Məhkəmə qərarları › İş №2(102)-7349/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7349/2019

05.12.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7349/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.06.2019-cu il tarixli, 2(103)-6437/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin ( hakim N.Misirzadə) 27.06.2017-ci il tarixli, 2(011)1023/2017 nömrəli qətnaməsi İddiaçı1 və qeyrilərinin Cavabd eh qarşı “birgə mülkiyyətdə olan mənzilin payların naturada ayrılması, açıq hərracda satılması və əldə olunmuş vəsaitin paylara uyğun olaraq verilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin İddiaçı1 İddiaçı4, İddiaçı3 və İddiaçı2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov, V.Baxışova, V.Həsənov) 11.07.2018-ci il tarixli, 2(103)-6224/2018 nömrəli qətnaməsi ilə İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Xətai rayon Məhkəməsinin 27.07.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilərək, ** nömrəli mənzilin açıq hərracda satılması və satış pulunun 1/6 hissəsinin İddiaçı1, 1/6 hissəsini n İddiaçı4, 1/6 hissəsinin İddiaçı3, 1/6 hissəsinin İddiaçı2 verilməsi, satış pulunun qalan 2/6 hissəsinin səlahiyyətli şəxs tələb edənə qədər icra məmuru tərəfindən müvafiq depozit hesabda saxlanılması, ekspertiza xərci olan 100 manatın iddiaçılar İddiaçı1 İddiaçı4, İddiaçı3 və İddiaçı2 müştərək qaydada Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Dəmirov, A.İsgəndərov, Ə.Əhmədov) 19.02.2019-cu il tarixli, 2(102)-1009/2019 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2018-ci il tarixli, 2(103)-6224/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseyn, E.Nəbiyev, R.Qurbanov) 03.06.2019-cu il tarixli, 2(103)-6437/2019 nömrəli qətnaməsi ilə İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Xətai rayon Məhkəməsinin 27.07.2017-ci il tarixli, 2(011)-1023/2017 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilərək, **nömrəli mənzilin açıq hərracda satılması və satış pulunun 1/6 hissəsinin İddiaçı1, 1/6 hissəsinin İddiaçı4, 1/6 hissəsinin İddiaçı3, 1/6 hissəsinin İddiaçı2 verilməsi, satış pulunun qalan 2/6 hissəsinin səlahiyyətli şəxs tələb edənə qədər icra məmuru tərəfindən müvafiq depozit hesabda saxlanılması, 15 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi, Cavabdeh 100 manat ekspertiza xərcinin tutularaq Məhk əmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin paylara uyğun olaraq verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 və Cavabdeh ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzildən payların naturada ayrılması, əgər mənzilin naturada bölünməsi mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi barədə q ətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili X1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Belə ki, qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamaqla hüquqi qiymət verilmədən qəbul edilmişdir. 6 mülkiyyətçidən 2 mülkiyyətçinin payı müəyyən edilmədən qətnamə qəbul edilməsi qanunsuzdur. Hətta çıxarışa baxılsa, cavabdeh sözügedən mirası faktiki dərhal qəbul etməsə də, vərəsə kimi onun mülkiyyət payı qeydə alınmamışdır. Bu iş üzrə iddiaçıların tələb etdiyi payların, 6 paydan 2 pay bu günə qədər müəyyən edilmədiyindən həmin daşınmaz əmlakın məcburi qaydada satışı haqqında qətnamə qəbul edilməsi qanunsuzdur. Apellyasiya kollegiyası sübutlara yox, ehtimallara qiymət vermişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.06.2019-cu il tarixli, 2(103)-6437/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2, Cavabdeh və vəkili X1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev № 44-də yerləşən 15 №-li mənzil ümumi paylı mülkiyyətdədir. 4 iddiaçının hər birinin payı 1/6 hissə təşkil edir. Mənzilin 2/6 hissəsi üzərində tərəflərin vəfat etmiş atasının mülkiyyət hüququna dair qeyd indiyə kimi qalmış, qeydin qarşısında “açıq qalır” yazılmışdır. Mənzil əvvəlcə tərəflərin atasına məxsus olmuş, olun ölümündən sonra 6 vərəsə qalmışdır: həyat yoldaşı və 5 övladı. Həyat yoldaşı miras açıldıqdan sonra, lakin mirası qəbul edənə kimi ölmüşdür. İddiaçılar (5 övladdan 4-ü) mirasın qəbulunu sənədləşdirmişlər. 1 övlad (cavabdeh) mirasın qəbulunu sənədləşdirməmiş buna görə də reyestr qeydində 2/6 hissə üzərində atalarının mülkiyyət hüququna dair qeyd indiyə kimi qalmaqdadır. Apellyasiya kollegiyası iddia tələbini təmin etməsi ilə bağlı qeyd etmişdir ki, payın naturada bölünməsinin mümkün olmaması ekspert rəyinə əsasən müəyyən edilmişdir. Payın dəyərinin ödənilməsi isə o halda ola bilərdi ki, yerdə qalan 2/6 payın mülkiyyətçisi müəyyən edilsin və o, iddiaçılara onlara çatası payın dəyərinin ödənilməsinə razı olsun. Reyestrdən çıxarışda 2/6 payın mülkiyyətçisi kimi tərəflərin mərhum ataları göstərilmiş və adının qarşısında 2/6 hissə “açıq qalır” qeydi yazılmışdır. İddiaçı lar tərəfindən cavabdehə 02.12.2015-ci il tarixli məktub ünvanlanaraq evin naturada bölünməsi və ya 1/6 hissə paylarının əvəzinin kompensasiya qaydasında müəyyən edilməsi xahiş olunmuşdur. Lakin cavabdeh tərəfindən həmin məktuba hər hansı münasibət bildirilməsi barədə sübut və ya belə kompensasiya ödəmək niyyəti barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Məcəllənin 2 20.3-220.5-ci maddələrinə əsasən isə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ilə bağlı 3 qayda müəyyən edilmişdir. Həmin qaydalar payın naturada ayrılması, payın dəyərinin ödənilməsi və ümumi əşyanın açıq hərracda satılması və satış pulunun bölüşdürülməsidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh şikayətində Ali Məhkəməsinin göstərişlərinə apellyasiya kollegiyası tərəfindən əməl edilmədiyini, vərəsə kimi onun payının qeydə alınmadığını göstərsə də, apellyasiya kollegiyasının qəbul etdiyi qətnamə yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya kollegiyası kassasiya kollegiyasının müəyyən etdiyi göstərişləri qətnamədə vurğulamış və göstərişlər lə bağlı araşdırma aparmış, habelə cavabdehin vərəsə kimi mülkiyyət payının müəyyən edilməməsinə dair fikrinə də münasibətini bildirmiş, həmin hallarla bağlı qanunvericiliyin tələblərinə əməl etməklə qətnamə qəbul etmişdir. Kassasiya yoxlaması zamanı maddi və prosessual hüquq normalarına yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik e dilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.06.2019-cu il tarixli, 2(103)6437/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar