Məhkəmə qərarları › İş №2(102)-7347/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7347/2019

25.11.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7347/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, ərizəçi İddiaçı, vəkili X1 və maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkilin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 avqust 2019-cu il tarixli qərardadından maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin nümyəndəsi və vəkili Vəkilin kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Daxili İşlər Nazirliyinin Xəzər (əvvəlki Əzizbəyov) Rayon Polis İdarəsində xidmətdə olduğu 25 ilin (20.08.1981-ci il tarixdən 06.10.2006-cı il tarixədək) 21 ilini (01.11.1985-ci il tarixdən 06.10.2006-cı il tarixədək) Neft Daşlarında işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 2(010)9613/2016 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçinin 01 noyabr 1985-ci ildən 06 oktyabr 2006-cı ilə qədər Daxili İşlər Nazirliyi, Xəzər (əvvəlki Əzizbəyov) Rayon Polis İdarəsinin əməkdaşı kimi Neft Daşlarında xidmət etməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1685/2 017 saylı 21 fevral 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Baş Polis İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1685/2017 saylı 20 noyabr 2017-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2017- ci il tarixli qətnaməsindən maraqlı şəxs Bakı şəhər Baş Polis İdarəsinin verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2018-ci il tarixli qərarı ilə maraqlı şəxs Bakı şəhər Baş Polis İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2017-ci il tarixli qərardadı ləğv edilmiş, iş yeni apellasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün prosessual müddət ötürülməmiş hesab olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qərarı ilə maraqlı şəxs Bakı şəhər Baş Polis İdarəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs Bakı Şəhəri Baş Polis İdarəsinin apellyasiya şi kayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadı ilə maraqlı şəxs Bakı şəhər Baş Polis İdarəsinin kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2019-cu il tarixli 2(102)-4345/19 saylı qərarı ilə maraqlı şəxs Bakı şəhər Baş Polis İdarəsinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş yeni apellasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli qərardadı ilə ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlı şəxs Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin nümyəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin işə baxan məhkəmə tərkibi kassasiya instansiya məhkəməsinin tapşırıqlarını yerinə yetirməmiş və daha çox apellyasiya instansiyasında əvvəl çıxarılmış qərarı təsdiqləmək mövqeyinə üstünlük vermişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nin 23 avqust 2019-cu il tarixli qərardadının tamamilə ləğv edilərək qətnamədən verilmiş kassasiya şikayətinə mahiyəti üzrə baxılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin MK-nin 23 avqust 2019-cu il tarixli qərardadından verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, ərizəçi İddiaçı və vəkili X2 maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin MK-nin 23 avqust 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏ LƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticəyə görünür ki, maraqlı şəxs tərəfindən qətnamə 12 noyabr 2018-ci il tarixində rəsmi qaydada alınmış (iş vərəq 197), hazırki kassasiya şikayəti isə 31 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə təqdim olunmuşdur. Kassasiya şikayəti qanunla nəzərdə tutulmuş müvafiq prosessual müddət ötürülməklə məhkəməyə daxil olmuş, lakin şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə olunmamışdır. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası qeyd e tmişdir ki, maraqlı şəxsin nümayəndəsi və vəkili israrla iddia edir ki, kassasiya şikayəti onun tərəfindən Ali Məhkəmənin qəbul şöbəsinə 10 yanvar 2019-cu il tarixdə təqdim edilmiş, lakin gözləyə bilmədiyi üçün özündə qalan nüsxəyə ştamp vurdura bilməmişdir. Fikir yaxud izahat olaraq yaxşı səslənsə də başadüşülən deyildir. Belə ki, vəkil ən azından bilməmiş deyil ki, bu halı ondan başqa hansısa şəxsin sübut etmək vəzifəsi yoxdur. Məhz maraqlı şəxsin nümayəndəsi və vəkili bu halı sübut etməli, bu barədə məhkəməyə izahatından başqa heç olmasa hansısa sübut təqdim etməlidir. Lakin,o, bu halı nə sübut edir, nədə sübut təqdim edir. Yalnız izahatının mötəbər sübut kimi qəbul edilməsini arzulayır. Qarşı tərəf isə buna kəskin etiraz edərək bildirmişdir ki, sənəd nə vaxt təqdim olunursa, qəbul edil mə barədə ştamp da həmin tarixdə vurulur. Ola bilməz ki, Ali Məhkəmənin qəbul şöbəsi təqdim olunan sənədi gecikdirib 19 gün sonra qeydiyyatdan keçirsin deyir. Göründüyü kimi qarşı tərəfin nümayəndəsinin və vəkilinin gətirdiyi dəlil daha inandırıcı və ağlabatandır. Ali Məhkəmənin qəbul şöbəsi tərəfindən kassasiya şikayətinin qeydiyyatdan keçirilməsi 31 yanvar 2019-cu il tarixədək gecikdirilmiş olsaydı maraqlı şəxsin nümayəndəsi və vəkili ən azından bu barədə həmin şöbədən rəsmi arayış ala bilərdi yaxud almalı idi. Əks halda apellyasiya instansiyası məhkəməsi nəyə əsasən kassasiya şikayətinin Ali Məhkəməyə 10 yanvar 2019-cu il tarixdə daxil olunmasını qəbul etməlidir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi prosessua l qanunvericiliyin tələblərini pozaraq öz təşəbbüsü ilə şikayətin vaxtında verildiyini qəbul edib işi məhz kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərə bilməz. Çünki, qarşı tərəf də buna açıq- aşkar etiraz edir və kassasiya şikayətinin vaxtında verilmədiyini bəyan edir. Bununla yanaşı, inandırıcı və ağlabatan deyil ki, Ali Məhkəmənin qəbul şöbəsində kassasiya şikayəti 10 yanvar 2019-cu ildə qəbul edilsin və 31 yanvar 2019-cu ildə qeydiyyatdan keçirilsin. Çünki, həmin şöbənin fəaliyyəti həm də bilavasitə prosessual müddətlərə aid tələblərə ciddi riayət etməkdən ibarətdir. Belə bir hal həqiqətən baş vermiş olsaydı, yəqin ki, kassasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən sonuncu qərardadda buna hansısa formada münasibət bildirilərdi. Apellyasiya Məhkəməsi iş üzrə gəldi yi nəticəni aşağıdakı prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəl diyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassatorun şikayətdə qeyd etdiyi dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, kassasiya şikayəti qanunla nəzərdə tutulmuş müvafiq prosessual müddət ötürülməklə məhkəməyə daxil olmuş, lakin şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada verilib-verilmədiyini hərtərəfli araşdırmış və həmin dəlillərə işin yuxarıda qeyd olunan halları ilə birlikdə hüquqi qiymət verməklə qanuni və əsaslı qərardad çıxarmışdır. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar