Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-731/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Müabriz qızının katibliyi ilə, Cavabdehlər x və X3 vəkili Məmmədova Nərminə Rəşid qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-769/2019 nömrəli qətnaməsindən cavabdehlər X7 və x kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 cavabdeh X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə hüququ üzrə xx x xxxxx 1999-cu il tarixli 21948 saylı müqaviləyə əsasən İddiaçı2 icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsindən ibarət olan 334 saylı bağ sahəsinin cavabdeh X1suz ifadəsindən alınıb ona qaytarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(008)-10030/2016 saylı qətnaməsi ilə (hakim E.C.Kazımov) iddia təmin edilmişdir. Cavabdeh X16 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(103)-3525/2017 saylı qətnaməsi ilə (hakimlər İ.Ş.Vəliyev, X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iddia t əmin edilməmişdir. İddiaçı2 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(102)-6/2018 saylı qərarı ilə (hakimlər X9, X5 və X10)kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(103)-3525/2017 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya baxışı zamanı cavabdeh X16 əsl cavabdeh olan X7 ilə əvəz olunmuş, həmçinin X12 əlavə cavabdeh kimi cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-769/2019 nömrəli qətnaməsi ilə (hakimlər X4, X2 və X17) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10030/2016 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2016cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Hatice Karadağa məxsus Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 332 “a” saylı bağ sahəsinin (2000-ci ildə tərtib olunmuş sxemlərdə isə həm 332 saylı, həm də 332 “a” saylı bağ sahələrinin) aşağı hissəsində olan hasardan 332 saylı bağ sahəsinə istiqamətdə 11,67 metr ölçməklə torpaq sahəsi ayrılması və iddiaçıya verilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-769/2019 nömrəli qətnaməsindən cavabdehlər X7 və Karadağ Lalə Sübhi qızı kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər X7 və Karadağ Lalə Sübhi qızı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının xx.xx.2019-cu il tarixli, 2(103)-769/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə cavabdhelər tərəfindən 334 syalı bağ sahəsinin əsassız olaraq zəbt edildiyi nəticəsinə gəlsə də, bu nəticəyə gələrkən heç bir maddi hüquq normasına istinad etməmişdir. Bundan əlavə, iddiaçının hazıkrı iş üzrə subyektiv hüququ yoxdur. Belə ki, iddiaçının mübahisə etdiyi torpaqdan istifadə hüququ xx.xx.1999-cu il tarixli icarə müqaviləsi ilə yaranmış, həmin müqavilənin müddəti 10 il olmuş, xx.xx.2009-cu il tarixdə bitmiş, həmin müddətdən sonra müqavilənin müddətinin uzaıdlmasına və ya iddiaçı tərəfindən həmin torpaq sahəsinin istifadə edilməsinə dair süb utlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, torpaq dövlətin mülkiyyətində olmasına baxmayaraq məhkəmə torpaq üzərində nəzarəti həyata keçirən dövlət orqanını işə cəlb etməmişdir. Bundan əlavə, iddia 332 saylı bağın sahibi olmuş Karadağ Zafər İsmayıl oğluna qarşı qaldırılmış, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş, lakin işə baxan apellyasiya instansiya məhkəməsi cavabdeh Karadağ Zafər İsmayıl oğlunu 332 saylı bağın əsl sahibi Hatice Karadağla əvəz edir, lakin iddianın təmin edilməsi haqqında qərar qəbul edərkən Hatice Karadağın mülkiyyətində 332a saylı bağ sahəsi olmadığı halda (332a saylı bağın mülkiyyətçisi Karadağ Lalə Sübhi qızıdır) qətnamənin qət etdi hissəsində Hatice Karadağa məxsus Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 332 “a” sayl ı bağ sahəsinin (2000-ci ildə tərtib olunmuş sxemlərdə isə həm 332 saylı, həm də 332 “a” saylı bağ sahələrinin) aşağı hissəsində olan hasardan 332 saylı bağ sahəsinə istiqamətdə 11,67 metr ölçməklə torpaq sahəsi ayrılması və iddiaçıya verilməsi qət etmiş, bununla da iddianın əsl olmayan cavabdehə qarşı qaldırılması əsası ilə iş üzrə icraata xitam verməli olduğu halda, icrası mümkün olmayan qətnamə qəbul etmişdir. Bundan əlavə, məhkəmə şəxsi mülahizələri əsasında 2000 və 2016-cı illərdə 332 və 332a saylı bağ sahələrinə dair tərtib edilmiş bğlgü sxemlərində göstərilən ölçülərə düzgün isitnad etmədən apardığı hesablamalar əsasında səhv nəticəyə gəlmişdir. Bundna əlavə, məhkəmə qəbul etdiyi qətnamə ilə Karadağ Lalə Sübhi qızının sahiblik və istəfadə hüquqlarını pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehlər Karadağ Lalə Sübhi qızının və X3 vəkili Məmmədova Nərminə Rəşid qızı kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi xx.xx. 2019-cu il tarixli qətnamə ilə iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10030/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsini ləğv edib, iddianı qismən təmin edib, Hatice Karadağa məxsus Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 332 “a” saylı bağ sahəsinin (2000-ci ildə tərtib olunmuş sxemlərdə isə həm 332 saylı, həm də 332 “a” saylı bağ sahələrinin) aşağı hissəsində olan hasardan 332 saylı bağ sahəsinə istiqamətdə 11,67 metr ölçməklə torpaq sahəsi ayrılması və iddiaçıya verilməsi qət edib, qalan hissədə iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Bakı şəhəri, Maştağa qəsəbəsi, 0,09 ha torpa q sahəsində yerləşən 334 saylı bağ torpaq sahəsi xx xxxxxx 1999-cu il tarixli, 21948 saylı bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı2 icarəsində, 0,12 ha torpaq sahəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 97,79 kv.metr, yaşayış sahəsi 21,48 kv.metr, köməkçi sahəsi 49,51 kv.metr olan 332 saylı bağ torpaq sahəsi İddiaçı1 mülkiyyətində, 0,12 ha torpaq sahəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 55,50 kv.metr, yaşayış sahəsi 20,0 kv.metr, köməkçi sahəsi 26,0 kv.metr olan 332 “a” saylı bağ torpaq sahəsi Fuad Rəhimovun mülkiyyətində olmuşdur. xx xxxxxx 2000-ci il tarixli notarial qaydada bağlanmış alqısatqı müqavilələrinə əsasən İddiaçı1 mülkiyyətində olan 332 saylı bağ torpaq sahəsini Zafer Karadağa, Fuad Rəhimov isə mülkiyyətində olan 332 “a” saylı bağ torpaq sahəsini onun arvadı Lale Karadağa satmışdır. xx xxxxxx 2001-ci il tarixli qeydiyyat vəsiqələrinə əsasən 332 saylı bağ torpaq sahəsi mülkiyyət hüququ üzrə Zafer Karadağın, 332 “a” saylı bağ torpaq sahəsi isə mülkiyyət hüququ üzrə Lale Karadağın adlarına qeydə alınmışdır. X14 mülkiyyətində olan 332 saylı bağ torpaq sahəsini bağışlama müqaviləsinə əsasən qızı Hatice Karadağa bağışlamış və xx xxxx 2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən 332 saylı bağ torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır. Həmin çıxarışda 332 saylı bağ evinin ümumi sahəsinin 70,99 kv.metr, evin yerləşdiyi torpaq sahəsinin isə dövlətin mülkiyyətində, Hatice Karadağın istifadəsində olmaqla 0,01 ha olduğu qeydə edilmişdir. İddiaçı xx xxxxxx 1999-cu il tarixli 21948 saylı bağın icarəyə v erilməsi haqqında müqaviləyə əsaslanaraq hazırkı iddianı irəli sürmüşdür. Cavabdehlər iddiaya etiraz edir. Apellyasiya instansiyası məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 165-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 165-ci maddəsinə istinad edərək hesab etmişdir ki, hazırkı işdə də həmin şərtlər mövcuddur. Belə ki, iddia çının iddia etdiyi 334 saylı bağ sahəsi ilə cavabdehlərə məxsus 332 və 332 “a” saylı bağ sahələrinin faktiki və sənəd üzrə üst-üstə düşüb-düşməməsinin aydınlaşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2018-ci il tarixli 15017 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********61 saylı xx.xx.2018-ci il tarixli məktubu ilə təqdim olunmuş Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi A.Nəbizadə tərəfindən imzalanmış mütəxəssis rəyində konkret olaraq məlumat olmadığından bu suallar üzrə tədqiqat aparılmadı. ƏMDK yanında Daşın maz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********61 saylı xx.xx.2018-ci il tarixli məktubu ilə təqdim olunmuş Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi A.Nəbizadə tərəfindən imzalanmış mütəxəssis rəyinə əsasən, cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 332 saylı bağ evinə aid torpaq sahəsi (reyestr nömrəsi **********04-11301) və cavabdeh X6 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 332A saylı (reyestr nömrəsi **********98) bağ sahəsinə aid torpaq sahəsinin faktiki ölçüləri (naturada istifadə vəziyyətinə uyğun olaraq) mülki iş materiallarının 34-cü səhifəsinə əlavə edilmiş bölgü sxemində göstərilən ölçülərlə üst-üstə düşür. Lakin məhkəmənin qərardadında qoyulmuş və mülki mübah isənin bilavasitə müqəddəratını həll edən suallara ekspert tərəfindən tam cavab verilməmiş və cavab verilməmə əsası kimi sənədlərin təqdim edilməməsi göstərilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 2059 saylı rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi Azər Nəbizadənin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, mülki iş materiallarına koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə 332 və 332A saylı bağ sahələrinin ilkin torpaqayırma sə nədi (plan-ölçü sənədi) əlavə edilməməsi səbəbindən sualı cavablandırmaq mümkün olmamışdır. Cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 332 saylı bağ evinə aid torpaq sahəsi (reyestr nömrəsi **********04-11301) və cavabdeh X6 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 332A saylı (reyestr nömrəsi **********98) bağ sahəsinə aid torpaq sahəsinin faktiki ölçüləri (naturada istifadə vəziyyətinə uyğun olaraq) mülki iş materiallarının 34-cü səhifəsinə əlavə edilmiş bölgü sxemində göstərilən ölçülərlə üst-üstə düşür. Mülki iş materiallarına İddiaçı2 adına olan 0,09 hektar (334 saylı bağ sahəsinin) torpaq sahəsinin koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə ilkin torpaqayırma sxemi (cizgi planı) əlavə edilməməsi səbəbindən sözügedən torpaq sahəsinin harada yerləşməsini və hansı torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin mülki iş materiallarına koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə 332 və 332A saylı bağ sahələrinin ilkin torpaqayırma sənədi (plan-ölçü sənədi) əlavə edilməməsi səbəbindən digər sualları cavablandırmaq mümkün olmamışdır. Göründüyü kimi iş üzrə iki dəfə məhkəmə ekspertizası təyin edilsə də, ekspertlər mübahisəli torpaq sahələrinin koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçülərini təsdiq edən sənədlərin iş materiallarına əlavə edilməməsi səbəbini göstərməklə sualları cavablandırmamışlar və mübahisənin düzgün həlli üçün lazımi informasiya m əhkəməyə verməmişlər. Bununla bağlı məhkəmə kollegiya qeyd etmişdir ki, hər iki ekspertiza təyin olunan zaman ekspertlər qarşısında mübahisəli torpaq sahələrinin məhz koordinatlara uyğun olaraq rəy verilməsi ilə bağlı suallar qoyulmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahələrinin koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçüləri olmadan da məhz iş materiallarında olan sənədlər əsasında mübahisə üzrə nəticəyə gəlmək mümkündür. Belə ki, mübahisəli torpaq sahələrinə dair aparılmış ilkin və sonrakı qeydiyyatlara əsas olan bütün sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə sorğu göndərilmiş və sonuncu tərəfindən bölgü sxemləri və digər sənədlər məhkəməyə təqdim edilmişdir. Mülki işin 229 və 237-ci vərəqələrində olan 2000-ci ildə tərtib olunmuş torpaq sahələrinin sxemlərinə əsasən aşağıdakılar müəyyən olunur: - Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən ümumi sahələri ayrı-ayrılıqda 0,12 ha təşkil edən 332 və 332 “a” saylı bağ sahələrinin hər birinin ümumi uzunluğu cəmi 82 metr, eni isə 15-16 metr təşkil edir; - 332 saylı bağ sahəsinin yuxarı sol hissəsində “A” tikilisi, sağ tərəfdə qonşu bağ sahəsi kimi 332 “a” saylı, sol tərəfdə 331, 336, 335 saylı və aşağı tərəfdə 334 saylı bağ sahələri yerləşir; - 332 “a” saylı bağ sahəsinin yuxarı sağ hissəsində “A” tikilisi, sağ tərəfdə qonşu bağ sahəsi kimi 333 saylı, sol tərəfdə 332 saylı və aşağı tərəfdə 334 saylı bağ sahələri yerləşir. Mülki işin 224-ci vərəqəsində olan 2016-cı ildə tərtib olunmuş bölgü sxemindən isə müəyyən olunur ki, 332 saylı bağ sahəsinin mülkiyyətçisi Hatice Karadağ ilə 332A saylı bağın mülkiyyətçisi Lale Karadağ arasında Bakı şəhəri, Maştağa qəsəbəsi, 332 və 332 “a” saylı bağların torpaq sahələrinin bölgüsü həyata keçirilmişdir. Həmin bölgü sxeminə əsasən aşağıdakılar müəyyən olunur: - 332 və 332 “a” saylı bağlı sahələrinin hər birinin ölçüsü 0,1381 ha təşkil edir; - 332 saylı bağ sahəsinin uzunluğu 50,44 metr, eni 28-30 metr təşkil edir; - 332 saylı bağ sahəsini yuxarı sol hissəsində “A” tikilisi, sağ tərəfdə qonşu bağ sahəsi kimi 333 saylı, sol tərəfdə 331 saylı və aşağı tərəfdə 332 “a” saylı bağ sahələri yerləşir; - 332 “a” saylı bağ sahəsinin uzunl uğu 43,23 metr, eni 30-32 metr təşkil edir; - 332 “a” saylı bağ sahəsinin yuxarı tərəfində qonşu bağ sahəsi kimi 332 saylı bağ sahəsi və aşağı tərəfində yol yerləşir. Apellyasiya instansiyası məhkəməsi istinad edilən sənədlərə əsasən hesab etmişdir ki, mübahisəli bağ sahələrinə dair ilkin tərtib olunmuş sxemlə sonradan cavabdehlər arasında tərtib olunmuş bölgü sxemi arasında bağların ümumi sahələrinə dair ciddi fərqlər mövcuddur. Yəni bağ sahələrinin ilkin sxemi ilə müqayisədə torpaq sahələrinin ümumi uzunluğu 11,67 metr artmışdır (50,44 + 43,23 = 93,67 – 82 = 11,67). Lakin həmin artıma dair cavabdehlərin hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Həmçinin ilkin sənədlərdə, yəni 332 saylı bağ sahəsinin uzun müddətli icarəyə verilməsinə dair xx xxxx 1990-cı il tarixli müqaviləd ə və 332 “a” saylı bağ sahəsinin uzun müddətli icarəyə verilməsinə dair xx xxxxxx 1998-ci il tarixli müqavilədə, habelə həmin bağ sahələrinə dair 2000-ci ildə tərtib olunmuş sxemlərdə bağ sahələrinin ölçüsü 0,12 ha göstərilmişdir. 2016-cı ildə cavabdehlər arasında tərtib olunmuş bölgü sxemində isə həm 332 saylı, həm də 332 “a” saylı bağ sahəsinin ölçüsü 0,1381 ha göstərilmişdir. Halbuki həmin artıma dair də hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Eyni zamanda 2000-ci ildə tərtib olunmuş torpaq sahələrinin sxemlərində həm 332 saylı, həm də 332 “a” saylı bağ sahəsinin aşağı hissəsində qonşu bağ sahəsi kimi 334 saylı bağ sahəsi göstərildiyi halda, 2016-cı ildə cavabdehlər arasında tərtib olunmuş bölgü sxemində 334 saylı bağ sahəsi göstərilməmiş və 332 “a” saylı bağ sahəsinin aşağı hissəsində yol olduğu qeyd olunmuşdur. Kollegiya qeyd etmişdir ki, göstərilən hallar məhkəmə kollegiyasının ekspertin iştirakı ilə mübahisəli torpaq sahələrinə baxışı zamanı da müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən apellyasiya instanisyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehlər iddiaçıya məxsus 334 saylı bağ sahəsinin bir hissəsini əsassız olaraq zəbt etmişlər. Ona görə də kollegiya hesab etmişdir ki, iddia qismən təmin edilməli və Hatice Karadağa məxsus 332 “a” saylı bağ sahəsinin (2000-ci ildə tərtib olunmuş sxemlərdə isə həm 332 saylı, həm də 332 “a” saylı bağ sahələrinin) aşağı hissəsində olan hasardan 332 saylı bağ sahəsinə istiqamətdə 11,67 metr ölçməklə torpaq sahəsi ayrılmalı və iddiaçıya verilməlidir. Kassasiya kollegiyası aşağı instansiya məhkəməsinin qətnam əsini müəyyən edilmiş işin faktiki hallarına müdaxilə etmədən maddi və prosessual hüquq normalarının tələblərinə cavab verib-verməməsi baxımından tədqiq edərək, belə qənaətə gəlir ki, qətnamə işin nəticəsinə təsir edəcək maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunazidd olduğundan ləğv edilməli və yeni apellyasiya baxışına göndərilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüququ mövqeyə əsasən məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iddia tələbi əmlaka dair sahibliyin müdafiəsi, yəni iddiaçının qanuni sahibliyində olan torpaq sahəsinin cavabdehin qanusnuz sahibliyindən geri alınmasından ibarətdir. Bu baxımdan apellyasi ya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 165-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. İstinad edilən maddənin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi üçün aşağıda qeyd edilən müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1.İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni əmlaka münasibətdə sahiblik hüququ olmalıdır. 2.İddiaç ı öz əmlakına faktiki sahiblikdən məhrum olmalıdır; 3.İddiaçının sahibliyindən çıxmış əmlak digər şəxsin qanunsuz sahibliyində olmalıdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 165-ci maddəsinə istinad edərək hesab etmişdir ki, yuxarıda istinad edilən şərtlərin hamısı hazırkı işdə mövcuddur. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin işdə sadalanan birinci iki şərtin mövcudluğuna dair qənaəti ilə razılaşsa da, üçüncü şərtin, yəni tələb edilən torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddia edilən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsindən ibarət halın xüsusi bilik tələb edən hal olmasına baxmayaraq, öz mülahizəsində əsasən və iş üzrə keçirilmiş mütəxəssis rəyi ilə ziddiyyət təşkil edən arxiv sənədlər əsasında, habelə bu ziddiyyətlərə qiymət vermədən müəyyən etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən ed ilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələkən nəzərə almamışdır ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2017-ci il tarixli (i.v. 123) məktubu ilə verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, boşaldılması tələb edilən torpaq sahəsi naturada 891 kvmetr təşkil etməklə elektron baza məlumatlarına əsasən (**********98 reyestr nömrəsi) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Karadağ Lalə Sübhi qızının adına (0,12 ha) 332 A saylı bağ sahəsi kimi rəsmiləşdirilmişdir. Eyni zamanda rəydə istinad edilən **********98 reyestr nömrəsinin K aradağ Lalə Sübhi qızının adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışda (i.v.221) və ona əlavə edilmiş torpaq sahəsinin plan sxemində (i.v.222) əks olunmuş 0,12 ha torpaq sahəsinə aid olduğu nəzərə alınmamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin cavabdeh Karadağ Lalənin qanuni sahibliyində olmasına dair mütəxəssis rəyi ilə işdə olan iddiaçının torpaq sahəsinə dair arxiv sənədləri arasındakı ziddiyyəti aradan qaldırmadan iş üzrə yekun nəticəyə gəlməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Halbuki, N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 200 6-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarına əsasən məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı yuxarıda qeyd edilən halların araşdırılması işin faktiki halları ilə bağlı işdə oan sübutlar arasında mövc ud ziddiyyətlərə qiymətin verilməsi zərurəti olduğundan, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 -ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Mübahisəli torpaq sahəsinin iddiaçıya məxsusluğuna dair apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi arxiv sənədlərinə qiymət verilən zaman məhkəmə həmin sənədlərin mübahisəli sahənin cavabdeh Karadağ Lalənin qanuni sahibliyində olmasına dair reyestrdə aparılmış qeyddən və ona əlavəı edilmiş plan-sxemin tərtibindən əvvəl və yaxud sonrakı dövrə təsadüf etdiyi araşdırılmalıdır. Həmin sahənin cavabdeh tərəfin qanuni sahibliyində olmasının onların adına verilmiş reyestrdən çıxarışla təsdiq edildiyi vizyyətdə isə, qeydin aparılmasına əsas olmuş haldan asılı olaraq onun həqiqiliyinin mülki və yaxud inzibati icraat qaydasında mübahisələndirilmədən hazırki iddianın təmin edilməsinin mümkünsüz olduğu nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respub likası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər X7 və Karadağ Lalə Sübhi qızının kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)769/2019 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-731/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-731/2020
03.02.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver