Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7303/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və onun vəkili X2 iştirakları ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli 2(003)-56/2018 saylı(R.Həsənov) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabde h3 və Cavabdeh1 qarşı Cavabdeh3 ilə arasında Bakı şəhəri 7 saylı notariat kontorunda bağlanmış Xəzər rayonu *****************************saylı mənzilinə dair 08.12.2015-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin, həmçinin həmin müqavilədən sonra Cavabdeh3 qeyd edilən mənzili oğlu Cavabdeh1 bağışladığı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və sonuncu bağışlama müqaviləsindən sonra Cavabdeh1 adına qeydiyyatdan keçmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbi əsassız hesab edilərək rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-3984/2019 saylı, 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim:M.Məmmədov;(sədrlik edən), hakimlər X.Sarıyev və E.Şamayev) İddiaçı a pellyasiya şikayəti təmin edilməmiş,Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)56/2018 saylı iş üzrə 21 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla Cavabdeh3 arasında Bakı şəhəri, *************************************************** nömrəli mənzilinə (bundan sonra – mübahisəli mənzil) dair 08.12.2015-ci il tarixdə bağlanmış və Bakı Şəhəri 7 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsinin”, həmin müqavilə əsasında Cavabdeh3 qeyd olunan mənzili övladı, iş üzrə digər Cavabdeh1 bağışlamasına dair “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi, mübahisəli mənzilə dair Cavabdeh1 adına “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Xəzər Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh Cavabdeh3 vəfat etdiyindən, Cavabdeh1 mərhumun hüquqi varisi kimi tanınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə əvvəllər ************ qəsəbəsində qohumunun evində kirayədə yaşamışdır. Təxminən 15 il bundan qabaq Cavabdeh3 iddiaçıya və iddiaçının arvadına bildirmişdir ki, atası Şüvəlan qəsəbəsində özünə məxsus olan 614 saylı bağ evində yaşayır və ahıl olduğundan köməyə ehtiyacı vardır. Cavabdeh3 qızı onlara həmin evdə yaşayaraq atasına qulluq etməyi təklif etmiş və əvəzində atasına göstərdikləri qulluğa görə müəyyən haqq veriləcəyini bildirmişdir. Onlar ailədə məsləhətləşdikdən sonra təklifi qəbul etmiş və **************** qəsəbəsində Cavabdeh3 məxsus bağ evində yaşayaraq 15 il ərzində ona qulluq göstərmiş, lakin verilmiş vədlərə baxmayaraq onlara zəhmət haqqı ödənilməmişdir. Ödəniləcək haqların qarşılığında Cavabdeh3 03.12.2012-ci il tarixində “Alğı-satqı müqaviləsi” əsasında mübahisəli mənzili 25.12.2013-cü il tarixdə 7 saylı Xüsusi Notariat Kontorunda bağlanmış “Bağışlama müqaviləsi” əsasında iddiaçıya bağışlamışdır. Həmin “Bağışlama müqaviləsi” əsasında mübahisəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində” 07.01.2014-cü il tarixdə qeydiyyat aparılma qla iddiaçının adına “Reyestrdən Çıxarış” verilmişdir. Həmin mənzil yaşayış üçün yararsız vəziyyətdə olduğundan oranı təmir etmək üçün 8.400 manat məbləğində vəsait qoymuşdur. Eyni zamanda, ailəliklə Cavabdeh3 qulluq etməyə davam edərək “Bağışlama müqaviləsinin” mahiyyətindən irəli gələn vəzifələrini də layiqincə yerinə yetirmişlər. Həmin mənzilin bütün kommunal, vergi ödənişləri də iddiaçı tərəfindən ödənilmişdir. Lakin daha sonra Cavabdeh3 iddiaçını bağışladığı mənzilə dair “Bağışlama müqaviləsini” ləğv etməklə hədələyərək həmin mənzilə dair pul tələb etmiş, iddiaçı da bankdan kredit götürməklə Cavabdeh3 10.000 ABŞ dolları və 5.000 manat olmaqla ödənişlər etmişdir. Daha sonra, Cavabdeh3 təcili pul lazım olduğunu, artıq iddiaçıya məxsus olan mənzili ipoteka ilə yüklü etməklə bankdan kredi t götürməyini xahiş etmişdir. İddiaçı, uzun illər Cavabdeh3 qulluq etdiyi üçün ona qarşı yaranmış etibarına görə ona bağışlanmış evi kredit götürmək məqsədilə girov qoymağa razı olmuşdur. Lakin, iddiaçının ayrı-ayrı banklara olan borcuna görə həmin mənzili ipotekaya qoya bilməmişdir. Belə olanda Cavabdeh3 ona həmin mənzilə dair formal “Alğı-satqı müqaviləsi” bağlamaqla onun adına keçirməyi və onun tərəfindən ipotekaya qoymağı təklif etmiş və bildirmişdir ki, həmin evin ipotekaya qoyulması nəticəsində əldə edəcəyi 20.000 manatın 10.000 manatını ona verəcəkdir ki, o, öz kredit borcunu ödəyə bilsin. İddiaçı da, Cavabdeh3 etibar etdiyindən təklif ilə razılaşmış və 02.12.2015-ci il tarixdə 7 saylı Notariat Kontoruna gedərək heç bir ödəniş aparılmadan, yəni formal “Alğı-satqı müqaviləsini” imzal amışdır. Həmçinin Cavabdeh3 03.12.2015-ci il tarixdə 7 saylı Xüsusi Notariat Kontorunda vəsiyyətnamə verərək həmin “Alğı-satqı müqaviləsi” zamanı iddiaçının hüquqlarının pozulmamasının təminatı kimi mübahisəli mənzili vəsiyyətnamə əsasında iddiaçıya vəsiyyət etmişdir. Lakin Cavabdeh3 həmin evi girov qoya bilmədiyi üçün onlar yenə də 7 saylı Xüsusi Notariat Kontoruna gedərək 02.12.2015-ci il tarixli “Alğı-satqı müqaviləsini” ləğv etdirmişlər. Daha sonra, yenidən Cavabdeh3 iddiaçıya müraciət edərək qızının bankda mənzilin girov qoyulması məsələsini həll etdiyini, bankın girov qoyulmasına razılıq verildiyini bildirmiş və ona yenidən alğı-satqı yolu ilə həmin mənzili formal şəkildə onun adına keçirməyi təklif etmişdir. Onlar yenə də, 08.12.2015-ci il tarixdə 7 saylı Xüsusi Notariat Kontoruna g edərək formal şəkildə “Alğısatqı müqaviləsi” bağlamışlar. Lakin Cavabdeh3 iddiaçıya verdiyi vədə əməl etməyərək mənzili ipotekaya qoyub kredit götürməmiş, əvəzində aralarında formal bağlanan “Alğısatqı müqaviləsinə” əsaslanaraq iddiaçının özünə və ailəsinə qarşı “mənzildən istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılma barədə” iddia ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsi 11.01.2017-ci il tarixdə Cavabdeh3 iddiasını təmin edərək iddiaçının özünü və ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması barədə qətnamə qəbul etmişdir. Onlar qətnamə əsasında verilmiş Xəzər Rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında 11.04.2017-ci il tarixli qərarla həmin mənzildən qeydiyyatdan çıxarılsalar da, sonradan Cavabdeh3 oğlu Cavabdeh1 onların uzun illərdir ki, atasının qayğısına qaldıqlarını, bunun üçün onlara borclu olduqlarını və həmin borcun qarşılığında da atasının həmin mənzili onlara bağışladığını bildiyini demiş və əlavə etmişdir ki, həmin evə dair alğı-satqı müqaviləsi tezliklə təkrarən iddiaçının adına bağlanacaqdır. Lakin 02.11.2017-ci il tarixdə Xəzər Rayon İcra Şöbəsinin icraçısı iddiaçını Şöbəyə çağıraraq bildirmişdir ki, Xəzər Rayon Məhkəməsi 11.01.2017-ci il tarixli icra sənədinə əsasən 27.10.2017-ci il tarixdə Xəzər Rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir və həmin qətnamənin icrası ilə əlaqədar olaraq, onlar yaşadıqları və onlara məxsus olan mənzildən 10 gün müddətində çıxmalıdırlar. Artıq 02.11.2017-ci il tarixdə icra şöbəsində olarkən iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3 sonuncu form al “Alğı-satqı müqaviləsindən” istifadə edərək mübahisəli mənzili oğlu Cavabdeh1 bağışlamış, sonuncu da öz növbəsində həmin mənzilə dair hüquqlarını 07.03.2017-ci il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata aldırmışdır. Beləliklə də, Cavabdeh3 qanunsuz hərəkətləri və aldatması, eləcə də 7 saylı Xüsusi Notariat Kontorunun bu qanunsuzluğa şərait yaratması nəticəsində iddiaçı, öz mənzilindən məhrum olmuşdur. Cavabdeh3la arasında bağlanmış bütün alğı-satqı əməliyyatları formal şəkildə olmuş, həmin əməliyyatlar zamanı notariat hərəkətlərinin aparılması barədə qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, alğı-satqı əməliyyatları aparılan zaman həmin mənzildə qeydiyyatda olanların şifahi və ya yazılı formada razılıqları alınmamış, həmçinin həmin müqavilələrdə formal ol araq mənzilin dəyərinin nağd şəkildə ödənildiyi göstərilsə də, əslində isə heç bir ödəniş aparılmamışdır. Çünki alğı-satqı müqavilələrinin bağlanma məqsədi həmin əmlakın Cavabdeh3 tərəfindən ipotekaya qoyularaq əvəzində kredit məbləğinin əldə edilməsi olmuşdur. Aralarında bağlanmış həmin alğı-satqı əqdləri bütövlükdə etibarsız hesab olunmalıdır. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. İddiaçı, həmin əqdləri bağlayarkən ümid etmişdir ki, evin ipotekaya qoyulması nəticəsində Cavabdeh3 20.000 manat kredit götürəcək və götürdüyü kreditin 10.000 manatını ona verəcək, o da banka olan kredit borcunu ödəyəcək. Lakin bütün bu arzu etdiyi nəticələr baş verməmiş və nəticədə aldadılaraq öz mənzilinə olan hüquqlarını itirmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı mübahisə predmeti olan evdə kirayəçi kimi yaşamışdır. Atası evi iddiaçıya yaşamaq üçün verəndə təmir edib vermişdir. Ev iddiaçıya kirayəyə veriləndə atası notariusda iddiaçı onun qızının yoldaşı kimi təqdim edərək, evi ona bağışlamışdır. Bağışlama bu şərtlə olmuşdur ki, o, kirayə pul ödəyəcəkdir. İddiaçı 10 il həmin evdə qalmış, lakin kirayə pulu ödəməmişdir. İddiaçı pulu vermədiyindən atası evi ondan geri tələb etmişdir. Atası bağışlama müqaviləsini ləğv etdirmək istəyəndə notarius bildirmişdir ki, bağışlama müq aviləsini ləğv etdirmək mümkün deyildir. Ona görə də, atası alqı-satqı yolu ilə evi iddiaçıdan geri almış və iddiaçıa heç bir məbləğdə pul verməmişdir. Bundan sonra iddiaçı atasına bildirmişdir ki, bankdan 10000 ABŞ dolları məbləğində kredit götürəcək və evin pulunu verəcəkdir. Atasını bu formada razı salaraq, onunla alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra iddiaçı yenə pul vermədiyindən atası ikinci dəfə alqı-satqı müqaviləsi ilə evi geri almışdır. Daha sonra iddiaçı özü xahiş etmişdir ki, evi ipotekaya qoyaraq pul götürsün və versin, lakin atasına aydın olmuşdur ki, iddiaçı onu aldadır. Bu barədə bacısının xəbəri olanda, bacısı atasını ********** qəsəbəsində yaşadığı öz evinə aparmışdır. Bundan sonra bacısının təkidi ilə atası evdən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdi r. Məhkəmə iddiaçı və onun ailə üzvlərinin evdən çıxarılması barədə qərar qəbul etmişdir. Sonra iddiaçı onunla əlaqə saxlayaraq bildirmişdir ki, onları evdən çıxardırlar. Həmin zaman, atası ilə bacısının arasında mübahisə olduğundan o, atasını öz evinə gətirib saxlamışdır. Bundan sonra, o, iddiaçın həyat yoldaşı ilə əlaqə saxlayaraq bildirmişdir ki, onlar gəlib atasına baxmaq şərti ilə evdə qala bilərlər. Atası isə evlə bağlı gələcəkdə heç bir mübahisə olmamağı üçün evi onun adına keçirmişdir. Hesab edir ki, mübahisəli evin alqı-satqısı və bağışlanması ilə bağlı bütün hərəkətlər qanun çərçivəsində həyata keçirilmişdir və heç bir qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətində Bakı Apellyasiya məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbi pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməyərək əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı İddiaçı və onun vəkili X5 kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh1 Mülki Pro sessual məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, 3-cü şəxs Bakı şəhər 7 saylı notariat kontoru heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən 3-cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinəəsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunmasıədalətli məhkəmə araşdırılması hüququnun pozulması na dəlalət etməklə mübahisə iləəlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 25.12.2013-cü il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsindən” görünür ki, Cavabdeh3 özünə məxsus olmuş (mübahisəli) mənzili iddiaçıya bağışlamışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Departamenti tərəfindən verilmiş 03.01.2014-cü il tarixli arayışdan və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli, 07.01.2014-cü il tarixli “Çıxarışdan” görünür ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olan əmlak kimi reyestrdə qeydə alınmışdır. -0 4.12.2015-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinin ləğvi barədə müqavilədən” görünür ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 25.12.2013-cü il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi” müqavilə tərəflərinin razılaşması əsasında ləğv edilmişdir. Cavabdeh3 iddiaçıya 5.000 manat məbləğində pulu nağd qaytarmışdır. -03.12.2015-ci il tarixli “Vəsiyyətnamədən” görünür ki, Cavabdeh3 mübahisəli mənzili İddiaçı vəsiyyət etmişdir. -08.12.2015-ci il tarixli AN-İ seriyalı ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, iddiaçı mübahisəli mənzili Cavabdeh3 satmışdır. -Xəzər Rayon Məhkəməsinin 11.01.2017-ci il tarixli 2(003)-20/2017-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh3 iddiası təmin edilmiş, (hazırki iş üzrə iddiaçı) İddiaçı və onu n arvadı X1 və övladı X3 mübahisəli mənzildən çıxarılmaları, mənzilin boşaldılması qət edilmişdir. İşdə olan sənədlərdən və iddiaçının özünün məhkəmələrə bildirdiklərindən müəyyən edilir ki, mübahisəli mənzil Cavabdeh3 mülkiyyətinə keçdikdən sonra o, mənzili övladı, iş üzrə digər Cavabdeh1 bağışlamış bununla əlaqədar olaraq “Bağışlama müqaviləsi” bağlanmış və mənzilə dair Cavabdeh1 adına “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” müvafiq “Çıxarış” verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 04.10.2017-ci il tarixdə ******* nömrə altında verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, iddiaçı 21.08.2015-ci il tarixdən mübahisəli mənzildə qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X8, X4, X6, X7 və Cavabde h3dur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə, Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məq sədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddələrinin mənasına görə, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsinin iclasında sübutetmə yükü üzərinə düşən iddiaçı, öz iddiasının əsaslılığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksinə, apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı özünün həqiqi iradəsini ifadə edərək 08.12.2015-ci il tarixdə mübahisəli mənzili Cavabdeh3 satmış, həmin müqavilənin aldatma yolu ilə bağlanması, yaxud uydurma əqd olması öz təsdiqini tapmamışdır. Apelyasiya instansiya məhkəməsi, iddiaçının 08.12.2015-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” bağlanarkən notariat hərəkətlərinin aparılmasının qaydalarının pozulması, mənzildə qeydiyyatda olan şəxslərin şifahi və ya yazılı razılığı alınmadan bağlanması barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçıya bağışlama müqaviləsi əsasında əvəzsiz olaraq keçdiyi üçün mənzil onun ailə üzvləri ilə ümumi mülkiyyəti hesab edilmir. “Notari at haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdləri təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıd ır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alğı-satqı müqaviləsinin notariat qa ydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmamasının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə tərəflərdən başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Yuxarıda göstərilən qanunvericilik normaları ilə müəyyən edilir ki, iddianın “iddiaçı ilə Cavabdeh3 arasında mübahisəli mənzilə dair 08.12.2015-ci il tarixdə bağlanmış “Alğısatqı müqaviləsinin” etibarsız hesab edi lməsi barədə” hissəsi əsassızdır.Qeyd edilən iddia tələbi əsassız hesab edildiyindən apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, həmin tələbdən törəmə olan digər tələblər, yəni “cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi və mübahisəli mənzilə dair Cavabdeh1 adına “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi barədə” hissəsinin təmin edilməsinin hüquqi əsası yoxdur. Belə olan halda bu tələblər də, əsaslı hesab edilə bilməz. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını nəzərə alaraq haqlı olaraq nəticəyə gəlmişdir ki, Xəzər Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin h allarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunma malıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 26 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7303/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7303/2019
09.12.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver