Məhkəmə qərarları › İş №2(102)-7341/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7341/2019

15.11.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7341/2019 15.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Quliyev Gündüz Ağababa oğlu və Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı1 və onun vəkili Kişiyev Vüsal Asəf oğlunun iştirakları ilə, “xxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: “xxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Bakı Apelyasiya Məhkəməsini n Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1nə və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə, üçüncü şəxslər “xxxx” Mənzil-Tikinti Kooperativinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, naturada qaytarılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən G.A.Əsədova, iş 2(005)-158/2019) ilkin iddianın qismən təmin olunaraq Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə: İddiaçı1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yeraltı hissədə yerləşən, üç ədəd bir yerlik dayanacaq yerini boşaltmaq, naturada İddiaçı1 qaytarmaq, qaraja giriş kartını təqdim etmək; İddiaçı2 məxsus ünvan 1 ünvanda 2 səviyyədə, bir ədəd iki yerlik, 123 və 124 nömrəli dayanacaq yerlərini boşaltmaq, naturada İddiaçı2 qaytarmaq, qaraja giriş kartını təqdim etmək; İddiaçı3 məxsus ünvan 1 ünvanda 2 səviyyədə, 90 və 91 nömrəli dayanacaq yerlərini boşaltmaq, naturada İddiaçı3 qaytarmaq, qaraja giriş kartını təqdim etmək; İddiaçı4 məxsus Bakı şəhəri, ünvan 1 ünvanda 2 səviyyədə, bir ədəd bir yerlik, 55 nömrəli dayanacaq yerini boşaltmaq, naturada İddiaçı4 qaytarmaq, qaraja giriş kartını təqdim etmək; İddiaçı5 məxsus Bakı şəhəri, ünvan 1 ünvanda 1 səviyyədə, 4 ədəd, 1,2,3,4 nömrəli dayanacaq yerlərini boşaltmaq, naturada İddiaçı5 qaytarmaq, qaraja giriş kartını təqdim etmək; İddiaçı6 məxsus ünvan 2 ünvanda 2 səviyyədə, 121 və 122 nömrəli dayanacaq yerlərinin kartlarının söndürülməsini qadağan etmək; İddiaçı7 məxsus ünvan 3 ünvanda 2 səviyyədə, bir ədəd iki yerlik, 108 və 109 nömrəli dayanacaq yerlərinin kartlarının söndürülməsini qadağan etmək; İddiaçı8 məxsus ünvan 4 ünvanda 2 səviyyədə, 1 ədəd iki yerlik, 125 və 126 nömrəli dayanacaq yerlərini boşaltmaq, naturada İddiaçı8 qaytarmaq, qaraja giriş kartını təqdim etmək; İddiaçı9 məxsus ünvan 5 ünvanda zirzəmi hissədə 7,15 səviyyədə, ümumi sahəsi layihə ilə 254 kv.metr olan qeyri-yaşayış sahəsini boşaltmaq, naturada İddiaçı9 qaytarmaq vəzifəsinin qoyulması, ilkin iddianın qalan hissədə, habelə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev, iş № 2(103)-6720/2019) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-158/2019 saylı iş üzrə 06 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, ilkin iddia tələbləri qismən təmin edilərək,Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə: İddiaçı1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yeraltı hissədə yerləşən, üç ədəd bir yerlik dayanacaq yerini boşaltmaq, naturada İddiaçı1 qaytarmaq, qaraja giriş kartını təqdim etmək; İddiaçı2 məxsus ünvan 6 ünvanda 2 səviyyədə, bir ədəd iki yerlik, 123 və 124 nömrəli dayanacaq yerlərini boşaltmaq, naturada İddiaçı2 qaytarmaq, qaraja giriş kartını təqdim etmək; İddiaçı3 məxsus ünvan 7 ünvanda 2 səviyyədə, 90 və 91 nömrəli dayanacaq yerlərini boşaltmaq, naturada İddiaçı3 qaytarmaq, qaraja giriş kartını təqdim etmək; İddiaçı4 məxsus Bakı şəhəri, ünvan 1 ü nvanda 2 səviyyədə, bir ədəd bir yerlik, 55 nömrəli dayanacaq yerini boşaltmaq, naturada İddiaçı4 qaytarmaq, qaraja giriş kartını təqdim etmək; İddiaçı5 məxsus Bakı şəhəri, ünvan 1 ünvanda 1 səviyyədə, 4 ədəd, 1,2,3,4 nömrəli dayanacaq yerlərini boşaltmaq, naturada İddiaçı5 qaytarmaq, qaraja giriş kartını təqdim etmək; İddiaçı6 məxsus ünvan 8 ünvanda 2 səviyyədə, 121 və 122 nömrəli dayanacaq yerlərinin kartlarının söndürülməsini qadağan etmək; İddiaçı7 məxsus ünvan 9 ünvanda 2 səviyyədə, bir ədəd iki yerlik, 108 və 109 nömrəli dayanacaq yerlərinin kartlarının söndürülməsini qadağan etmək; İddiaçı8 məxsus ünvan 9 ünvanda 2 səviyyədə, 1 ədəd iki yerlik, 125 və 126 nömrəli dayanacaq yerlərini boşaltmaq, naturada İddiaçı8 qaytarmaq, qaraja giriş kartını təqdim etmək; İddiaçı9 məxsus ünvan 10 ü nvanda zirzəmi hissədə 7,15 səviyyədə, ümumi sahəsi layihə ilə 254 kv.metr olan qeyri-yaşayış sahəsini boşaltmaq, naturada İddiaçı9 qaytarmaq vəzifəsinin qoyulması, ilkin iddia tələblərinin qalan hissələrdə, habelə Cavabdeh1 qarşılıqlı iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: “xxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şik ayətinə qarşı verilmiş etiraz: İlkin iddia üzrə iddiaçılar İddiaçı4, İddiaçı6, İddiaçı9, İddiaçı7, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı8 kassasiya şikayətinə qarşı etirazda göstərmişdilər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı1 və onun vəkili Kişiyev Vüsal Asəf oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bak ı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı1 arasında 1 0 oktyabr 2008-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə görə kooperativ tərəfindən inşa olunan ünvan 11 ünvanda yerləşən binanın zirzəmi hissəsində tikilən dayancaq yeri hazır olduqdan sonra, üç ədəd, bir yerlik dayanacaq yerinin (dayanacaq yerinin sıra sayı dəqiqləşdiriləcək) kooperativ payçıya verilməsi, dayanacaq yerlərinin dəyərinin 10.000 (on min) ABŞ dolları olduğu razılaşdırılmış, bu məbləğin payçı tərəfindən müqavilə imzalanan gün kooperativə ödənildiyi göstərilmişdir. “xxxx” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı9 arasında 10 iyun 2009-cu il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən kooperativ, Bakı şəhəri, ünvan 12 ünvanında binasının zirzəmi mərtəbəsində, -7,15 səviyyədə yerləşən və ümumi sahəsi layihə ilə 254 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini kooperativ payçı ya (sahənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verməyi, payçı isə həmin sahəni qəbul etməyi və hər kv.metrinə 70 (yetmiş) ABŞ dollar olmaqla cəmi 17.780 (on yeddi min yeddi yüz səksən) ABŞ dolları məbləğində ödəniş etməyi öhdəsinə götürmüşlər. “xxxx” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı6 arasında bağlanmış 23 mart 2004-cü il tarixli müqaviləyə 1/3 nömrəli 18 fevral 2010-cu il tarixli əlavəyə əsasən, kooperativ, payçıya təhvil verilən mənzilin yerləşdiyi binanın həyətində tikilmiş ikimərtəbəli (-1 və -2 səviyyədə) yeraltı avtomobil qarajı hazır olduqdan sonra -2 səviyyəli yeraltı avtomobil qarajında 121 və 122 nömrəli dayanacaqyerlərini payçıya verilməyi, payçı isə həmin yerləri qəbul etməyi və 121 və 122 nömrəli dayanacaq nömrəli dayanacaq yerlər inin ümumi dəyəri kimi 14 000 (on dörd min) manat məbləğində vəsaiti (ümumi məbləğinin 30% hissəsini təşkil edən 4200 (dörd min iki yüz) ABŞ dolları məbləğində vəsaiti ilkin ödəniş olaraq, qalan məbləğ 9800 (doqquz min səkkiz yüz) manat məbləği isə hər ay 2450 (iki min dörd yüz əlli) ABŞ dolları olmaqla) kooperativin hesabına, ya da kassasına nəğd pulla ödəməyi öhdələrinə götürmüşlər. “xxxx” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı3 arasında bağlanmış 12 avqust 2007-ci il tarixli müqaviləyə edilən 02 aprel 2010-cu il tarixli 2/3 nömrəli 02 aprel 2010-cu il tarixli əlavəyə əsasən, kooperativ, payçıya ayrılan mənzilin yerləşdiyi binanın həyətində tikilmiş ikimərtəbəli (-1 və -2 səviyyədə) yeraltı avtomobil qarajı hazır olduqdan sonra -2 səviyyəli yeraltı avtomobil qarajında 90 və 91 nömrəli (s on layihə) (yenidən sıralanma zamanı qarajın nömrəsi dəyişə bilər) dayanacaq yerlərini payçıya verməyi, payçı isə həmin yerləri qəbul etməyi və iki yerlik dayanacaq yerinin ümumi dəyəri kimi 20 000 (iyirmi min) manat məbləğində vəsaitin 100% hissəsini birdəfəlik ödəniş olaraq kooperativin hesabına, ya da kassasına nəğd pulla ödəməyi öhdələrinə götürmüşlər; payçının qaraja girişi kart vasitəsi ilə həyata keçirilir, ödəniş olmadıqda karta giriş icazəsi verilmir. “xxxx” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı4 arasında bağlanmış 24 mart 2004-cü il tarixli müqaviləyə edilən 1/4 nömrəli 25 noyabr 2010-cu il tarixli əlavəyə əsasən, kooperativ, payçıya ayrılan mənzilin yerləşdiyi binanın həyətində tikilmiş ikimərtəbəli (-1 və -2 səviyyədə) yeraltı avtomobil qarajı hazır olduqdan sonra -2 səviyyəli yeraltı avtomobil qarajında 55 nömrəli (yenidən sıralanma zamanı qarajın nömrəsi dəyişə bilər) dayanacaq yerini payçıya verməyi, payçı isə həmin yeri qəbul etməyi və bir ədəd 55 nömrəli dayanacaq yerinin ümumi dəyəri kimi 20 000 (iyirmi min) manat məbləğində vəsaiti (10 000 (on min) manat maliyyə vəsaitini ilkin ödəniş olaraq, qalan məbləğ 10 000 (on min) manat məbləği isə hər ay 5000 (beş min) manat olmaqla) kooperativin hesabına, ya da kassasına nəğd pulla ödəməyi öhdələrinə götürmüşlər; payçının qaraja girişi kart vasitəsi ilə həyata keçirilir, ödəniş olmadıqda karta giriş icazəsi verilmir. “xxxx” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı5 arasında 12 sentyabr 2011-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən kooperativ, Bakı şəhəri, ünvan 1 ünvanında binanın yeraltı hissəsində y erləşən ikimərtəbəli (-1 və -2 səviyyədə) yeraltı avtomobil dayanacağında -1 səviyyədə 4 ədəd -1, 2, 3, 4 nömrəli dayanacaq yerlərini 40 000 (qırx min) manata payçıya verməyi (dəyəri tam ödənildikdən sonra), payçı isə həmin dayanacaq yerlərini qəbul edərək dəyərini hissələrlə, müqavilə imzalanan tarixdən ən geci 1 (bir) il ərzində kooperativə ödəməyi öhdələrinə götürmüşlər; payçının qaraja girişi kart vasitəsi ilə həyata keçirilir, ödəniş olmadıqda karta giriş icazəsi verilmir. “xxxx” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı8 arasında bağlanmış 03 iyun 2015-ci il tarixli müqavilədən görünür ki, kooperativ Bakı şəhəri, ünvan 1 ünvanında binanın yeraltı hissəsində tikilmiş ikimərtəbəli (-1 və -2 səviyyədə) yeraltı avtomobil dayanacağında, -2 Səviyyədə iki ədəd,125 və 126 nömrəli dayanacaq yerl ərini 20 000 (iyirmi min) manata payçıya verməyi, payçı isə həmin dayanacaq yerlərini qəbul edərək dəyərini tam şəkildə (müqavilə imzalanan tarixdən ən geci bir ay ərzində) kooperativə ödəməyi öhdələrinə götürmüş, payçının qaraja girişinin kart vasitəsi ilə həyata keçirilməsi razılaşdırılmışdır. “xxxx" Mənzil-Tikinti Kooperativi ilə İddiaçı2 arasında bağlanmış 27 noyabr 2017-ci il tarixli müqaviləyə görə isə, kooperativin Bakı şəhəri, ünvan 1 ünvanında və ünvan 12 ünvanında binanın yeraltı hissəsində tikilmiş ikimərtəbəli (-1 və -2 səviyyədə) yeraltı avtomobil dayanacağında, -2 səviyyədə bir ədəd iki yerlik, 123 və 124 nömrəli dayanacaq yerlərini 22 500 (iyirmi iki min beş yüz) manata payçıya verməsi, payçının həmin dayanacaq yerlərini qəbul edərək dəyərini hissələrlə (müqavilə imzalanan t arixdən ən geci bir il ərzində) kooperativə ödəməsi, payçının qaraja girişinin kart vasitəsi ilə həyata keçirilməsi razılaşdırımışdır. “xxxx” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı7 arasında 27 noyabr 2017-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən kooperativ, Bakı şəhəri, ünvan 1 ünvanında və ünvan 12 ünvanında binanın yeraltı hissəsində tikilmiş ikimərtəbəli (-1 və -2 səviyyədə) yeraltı avtomobil dayanacağında, -2 səviyyədə bir ədəd iki yerlik, 108 və 109 nömrəli dayanacaq yerlərini 22.500 (iyirmi iki min beş yüz) manata payçıya verməyi, payçı isə həmin dayanacaq yerlərini qəbul edərək dəyərini hissələrlə (müqavilə imzalanan tarixdən ən geci bir il ərzində) kooperativə ödəməyi öhdələrinə götürmüşlər; payçının qaraja girişinin kart vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulmuş dur. “xxxx” Mənzil-Tikinti Kooperativinin iş materiallarına əlavə edilmiş maliyyə arayışlarına görə sözügedən əmlakların (qarajların) dəyəri ilkin iddiaçılar tərəfindən tam ödənilmişdir. Cavabdeh1 31 avqust 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 165, 178.8-ci maddələrini tətbiq etmişdir. “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi q iymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini for malaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər nor mativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar