Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7345/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-5027/2018, hakim M.S.Zeynalov) İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh 3 qarşı iddiası qismən təmin edilmiş, iddiaçının yetkinlik yaşına çatmayan uşaqları 14 avqust 2004-cü il təvəllüdlü X2 və 26 noyabr 2006-cı il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 12 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia yaşayış sahəsindən istifadə hüququnun tanınması hissəsində rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-6529/2019, hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova, İ.Ə.Kərimli) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirlmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh3 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh1 ilə İddiaçı 27 sentyabr 2003-cü il tarixdə rəsmi nikah qeydi yyatından keçməklə ailə qurmuş, birgə nikahlarından 14 avqust 2004-cü il təvəllüdlü Bəyaz və 26 noyabr 2006-cı il təvəllüdlü Mədinə adlı uşaqları doğulmuşdur. 30 aprel 2018-ci il tarixdəİddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 12 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi şəkildə çıxarıldığına və uşaqları ilə birlikdə yaşayış yerindən məhrum olduğuna istinad edərək həmin evə köçürülməsi və istifadə hüqununun tanınması barədə hazırkiiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normala rı pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, fərdi yaşayış evinin kimə məxsus olması araşdırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçının cavabdehlərdən əri Cavabdeh1lə birgə yaşadığı fərdi yaşayış evinə yetkinlik yaşına çatmayan uşaqları ilə bərabər köçürülməsi və istifadə hüququnun tanınması təşkil edir. İş materiallarından göründüyü kimi iddiaçının köçmək istədiyi ev özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış yaşayış sahələrindən istifadə hüququnun əsasları Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa tənzimlənmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı mübahisəyə mülki qanunvericilik analogiya üzrə tətbiq edilir. Həmin Məcəllənin 27.1-ci maddəsinin tələblərinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən hər bir uşağın mənzil hüqu qu vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, iddiaçı uşaqları ilə həmin evdə yaşamış, cavabdehlərlə birlikdə ümumi təsərrüfatı idarə etmişdir. Mübahisəli evin cavabdehlərdən Cavabdeh3 tərəfindən inşa edilməsi barədə dəlillərə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflərin 10 ildən artıq müddətdə həmin evdə birlikdə yaşamaları, evin faktiki olaraq iki ailə arasında bölünməsi, uşaqların daimi yaşayış və təhsilinin həmin ünvan üzrə aparılması, heç bir etiraz olmadan evdən ayrıca istifadə etmə və hazırki mübahisənin iddiaçının əri olan Cavabdeh1lə münaqişəsindən ya ranması həmin dəlilləri təkzib edir. Bu halda mübahisəli ev iddiaçının uşaqları ilə bərabər yaşayış yeri sayıldığından və cavabdehlərin ona həmin evdə yaşamağa maneçilik törətmələri səbəbindən öz yaşayış yerini müəyyən müddətə tərk etməli olduğundan, bununla da yaşayış yerindən məhrum olunduğundan mübahisəli evə köçürülməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7345/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7345/2019
05.12.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver