Məhkəmə qərarları › İş №2(102)-731/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-731/2021

29.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-731/2021 29.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə mülkiyyət hüquqların bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)1059/2020 nömrəli q ətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1ndə yerləşən 2,41 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi JN-0228, KOD 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətinə verilmişdir. ünvan 1ndə yerləşən 1,11 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi JN-0057, KOD 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh, X2, X1 mülkiyyətinə verilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Da şınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli **********84 saylı məktubuna əlavə edilmiş Şəki LTİ-nin mühəndisi xxx tərəfindən imzalanmış mütəxəssis rəyinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məxsus Torpağa Mülkiyyət hüququna dair JN-0228, KOD 40109018 olan Dövlət Aktında göstərilən 228 planşetdə olan 9024,23 kv.m pay torpaq sahəsinin naturada ölçülərini müəyyən etmək mümkün olmamışdır. Həmin ərazidə vətəndaşların faktiki istifadə vəziyyəti ilə Kompleks Yerquruluşu layihələrində göstərilən ölçülər arasında fərqlər olduğundan, həmin torpaq sahəsi hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. ünvan 1ndə yerləşən Torpağa Mülkiyyət hüququna dair JN-0228, KOD-40109018 olan Dövlət Aktında göstərilən 228 planşetdə olan 9024,23 kv. m. pay torpaq sahəsi Kompleks Yerquruluşu sənədlərinə əsasən iddiaçılara məxsusdur. Həmin ərazidə vətəndaşlar öz torpaqlarını Kompleks Yerquruluşu layihələrində Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən ölçülərlə deyil, tam fərqli ölçülərlə istifadə edirlər. Bu səbəbdən JN-0228 saylı Dövlət Aktında göstərilən 228 planşetdə olan 9024,23 kv.m pay torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək olmamışdır. İş üzrə keçirilmiş əlavə məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası X5 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, “xxxx” MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyində göstərilənlər nəzərə alınaraq, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində ola n Torpağa mülkiyyət hüququna dair JN-0228, KOD 40109018 olan Dövlət Aktında göstərilən 228 planşetdəki koordinatlar ilə onların naturada faktiki istifadə etdiyi pay torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğundan, iddiaçıların mülkiyyətinə verilmiş pay torpaq sahəsinin faktiki yerində mövcud olub-olmamasını, həmin torpaq sahəsinin Cavabdeh və onun ailə üzvlərinə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0057, KOD 40109018 Dövlət Aktında göstərilən koordinatlarla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X5 Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli mütəxəssi s rəyinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məxsus ünvan 1ndə yerləşən JN-0228, KOD 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 228 planşetdə olan 9024,23 kv.m torpaq sahəsinin naturada ölçüləri 9000 kv.m-dir. Bundan 8700 kv.m hissəsi çoxillik əkmələr, 300 kv.m hissəsi isə başqa mülkiyyətçilərin istifadəsində olan torpaq sahəsinə düşür. Həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. ünvan 1ndə yerləşən JN-0228, KOD 40109018 nömrəli torpaq mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 228 saylı planşetdə olan 9024,23 kv.m torpaq sahəsinin 8700 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İkinci apellyasiya baxışı zamanı mübahisə predmeti olan torpaq sahəsinə yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ünvan 1ndə yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qabaq hissəsi dəmir torla hasara alınmışdır. Böyürləri isə taxta çəpər hasara alınmış, içərisi yarısı boş sahədir, yarısında isə fındıq bağı salınmışdır. Hal-hazırda sözügedən yerdən Cavabdeh istifadə edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 2002-ci il t arixli 01 saylı qərarı ilə iddiaçılara 2,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və buna dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN-228, KOD 40109018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,90 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. İddiaçılar cavabdehdən həmin torpaq sahəsini boşaltmasını təklif etsələr də, sonuncu bundan qəti şəkildə imtina etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-985/2018 nömrəli qətnaməsi ilə (hakim H.Q.Səlimov) iddia təmin edilmiş, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini mübahisə predmeti olan 0,90 ha torpaq sahəsinin iddiaçıların mülkiyyətində olması, cavabdehin həmin torpaq sahəsinə heç bir hüququnun olmadığı halda, ondan istifadə etməsi, bunun nəticəsində iddiaçıların mülkiyyətlərində olan torpaqdan istifadə edə bilməmələri və mülkiyyət hüquqlarının pozulması ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apelyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-985/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-109/2019 nömrəli qətnaməsi ilə (hakim E.Ş.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudovdan və V.İ.Məlikovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-985/2018 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı ünvan 1 yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müba hisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə vətəndaşların faktiki istifadə vəziyyəti ilə Kompleks Yerquruluşu layihələrində göstərilən ölçülər arasında fərqlər olduğundan, həmin torpaq sahəsi onun hüquq müəyyənedici sənədinə uyğun olmadığından, İddiaçı1 və onun ailə üzvlərinə məxsus Torpağa Mülkiyyət hüququna dair JN-0228, KOD 40109018 olan Dövlət Aktında göstərilən 228 planşetdə olan 9024,23 kv.m pay torpaq sahəsinin naturada ölçülərini müəyyən etmək mümkün deyil, həmin Dövlət Aktında göstərilən 228 planşetdəki koordinatlar ilə onların naturada faktiki istifadə etdiyi pay torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğundan, iddiaçıların mülkiyyətinə verilmiş pay torpaq sahəsinin faktiki yerində mövcud olub-olmamasını, həmin torpaq sahəsinin Cavabdeh və onun ailə üzvl ərinə verilmiş Torpağa mülkiyyət hüququna dair JN 00xx xxx 40109018 Dövlət Aktında göstərilən koordinatlarla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(107)-109/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-603/2020 nömrəli qərarı ilə (hakim V.Ə.İbayevin sədrliyi və məruzəsi ilə, hakimlər A.K.Kalbaliyevdən və Ə.Ə.Əliyevdən ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-109/2019 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə heç bir maddi hüquq normasını tətbiq etmədən iddia tələbini rədd etməklə Azərbaycan Respublikası MPM-nin 392.1.5-ci maddəsinin tələbini pozmuşdur. Həmçinin iddiaçı və ailə üzvlərinə 2,41 ha torpaq sahəsi verilmiş və o, bu barədə JN-0228; KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına malikdir. İddiaçı ona verilmiş 0,90 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini iddia etdiyi təqdirdə məhkəmənin vəzifəsi ona məxsus olan torpaq sahəsinin yerinin və həmin torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunubolunmamasını müəyyən etmək olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş ekspertiza onun qarşısına qoyulan suallara tam və ətraflı cavab verməmiş, bu da mübahisənin həll edilməməsi ilə nəticələnmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-1059/2020 nömrəli qətnaməsi ilə (hakim A.M.Eyvazovun sədrliyi və məruzəsində, hakimlər R.Ə.Əliyevdan və İ.H.Şükürovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı ünvan 1ndə yerləşən 0,90 ha k ənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, onların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinin 0,03 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsi və ləğv edilmiş hissə üzrə yeni qətnamə çıxarılaraq, Cavabdeh ünvan 1 yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,87 ha hissəsindən çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 238.1, 238.3-cü, Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələri ilə əsaslandırmışdır. Kassas iya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-1059/2020 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, iş üzrə alınmış mütəxəssis rəyi əsassız olmuş, təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı1 kassasiya şikayətinə yazılı etiraz verərək, id diaçıların torpaq sahəsinə dövlət aktının olmasını əsas gətirməklə, şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəf indən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanunil iyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qe yd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcə llədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi on da şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur.... Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu maddə lərinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqla r müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İlk olaraq qeyd olunmalıdır ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində ünvan 1ndə 2,41 ha, cavabdehə və ailə üzvlərinin mülkiyyətində isə həmin kənddə 1,11 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahələrinin olması işin mübahisəsiz hallarıdır. İddiaya görə iddiaçıların mülkiyyətində olan torpağın 0,90 ha hissəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. İddiaya cavabdehin etirazının mahiyyəti isə ondan ibarətdir ki, o, mülkiyyətində olan torpaq sahəsindən istifadə edir, iddiaçıların sahəsini zəbt etməmişdir. Birinci apellyasiya baxışı zamanı iş üzrə ilkin və əlavə məhkəmə-mühəndis ekspertizaları keçirilmiş və ekspert rəyləri iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin faktiki yerində mövcud olub-olmamasını, həmin torpaq sahəsinin cavabdehə və ailə üzvlərinə verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən koordinatlarla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya ins tansiya məhkəməsi birinci apellyasiya icraatının nəticəsində məhz həmin rəylərə istinad edərək qətnamə qəbul etmişdir. Lakin apellyasiya məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə qərarında göstərmişdir ki, torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək məhkəmənin vəzifəsidir. Həmçinin qeyd olunmuşdur ki, keçirilmiş ekspertiza rəyləri ilə ekspert qarşısına qoyulan suallara tam və ətraflı cavab verilməmişdir. İkinci apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mütəxəssis rəyi alınsa da, kassasiya instansiyası məhkəməsinin irəli sürdüyü göstərişlər tam icra olunmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin 8700 kv.m. hissəsi cavabdeh tərəfindən istifadə olunur. Lakin cavabdeh istifadə etdiyi torpaq sahəsinin onun mülkiyyətində olduğunu iddia etdiyi halda, mütəxəssis qarşısında cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin dövlət qeydiyyatına alınan koordinatlarının iddia olunan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşübdüşməməsinə dair sual qoyulmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə alt ına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yux arıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi prosessual hüquq normalarının tələblərinə cavab vermir. Bundan əlavə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında ziddiyyət mövcuddur. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı ünvan 1 yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı t orpaq sahəsindən cavabdehin çıxarılması, onların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbi 0,03 ha torpaq sahəsinə münasibətdə ləğv edilməli, ləğv edilmiş hissə üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməməlidir.” Lakin qətnamənin nəticə hissəsində birinci instansiyası məhkəməsinin qətnaməsi tələbin 0,03 ha torpaq sahəsinə münasibətdə ləğv edilsə də, faktiki olaraq yeni qətnamə ləğv olunmamış hissə üzrə çıxarılmış və cavabdehin mübahisələndirilən torpaq sahəsinin 0,87 ha hissəsindən çıxarılması qət edilmişdir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tə dbirləri görməli, o cümlədən mübahisələndirilən torpaq sahəsinin cavabdehin və ailə üzvlərinin adına tərtib olunmuş Dövlət Aktında qeyd olunan koordinatlarla tam və ya qismən üst-üstə düşməsinin müəyyən olunması məqsədi ilə mütəxəssis və ya ekspert rəyinin alınması müzakirə olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-1059/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar