Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-733/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1820/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt şəhəri, Koroğlu prospekti, 8-ci mikrorayon ərzisində 36 kv.m torpaq sahəsi üzərində kafe kimi istifadə olunan qeyri-yaşayış sahəsi inşa edilmişdir.
2. Cavabdeh xx.xx.2018-ci il tarixdə qeyd olunan torpaq sahəsinin icarəyə verilməsinə dair hərracın qalibi olmuş və hərracın nəticələri əsasında onunla Sumqayıt Bələdiyyəsi arasında torpaq icarə müqaviləsi bağlanmış, hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və torpaq sahəsinə dair hüquq sahibi kimi Cavabdeh adına planı və ölçü sənədi tərtib edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3089/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı həmin hərracın nəticələrinin və onun əsasında bağlanmış müqavilənin və hüquq müəyyənedici sənəd lərin etibarsız hesab olunması barədə iddiası təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərazisində ona məxsus olan istifadə etdiyi sahəsi 36 kv.m olan ticarət obyektinin cavabdeh tərəfindən boşaldılaraq əşyaları ilə birlikdə ona təhvil verilməsi və həmin obyektdən istifadəsinə maneçiliyin törədilməsinin cavabdehə qadağan olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08 iyul 2015-ci il tarixdə mübahisələndirilən ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin adına sə nədləşdirilməsi ilə bağlı müraciət etmişdir. O, torpaq sahəsinin ayrılması barədə sənədləşmə işlərinə 2015-ci ilin iyul ayında başlamasına baxmayaraq, 2015-ci ilin fevral ayında ayrılmış torpaq sahəsində ticarət obyektinin tikintisinə başlayıb və iyun ayının sonunda başa çatdırmışdır. 2015-ci ilin iyul ayından obyekt kafe kimi fəaliyyət göstərmiş və son dövrlərə kimi onun sahiblik və istifadəsində olmuşdur. Torpaq sahəsinin sənədləşməsi vəziyyəti ilə maraqlanarkən bələdiyyədən bildirmişlər ki, DƏDRX-in 2 saylı Ərazi İdarəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xəritə olmadığı üçün ona ayrılması nəzərdə tutulan torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə keçirməkdən imtina etmişdir. Sonradan cavabdeh onun nümayəndəsi olması barədə bələdiyyəni aldadıb obyektin altındakı torpaq sahəsini icarəyə götürmüşdür. Sumqayıt Bələdiyyəsinə müraciət edərkən məlum olmuşdur ki, tikinti altındakı torpaq sahəsi bələdiyyənin mülkiyyətinə keçdikdən sonra hərraca çıxarılmış və kafenin idarə edilməsi üçün onun etibarnamə verdiyi və orada aşpaz və ofisiant işləyən cavabdeh hərracı udmuş və onunla hərrac təşkilatçısı arasında torpaq müsabiqəsinin keçirildiyi xx.xx.2018-ci il tarixində hərracın nəticələri haqqında protokol imzalanaraq hərracın qalibi kimi şəhadətnamə verilmişdir. O, hərracın etibarsız hesab edilməsi və digər tələblərlə bağlı məhkəməyə müraciət etsə də, iddia tələbi yekunda təmin edilməmişdir. Sumqayıt Bələdiyyəsi ərazisində yerləşən 36 kv.metr torpaq sahəsi barədə verilmiş 05 iyul 2015-ci il tarixli rəydə də həmin torpaq sahəsində tikilinin mövcud olması öz ək sini tapmışdır. Yəni tikilinin yerləşdiyi torpaq sahəsinə dair cavabdehə 08 nömrəli, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi bağlananadək həmin torpaq sahəsində onun tərəfindən qeyri-yaşayış sahəsi-obyekt inşa edilmişdir.
6. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının xalası oğlu Namiq adlı şəxslə cavabdeh bir ailə kimi qeyri-rəsmi şəkildə birlikdə yaşayıblar. Namiq adlı şəxs cavabdehə ona məxsus 1 otaqlı mənzili sataraq həmin pula obyekt tikdirməyi, iş qurmağı təklif edərək bu vədlərlə onu aldadıb. Cavabdeh də evini sataraq həmin pula obyekt tikdirib. İlk əvvəllər iddiaçı cavabdehə etibarnamə vermişdir və bildirmişdir ki, obyekt ona məxsus olacaq və istədiyi vaxt obyekti özəlləşdirəcək. 2015-ci ildə obyektin tikintisi üçün icazə alınıb. Bundan sonra cavab deh hərracda qalib gələrək, həmin torpağın icarədarına çevrilib. İddiaçı və xalası oğlu məhkəmədə hərracla bağlı iddia qaldırsalar da, istədiklərinə nail ola bilməmişlər. Su, işıq, qaz sayğacları cavabdehin adınadır. İddiaçı iddia vermək üçün subyektiv hüquqa malik deyil. Həmin tikiliyə iddiaçının mülkiyyət hüququ yoxdur. Yerli icra hakimiyyəti orqanı bələdiyyə torpağı üçün icazə verə bilməz. Torpağın bütün hüquqları icarə müqaviləsinə əsasən cavabdehə aiddir.
7. İş üzrə ifadə vermiş şahid X3 bildirmişdir ki, mübahisələndirilən obyektdə qapıpəncərə, şüşələnmə işlərini icra etmişdir. Həmin işlər təxminən 3-4 il öncə görülüb. Namiq adlı şəxs təmir-tikinti işlərinə rəhbərlik edib. Xəqani və Yeganə ilə tikinti işlərinin aparılması zamanı pulla bağlı və ya digər söhbətləri olmamışdır.
8. X1 məh kəmə iclasında bildirmişdir ki, o, usta kimi həmin obyektdə bütün təmir işlərini yerinə yetirmişdir. İşlər pandemiyadan qabaq görülmüşdür. Orada işləyərkən pul, material və sair məsələləri Namiq adlı şəxslə danışıb. Yeganə orda çay, təmizlik və sair işlərə baxıb. Yeganə və Xəqani ilə pul və hesabat işləri danışılmamışdır.
9. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(060)-142/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia rədd edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının həmin tikili üzərində mülkiyyət və ya digər qanuni istifadə hüququ mövcud deyildir.
11. Belə ki, iddiaçı yalnız həmin tikilinin onun tərəfindən inşa edildiyinə əsaslanmışdır. Şahidlər öz ifadələrində tikilinin inşasında iştirak etdiklərini və Nami q adlı şəxsin təmirtikinti işlərinə rəhbərlik etdiyini bildirmişlər. İddiaçının həqiqətən həmin tikilini inşa etdirdiyi sübut edilərsə belə, bu hazırkı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə olan halda iddiaçı yalnız tikilinin inşasına sərf edilmiş vəsaiti cavabdehdən tələb edə bilərdi.
12. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş müxtəlif qurumların həmin torpaq sahəsi və tikili ilə bağlı verdikləri rəy və müsbət cavab məktubları torpaq sahəsi üzərində hər hansı qanuni istifadə hüququnu müəyyən etmir.
13. Qətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.2, 700.1, 700.2, 701.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 51.1, 51.2, 51.3-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən ticarət obyektinin iddiaçıya məxsus olması işə əlavə edilən sənədlərlə müəyyən edilir. Həmin obyekt onun və xalası oğlu Namiq tərəfindən tikilib. Obyekti özü işlədib. Bundan sonra obyektdə işləyən cavabdehə etibarnamə vermiş, sonuncu da həmin etibarnamədən istifadə edərək, onun xəbəri olmadan icarə üçün Sumqayıt Bələdiyyəsinə müraciət etmişdir. Torpaq hərraca çıxarılan zaman yüklü olduğu halda qanunsuz şəkildə cavabdehə verilib. Obyekt onun adınadır və bütün xərcləri o çəkib. Obyekt 2015-ci ildə tikilib və kafe kimi fəaliyyətə başlamışdır. Cavabdeh həmin obyektdə ofisiant və qabyuya n işləmişdir. Özbaşına tikili olan obyekt hazırda bağlıdır. Cavabdehin ona dair heç bir subyektiv hüququ yoxdur. İstifadə hüquqi ilə iddiaçıya məxsus əmlakdan istifadə edə bilməməsi, ona məxsus əmlak üzərində onun hüququnun pozulduğu müəyyən edildiyi halda, məhkəmə iddianı rədd etmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(105)-1820/2022 nömrəli, 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən sаxlаnılması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nət icə və əsaslandırma ilə razılaşmışdır.
18. Qətnamə Mülki Məcəllənin 157.2, 700.1, 700.2, 701.1, Torpaq Məcəlləsinin 51.1, 51.2, 51.3-ci maddələri ilə əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qanuni əsaslarla inşa etdiyi əmlakdan istifadə hüququ həmin əmlakın yerləşdiyi torpaq sahəsini sonradan əldə etmiş cavabdeh tərəfindən də pozulmaqdan müdafiə edilməlidir.
21. Məhkəmə tərəfindən işə baxılarkən sübutlara düzgün qiymət verilməmişdir. İddiaçı həmin tikilini aidiyyəti orqanlardan qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icazələr aldıqdan sonra inşa etmişdir. Həmin tikililərin yerləşdiyi torpaq sahəsinin iddiaçının xəbəri olmadan digər şəxsin adına rəsmiləşdirilməsi iddiaçının həmin tikililərdən istifadəsinə məhdudiyyət yaratmasına əsas ola bilməz.
22. Məhkəmənin mövqeyinə əsasən iddiaçı cavabdehdən yalnız həmin tikilinin pulunu tələb etmək hüququna malikdir. Yəni iddiaçı həmin qeyri-yaşayış sahəsindən istifadə edərək əldə olunacaq gəlirdən məhrum olur.
23. Kassator şikayətini İnsan hüquqları üzrə Avropa Konvensiyasının 6-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına, “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə, Mülki Məcəllənin 158.1.2, 158.4, Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 9.1, 9.2, 9.3, 392.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
27. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
28. Maddə 701.1. İ carəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Torpaq Məcəlləsi
29. Maddə 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
30. Maddə 51.2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.
31. Maddə 51.3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınl aşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanı lır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
45. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1820/2022 nömrəli mülki iş üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.