Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7305/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli 2(103)4477/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli qərardadı ilə (hakimlər: R.Ə.Eyvazov, Z.Ə.Əliyev və F.Ş.Talışinski) həmin məhkəmənin 23 aprel 2019-cu il tarixli, 2(103)-4477/2019 saylı qət naməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması qərara alınmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. İşin halları: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsindən kassas iya şikayəti vermişdir. Kassasiya şikayəti ilə bağlı yuxarıda qeyd olunan məhkəmə qərardadı qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qərardadın ləğv edilməsi və kassasiya şikayətinə baxılmasını xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş materiallarından müəyyən olunur ki, Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmiş, halbuki yuxarıda qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 aprel 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərə findən baxılmış və müvafiq qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 407-ci maddəsinə görə kassasiya şikayətində digər məlumatlarla yanaşı eyni zamanda şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix göstərilməlidir. Göstərilən Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa, geri qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407‐ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407‐ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olun muş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qərardad iş materiallarına və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 17 iyul 2019cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7305/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7305/2019
27.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver