Məhkəmə qərarları › İş №2(102)-7326/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-7326/2018

14.11.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7326/2018 14.11.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-7326/2018 14 noyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, Cavabdeh vəkili X5in iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdehə qarşı 282893 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tələbinə dair ilkin iddiasına, Cavabdeh iddiaçı "xxxx" MMC-yə qarşı 26139 manat mal-qaraya baxmağa görə dəymiş ziyan və 30 manat dövlət rüsumunun cəmi 26169 manat pulun tutul araq ona ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.06.2018-ci il tarixli 2(107)299/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili X8 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdehə qarşı 282893 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 sentyabr 2014-cü il tarixdə "xxxx" MMCnin Balakən rayon şöbəsinin nümayəndələri ilə Balakən rayonunun Sarıbulaq kənd sakini Cavabdeh arasında birgə əməkdaşlıq müqaviləsi bağlanmışdır. Həmin müqavilə kökəltmə mallarının saxlanılması və kökəldilməsi məqsədi daşımışdır. Müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-nin verdiyi mal-qaranı 3-4 ay ərz ində kökəldib "xxxx" MMC-yə təhvil verməli və bundan sonra əldə edilmiş əlavə mal-qara satılaraq gəlirdən əldə olunan qazanc "xxxx" MMC ilə Cavabdeh arasında bölünməli idi. Təxminən 2015-ci ilin fevral ayında Cavabdeh "xxxx" MMC-nin ona kökəltməyə verdiyi 95 baş heyvandan 24 baş heyvanı kökəldərək təhvil vermişdir. Qalan heyvanlardan 2-si ölmüş, 68 baş heyvan isə kökəlməyə çatmamışdır. Buna səbəb kimi Cavabdeh bildirmişdir ki, heyvanlar yerli olduğuna görə gec kökəlir. 01.04.2015-ci ildə "xxxx" MMC-nin əməkdaşları tərəfindən Cavabdeh fermasında mal-qaraya baxış keçirilən zaman heç bir çatışmazlıq aşkar edilməmişdir. Bundan başqa, Cavabdeh 24 sentyabr 2014-cü il tarixdə "xxxx" MMC tərəfindən tərtib edilmiş birgə əməkdaşlıq müqaviləsinə əlavə 3 vərəqdən ibarət təhviltəslim aktına əsasən 24 b aş cins erkək dana, dəyəri 24003 (iyirmi dörd min üç) manat olan 71 baş yerli dana, dəyəri 42600 (qırx iki min altı yüz) manat, cəmi məbləğ 66003 (altmış altı min üç) manat olan heyvanları təhvil almışdır. Həmin 24 baş erkək cins danaların (23.01.2015-ci il ******* saylı qaimə faktura, 03.02.2015-ci il ******* saylı qaimə faktura, 14.02.2015-ci il ******* saylı qaimə faktura) 3 başı kəsilərək satışa verilmiş, satış dəyəri 4195 (dörd min yüz doxsan beş) manat, 21 baş erkək dananın (28 fevral 2015-ci il tarixli 0103121, ******* saylı və 28 fevral 2015-ci il tarixli akt) satış dəyəri 30733 (otuz min yeddi yüz otuz üç) manat olan diri çəki şəklində kökəlmiş danalar Hövsan fermasına satılmışdır. 24 baş erkək dana təhvil verilmiş tarixdə çəkisi 6350 kq olmuşdur. 24 baş cins erkək danaların təh vil aldığı tarixdən satışa gedən tarixə qədər 140 gün təşkil edir. 1 günə 1,8 kq artım hesablanaraq, cəmi artım çəkisi 6020 kq, ümumi çəkisi 12.398 kq (6350 kq + 6048 kq) olmalı idi. 24 baş cins erkək danaların ümumi çəkisi 12.398 kq x 3,20 AZN=39673 (otuz doqquz min altı yüz yetmiş üç) manat məbləğində olmalı idi. 24 baş cins erkək dananın satışdan olan gəliri 34.928 (otuz dörd min doqquz yüz iyirmi səkkiz) manat olmuşdur. Nəticədə (39.673-34.928)=4745 (dörd min yeddi yüz qırx beş) manat dəyərində zərər olmuşdur. 71 baş yerli erkək danadan 3 baş dana ölmüş, 68 baş erkək danaların qalığı hesabatlarda əks olunmuşdur. 71 baş erkək dananı təhvil aldığı gündən 365 gün (24.09.2014 - 24.09.2015) təşkil edir. 1 günə 1 kq artım hesablanaraq, cəmi artım çəkisi 25.915 kq, ümumi çəkisi 37096 (11.181 kq + 25.915 kq = 37096 kq) olmalıdır. 71 baş yerli erkək dananın dəyəri 37096 x 3.2 = 118.707 (yüz on səkkiz min yeddi yüz yeddi) manat olmalıdır. Yuxarıda göstərilən 24 baş cins, 71 baş yerli, cəmi 91 baş erkək danalara "xxxx" MMC tərəfindən bir il ərzində 39050,85 (otuz doqquz min əlli manat səksən beş qəpik) manat xərc çəkilmişdir. (4745 + 35144,5 + 118707) = 158596 (bir yüz əlli səkkiz min beş yüz doxsan altı) manat dəyərində zərər müəyyən olunmuşdur. 18 mart 2015-ci il tarixli 752222 saylı qaimə faktura, 25 mart 2015-ci il tarixli 752221 saylı qaimə faktura, 01 aprel 2015-ci il tarixli 752247 və 752248 saylı qaimə fakturalara əsasən, Cavabdeh "xxxx" MMC-dən öz xahişi ilə 9 baş ana camış, 21 baş camış düyəsi və 26 baş kəlçə təhvil almışdır. Cavabdeh "xxxx" MMC-dən təhvil aldığı heyvanl arın qiyməti, heyvanları təhvil aldığı gün bazar qiyməti ilə qiymətləndirilmişdir. Beləliklə, camış malının dəyəri 40821 (qırx min səkkiz yüz iyirmi bir) manat olmuşdur. 2014-cü ilin oktyabr ayında dəyəri 51.110 manat olan 385 baş ana qoyun, dəyəri 120 manat olan 1 baş qoç, dəyəri 15.840 manat olan 111 baş toğlu ümumi dəyəri 67.070 (altmış yeddi min yetmiş) manat dəyərində olan xırdabuynuzlu heyvanları təhvil almışdır. 385 baş ana qoyundan minimum 250 baş bala alınmalı idi. Yəni (250 baş x 50 AZN) = 12.500 (on iki min beş yüz) manat. Qeyd edilən xırdabuynuzlu heyvanlara "xxxx" MMC tərəfindən 3906,35 (üç min doqquz yüz altı manat otuz beş qəpik) AZN dəyərində xərc çəkilmişdir. Cəmi məbləğ (67.070 + 12.500 + 3906,35) + 83.476,35 manat təşkil edir. Beləliklə, Cavabdeh tərəfindən "xxxx" MMC-yə iribuynuzlu heyvanlardan 159.596,5 (bir yüz əlli doqquz min beş yüz doxsan altı manat əlli qəpik) manat dəyərində ziyan, camış malından 40.821 (qırx min səkkiz yüz iyirmi bir) manat dəyərində ziyan və xırdabuynuzlu heyvanlardan 83.476,35 (səksən üç min dörd yüz yetmiş altı manat otuz beş qəpik) manat dəyərində ziyan, ümumilikdə 282.893,35 (iki yüz səksən iki min səkkiz yüz doxsan üç manat otuz beş qəpik) manat dəyərində ziyan vurulmuşdur. Ona görə də, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh "xxxx" MMC-yə qarşı 26139 manat mal-qaraya baxmağa görə dəymiş ziyan və 30 manat dövlət rüsumunun cəmi 26169 manat pulun tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tə ləbi onunla əsaslandırılmışdır ki, onun ferması və mal-qara üçün otlaq yerləri olduğundan "xxxx" MMC-nin nümayəndələri təklif irəli sürmüşlər ki, onların mal-qarasını saxlamaq müqabilində ona xalis gəlirdən 50 % həcmində gəlir verə bilərlər. Nəticədə onlarla razılaşmış və cavabdehin nümayəndələrinin iştirakı ilə 24 sentyabr 2014cü ildə birgəəməkdaşlıq haqqında müqavilə bağlanmışdır. Müqavilənin predmetini kökəltmə üçün malların saxlanılması və kökəldilməsi təşkil etmişdir. Müqaviləşərtlərinəəsasən, malabaxan öhdəsinə götürdüyü malları 3-4 ay müddətində saxlayaraq kökəltməni başa çatdırmalı idi. Bundan başqa, müqavilədə o da nəzərdə tutulmuşdur ki, təhvil verilən mal-qaranı yemlə və müalicə vasitələri ilə "xxxx" MMC təmin edəcək, onun öhdəliyi isə həmin yemdən düzgün istifadə etməklə heyvan ları kökəltmək olmuşdur. Müqaviləyəəsasən cavabdeh ona baxmaq üçün 24 (iyirmi dörd) ədəd bordaq öküz vermiş, o da öz evində, həyətyanı sahəsində həmin öküzlərə baxmağa başlamışdır. Hətta bu heyvanlara baxmaq üçün 3 nəfər çoban da ayırmışdır. Həmin çobanların izahatları iddia ərizəsinəəlavə edilmişdir. Bu öküzləri 24 sentyabr 2014-cü ildən 28 fevral 2015-ci ilədək baxıb kökəltmişdir. Ancaq müqaviləşərtlərinə görə bu müddət 3-4 ay təşkil etməli idi. Bu müddət ərzində cavabdeh müqaviləşərtlərini pozaraq heyvanların yemlənməsini və müalicəsini həyata keçirmək üçün lazım olan müvafiq tədbirləri görməkdən boyun qaçırmış və o, məcburən yem və müalicə məsələsinə özü öz cibindən vəsait xərcləmişdir. Çəkdiyi xərci isə ödəməyə gəldikdə, cavabdeh bildirmişdir ki, malları aparmağa gələndə bunu ödəyər, lakin mallar təhvil verilən zaman onlar heç bir pul ödəməmişlər. Cavabdehin nümayəndələri heç nə ödəmədən 21 baş heyvanı Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən fermaya aparmışlar. 3 baş heyvanı isəəvvəlcədən, yəni ******* saylı 23 yanvar 2015-ci il tarixli qaimə-faktura əsasında, ******* saylı 03 fevral 2015ci il tarixli qaimə-faktura əsasında və ******* saylı 23 fevral 2015-ci il tarixli qaimə-faktura əsasında aparmışlar. Sonradan o, yenidən xərclədiyi və ona müqavilə üzrə çatmalı olan pulu tələb etdikdə,şirkətin rəhbəri X7 ona pulun yarısını verə biləcəyini söyləmişdir. Təbii ki, o da bununla razılaşa bilməzdi. O, təkcə cavabdehin 24 baş öküzünə yox, həm də 16 oktyabr 2014-cü il tarixli qaimə-fakturaya əsasən 312 ədəd, 18 oktyabr 2014-cü il tarixli qaimə-fakturaya əsasən isə 86 baş h eyvanlarına baxaraq bəsləmişdir. İddiaçı onlara baxmaq üçün ona 08.10.2014-cü ildə qaimə-faktura əsasında 111 baş xırdabuynuzlu heyvan verməsini göstərsə də, bu hal absurddur, cinayətkar qrupun növbəti dələduz əməlindən başqa bir şey deyil. Belə ki, "xxxx" MMC ona qarşı qərəzini davam etdirərək barəsində cinayət işinin başlanması haqqında Balakən rayon prokurorluğuna müraciət etmişdir. Aparılan araşdırma zamanı onun əməlində cinayət tərkibi olmadığından və iş mülki xarakterli olduğundan, cinayət işinin başlanması 19 dekabr 2015-ci il tarixli qərarla rədd edilmişdir. Həmin araşdırma zamanı "xxxx"nun saxtakarlığı üzə çıxmışdır. Belə ki, cavabdeh qaimə-fakturaları saxtalaşdıraraq istintaqa təqdim etmişdir. O isə həmin imzaların ona məxsus olmadığını bildirdikdə bununla bağlı xətşünaslıq ekspe rtizası təyin olunmuşdur. 17 noyabr 2015-ci il tarixli ekspert rəyinəəsasən onların təqdim etdikləri 111 baş heyvanın verilməsini-təsdiq edən qaimədəki imza saxta çıxmışdır (qaiməəlavə olunub). Bundan başqa, guya ona 01.04.2015-ci ildə 28 baş birkalanmış camış vermişlər. Bununla bağlı təqdim etdikləri qaimənin də ekspert rəyi ilə ona məxsus olmadığı və saxta olduğu təsdiq edilmişdir (qaiməəlavə olunub). Əlavə olaraq cavabdeh onda 71 baş yerli mal olmasını da iddia edir. Ekspert rəyinin nəticə hissəsinə baxılsa aydın olar ki, 01.04.2015-ci il tarixli üzləşmə aktında və həmin üzləşmə aktına əlavə olunan aktda təhvil aldı qrafasındakı imzaların ona yox, məhz başqa şəxs tərəfindən icra olunması sübut edilmişdir. Nəticədə 95 baş maldan sənəd əsasında 24 başı aparmışlar. Qalan 71 baş heyvanın is ə onda olmaması saxta sənədlər və ekspert rəyi ilə sübut olunmuşdur. Ona verilmiş olan 398 baş qoyunlarla bağlı onu qeyd edir ki, ekspert rəyinəəsasən bunlardan 111 başı saxta çıxmışdır (398-111=287). "xxxx" iddiasında göstərir ki, 2015-ci ilin avqust ayında nümayəndələri ondan 101 baş qoyun götürmüşdür (287-101=186). Bu qoyunlardan 63 başı xəstəlik nəticəsində tələf olmuş, yerdə qalan 123 baş qoyunun isə "xxxx" tərəfindən aparılması Brutto Netto tərəzi çekləri ilə öz təsdiqini tapır (əlavə olunur). Qoyunların xəstələnərək tələf olması Qax zona baytarlıq laboratoriyasının ekspertizasının rəyi ilə təsdiq olunur. Ona görə də, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim R.Kazımov) 18 aprel 2016-cı il tarixli, 2(019)322/2016 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh 282893 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər M.Əsədli – sədrlik edən və məruzəçi, V.Qasımov, Ə.Məcidov) 04 iyul 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Balakən Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia isə qismən təmin edilərək "xxxx" MMC-dən 8139 manat pulun alınaraq Cavabdehə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakiml ər Ə.Rüstəmov – sədrlik edən və məruzəçi, İ.Dəmirov, T.Qoldman) 20 dekabr 2016-cı il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilərək Şəki Apelyasiya Məhkəməsinin 04 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər R.Əliyev – sədrlik edən və məruzəçi, M.Hüseynov, İ.Şükürov) 05 may 2017-ci il tarixli, 2(107)-704/2017 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli qətnaməsi baxılmış apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının (hakimlər Ə.Nurməmmədov – sədrlik edən və məruzəçi, M.Əhmədova, Ə.Əhmədov) 09 oktyabr 2017-ci il tarixli nömrəli qərar ı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-704/2017 nömrəli iş üzrə 05 may 2017-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Rəfiyev – sədrlik edən və məruzəçi, E.Hüseynov, G.Abbasov) 2(107)-299/2018 nömrəli 07.06.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Balakən Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(019)-322/2016 nömrəli qətnaməsi ilkin iddia tələbinə dair hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddianın qismən təmin edilməsi, Cavabdeh 117664 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh və vəkili X8 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.06.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2018-ci il tarixli, 1(107)-33/2018 saylı qərarından kassasiya qaydasında şikayət verilmiş, şikayət icraata götürülərək işə baxılması 05 sentyabr 2018-ci il tarixinə təyin edilmişdir. Məhz həmin şikayətdə kassator hökmün qanunuliyindən şikayət verərək, məhkəmənin CPM-nin 143-146 -cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməsini; məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını bəzi yolverilməz sübutlar təşkil etməsini və məhkəmədə cinayət təqibini istisna edən halların mövcud olmasına baxmayaraq ittiham hökmü çıxarmasını mübahisələndirmişdir. Məhkəmə hökmü ilə guya müəyyən olunur ki, şirkət Cavabdeha baxmaq üçün 08.10.2014-cü ildə qaimə-faktura əsasında 111 baş xırda buynuzlu heyvan verib. Bu hal absurddur. Belə ki, "xxxx" MMC Cavabdehə qarşı qərəzini davam etdirərək barəsində cinayət işin başlanması haqqında Balakən rayon prokurorluğuna müraciət etmişdir. Aparılan araşdırma zamanı onun əməlində cinayət tərkibi olmadığından və işin mülki xarakterli olduğundan cinayət işinin başlanması 19 dekabr 201 5-ci il tarixli qərarla rədd edilib. Həmin araşdırma zamanı AzərAqronun saxtakarlığı üzə çıxaraq onlar özləri-özlərini ifşa ediblər. Belə ki, sözügedən şirkət qaimə-fakturaları saxtalaşdıraraq istintaqa təqdim etmişdir. Cavabdeh isə həmin imzaların ona məxsus olmadığını bildirdikdə bununla bağlı xətşünaslıq ekspertizası təyin olunmuşdur. 17 noyabr 2015-ci il tarixli ekspert rəyinə əsasən onların təqdim etdikəri 111 baş heyvanın verilməsini təsdiq edən qaimədə ki, imzanın saxta olması müəyyən edilmişdir. Bundan başqa guya Cavabdehə 01.04.2015-ci ildə 28 baş birkalanmış camış veriblər. Bununla bağlı təqdim etdikləri qaimə də ekspert rəyi ilə təqsirləndirilənə məxsus olmadığı və saxta olduğu təsdiq edilmişdir. Məhkəmə 08.08.2015-ci il tarixli Aktdakı imzanın saxta olması və aktda adı çəkilən iki nəfərin - X9un və X10un Cavabdehə malları təhvil verməsi barədə çəkdikləri imzaların araşdırılması məqsədilə ekspertiza keçirilməsi haqqında vəsatəti əsassız olaraq təmin edilməmişdir. Halbuki, bu imzaların saxtakarlığı aşkara çıxarsa heç bir malın təhvil verilməməsi müəyyən olunar. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.06.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdehin vəkili X5 kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlm əmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddiaçı iddianın təmin edilməyən hissədə kassasiya qaydasında mübahisləndirməmişdir. Ona görə də, qətnamənin mübahisələndirilməyən iddianın təmin edilməmiş hissəsi hazırki kassasiya baxışının da predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi hissəsində işə baxarkən əvvəlki kassasiya instansiya məhkəməsinin qərarlarında verilən göstərişləri nəzərə almış, həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən işin faktiki halları ondan ibarətdir ki, 24 sentyabr 2014-cü il tarixdə "xxxx" MMC-nin Balakən rayon şöbəsinin nümayəndəsi X11 ilə Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqavilənin predmetini "Mal sahibi”nin özünəməxsus öküzləri 3-4 ay müddətində baxaraq kökəltmək üçün “Mala baxan”a verməsi, “Mala baxan”ın akt üzrə öküzləri özünəməxsus tövlədə b axmaq şərti ilə təhvil alıb kökəltməsi və bundan əldə olunan xalis gəlirin “Mal sahibi” və "Mala baxan” arasında yarıbayarı (50% hər tərəfə) olmaqla bölünməsi təşkil etmişdir. Müqavilənin 4-cü bəndinə görə, "Mala baxan” heyvanların sağlamlığı və tələf olmamaları üçün cavabdehdir. Müqavilə bağlanan zaman tərəflər heyvanların saxlanma şərtləri və yem rasionu barədə razılığa gəlirlər. Müqavilənin 1.6-cı bəndində qeyd olunmuşdur ki, "Mal sahibi” “Mala baxan” tərəfindən bu Müqavilənin 1.4 və 1.5-ci bəndlərində göstərilən şərtlərin pozulduğunu aşkar edərsə, müqaviləni birtərəfli qaydada dayandırmaq və dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdir. "Mal sahibi”nin icazəsi olmadan “Mala baxan” kökəltmə üçün götürdüyü heyvanları başqasına icarəyə verə, başqa şəxslərin istifadəsinə verə, kəsim edə və sata bilməz (Müqavilənin 1.5-ci bəndi). Heyvanların qiyməti tərəflər arasında tərtib edilmiş aktda qeyd edilir (Müqavilənin 1.9-cu bəndi).“Mala baxan” “Mal sahibi”nin razılığı olmadan heç bir xərc aparmır. Razılığı alınmayan xərclər maya dəyərinə aid olunmayacaq (Müqavilənin 1.10-cu bəndi). İş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2018-ci il tarixli, 1(107)-33/2018 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum edilməsi və 24 sentyabr 2014-cü ildə İddiaçı ilə arasında bağlanmış “kökəltmə öküzlərinin kökəltmə müddətində baxım üçün verilməsi barədə” 24 sentyabr 2014-cü il tarixli 5 nömrəli müqaviləyə əsasən 3-4 ay müddətində özünə məxsus Balakən ra yonunun Sarıbulaq kəndində yerləşən fermer təsərrüfatının tövləsində qulluq edib heyvanların sağlamlığına və tələf olmamasına cavabdeh olaraq kökəldib İddiaçı-yə təhvil verərək, satılan heyvanların kökəltmədən əldə olunan xalis gəlirin tərəflər arasında yarıbayarı bölünməsi şərti ilə ona etibar edilərək 24 sentyabr 2014-cü il tarixli aktla təhvil verilmiş 42600 manat dəyərindəki 71 baş yerli dananın, 16 oktyabr 2014-cü il tarixli qaimə-faktura əsasında 11815 manat dəyərində 312 baş xırda buynuzlu heyvanları, 18 oktyabr 2014-cü il tarixli qaimə-faktura əsasında 5830 manat dəyərində 86 baş xırda buynuzlu heyvanları, 18 mart 2015-ci il tarixli 752222 nömrəli qaimə-faktura əsasında 11088 manat dəyərində 19 baş camış malı, 25 mart 2015-ci il tarixli 752221 nömrəli, 01 aprel 2015-ci il tarixli 752247 və 75752248 nömrəli qaimə-fakturalar əsasında 40821 manat dəyərindəki 37 baş camış malı olmaqla ümumilikdə İddiaçı-yə məxsus 112154 manat dəyərində iri və xırda buynuzlu heyvanları özünə məxsus Balakən rayonunun Sarıbulaq kəndində yerləşən kəndli-fermer təsərrüfatında saxlayaraq kökəldib İddiaçı-yə təhvil verməyərək müqavilə şərtlərini pozub 25 avqust 2015-ci il tarixədək olan dövrdə istintaqa məlum olmayan ayrıayrı şəxslərə sataraq külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talaması, 17 noyabr 2015-ci il tarixli, 22591 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə "xxxx" MMC tərəfindən təqdim olunan 24.09.2014-cü il tarixli müqavilədə, 24.09.2015-ci il tarixli aktdan, 01.01.2015-ci il tarixli üzləşmə aktında və həmin üzləşmə aktına əlavə olunmuş aktda, 08.08.2015-ci il tarixli aktda, 25.08.2015-ci il tarixli aktda, 18.03.2015-ci il tarixli, 25.03.2015-ci il tarixli, 18.10.2014-cü il tarixli, 16.10.2014-cü il tarixli qaimə-fakturalarda, 01.09.2015-ci il tarixli birgə əməkdaşlıq müqaviləsində, 01.08.2015-ci il tarixli icarə müqaviləsində, 11.08.2015-ci il tarixli və 21.08.2015-ci il tarixli ödəmə fakturalarındakı “təhvil aldı” qrafasındakı imzalar Cavabdeh və 08.10.2014-cü il tarixli qaimə-fakturalarda “təhvil aldı” qrafasındakı imzalar Cavabdeh tərəfindən icra edilməməsi, İddiaçı tərəfindən təqdim olunan 08.08.2015-ci il tarixli aktda olan imzanın Cavabdeh və ya başqa şəxs tərəfindən icra edilməsinin müəyyən edilməsinin mümkün olmaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 mart 2004-cü il tarixli qərarında müəyyən edilmiş hüquqi mövqeyə görə “...qanuni qüvvəyə minmiş məhkəmənin qərarı ilə vurulmuş ziyana görə yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti müəyyən edilmişdirsə, onda belə mənbənin sahibi tərəfindən bilavasitə ziyan vuran şəxsə reqress iddia verildiyi halda, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisial əhəmiyyət kəsb edir və qəbul edilməyə bilməz. Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb olan faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddia üzrə məhkəmə qərarının çıxarılması üçün də əsas ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə m übahisə edilə bilməz.” Yuxarıda göstərilən Konstitusiya Məhkəməsinin mövqeyindən də göründüyü kimi, Cavabdeh iddiaçı təşkilata maddi ziyan vurması artıq qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2018-ci il tarixli, 1(107)33/2018 nömrəli qərarı ilə təsdiq edildiyindən və həmin qərar qanuni qüvvəyə mindiyindən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə mübahisə edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində mə cburidir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh tərəfindən külli miqdarda dələduzluq edərək maddi ziyan vurması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edildiyindən, cavabdehin iddiaçı təşkilata maddi ziyan vurması ilə bağlı baş vermiş hadisənin olub-olmaması və Cavabdeh tərəfindən iddiaçı təşkilata ziyan vurulması araşdırılmamalıdır. Vurulmuş maddi ziyanın məbləğini müəyyənləşdirmək üçün məhkəmə kollegiyasının 10 aprel 2018-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəmə əmtəəşünaslıq ekspertizasının 11496 nömrəli, 18 may 2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, qaimə-fakturalardan istifadə edilməklə iri və xırda buynuzlu heyvanların müvafiq (qaimə-fakturalarda qeyd edilən) tarixlərə orta baz ar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 112154.00 manat, yem məhsullarının dəyəri 5510.00 manat müəyyən olunmuşdur. Belə olan halda apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbi qismən əsaslı olmaqla, məhkəmə əmtəəşünaslıq ekspertizası rəyində göstərilən məbləğ nəzərə alınmaqla, ilk iddia qismən təmin edilməli, Cavabdeh 117664 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə: Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (Mad. 21.1). Zərər dedikdə, hüqu qu pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mad. 21.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mad. 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş dig ər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mad. 442). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Mad. 443.2). Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, eyni dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən ətraflı qiymət verilmiş və düzgün olaraq qeyd olunmuşdur ki, qaimələrdə olan imzaların saxta olması halına qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2018-ci il tarixli, 1(107)-33/2018 nömrəli qərarı ilə qiymət verildiyindən və həmin qərarda göstərilən hallar hazırki iş üzrə mübahisələndirilmədiyindən həmin hissələrə yenidən toxunmağa və araşdırmağa zərurət yoxdur. Cavabdehin kassasiya şikayətinin Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevr al 2018-ci il tarixli, 1(107)-33/2018 saylı qərarından kassasiya qaydasında şikayət verilməsi, şikayətə Ali Məhkəmədə baxılmasının 05 sentyabr 2018-ci il tarixinə təyin edilməsi və bununla bağlı kassasiya şikayətində göstərilən digər dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə sistemində əks olunmuş məlumatlara əsasən müəyyən olunmuşdur ki, Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2018-ci il tarixli, 1(107)-33/2018 saylı qərarından verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin 05.09.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, ape llyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili X5in kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.06.2018-ci il tarixli 2(105)-299/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar