-344/2018 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmlak üzərində sahiblik və istifadə hüququnun tanınması, qabaqcadan qeydiyyat üçün tələb olunan sənədlərin verilməsinin təmin olunması barədə ilk iddiası təmin edilməmiş, mübahisə predmeti barədə müstəqil tələb irəli sü rən üçüncü şəxs X3 cavabdeh "xxxx" MMC-nə və digərlərinə qarşı sahiblik və istifadə hüququnun bərpa edilməsi barədə iddiası təmin edilərək "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2009-cu il tarixli, 10984 saylı mənzilin alğısatqısı haqqında müqavilə etibarsız hesab edilmişdir. İddiaçı oğlu tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubunun surətinə əsasən cavabdeh mənzillərə görə ödənilmiş 417900 manat pulun 3 gün müddətində ona verilməsi, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi barədə xəbərdar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC-nə (Şirkət) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edər ək, şirkətlə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli, 10985 saylı və xx.xx.2009-cu il tarixli 10984 saylı “mənzilin alqı-satqısı haqqında müqavilə”lərə əsasən tərəfindən ödənilmiş 417 900 manat məbləğində pulun şirkətdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə aralarında imzalanmış xx.xx.2009-cu il tarixli, 10985 saylı mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən satıcı ünvan 1 ünvanında inşa etdiyi 1-2 saylı binanın blok, saylı 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 kv.metr olan mənzili alıcıya satmağı, alıcı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin qiyməti tərəfl ərin razılığı ilə 191300 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini tam olaraq ödəməyi öhdəsinə götürür. Satıcı öhdəlik götürür ki, inşa etdiyi binanı 12 ay müddətində alıcıya təhvil verəcək. Bundan əlavə, aralarında imzalanmış xx.xx.2009-cu il tarixli, 10984 saylı mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən satıcı ünvan 1 ünvanında inşa etdiyi 1-2 saylı binanın, blok, saylı 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226.6 kv.metr olan mənzili alıcıya satmağı, alıcı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin qiyməti tərəflərin razılığı ilə 226600 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini tam olaraq ödəməyi öhdəsinə götürür. Satıcı öhdəlik gö türür ki, inşa etdiyi binanı 12 ay müddətində alıcıya təhvil verəcək. Qeyd olunan mənzillər ona təhvil verilməmiş, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri və müqavilənin şərtləri pozulmuşdur.Ona görə də hesab edir ki tərəfindən mənzillərə görə ödənilmiş 417900 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim S.Mehrəliyev) idda tələbi təmin olunmuş, "xxxx" ASC-dən xx.xx.2009cu il tarixli 10985 saylı və xx.xx.2009-cu il tarixli 10984 saylı “mənzilin alqı-satqısı haqqında müqavilə”lərə əsasən ödənilmiş 417 900 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, satıcı "xxxx" ASC heç bir hüquqi əsas olmadan a lıcı İddiaçı ilə xx.xx.2009-cu il tarixli 10985 saylı və xx.xx.2009-cu il tarixli 10984 saylı mənzilin alqı-satqısı haqqında müqavilələr bağlamaqla onun hesabına 417900 manat pul-əmlak əldə etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizəyə tənqidi yanaşaraq məhkəmə hesab etmişdir ki, ərizə əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı yalnız yuxarıda sadalanan məhkəmə aktlarının qəbul olunması nəticəsində hüquqlarının pozulması ona məlum olmuş və onun tərəfindən iddia müddəti ötürülməmişdir. Digər terəfdən, məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddiaçı öz mülkiyyət hüquqlarının pozuntusunun aradan qaldırmaq məqsədilə iddia tələbi ilə çıxış etdiyindən, iddia müddəti şamil edilə bilməz. Odur ki iddia tələbi təmin edilməlidir. Məhkəmə öz mövqeyini əsasland ırarkən 375.1, 375.2, 377.1, 384.0.4, 567, 568.1, 580.1, 580.3, 646.1, 646.2, 385.1, 386, 425, 1091.1, 1092.1-ci maddələrinə, habelə MPMin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli qətnaməsindən cavabdeh hüquqi şəxsin nümayəndəsi (direktoru) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən inşa edilmiş mübahisəli mənzillər həmin MMC-nin "xxxx" ASC-yə ödəməli olduğu pul vəsaitinin əvəzində barter yoluyla şirkətə verilmiş, şirkət bu mənzilləri X1, sonuncu isə "xxxx" MMC-yə borclu olduğu 505 032 manat məbləğində borcunun əvəzində hər iki mənzili qeyd edilən MMC-nin direktoru olan hazırkı iş üzrə İddiaçı adına keçirməklə, bu əvəzləşdirmə barter təsdiq formasında öz əksini tapmışdır. İş materiallarına X2 ilə "xxxx" MMC arasında eyni mənzillərə dair bağlanmış xx.xx.2010-cu il tarixli müqavilələr və maliyyə arayışları əlavə edilmiş olsa da, birinci instansiya məhkəməsi işin qeyd edilən halına heç bir hüquqi münasibət bildirməmişdir. Halbuki, İddiaçı iddia ərizəsində də mübahisəli mənzillərin dəyərini "xxxx" MMC-yə ödəyərək bu barədə MMC-nin möhürü ilə təsdiq edilmiş qəbz aldığını qeyd etmiş, lakin məqsədli şəkildə həmin qəbzi məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə belə bir nəticə ortaya çıxarmışdır ki, iddiaçı eyni mənzillərə görə həm "xxxx" ASC-dən, həm də "xxxx" MMC-dən pul tələb etmək hüq uquna sahibdir; bu isə iddiaçının əsassız varlanmasına gətirib çıxaran haldır. Məhkəmə mübahisəli mənzillərin dəyərinin ödənilməsini təsdiq edən sənədin– kassa mədaxil orderlərinin olub-olmamasını da araşdırmamış, maliyyə arayışının ödənişi təsdiq edən sənəd olmadığını nəzərə almamışdır. Maliyyə arayışı borcun olmasını təsdiq edən sənəd olmadığından həqiqətdə ödənilməmiş məbləğin cavabdehdən tutulması qeyriqanunidir. Halbuki, barter təsdiq sənədi məhkəməyə təqdim edilmişdir və iş materiallarında olan "xxxx" ASC tərəfindən “X” şirkətlər qrupuna ünvanlanmış xx.xx.2009-cu il tarixli məktubunda da qeyd edilən mənzillərin X4 adına olduğu, sonuncunun isə mənzillərin İddiaçı adına sənədləşdirilməsini xahiş etdiyi məlum olur. Lakin, birinci instansiya məhkəməsi qeyd edilən məktuba da hüquqi qiymət verməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi iddia müddətinin keçməsinə də əhəmiyyət verməmişdir. Belə ki, iddiaçının istinad etdiyi müqavilələr 2009-cu ildə bağlanmış və mənzillərin alıcıya 12 ay müddətində təhvil verilməli olduğu nəzərdə tutulmuşdur. İddiaçı özünün iddia ərizəsində mənzilləri 4 il əvvəl – yəni 2014- cü ildə təhvil aldığını göstərmişdir. Birinci instansiya məhkəməsi isə qətnaməsində mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması ilə bağlı iddialara müddətin şamil edilməyini qeyd etmişdir. Məhkəmənin iddiaçının mülkiyyətçi olması qənaətinə gəlməsi yanlışdır, çünkü iddiaçı mülkiyyət hüququndan irəli gələn deyil, müqavilə öhdəliyindən irəli gələb tələblə məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçı məqsədli şəkildə əmlak üzərinə sahiblik və istifadə hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət edərək iddia müddətini guya bərpa etmişdir. Halbuki, müqaviləyə əsasənmənzil ona 12 ay müddətinə təhvil verilməli idi, iddiaçı isə məhkəməyə 2018-ci il tarixdə müraciət etməklə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi ərazi aidiyyət qaydalarını da pozmuşdur; belə ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 2sasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli idi. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) 2(103)-8905/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-991/20 19 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı "xxxx" ASC-yə qarşı “mənzillərin alqı-satqısı haqqında müqavilələrə əsasən ödənilmiş pul vəsaitinin tutulması” barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, məhkəmə gəldiyi bu nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmayaraq nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır. Belə ki, sözügedən mənzillərin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edilmiş olduğu işin mübahisələndirilməyən halıdır; Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin surəti iş materiallarına əlavə edilmiş 19 iyul 2018-ci il tarixli 2(011)1586/2018 və 2(011)- 344/201 8 saylı qətnamələri ilə isə müəyyən edilmişdir ki, iddiaçı və "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixdə sözügedən mənzillərə dair təxminən eyni məzmunlu müqavilələr rəsmiləşdirilmiş, 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226,6 m2 olan (70 saylı) mənzilin dəyəri 135 960 manat, 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 m2 olan (54 saylı) mənzilin dəyəri 114 840 manat olaraq müəyyənləşdirilmiş, həmçinin MMC tərəfindən iddiaçının borcunu tam ödəməsi barədə maliyyə arayışları verilmişdir. Sözügedən məhkəmə qətnamələrindən aydın olur ki, iddiaçı məhz "xxxx" MMC ilə bağlamış olduğu həmin müqavilələrə əsaslanmaqla məhkəməyə müraciət etmiş, bununla belə mübahisəli mənzillərə dair ondan əvvəl bağlanmış müqavilələrin mövcud olması (və ya əksinə onun adına olan müqavilələrin sonrakı tarixdə bağ lanması) səbəbindən "xxxx" MMC-yə və digərlərinə qarşı “əmlak üzərində sahiblik və istifadə hüququnun tanınması, qabaqcadan qeydiyyat üçün tələb olunan sənədlərin verilməsinin təmin olunması, mənzildən çıxarılma, əmlakın qanunsuz sahiblikdən qaytarılmaqla faktiki sahiblik və istifadəyə verilməsinin təmin olunması” barədə iddiaları təmin edilməmiş, X6 iddiası və X3 müstəqil tələbi təmin edilərək iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilələr etibarsız hesab olunmuşdur. Həmin qətnamələrdən həmçinin aydın olur ki, mübahisəli mənzillərə dair iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilələr etibarsız hesab edilsə də, məhkəmə etibarsız hesab edilən əqdlər üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsini həll etməmiş, bununl a belə bu halın iddiaçının həmin müqavilələr üzrə ödəmiş olduğu pul vəsaitini "xxxx" MMC-dən tələb etmək hüququnu məhdudlaşdırmağını göstərməklə bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğunu dolaylı şəkildə izah etmişdir. Göründüyü kimi qanuni qüvvədə olan məhkəmə aktları ilə ünvan 1 ünvanında inşa edilmiş 1-2 saylı binanın, _blok, _saylı 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226,6 m2 olan mənzili və həmin binanın _blok, _saylı 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 m2 olan mənzili barədə iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2010cu il tarixli müqavilələrin bağlanmış olduğu müəyyən edilmiş, bununla belə mübahisəli mənzillərə dair daha əvvəl bağlanmış müqavilələrin mövcud olması səbəbindən adıçəkilən MMC və iddiaçı arasında bağlanmış həmin müqavilələr etibar sız hesab olunaraq sonuncuya MMC-yə ödəmiş olduğu pulun qaytarılması barədə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İddiaçı isə hazırkı iddia tələbini adıçəkilən MMCyə qarşı deyil, "xxxx" ASC-yə qarşı irəli sürərək mübahisəli mənzillərin dəyərini məhz cavabdehə ödədiyini iddia etməkdədir. Digər tərəfdən məhkəmə kollegiyası, apellyasiya şikayətinin “mübahisəli mənzillərin X4 adına olması, sonuncunun borc əvəzində hər iki mənzili iddiaçının adına keçirməsi və iddiaçının həmin müqavilələr üzrə "xxxx" ASC-yə hər hansı ödəniş etməməsi” ilə bağlı dəlillərini də inandırıcı hesab edir; işin materiallarından görünür ki, “X” şirkəti (satıcı) və X9 (alıcı) arasında 09 aprel 2007-ci il tarixdə iki ayrı müqavilə bağlanmış, birinci müqaviləyə əsasən satıcı, ünvan 1 ünvanında inşa edil ən 1 saylı yaşayış binasının 16-cı mərtəbəsindəki ümumi sahəsi 226,6 m2 -dan ibarət olan 5 otaqlı mənzili, digər müqaviləyə əsasən həmin binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 191,3 m2 -dan ibarət olan 4 otaqlı mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə göstərilən mənzillərin hər m2 üçün 1000 ABŞ dolları olmaqla müvafiq olaraq ümumilikdə 226 600 (iki yüz iyirmi altı min altı yüz) ABŞ dolları və ümumilikdə 191 300 (bir yüz doxsan bir min üç yüz) ABŞ dolları ödəməyi öz öhdəsinə götürmüş, müqavilələrin 2.1.3-cü bəndinə əsasən alıcı həmin məbləğləri müqavilə bağlanan gün ödəmişdir. İşin materiallarından həmçinin görünür ki, 16 dekabr 2009-cu il tarixdə “barter təsdiq forması” tərtib edilmiş, buna əsasən ümumi dəyəri 417 900 manat təşkil edən mübahisəli mənzillərin kreditor "xxxx" MMC- yə (direktor İddiaçı) olan 505 032 manat məbləğində borcun müqabilində əvəzləşdirildiyi, qalıq borcun 87 132 manat (505 032 manat – 417 900 manat) təşkil etdiyi göstərilmiş, bundan 7 gün sonra – yəni, 23 dekabr 2009-cu il tarixdə isə “X13” ASC-nin “X” şirkətinin rəhbərliyinə ünvanladığı ərizələrlə X4 “x” şirkəti ilə bağladığı müqavilələrə əsasən onun adına olan mübahisəli mənzillərin İddiaçı (iddiaçının) adına sənədləşdirilməsi xahiş edilmişdir. İddiaçının iddiasının faktiki əsasını təşkil edən müqavilələr də məhz həmin tarixdə rəsmiləşdirilmişdir. Kollegiya, mübahisəli mənzillərə dair ilkin müqavilələrin X9 ilə bağlanmış olması, sonradan “barter təsdiq forması”nın tərtib edilməsi, həmin sənəddə mübahisəli mənzillərin iddiaçının direktoru olduğu kreditor "xxxx" MMC-yə olan borcun müqabil ində əvəzləşdirildiyinin göstərilməsi, 23 dekabr 2009-cu il tarixdə isə “X13” ASC-nin müvafiq ərizələr ünvanlayaraq X4 adına olan mübahisəli mənzillərin İddiaçı (iddiaçının) adına sənədləşdirilməsini xahiş etməsi və iddiaçının iddiasının faktiki əsasını təşkil edən müqavilələrin də məhz həmin tarixdə rəsmiləşdirilməsi ilə bağlı işin faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərə alaraq hesab edir ki,mübahisəli mənzillərə dair iddiaçı ilə cavabdeh şirkət arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 10984 və 10985 saylı müqavilələrin rəsmiləşdirilməsinə və eyni tarixli 4155 və 4156 saylı maliyyə arayışlarının verilməsinə baxmayaraq, mənzillərə görə cavabdehə müvafiq ödənişlərin edilmədiyi qənaətinə gəlmək daha məntiqlidir. Şərh olunanlarla yanaşı kollegiya hesab etmişdir ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmuş olsa idi belə, onun tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci və 373.2-ci maddələrinə görə, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 375- ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Kollegiya öz hüq uqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1, 373.2, 377.1-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8905/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Q.Ə.Allahverdiyev, sədrlik edən, məruzəçi, İ.R.Xələfov və G.A.Quliyev) 2(102)-411/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnam əsi ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, qətnamə maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. İş materiallarından aydın olur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2009-cu il tarixdə “mənzilin alqı-satqısı haqqında” 10984 və 10985 saylı iki ayrı-ayrılıqda müqavilə rəsmiləşdirilmiş, 10984 saylı müqaviləyə görə cavabdeh, ünvan 1 ünvanında inşa etdiyi 1- 2 saylı binanın, 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226,6 m2 olan mənzilini, 10985 saylı müqaviləyə gö rə ünvan 1 ünvanında inşa etdiyi 1-2 saylı binanın 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 m2 olan mənzilini iddiaçıya sataraq 12 ay müddətində ona təhvil verməyi, iddiaçı isə tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzillərin dəyərini ödəməyi öhdəsinə götürmüş, 10984 saylı müqavilə üzrə mənzilin qiyməti 226 600 manat, 10985 saylı müqavilə üzrə mənzilin qiyməti 191 300 manat məbləğində müəyyənləşdirilmişdir. "xxxx" ASC-nin surəti iş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli 4155 saylı maliyyə arayışına əsasən iddiaçı, ünvan 1 ünvanında inşa edilmiş 1-2 saylı binanın, 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226,6 m2 olan mənzilinin ümumi dəyəri olan 226 600 manatı, eyni tarixli 4156 saylı maliyyə arayışına əsasən isə həmin binanın 4 otaqdan ibarət, ümum i yaşayış sahəsi 191,3 m2 olan mənzilinin ümumi dəyəri olan 191 300 manatı tam ödəmişdir və heç bir borcu yoxdur. Həmin müqavilələrdən görünür ki, inşa etdiyi binadakı evi 12 ay müddətində alıcıya təhvil verəcəkdir. İddiaçı tərəfindən mənzillərin dəyəri tam ödənilməklə iddiaçı həmin mənzillərə gözlənilən mülkiyyət hüqüqünu əldə etmişdir. Həmin müqavilələr qüvvədə olmaqla müqavilələrin qanunsuz olması cavadeh tərəfindən mübahisələndirilməmişdir və cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq mənzil ona təhvil verilməmişdir. Kollegiya bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməyərkən iddiaçı ilə cavabdeh arasında olan müqavilənin hal-hazırda qüvvədə olmasını, həmin müqavilənin şərtlərinin məhz cavabdeh tərəfindən icra edilməməsini nəzərə almamış, əsassız olar aq bu iş üçün əhəmiyyəti olmayan Bakı şəhəri, Xətai rayon məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsinə istinad etmişdir. Məhkəmə kollegiyası eyni zamanda hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə iddia müddətini tətbiq etməklə iddianı təmin etməməklə haqlı olmamışdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələr qüvvədə olmaqla cavabdeh iddiaçıya evin verilməsinə dair öhdəliyi icra etməmiş, evin ona verilmədiyini görən iddiaçı ödədiyi pulun tutulmasına dair hazırkı iddianı qaldırmışdır. İş materiallarından da görünür ki, iddiaçı isə öz hüququnun pozulduğunu həmin mənzillərin "xxxx" MMC təfindən başqa şəxslərə satıldığını öyrəndiyi zaman, yəni "xxxx" MMC-yə qarşı iddia qaldırdığı zaman bilmişdir. İddiaçı artıq müəyyən etmişdir ki, həmin mənzillərin yerləşdiyi bina "xxxx" MMC tərəfindən tikilir və mənzillər cavabdeh tərəfindən təhvil verilə bilmədiyi üçün mənzillərə görə ödənilmiş pul cavabdehdən tələb edilməlidir. Belə olan halda iddiaçının iddia müddətini buraxmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı deyildir və apellyasiya məhkəməsi bunu öz qətnaməsində də əsaslandırmamışdır. Kollegiya öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 385.1, 386.1, 387.3, 389.1, 390.5, 405.1, 425.1, 425.2, 442, 448.1, 1091.1, 1091.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinn icratında olan 2(012)-3517/2020 saylı iş baxılanadək hazırki mülki iş üzrə icraat dayandırılmış və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1176/2022 saylı, 17 avqust 2022-ci il tarixli qərardadı ilə "xxxx" ASCnin apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, "xxxx" ASC-nin İddiaçı qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 qeyd edilən müqavilə üzrə "xxxx" ASC-nə ödəniş edilmədiyini, ASC-nin mənzilin əvvəlki sahibinə xidmətin əvəzi olaraq iki mənzil verdiyini, lakin onun xahişi ilə həmin mənzilləri iddiaçının adına rəsmiləşdirdiklərini, müqaviləni təsdiqlədiklərini, mənzillərin təhvil verildiyini, mübahisəli mənzillərin isə "xxxx" MMC-yə məxsus olduğunu, borc müqabilində "xxxx" ASC-yə verildiyini bildirmiş, əhəmiyyətsiz əqd bağladıqlarını qeyd etmişdir. Həmçinin Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətini əsassız hesab edərək, "xxxx" ASC ilə aralarında alğı-satqı müqaviləsinin olduğunu, onlara maliyyə arayışının verildiyini, mənzillərə yaxınlaşarkən mənzillərin başqa şəxslərə məxsus olduğunu, ümümiyyətlə mənzillərin "xxxx" ASC-yə deyil, "xxxx" MMC-yə məxsus olduğunu bildiklərini və 2018-ci ildə məhkəməyə müraciət etdiklərini, cavabdehin onlardan əsassız olaraq pul aldığını, özünə aid olmayan mənzilləri iddiaçıya satdığını, bu səbəbdən də cavabedehin qanuni təmsilçisi barəsində xüsusi qərardad çıxarılmasını xahiş etdiklərini və ödənilmiş pulu geri istədiklərini qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, A.N.İmanov və Q.A.Əsgərov) 2(103)-100/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya bildirmişdir ki, iddiaçının münasibətlərinin cavabdehlə olduğu və bilavasitə "xxxx" MMC ilə münasibətlərinin olmadığı, sonuncuya məxsus olan mənzillərin səlahiyyətləri olmayan şəxs olan cavabdeh tərəfindən satılmasının əhəmiyyətsiz olması, digər qətnamə ilə müəyyən edilmiş halların preyudisiyal əhəmiyyət daşıması hazırki araşdırılan hallar ilə öz təsdiqi ni tapdığıdan, habelə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddianın qəbul etməsini və onun əsaslı olduğunu bir daha təsdiq edir. İddia müddətinin ötürülməməsinə dair kassasiya instansiyası məhkəməsinin mövqeyini təkzib edən sübutlar təqdim edilmədiyindən kollegiya hesab edir ki, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd və apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Kollegiya öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 139-153, 178, 324, 337-360, 385-390, 560, 567-570-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayət inin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayəti ərizəsində olan eyni dəlillərlə əsaslandırılmış, şikayətin hüquqi əsası kimi apellyasiya şikayətində istifadə edilən normalara istinad olunmuşdur. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırı lmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 387.3 öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin b ir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər Maddə 389.1 mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.5 müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 405.1 tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1 n öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkə n tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1091.1 əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2 əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1 varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə bax arkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına tam uyğundur və qətnamə maddi hüquq normalarını pozmamaqla qəbul edilmişdir. İş materiallarından aydın olur ki, tərəfl ər arasında xx.xx.2009-cu il tarixdə “mənzilin alqı-satqısı haqqında” 10984 və 10985 saylı iki ayrı müqavilə rəsmiləşdirilmiş, 10984 saylı müqaviləyə görə cavabdeh, ünvan 1 ünvanda inşa etdiyi 1-2 saylı binanın, 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226,6 m2 olan mənzilini, 10985 saylı müqaviləyə görə ünvan 1 ünvanda inşa etdiyi 1-2 saylı binanın, 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 m2 olan mənzilini iddiaçıya sataraq 12 ay müddətində ona təhvil verməyi, iddiaçı isə tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzillərin dəyərini ödəməyi öhdəsinə götürmüş, 10984 saylı müqavilə üzrə mənzilin qiyməti 226 600 manat, 10985 saylı müqavilə üzrə mənzilin qiyməti 191 300 manat məbləğində müəyyənləşdirilmişdir. Cavabdehin mülki iş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli, 4155 saylı maliyyə arayışına əsasən iddiaçı, ünvan 1 ünvanında inşa edilmiş 1-2 saylı binanın, 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226,6 m2 olan mənzilinin ümumi dəyəri olan 226 600 manatı, eyni tarixli 4156 saylı maliyyə arayışına əsasən həmin binanın 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 m2 olan mənzilinin ümumi dəyəri olan 191 300 manatı tam ödəmişdir və onun heç bir borcu yoxdur. Həmin müqavilələrdən görünür ki, cavabdeh sözügedən binada olan mənzillərini 12 ay müddətində iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən mənzillərin dəyəri tam olaraq ödənilməklə o, həmin mənzillərə gözlənilən mülkiyyət hüqüqünu əldə etmişdir. Bu gün həmin müqavilələr qüvvədə olmaqla müqavilələrin qanunsuz olması cavadeh tərəfindən mübahisələndirilməmişdir, eyni zam anda cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq mənzil iddiaçıya təhvil verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, tərəflər arasında sözügedən müqavilələr qüvvədə olmaqla, cavabdeh qeyd olunan mənzillərin iddiaçıya verilməsinə dair öhdəliyi icra etməmiş və mənzillərin ona verilmədiyini gördükdən sonra iddiaçı, mənzillərə görə cavabdehə ödədiyi pulun tutulub ona ödənilməsini iddia edir. Yəni, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir və o, öz hüququnun pozulduğunu mənzillərin "xxxx" MMC təfindən başqa şəxslərə satıldığını bildikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhz bundan sonra iddiaçı artıq müəyyən etmişdir ki, mübahisəli mənzillərin yerləşdiyi bina "xxxx " MMC tərəfindən tikilir və mənzillər cavabdeh tərəfindən təhvil verilə bilmədiyi üçün mənzillərə görə ödənilmiş pul cavabdehdən tələb edilməlidir. Belə olan halda iddiaçının iddia müddətini ötürməsinə dair cavabdehin kassasiya şikayətinin dəlilləri tam əsassızdır. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə də müəyyən olunur ki, "xxxx" MMC tərəfindən inşa edilmiş mübahisəli mənzillər həmin Cəmiyyətin cavabdehə ödəməli olduğu pul vəsaitinin əvəzində barter yoluyla sonuncuya verilmiş, cavabdeh isə bu mənzilləri X1, sonuncu isə "xxxx" MMC-yə borclu olduğu 505.032 manat məbləğində borcunun əvəzində hər iki mənzili qeyd edilən Cəmiyyətin direktoru olan hazırkı iş üzrə iddiaçının adına keçirmişdir. Göründüyü kimi, iddiaçı sözügedən mənzilləri cavabdehdən əvəzini ödəməklə əldə edib və hazır da o, cavabdehə ödədiyi həmin pul vəsaitini geri tələb edir. Bundan başqa, iddianın əsaslı olması tərəflər arasında bağlanmış müqavilələrin, habelə iddiaçının adına verilmiş maliyyə arayışlarının surətləri ilə də təsdiq olunur və işdə, bunun əksini, yəni sözügedən sənədlərin mötəbərliliyini şübə altına alan başqa yazılı sübutlar yoxdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdu r. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 oktyabr 2022-ci il tarixli, 2(103)-100/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.