Məhkəmə qərarları › İş №2(102)-7310/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7310/2019

27.11.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7310/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli 2(103)8394/2019 saylı qətnaməsindən Cavabdeh Hümbət oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Z.Rzayev, iş № 2(008)-3700/2018) İddiaçı cavabdehlər Cavabdeh Hümbət oğlu, Piriyev Hümbət Piri oğlu və X1 qarşı mə nzildən çıxarılma tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh Hümbət oğluna 7000 manat məbləğində kompensasiya ödənilməklə onun N-dən istifadə hüququna xitam verilməsi və cavabdehlərin həmin evdən çıxarılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli, iş № 2(103)-1180/2019) cavabdehlərin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər: G.A.Quliyev, Ə.A.Mirzəliyev və T.A.Qoldman, iş № 2(102)2654/ 2019) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi cavabdeh X5 ödənilməli olan kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilərək cəmi 10.000 manat məbləğində kompensasiya ödənilməklə onun evdən istifadə hüququna xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: Mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi Zabrat Bələdiyyəsinin 25 mart 2002-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmiş, 02 noyabr 2006-cı il tarixdə İddiaçı Cavabdehlə rəsmi nikaha daxil olmuşdur. 21 dekabr 2017ci il tarixdə tərəflərin nikahı pozulmuş, 05 fevral 2016-cı il tarixdə İddiaçı həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 2018-ci ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli evin ona məxsus olmasına baxmayaraq Cavabdeh tərəfindən oradan qovulmasını və özünün başqa qadından olan oğlu N oğlu ilə həmin evdə yaşamasını əsas göstərməklə Cavabdeh 7000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehlərin həmin evdən çıxarılma sını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktlarıqəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh Hümbət oğlu kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etm işdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh Hümbət oğlu 02 noyabr 2006-cı il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olduqdan sonra mülkiyyətçinin ailə üzvü kimi mübahisəli yaşayış sahəsindən istifadə hüququ əldə etmiş, hazırda isə Cavabdeh istifadə hüququndan sui-istifadə edərək 2016-c ı ildə nikaha daxil olduğu X2 da ora köçürməklə iddiaçının öz mülkiyyətindən sərbəst və maneəsiz istifadəsinə mane olur. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi Cavabdehlə ailə münasibətlərinə xitam verilməsini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehin istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam ve rilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına görə kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə da vamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına və həmin məhkəmənin 12 iyul 2016-cı il tarixli qərarına əsaslanaraq hesab etmişdir ki, iddiaçı tərəfindən təklif olunan 10.000 manat məbləğində kompensasiya cavabdehin davamlı şəraitdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etməsi üçün kifayət edir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, mübahisə qanunun tələblərinə uyğun həll edildiyindən qətnamənin ləğv və iddianın rədd edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Az ərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 03 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar