Məhkəmə qərarları › İş №2(102)-7301/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7301/2019

09.12.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7301/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı S8 və onun vəkili X8 iştirakları ilə İddiaçı S8 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli 2(005)1157/2019 saylı qətnaməsi ilə iddiaçı S8 Cavabdeh qarşı “ev ə köçürülmə və arakəsmənin sökülərək qapının bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi “ nə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-8834/2019 saylı, 01 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim:V.Sadıqov;(sədrlik edən), hakimlər A.Hüseynov və A.İmanov) iddiaçı X3 apellyasiya şikayəti təmin edilməmiş,Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1157/2019 saylı iş üzrə 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı S8 Cavabdeh qarşı “evə köçürülmə və arakəsmənin sökülərək qapının bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iki yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, *************** ********* saylı evin yaşayış üçün yararlı olan iki böyük otaqlarına köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 31 oktyabr 2001-ci il tarixdə rəsmi nikah əsasında Cavabdeh ilə ailə həyatı qurmuş və onun yaşadığı Bakı şəhəri, ****************** saylı evə gəlin köçmüşdür. Özünə məxsus olan cehiz əşyalarını həmin evdə yerləşdirmişdir. Həmin evdə birgə nikahlarından 03 avqust 2001-ci il tarixdə Ceyhun, 24 iyun 2004-cü il tarixdə Cəfər adlı iki uşağı doğulmuşdur. Sonradan evdə öz vəsaiti və atasının köməyi hesabına təmir, tikinti işləri aparmışlar. İlk vaxtlar cavabdehlə mehriban yaşasalar da, sonradan cavabdehin ona və uşaqlarına qarşı münasibəti kəskin şəkildə dəyişmişdir. Məhz bu səbəbdən cavabdeh uşaqlarına baxmadığın a və onlara heç bir maddi, mənəvi dəstək göstərmədiyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və hər iki uşaqlar onun yanında saxlanılaraq cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Cavabdeh ilə ailə münasibətləri pozulduqdan sonra onu və iki uşağını məcburi qaydada Bakı şəhəri, ****************** saylı evin yaşayış üçün yararlı olan iki otağından çıxararaq yaşayış üçün tam yararsız olan kiçik yardımçı otaqlarına yığmış və onu, iki uşaqlarını faktiki olaraq evdən çıxarmışdır. Hazırda heç bir kommunal şəraiti olmayan, rütubətli, tam yarasız, olduqca kiçik ölçülü tikilil ərdə yaşamaq məcburiyyətində qalmışdır, əgər buna yaşamaq demək mümkündürsə. Halbuki, o cavabdehlə nikaha girərkən sözügedən evə gəlin köçmüş və onun, o cümlədən iki uşağının həmin evdə yaşamaq hüququ vardır. Həmin evi öz vəsaiti və atasının maddi köməyi hesabına təmir etdirib genişləndirmişdir. Hazırda uşaqları ilə birlikdə həmin evdə daimi pasport qeydiyyatındadır və istifadələrində digər yaşayış sahəsi yoxdur və dəfələrlə cəhd etsə də cavabdeh onu evin yaşayış üçün yararlı olan iki böyük otağına buraxmır. Mübahisəli ev hüquqi vəziyyətinə görə özbaşına tikilidir, həmin ev Evlər İdarəsində Cavabdeh oğlunun adına olsa da, evin kommunal xərcləri onun tərəfindən ödənilir. Ona və uşaqlarına məxsus olan bütün əşyaları bu gün də həmin evdədir, lakin Cavabdeh oğlunun təqsiri üzündən bütövlükdə e vdən və orada olan əşyalarından istifadə edə bilmir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Bakı şəhəri, ****************** saylı evin yaşayış otaqlarının birinin digərindən ayrılması üçün inşa edilmiş arakəsmənin sökülməsi və əvvəllər mövcud olmuş qapının bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini də xahiş etmişdir. Cavabdeh oğlu iddia tələbinə etiraz etmiş və etirazı belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh oğluna qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində iddiaçı daha sonra 08.07.1982-ci il redaksiyalı, qüvvədən düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin 54 və 53-ü maddələrinə istinad edərək haqlı olduğunu sübut etməyə çalışmış, hesab etmişdir ki, cavabd ehin və onunla birlikdə həmin evdə yaşayan və qeydiyyatda olan digər ailə üzvlərinin razılığı olmadan da iddiaçı həmin mənzillərə köçə bilər. Əvvəla, bidirir ki, iddiaçı ərizəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına da istinad etmişdir. Həmi qərarda göstərilir ki, «2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin (1982-ci il tarixli) 123-cü maddəsinin qaydalarına uyğun olaraq həll edilməlidir. İddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinin 31.10.2001 -ci ildən sonra yaranmasını, mənzildən istitfadə və digər məsələlərilə bağlı hüquq münasibətllərin həmin tarixdən sonra ( Məhkəməyə təqdim edilmiş - Nərimanov rayon İH-nin 22.03.2004-cü il tarixli 37 №-li razılıq məktubuna əsasən mübahisə predmeti olan mənzillər həmin tarixdən sonra tikilmiş və bərpa edilmişdir) əmələ gəlməsini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin birbaşa göstərişinə əsasən həmin münasibətlər qüvvədən düşmüş Mənzil Məcəlləsinə görə deyil, qüvvədə olan Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən həll edilməlidir. Ona görə də, iddia tələbinin 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinə istinad edilməklə əsaslandırılması yolverilmədir. Beləliklə, Mülki Məcəllənin göstərilən maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün onun daşınmaz əmlakı n dövlət reyestrində qeydə alınmasını və yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsini vacib saydığı halda, bu qayda Mənzil Məcəlləsinin 123-cü maddəsində nəzərdə tutulmamışdır. (İstinad-KM-nirf 27.07.2001 -ci il tarixli Qərarı). Bununla da, qanunvericiliklə yaşayış sahəsindən istifadə hüququ yalnız həmin hüququn dövlət reyestrində qeydə alınması, həmçinin mülkiyyətçi ilə yazılı notariat qaydada təsdiq edilmiş razılaşmanın mövud olduğu halda yaranır. Bu şərtlərin mövcud olmadığı təqdirdə isə yaşayış sahəsindən istifadə hüququ,o cümlədən mənzilə köçürülmə huququ yarana və tanına bilməz. Bundan başqa, onu da bildirir ki, cavabdeh öz qardaşı İlham Sultanovdan və digər qohumlarından aldığı pul vəsaitinin hesabına normal şəraiti olan 2 otaqlı yaşayış evi tikdirərək iddiaçı və uşaqla rına vermişdir. Hazırda iddiaçı və uşaqları həmin evdə yaşayırlar. Bundan əlavə, məhkəməyə təqdim edilən 30 saylı MKİS tərəfindən verilmiş 20.02.2019-cu il tarixli ********** saylı yaşayış yerindən arayışa əsasən iddiaçı və onun iki uşağı da daxil olmaqla həmin evdə 8 nəfər digər ailə üzvləri də qeydiyyatdadır və həmin mənzil «Yaşayış yeri haqqında» AR Qanuna əsasən həmin şəxslərin yaşayış yeri sayılır. Ona görə də, hesab edir ki, İddiaçı iddia tələbi qanuni və əsaslı olmadığı üçün onun iddiası məhkəmə tərəfindən rədd edilməli, şikayət təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı S8 kassasiya şikayətində Bakı Apellyasiya məhkəməsinin 01 iyul 2019-cu il tarixli qətnaməsinin tamamı ilə ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar q əbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 385, 386, 387 və 388-ci maddələrinin tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməyərək əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı İddiaçı S8 və onun vəkili X2 kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya məhkəməsinin 01 iyul 2019-cu il tarixli qətnaməsinin tamamı ilə ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclas ına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndir ilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və iş materiallarında olan: -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 31.10.2001-ci ildə nikahları bağlanmış,nikah bağlandıqdan sonra arvada S8 soyadı verilmişdir. Birgə nikahlarından 24.06.2004-cü il tarixdə Cəfər və 03.08.2001-ci il tarixdə Ceyhun adlı uşaqları doğulmuşdur. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2896/2018 saylı 02.08.2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasına bağlanmış nikah pozulmuşdur. -Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 20.02.2019-cu il tarixli ******** saylı arayışdan görünür ki, ***** saylı şəxsi maliyyə haqq-hesabı 13.01.2003cü ildə açılmış Bakı şəhəri, ********************** saylı evdə qeydiyyatda olmaqla Cavabdeh oğlu, onun qardaşı X7, bacısı oğlanları X9 və X10, bacısı X5, uşaqları X11 və X12, keçmiş arvadı (iddiaçı) S8 yaşayırlar. -Azərbaycan Respublikası Nərimanov Rayon İcra Hakimiyyətnin 22.03.2004-cü il tarixli məktubundan görünür ki, X1 ərizəsi nəzərə alınaraq və Rayon İcra Hak imiyyəti nəzdində fəaliyyət göstərən mənzil-məişət məsələləri üzrə idarələrarası komissiyanın 04.03.2004-cü il tarixli Aktına əsaslanaraq, Nərimanov İcra Hakimiyyəti ona yağmurlu havalarda evində nəmişlik və su toplantısının qarşısının alınması üçün evinin texniki pasportunda göstərilən ölçülərini dəyişmədən bünövrəsini torpaq səviyyəsindən 1,2 m hündürlüyə qaldırmaqla əsaslı bərpa edilməsinə öz razılığını bildirmişdir. -Mübahisəli evin işdə olan köhnə planından görünür ki, həmin ev 1 və 2 saylı yaşayış otaqları, 3 saylı dəhliz, 4 saylı mətbəx və 5 saylı tamburdan ibarət olmuş, iddiaçı da ailəsi ilə birlikdə evin 1 saylı otağından və 3 saylı dəhlizindən istifadə etmişdir. -Yaşayış evi yenidən tikildikdən sonra tərtib olunmuş plandan görünür ki, ev 1, 2 və 3 saylı yaşayış otaqları, habelə m ətbəx, dəhliz və sanitar qovşağından ibarət olmuş və iddiaçı da evin 1 və 2 saylı otaqlarından istifadə etmişdir. İddiaçının izahatından görünür ki, 1 və 2 saylı yaşayış otaqlarına girişin qarşısındakı dəhlizdə arakəsmə 2007-cı ildə inşa olunmuş və bununla da iddiaçı (həmin vaxt ailəsi ilə birlikdə) istifadəsində olan yaşayış sahələrini cavabdehin digər ailə üzvlərinin istifadəsində olan yaşayış və köməkçi sahələrindən ayıraraq, özünə müstəqil mətbəx və sanitar qovşağı inşa etmişdir. Həmin vaxtdan iddiaçı 3 saylı yaşayış otağı, habelə evin planında göstərilən mətbəx və sanitar qovşağından istifadə etməmişdir. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər 2001-ci ildə ailə qurmuş və iddiaçı cavabdehin valideynləri və digər qohumları ilə b irlikdə yaşadığı Bakı şəhəri, ***************************** saylı evə gəlin köçmüşdür. Sel sularından zərər çəkdiyi üçün, yerli icra hakimiyyəti orqanın rəsmi razılığı ilə köhnə ev sökülərək, 2004-cü ildə yerində eyni ölçüdə yeni 3 otaqlı yaşayış evi inşa olunmuşdur. İnşa olunmuş evin ümumi sahəsi 35,84 m2 olan 1 və 2 saylı otaqları ailəsi ilə birlikdə iddiaçının, sahəsi 27,2 m2 olan 3 saylı otağı isə cavabdehin anası və bacısının istifadəsində olmuşdur. 2007-ci ildə ümumi razılıq əsasında sahəsi 15,84 m2 olan 1 və 2 saylı yaşayış otaqlarının girişlərinin qarşısındakı dəhlizdə, dəhlizin təxminən 9-10 m2 hissəsi iddiaçıya qalmaqla arakəsmə tikilərək, iddiaçı ilə cavabdehin qohumlarının istifadəsində olan hissələr biri digərindən təcrid olunmuşdur. İddiaçı və ailəsi ümumi istifadədə olan mət bəx və sanitar qovşağından məhrum olduqları üçün özlərinə yeni mətbəx və sanitar qovşağı inşa etmişlər. 3 saylı yaşayış otağında iddiaçıya məxsus hər hansı əşya yoxdur. Göstərilən vəziyyət 11 il davam etmiş, lakin 2018-ci ildə iddiaçı cavabdehdən boşandıqdan sonra hazırki iddianı qaldırmış və iddia ərizəsində də işin faktiki hallarını təhrif etmişdir. İşin qeyd olunan hallarına qiymət verərək apelyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki,iddiaçının istifadəsində olan evin 2 otağı istifadəyə yarasız olsaydı o, 11 il ərzində iddia qaldırardı, daha bu qədər müddət gözləməzdi. İddiaçı uşaqları ilə birlikdə normal şəraitli yaşayış sahəsinə malikdir və onun istifadəsində olan yaşayış sahəsi cavabdeh və sonuncunun digər qohumlarının istifadəsində olan yaşayış sahəsindən 8,64 m2 çoxdur. Ona görə də iddiaçının uşaqları ilə birlikdə digər, yəni 3 saylı otağa (iddia ərizəsində iddiaçı köçürülməsini tələb etdiyi yaşayış sahəsini iki otaq kimi göstərsə də, evin planına əsasən cavabdehin istifadəsində yalnız bir otaq vardır) köçürülməsi yolverilməzdir və birinci instansiya məhkəməsi də həmin hissədə iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya icraatı zamanı iddiaçının iştirakı ilə mübahisəli evin əvvəlki və sonrakı planı araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı həm köhnə, həm də yeni inşa olunmuş evdə təxminən eyni sahələrdən istifadə etmiş, eyni zamanda, yeni inşa olunmuş evdə onun mənzil şəraiti bir qədər də yaxşılaşmışdır. Belə ki, yeni inşa olunmuş evdə otaqların sayı ikidən üçə çatdırılmış və iki otaq iddiaçının istifadəsinə verilmişdir. İddiaçı yaşayış sahəsi ilə təmin edildiyinə görə mənzilə olan ehtiyacı ödənilmişdir. Birinci instansiya məhkəməsinin iddiaçının iki uşağı ilə birlikdə yaşadığı otaqların şəraitinin digər otaqlara münasibətdə yaxşı olmamasının onun evin digər otaqlarına (əslində 3 saylı otağa) köçürülməsi üçün əsas təşkil etməməsi, bunun əksinin mübahisəli tikilidə yaşayan və qeydiyyatda olan digər şəxslərin hüquq və mənafelərinin pozulması ilə nəticələnə biləcəyi barədə qənaəti düzgündür. Mübahisə predmeti olan mənzil özbaşına tikilidir və bu tikili ilə bağlı dövlət reyestrindən qeydiyyatdan keçən daşınmaz əmlaklara dair qüvvədə olan mülkiyyət rejimi tətbiq oluna bilmir. Bu səbəbdən də iddiaçı bu tələblə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası 1-ci instansiya məhkə məsinin qərarı ilə razılaşaraq onu da qeyd etmişdir ki, arakəsmə tərəflərin ümumi razılığı ilə 2007ci ildə inşa olunmuşdur və bu müddət ərzində yaşayış evindən istifadə hüququna malik olan şəxslər həmin evdən göstərilən qaydada istifadə etmişlər. Arakəsmənin sökülməsini tələb etmək üçün iddiaçının subyektiv hüququ olmamaqla yanaşı, həmin tələbin təmin olunması tərəflər arasındakı münaqişəli vəziyyətin daha da dərinləşməsinə gətirib çıxara bilər. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını nəzərə alaraq haqlı olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prose ssual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 01 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar