Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-730/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-730/2025 (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X4 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “zərərin, icarə haqqının, hüq uqi yardım xərcinin tutulması və tutmanın avtomobilə yönəldilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5244/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh Vazi Amirastanov (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Kia Ceed” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.
2. Avtomobilə dair xx.xx.2022-ci il tarixdə X12 nəqliyyat vasitəsindən istifadə hüququnu, xx.xx.2022-ci il tarixdə İddiaçı nəqliyyat vasitəsinə sərəncam hüququnu, xx. xx.2023-cü il tarixdə X5 nəqliyyat vasitəsindən istifadə hüququnu ehtiva edən etibarnamələr verilmişdir.
3. Həmin avtomobilə dair İddiaçı və X12 etibarnamələri Cavabdeh2 adından xx.xx.2021-ci il tarixli etibarnamə əsasında hərəkət edən Cavabdeh1, Teymur Fərhadova etibarnaməni isə İddiaçı vermişdir.
4. Nurlan Qasımova verilən etibarnamə xx.xx.2023-cü il tarixdə, İddiaçı verilən etibarnamə xx.xx.2023-cü il tarixdə, Teymur Fərhadova verilən etibarnamə xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür.
5. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə Şahid “Kia Ceed” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam hüququnu da ehtiva edən 1 il müddətli etibarnamə vermiş, Cavabdeh2 adından həmin etibarnamə əsasında hərəkət edən Şahid xx.xx.2023-cü il tarixdə avtomobili 10.000 mana ta X3, avtomobil **-GK-*** dövlət nömrə nişanı təhkim olunmaqla həmin tarixdə Fariz Cəfərovun adına qeydiyyata alınmışdır.
6. Fariz Cəfərov xx.xx.2023-cü il tarixdə X13 nəqliyyat vasitəsinə sərəncam hüququnu da ehtiva edən etibarnamə vermiş, həmin etibarnamə əsasında hərəkət edən Aqil Əliyev avtomobili xx.xx.2023-cü il tarixdə 14.000 manata X2, avtomobil göstərilən tarixdə sonuncunun adına qeydiyyata alınmışdır.
7. Cavabdeh2 Şahid xx.xx.2023-cü il tarixdə verdiyi etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verdirmişdir (etibarnaməni ləğv etdirmişdir).
8. İddiaçı şikayət ərizəsi ilə Bakı şəhər prokurorluğuna müraciət edərək, bir qrup şəxs tərəfindən 13.880 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirmiş və onların barəsində tədbir görülməsini xahiş etmişdir.
9. Həmin şikayət ə sasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsində araşdırma aparılarkən izahatı alınmış Cavabdeh2 izahatında aşağıdakıları göstərmişdir: “2022-ci ildə qohumum X1 vətəndaşı olduğu üçün onun adına etibarnamə vermişdim ki, avtomobil gətirib idarə etsin....Həmin vaxtlarda Vəzir avtomobili 13.900 manata İddiaçı adlı qadına satdı. Lakin İddiaçı həmin vaxt qohumu kimi təqdim etdiyi Nurlan adlı şəxsə avtomobili idarə etmək üçün etibarnamə verdi. Bundan təqribən 10 ay sonra Məftun adlı şəxs mənə zəng vuraraq “Kia Ceed” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnaməsinin vaxtının bitdiyini bildirərək mənimlə görüşmək istədiyini dedi. Mən Vəzir adlı qohumuma zəng edərək bu barədə dedim. Vəzir də mənə bildirdi ki, avtomobilin texniki pasportu həmin şəxsin özündədirsə v erə biləcəyimi bildirdi. Tarix dəqiq yadımda deyil. Məftun adlı şəxs ilə Xətai rayonu 18 saylı notariusda görüşdük. Həmin vaxt həmin avtomobilin texniki pasportu Məftun adlı şəxsdə idi, həmin vaxt iki nəfər tanımadığım şəxslər də orda idilər. Məftun adlı şəxs etibarnamənin vaxtının bitdiyini mənə bildirdi və mən də həmin avtomobili generalnı etibarnamə ilə Məftun adlı şəxsə verdim. Bundan bir müddət sonra İddiaçı mənə zəng vuraraq həmin avtomobilin onun adından çıxarılaraq başqa bir adamın adına keçirildiyini bildirdi və biz həmin şəxs ilə görüşdük. Mən Məftun adlı şəxsə verdiyim etibarnaməni ləğv etdirdim, lakin avtomobilin texniki pasportu özlərində olmadığı üçün Bəyim adlı qadına etibarnamə verə bilmədim. Bundan sonra mən Bəyim adlı qadınla BDYPİ-nə getdim, ərizə yazaraq avtomobil bar əsində axtarış elan etdik. Mən İddiaçı adlı qadını aldatmamışam, həmin qadının qohumu Nurlan və Məftun adlı şəxslər onu aldadıblar. Hazırda avtomobilin kimin adına və harada olması barədə məndə heç bir məlumat yoxdur.”
10. Həmin araşdırma zamanı izahatı alınmış X6 bildirmişdir ki, “.... avtomobili İddiaçı adlı qadına satdım və onun yanında gələn Nurlan adlı şəxsə isə idarə etməsi üçün etibarnamə verdim. İddiaçı mənə 13.900 manat pul ödəyərək avtomobili alıb getdi. Bundan 11 ay sonra isə Nurlan adlı şəxs qohumum Cavabdeh2 zəng vuraraq etibarnamənin vaxtının bitdiyini bildirib, Valeh isə mənə zəng vuraraq bu barədə bildirən zaman, mən də Valehə dedim ki, avtomobilin texniki pasportu yanındadırsa, etibarnamə verə bilər. Bundan sonra isə Cavabdeh2, Nurlan və yanında gələn Məftun adlı şəxsə gen eralnı etibarnamə verib. Bundan sonra isə olanlardan xəbərim olmayıb. Sonradan mənə məlum oldu ki, Nurlan adlı şəxs İddiaçı aldadaraq ona satdığım avtomobili başqa şəxsin adına keçirərək avtomobili başqa şəxslərə satıb. Mən Nurlan adlı şəxsi tanımıram. İddiaçı həmin şəxs tanıyır, onunla aralarında şifahi razılaşma olub, avtomobili Nurlana taksi kimi idarə etməsi və ona qarşılığında pul vermişdir”.
11. Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 13.880 manatın, vurulmuş 1.000 manat maddi zərərin, 40 manat məbləğində cərimənin əvəzinin və 3.150 manat icarə haqqının, vəkilə ödənilmiş 100 manatın və 144 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan “Kia Ceed” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 mülkiyyətində olan “Kia Ceed” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 13.880 manat ödəməklə əldə etmiş və ərinin adına sənədləşdirmək üçün xx.xx.2022-ci il tarixdə 24 saylı Notariat Ofisində sərəncam verilməsi ha qqında etibarnamə almışdır. Belə ki, Cavabdeh1 18 saylı Notariat Ofisində Cavabdeh2 aldığı etibarnaməni iddiaçıya göstərərək, avtomobilin pulunu tam ödəyərək aldığını və avtomobilin ona məxsus olduğunu bildirərək, iddiaçıdan həmin avtomobilin dəyəri kimi 13.880 manat almışdır. Həmin avtomobili satmaq barədə razılığa gəldikdən və iddiaçıya etibarnamə verdikdən sonra iddiaçının həmin avtomobili icarəyə verərək pul qazanmağı üçün eyni gündə X12 da avtomobilin idarə edilməsi barədə etibarnamə vermişdir. Belə ki, iddiaçı həmin avtomobili də məhz Nurlan vasitəsi ilə tapmışdır və Nurlanla aralarındakı razılaşmaya əsasən iddiaçı həmin avtomobili alaraq Nurlana icarəyə verməli, Nurlan isə iddiaçıya hər ay 450 manat icarə haqqı ödəməli idi. Vazirin iddiaçıya verdiyi etibarnamənin müddəti xx.xx.2023- cü il tarixədək qüvvədə olduğundan və müddəti bitdiyindən iddiaçı sonradan Vazirə müraciət edərək etibarnamənin müddəti ərəfəsində avtomobili ərinin adına sənədləşdirə bilmədiyini bildirmiş və iddiaçıya yenidən etibarnamə verməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçıya Valehin nömrəsini verərək, etibarnaməni ondan almağını xahiş etmişdir. İddiaçı isə bu məqsədlə Valehlə danışdıqda Valeh iddiaçıdan əlavə pul tələb etmişdir ki, vaxtı gedir, yol xərci çıxır etibarnamə vermək üçün notariusa gəldikdə. Elə həmin ərəfələrdə (2023-cü ilin mart ayı) iddiaçıya məlum olmuşdur ki, Valeh avtomobilə dair Şahid etibarnamə vermişdir. İddiaçının tələbi ilə xx.xx.2023-cü il tarixdə 18 saylı Notariat Ofisində həmin etibarnaməni ləğv edərək ərizənin surətini iddiaçıya versə də, avtomobilini öz adına sənədləş dirmək üçün tələb etdiyi pulu verə bilmədiyindən iddiaçıya etibarnamə verməmişdir. Bundan sonra iddiaçı cavabdehlərdən pulunu və ya avtomobilini tələb etsə də heç bir nəticə əldə edə bilməmişdir. Elə həmin vaxt etibarnamənin müddəti bitdiyindən avtomobili idarə edən şəxsdən avtomobil alınaraq cərimə meydançasına qoyulmuş və bu səbəbdən iddiaçı həm avtomobilindən, həm icarədən gələn gəlirdən məhrum olmuşdur. Bundan sonra avtomobilə ödədiyi pulu Vazirdən tələb etsə də o, pulunu da qaytarmaqdan imtina etmişdir. Vazir Valehin pulunu tam ödədiyindən Valeh iddiaçıya etibarnamə verməli və ya avtomobili mülkiyyətinə keçirməli olduğundan o da hazırkı iş üzrə cavabdeh olmalıdır. Onların əməlləri nəticəsində iddiaçı həm 13.880 manatından, həm aylıq 450 manat qazancından olmuş, həm də avtomobilin sa xlanılaraq cərimə meydançasına qoyulmasına görə həm yazılmış cərimələri, həm də dayanacaq pulu ödəməli olmuşdur ki, avtomobilin onların əməli sayəsində aylarla cərimə meydançasında durması səbəbindən müəyyən zərərlər də görə biləcəyindən yenidən onu idarə etmək üçün əlavə xərclər tələb olunacağından bu zərərləri və cərimələri də iddiaçıya ödəməlidirlər. Artıq hadisədən 8 aya yaxın bir müddət keçməsinə baxmayaraq nə etibarnamə verilmiş, nə dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir addım atılmış, nə avtomobilin icarəsindən qazanacağı vəsait ödənmiş, nə də cərimələrin əvəzinin ödənməsi ilə bağlı heç bir qanuni tədbir görülməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etmə qaydasını və maddi zərərin əvəzinin alınması üçün hansı addım at malı olduğunu bilmədiyindən vəkilə müraciət edərək köməklik göstərilməsini xahiş etmiş, həmin xidmətin göstərilməsi üçün xidmət müqaviləsi bağlamışlar və bu xidmətə görə ödəniş etməli olmuşdur ki, bu xərc də cavabdehlərdən tutulmalıdır.
14. Məhkəmə araşdırması zamanı Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, avtomobili “turbo.az” saytında satışa çıxarmış, Nurlan adlı şəxs ona zəng edərək avtomobili almaq istədiyini bildirmiş, daha sonra onlar avtomobilin qiymətində razılığa gəlmiş, Bəyim xanım avtomobilin dəyərini ona ödədikdən sonra Bəyim xanımın adına baş etibarnamə, Nurlanın adına isə avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Bir müddət sonra Nurlan yenidən müraciət edərək, ona onun adına baş etibarnamə verilməsini xahiş etmişdir. Nurlan texniki pasportun onda oldu ğunu bildirmişdir. İstinad olunanlara əsasən o da Nurlanın adına baş etibarnamə vermişdir. Avtomobilin daha sonra kim tərəfindən kimə satılması ilə bağlı məlumatı olmamışdır.
15. Məhkəmə iclasında üçüncü şəxs X16 izahat verərək bildirmişdir ki, Bəyim xanımı ona avtomobili icarəyə verərkən tanımış, bir müddət iddiaçının avtomobilini idarə etmişdir. Daha sonra ailə məsələləri ilə bağlı avtomobili yenidən Bəyim xanıma geri qaytarmışdır. Nurlanın adına yalnız avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Avtomobil üzərində sərəncam vermək hüququ olmadığından hazırkı iddia ilə hər hansı bir əlaqəsi olmadığını bildirmişdir.
16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-1798/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həs ənova) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 13.880 manat maddi ziyan və 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı icarəyə vermək niyyəti ilə avtomobil almaq qərarına gəlmişdir. Bunun üçün Cavabdeh2 mülkiyyətində olan avtomobilə görə 13.880 manat məbləğində vəsait ödəmişdir. Avtomobilin mülkiyyətçisi sonrakı rəsmiləşdirmənin aparılması üçün etibarnamə vermişdir. Lakin iddiaçı avtomobili öz mülkiyyətinə keçirmək üçün sənədləşməni başa çatdırmamışdır. Avtomobili ilkin olaraq Nurlan adlı şəxsin, daha sonra Teymur adlı şəxsin istifadəsinə vermişdir. Avtomobil Teymurun istifadəsində olan zaman on un adına verilmiş etibarnamənin ləğv olunması əsası ilə onun istifadəsindən alınaraq cərimə meydançasına yerləşdirilmişdir. Daha sonra iddiaçı avtomobillə bağlı aidiyyəti qurumlara müraciət edən zaman bəlli olmuşdur ki, avtomobil Maftun adlı şəxsin mülkiyyətinə keçmişdir.
18. İşin mübahisə edilməyən halı ondan ibarət olmuşdur ki, iddiaçı avtomobilin əldə edilməsi üçün onun mülkiyyətçisinə 13.880 manat məbləğində vəsait ödəmişdir. Avtomobil hal-hazırda iddiaçının nə sahibliyində, nə də istifadəsində deyil. Məhkəmə araşdırması zamanı cavabdeh avtomobilin üçüncü şəxsə satılmasında təqsirinin olmadığını və müxtəlif şəxslərin adını çəkməklə məsuliyyəti onların üzərinə qoymağa çalışsa da istinad etdiyi halların əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, avtomobili n X12 verilmiş etibarnamə əsasında üçüncü şəxsə satılmasına istinad etsə də məhkəmə araşdırması zamanı Nurlan Qasımova avtomobil üzərində sərəncam vermək hüququnu tanıyan hər hansı sənədə rast gəlinməmişdir. Belə bir sənədin mövcudluğunu təsdiq edəcək dəlillər də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
19. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, avtomobil iddiaçının sahibliyindən və istifadəsindən çıxmışdır, bu o deməkdir ki, tərəflər arasında mövcud olan razılaşmaya əməl edilməmişdir. Belə olan halda iddiaçının cavabdehlərə ödədiyi 13.880 manat məbləğində vəsait cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya geri ödənilməlidir.
20. Məhkəmə iddia tələbinin vurulmuş 1.000 manat maddi zərərin cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd etmişd ir ki, maddi zərərin nədən ibarət olması, zərərin mövcudluğuna dəlalət edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə təmin edilməməlidir.
21. Məhkəmə iddia tələbinin cavabdehlərdən 40 manat məbləğində cərimənin əvəzinin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cərimənin nədən ibarət olması, nə ilə bağlı tərtib olunması və ümumiyyətlə cərimənin mövcudluğuna dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə bu hissədə də iddianı əsassız sayır.
22. Məhkəmə iddia tələbinin 3.150 manat icarə haqqının cavabdehdən tutulmasına münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin məbləği əldən çıxmış fayda olaraq tələb edir. Lakin iddiasının əsasını təşkil edən hallarla bağlı iddiaçı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, bu məbləğin məhz hansı qaydada h esablanması və konkret olaraq nəyin əvəzi olaraq tələb edilməsi iddia ərizəsində əsaslandırılmamışdır. Odur ki, iddia bu hissədə də rədd edilməlidir.
23. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 100 manatın cavabdehlərdən alınmasına münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tərəf hazırkı məhkəmə iclasında müdafiəçi ilə təmsil olunsa da, hüquqi yardım üçün çəkdiyi və cavabdehdən tutulmasını istədiyi xərcin dəqiq məbləğini qeyd etsə də, onun ödənilməsini sübuta yetirəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia bu hissədə təmin edilə bilməz.
24. Məhkəmə iddia tələbinin tələbin Cavabdeh2 mülkiyyətində olan “Kia Ceed” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi hissəsinə qiymət verərək hesab etmişd ir ki, hazırda tələb qətnamənin icrasından irəli gələn tələbdir. İcra mərhələsində tələbin könüllü icra edilmədiyi halda icra məmuru tərəfindən məcburi icra hərəkətləri olaraq əmlakın üzərinə həbs qoymaqla tələbin icrasını təmin etmək mümkündür.
25. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 421, 423, 442, 1096, 1097, 1115-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
26. Qətnamədən cavabdehlər birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmış dır ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamış, qənaətini Mülki Məcəllənin 1096-cı maddəsinə istinadla əsaslandırmaqla maddi hüquq normasının seçimində səhvə yol vermişdir. Məhkəmə iddiaçının avtomobili aldıqdan sonra onun sənədlərini hansı səbəblə başqa şəxsə verdiyini, bunun müqabilində pul alıb-almadığını araşdırmamış, avtomobillə bağlı X20 göndərdiyi sorğunun cavabını gözləmədən qərar çıxarmışdır. Cavabdeh2 qarşı müvafiq tələb olmadığı halda məhkəmə iddia tələbindən kənara çıxaraq ondan da pul tutmuşdur.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5244/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik ed ən və məruzəçi), Sabit Bəhrəmzadə və Xumar Mərdanova) cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh1 əsassız varlanma obyekti olan 13.880 manat və 100 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi, iddia tələblərinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, iddiaçı Cavabdeh2 qarşı müvafiq tələb yönəltmədiyi halda ondan da pul məbləği tutmaqla iddia tələbindən kənara çıxmışdır.
30. Məhkəmə kollegiyası hesab et mişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallarla əsaslandırılan iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin müqavilə münasibətləri, yaxud əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir.
31. Mülki-prosessual qanunvericiliyin sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair müəyyənləşdirdiyi prinsip baxımından məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının Cavabdeh1 13.880 manat ödəməsini və bunun müqabilində adı çəkilən şəxs tərəfindən avtomobilin onun sahibliyinə verilməsini sübuta yetirməsinə zərurət olmamışdır, bu faktlar həm Cavabdeh1, həm də Cavab deh2 tərəfindən etiraf edilmişdir.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 avtomobilin alğısatqısı barədə razılığa gəlmiş olsalar da, bu razılaşmalarını lazımi qaydada rəsmiləşdirməmiş, həqiqi iradələrini gizli tutaraq avtomobilin iddiaçının sahibliyinə etibarnamə əsasında verilməsi yönündə sövdələşmişlər. Adı çəkilən tərəflər, əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, qəsdən başqa bir hüquqi prosedur həyata keçirmiş, beləliklə də alğı-satqı ilə bağlı razılaşmalarını Cavabdeh1 təktərəfli iradə ifadəsi olan etibarnamə ilə pərdələmişlər.
33. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında etibarlı müqavilə münasibətinin yaranmasından bəhs etmək və iddia tələbinin hüquqi əsas kimi müqavilə münasibətlərini nəzərdə n keçirmək mümkün deyildir.
34. Məhkəmə kollegiyasının qənaətinə görə bu baxımdan iddiaçı, məruz qaldığı aşkar olan ziyanın ödənilməsini istəmişdir. Hansı ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Yəni zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir, hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası məhz əsassız varlanma müddəalarından yaranmışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, məhz Cavabdeh1 iddiaçının hesabına əsassız varlanmış olduğundan, iddiaçının avtomobilə görə ona ödədiyi məbləğ qismində 13.880 manat ondan alınaraq iddiaçıya qaytarılmalıdır.
35. Bu qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə almışdır ki, apellyasiya baxışı zamanı cavabdehlərin nümayəndələri (vəkilləri) avtomobilin əslində Cavabdeh1 məxsus olduğunu və onun iddiaçıdan aldığı pul vəsaitini Cavabdeh2 vermədiyini bildirmişdir.
36. Məhkəmə kollegiyası onu da nəzərə almışdır ki, İddiaçı tərəfindən avtomobilə dair X11 adlı şəxsə etibarnamə verilmiş olsa da, həmin etibarnamə nəqliyyat vasitəsindən istifadə hüququnu ehtiva etmiş, avtomobil bu etibarnamə əsasında deyil, avtomobilin rəsmi mülkiyyətçisi olan Cavabdeh2 xx.xx.2023-cü il tarixdə Şahid verdiyi etibarnamə əsasında iddiaçının sahibliyindən çıxmışdır.
37. İddiaçının “Cavabdeh1 vurulmuş 1.000 manat maddi zərərin əvəzinin, 4 0 manat məbləğində cərimənin əvəzinin və 3150 manat icarə haqqının, vəkilə ödənilmiş 100 manatın əvəzinin tutulub ona ödənilməsi” tələblərini isə məhkəmə kollegiyası əsassız hesab edərək qeyd etmişdir ki, həmin tələblərin əsaslı hesab olunmasına imkan verən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Sözügedən tələblərlə bağlı məhkəmə kollegiyası onu da nəzərə almışdır ki, həmin tələblərin birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamasına baxmayaraq, iddiaçı qətnamə ilə razılaşmış, qətnamədən şikayət verməmişdir.
38. Məhkəmə kollegiyası iddiaçının “tələbin Cavabdeh2 mülkiyyətində olan “Kia Ceed” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, həmin tələbin qanuni əsası ümumiyyətlə mövcud deyildir. Nəzərə alınmalıdır ki, həmin əmlak tərəflər arasında yaranmış hüquq münasibətləri üzrə nə Cavabdeh2, nə də Cavabdeh1 öhdəliklərinin təminatı kimi çıxış etməmiş, ipoteka ilə yüklü olunmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin avtomobil artıq Cavabdeh2 deyil, başqa şəxsin mülkiyyətindədir.
39. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hazırkı iş üzrə gəlinən nəticə, avtomobildən istifadə etməsi ilə əlaqədar iddiaçının götürdüyü fayda və avtomobilin məruz qaldığı aşınma ilə bağlı Cavabdeh1 (müvafiq əsaslar olduğu təqdirdə Cavabdeh2) ona (iddiaçıya), habelə digər şəxslərə qarşı müvafiq iddia qaldrmaq hüququnu istisna etmir.
40. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 5, 14, 139, 152, 166, 181, 329, 362, 386, 425, 442, 567, 1091, 1092, 1093-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 88, 106, 217.3, 218.3, 372 və 385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
41. Qətnamədən cavabdeh Vazir Amiraslanov (vəkili Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yenidən araşdırma aparılaraq şikayətin təmin edilməsinə dair yekun qərar qəbul olunmasını xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi həqiqəti müəyyən etmək əvəzinə, qanunvericliyin tələblərini ciddi şəkildə pozaraq qanuna zidd qətnamə çıxarmışdır. İddiaçı hüquqdan sui-istifadə edərək, məhkəməyə müraciət etmişdir. Məhkəmənin buna hüquqi qiymət verməməsi və həqiqəti müəyyən etməməsi K onstitusiyanın tələbinin pozulmasına gəlib çıxarmışdır. Birinci və apellyasiya instansiya məhkəmələri iddiaçının əsassız və qanunsuz iddia tələbini qismən təmin edərək cavabdehin hüquqlarını pozmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versə də, məhkəmə iş üzrə heç bir araşdırma aparmadan əsassız qərar çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının heç bir əsaslı sübutunun olmamasına baxmayaraq işi onun xeyrinə nəticələndirmişdir. Göstərilən hal məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi üçün kifayət qədər araşdırma aparılmamasını göstərir və məhkəmə tərəfindən Konstitusiyanın bu normasının pozulmasını təsdiq edir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən işin hallarını araşdırması üçün prosessual qanunvericiliyin imkanlarında n istifadə etməmiş, məhkəməyə təqdim etdiyim sübutlatı qiymətləndirməməklə bərabər, sanki iddiaçının vəkili kimi çıxışedərək iddiasını təmin etmişdir. Eyni zamanda işin materiallarında olan sənədlər özlüyündə iddianın əsassızlığını təsdiq edir. İddiaçı əsassız söz toplusundan ibarət iddia ərizəsinə müraciət etmiş, işin faktiki halları barədə yalan məlumatlar vermiş, hüquqdan sui-istfadə edərək, əsassız yerə məndən külli miqdarda pul tələb etmişdir. İddiaçının özlüyündə iddia tələbində üç dəfə dəyişiklik etməsi halı özü iddianın dəqiq və qanunsuz olmasını təsdiq edir. Belə ki, iddiaçı hər dəfətələb etdiyi məbləği öz istəyinə uyğun olaraq dəyişir, bununla da dəymiş maddi ziyanın əvəzini yox, istədiyi miqdarı tələb edirdi. Məhkəmə müvafiq araşdırma aparmış olsa idi iddiaçının qanundan sui-ist ifadə etdiyini müəyyən etmiş olardı. Göstərilən hal məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi üçün kifayət qədər araşdırma aparılmamasını göstərir və hakim tərəfindən Konstitusiyanın bu normasının pozulmasını təsdiq edir. İşin faktiki hallarından da göründüyü kimi, evin təmiri üçün ödənilən pul cavabdehə 2017-ci ildə ödənilmişdir. İddiaçının tələbi əsassız olmaqla bərabər eyni zamanda iddia müddəti buraxılmaqla irəli sürülmüşdür. Zərərin əvəzinin ödənilməsi, eyni zamanda pul tələbinə dair iddia müddəti qanunvericiliyin tələblərinə uyğun olaraq üç il müddətinə irəli sürülə bilər. İddiaçı isə iddia müddətini buraxmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməni çıxararkən maddi və prosessual normaları tətbiq etməmiş, iş üzrə heç bir araşdırma aparmadan, yalnız birinci instansiya mə hkəməsinin qətnaməsində qeyd olunanları sadalamaqla qətnamə çıxarmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
43. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
44. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
45. Maddə 21.3. Zərərin işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şə xslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
46. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
47. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
48. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
49. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
50. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
51. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
52. Maddə 762.1. Podratçı sifarişçi üç ün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
53. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
54. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
55. Maddə 768.1. Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2. si farişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3. podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. 768.2. Əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər.
56. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çı xaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
57. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
58. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı.
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
60. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
63. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəy ə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
66. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
68. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
71. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
72. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
73. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
74. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşd ırması kimi qiymətləndirilməməlidir.
75. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin bütöv yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
77. Məhkəmə kollegiyası qeyd edir ki, kassasi ya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
78. Məhkəmə kollegiyası qey d edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
79. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 80. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
81. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitəl ərinin köməyi ilə müəyyənləşdirir.
82. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
83. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
84. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
85. Göstərilənlərə əsasən və Azərbaycan Re spublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Vazi Amirastanov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5244/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.