Məhkəmə qərarları › İş №2(102)-735/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-735/2022

15.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-735/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı Şəhər Təcili və X3 Stansiyasına və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X6rşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün əmək haqlarına müddətli əlavələrin hesablanıb ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili Vəkil, cavabdehlər Bak ı Şəhəri Təcili və X3 Stansiyasının vəkili X2 və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X10 vəklili Məmmədov Arif Həsən oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)4739/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Bakı Şəhər Təcili və X3 Stansiyasının (bundan sonra ixtisarla TTTYS yazılacaq) Ruhi Briqadasında işləyirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, İd diaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən 2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün aylıq vəzifə (tarif) maaşının 4 mislinədək miqdarda əmək haqlarına müddətli əlavələrin hesablanıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 18.03.2020-ci il tarixli, 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.03.2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işç ilərinə 01.03.2020-ci ildən 01.10.2020-ci ilədək olan müddət üçün əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçılar TTTYS-nin Ruhi Briqadasının həkimləri və digər tibb işçiləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərində yaxından iştirak etməsinə və bu virusa yoluxmuş xəstələrlə əlaqədə olmasına baxmayaraq, maaşlarına edilməli əlavələri ala bilmirlər. Halbuki, TTTYS-nin bütün əməkdaşları, yəni tibb və qeyritibb işçilərinin hamısı əmək haqlarına müddətli əlavəni alırlar. Baxmayaraq ki, qeyri-tibb işçilərinin əksəriyyəti yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.03.2020-ci il tarixli, 112 nömrəli qərarına əsasə n Agentlik tibbi profilaktik tədbirləri həyata keçirən tibb işçilərinin əhatə dairəsinə təcili tibbi yardım xidmətinin və Təcili Yardım avtobazasının sürücüləri də salınmışdır. TTTYS-nın Ruhi Briqadanın əməkdaşları bu ilin mart ayından başlayaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə lazımi qoruyucu vasitələrlə təmin olunmamaqla cəlb edilmələrinə baxmayaraq, briqadanın əməkdaşlarına Nazirlər Kabinetinin müvafiq qərarına zidd olaraq əmək haqlarına müddətli əlavənin məbləği TTTYS və Agentlik tərəfindən bu günədək ödənilmir. TTTYS-nın yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunan tibb işçiləri barədə Agentliyə təqdim etdiyi məlumatda onların da adları göstərilməli idi. Müvafiq məsələ ilə əlaqədar stansiyanın rəhbərliyi tərəfindən Agentliyə təqdim olunan məlumat Agentlik tərəfindən yoxlanılmalıdır. Belə ki, Agentliyin nizamnaməsinin 4.5.9-cu maddəsinə əsasən Agentliyin büdcəsinin, strateji məqsədlərinin və planlarının icrasına nəzarət edir. Ruhi Briqadanın əməkdaşlarına Səyyar Briqadalardan fərqli olaraq cəlb etdikləri saatlara uyğun əmək haqlarına müddətli əlavələr hesablanıb ödənilmişdir. Eyni zamanda Ruhi Briqadanın işçiləri çağırışlara gedərkən tez-tez koronavirus xəstələri və onların ailə üzvləri ilə təmasda olur, xəstələrin hərarətlərinin ölçülməsi, yaxmaların götürülməsi, yoluxmuş xəstələrin təxliyə edilməsi işlərini həyata keçirir və beləliklə koronavirus təhlükəsi ilə üzləşirlər. Belə olduğu halda, Ruhi Briqadanın əməkdaşları tez-tez yoluxma riski ilə üzləşdiyi üçün əmək haqlarına müddətli əlavələr onlara da şamil edilməlid ir. Test nəticələri çıxana kimi iddiaçılar xəstələrlə ünsiyyətdə olurlar. Bu isə onların da sağlamlıqlarını təhlükəyə atır. Ona görə də, hesab edirlər ki, nəinki virus aşkar olunan xəstələrə görə getdikləri çağırışlar, həm də bütün çağırışlar nəzərə alınmalı və mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün aylıq vəzifə (tarif) maaşının 4 mislinədək miqdarda əmək haqlarına müddətli əlavələr hesablanmalıdır.

4. Cavabdeh TTTYS-nın nümayəndəsi iddia tələbi ilə razılaşmayaraq bildirmişdir ki, Ruhi Briqadanın işçisinə bütün çağırışlara görə əlavələr ödənilmir. Yalnız hansı xəstələrdə koronavirus infeksiyası aşkar olunursa, həmin çağırış üzrə əlavələr hesablanır.

5. Cavabdeh Agentliyin nümayəndəsi iddia tələbi ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçılara əlavələr ödənilir. Lakin əlav ələrin hesablanması zamanı koronavirus infeksiyası aşkar edilmiş xəstələrlə onların ünsiyyətdə olduqları müddətə saat hesabı hesablanır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(006)803/2021 saylı qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X3 Stansiyası” X10 14 sentyabr 2020-ci il tarixli, 805 saylı məktubunda “COVİD 19-a yoluxan və yoluxmaya şübhəli ruhi xəstələrə yardım edən ruhi briqadanın əməkdaşlarının aprel, may, iyun, iyul aylarında əmək haqlarına əlavələrin saat hesabı ilə ödənildiyi qeyd olunmuşdur. Məktubda həm də qeyd olunmuşdur ki, 04 sentyabr 2020-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə X4 Departamentinin əməkdaşı, BŞT və TTYS-nın rəhbər heyəti və Həmkarlar İttifaqı Komitəsinin sədrinin ruhi briqadanın işçiləri ilə görüşü keçirilərək Azərbaycan Respublikasının 18 mart 2020-ci il tarixli, 1947 saylı Sərəncamına və Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 saylı “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqların müddətli əlavənin müəyyən edilməsi barədə” qərarının tələbləri və ödəniş qaydaları ətraflı izah olundu. Cədvəllər məktuba əlavə edilir”.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar öz iddiasına dair təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişlər.

9. Məhkəmə gəldiyi nəticəni “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndiri lməsi haqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli sərəncamına, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarına və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 21 aprel 2020-ci il tarixli, 01/163 nömrəli əmrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)4739/2021 saylı qətna məsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 12.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçılar hesab edirlər ki, koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün onlara 01.03.2020-ci il tarixdən 01.10.2020-ci il tarixədək olan müddət üçün əmək haqlarına ayliq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavələr ödənilməlidir. Hazırda tərəflər arasında mübahisə doğuran hal, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ha qında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli sərəncamında və “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarında nəzərdə tutulan əlavələrin iddiaçılara şamil edilib-edilməməsi məsələsidir.

13. Həmin məsələnin araşdırılması məqsədi ilə məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə sorğu göndərmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 08.07.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, müddətli əlavələrin ödənilməsində əsas meyar işçinin yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərinə cəlb edilməsi və iş vaxtına münasib olaraq ödənişlərin edilməsidir ki, bu da müəssisə rəhbərliyi tərəfindən verilmiş müvafiq əmrlə təsdiq olunur.

14. Həmçinin məktubda o da qeyd olunmuşdur ki, həyata keçirilmiş ödənişlərin məbləğinin nə qədər təşkil etməsi ilə bağlı suallar cavabdeh Agentlik tərəfindən cavablandırıla bilər.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxmayaraq ki, Agentlik hazırki iş üzrə cavabdeh qismində iştirak edir, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məktubundan da görünür ki, ödənişlərin hansı məbləğdə tibb işçilərinə ödənilməsi məsələləri Agentliyin səlahiyyətinə aiddir. Agentliyin nümayəndəsi isə apellyasiya baxışı iclasında iştirak edərək, bildirir ki, Ruhi Briqadanın tibb işçilərinə koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haql arına müddətli əlavələr o halda ödənilir ki, onların tibbi yardım göstərdiyi xəstələrdə koronavirus infeksiyası aşkar olunsun. İddiaçıların əmək haqlarına hesablanmış “covid pulu” saat hesabı hesablanaraq onlara ödənilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar ödənilmiş məbləği mübahisələndirmirlər, lakin hesab edirlər ki, əlavələr saat hesabı hesablanmalı deyil, əlavələr aylıq əmək haqlarının 4 misli miqdarında müəyyən olunmalıdır.

17. Məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, iddiaçıların dəlili əsaslı deyil. Çünki əlavələrin aylıq əmək haqqının 4 misli miqdarında hesablanmalı olması məhkəmə araşdırması ilə öz təsdiqini tapmır. Əlavələrin hesablanması səlahiyyətini icra edən Agentlik bu halı təsdiq etmir. Əksinə Agentlik bildirir ki, ruhi briqada işçilərinin əmək haqlarına “ covid pulu” bilavasitə koronavirus infeksiyasına yoluxmuş şəxslərlə ünsiyyətdə olmaları nəzərə alınaraq saat hesabı hesablanır. Agentlik tərəfindən isə iddiaçılara yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri aprel, may, iyun və iyul ayları üzrə əlavələr saat hesabı hesablanaraq ödənilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5,İddiaçı6 və onların vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 23.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər.

19. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, məh kəmə iddiaçıların əmək haqlarına əlavələrin saat hesabı ilə hesablanaraq onlara ödənildiyini və iddiaçıların ödənilmiş pulu mübahisələndirmədiyini qeyd etmişdir. Belə ki, iddiaçılara müxtəlif aylarda mübahisəli məsələ ilə əlaqədar ödənişlər edilmişdir. Lakin cavabdehlərin təqdim etdikləri ödəniş sənədlərində olan məbləğlər onların bank hesablarından çıxarışlarında olan məbləğlərdən çoxdur. Yəni iddiaçılara həmin sənədlərdə göstərilən məbləğin bir hissəsi ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarında əlavələrin saat hesabı ilə ödənilməsi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh “İ cbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X10 vəklili Məmmədov Arif Həsən oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)-4739/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil kassasiya kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

22. Cavabdehlər Bakı Şəhəri Təcili və X3 Stansiyasının vəkili X5 və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X10 vəklili Məmmədov Arif Həsən oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək təmin olunmamasını xahiş etdilər.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçılar məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə

9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; Maddə

12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; Maddə

154. Əmək haqqı

1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funks iyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə

157. Əməyin ödənilməsi sistemi və növləri

5. Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Maddə

172. Əmək haqqının verilməsi müddətləri

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az o lmayan müddətdə verilməlidir. Maddə

173. İşçilərin haqq-hesab sənədləri

1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.

2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; 25. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamı

1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şə raitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etsin; 2.2. yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etsin. 26. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarı

1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; 1.2. təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X1 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; 1.3. pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

3. Azərbaycan Respubli kasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ol an bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

29. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

30. Qanunun tələbinə görə kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən madd i hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. İddia tələbinin ümumi hüquqi əsasını Əmək Məcəlləsinin 157-ci maddəsi təşkil edir. Həmin normaya görə əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına əlavə ödənc müəyyən edilə bilər.

34. Hazırki iddia tələbində iddiaçılar onların yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiklərinə görə əmək haqqına əlavələrin ödənilməsini tələb edirlər.

35. Bu cür əlavələr Azərbaycan Respubli kası Prezidentinin «Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında» 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamı ilə müəyyən edilmişdir (qərarın 25-ci paraqrafı).

36. Eyni zamanda həmin Sərəncamın icrası ilə əlaqədar qəbul edilmiş Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarı ilə, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin məbləği müəyyən edilmişdir (qərarın 26-cı paraqrafı). 37. 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamın 1-ci bəndinin təhlilindən açıq şəkildə görünür ki, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müəyyən edilən əlavələr müddətli xarakter daş ıyır və yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləyən işçilərə şamil edilir. Buradan o nəticə hasil olur ki, həmin sərəncamda bəhs olunan əlavələr, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləməyən tibb işçilərinə ödənilmir.

38. Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 №-li Qərarında yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində dövlət tibb müəssisələrində çalışan işçilərə tibbi profilaktik tədbirləri həyata keçirən işçilər, təcili tibbi yardım xidməti göstərən tibb işçiləri, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçiləri, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X1 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçiləri, pasiyentlərə stasionar tibbi xidmət gös tərən işçilər aid edilmişdir.

39. İşə baxmış məhkəmələr də iddianın həllində bu normalara istinad etmiş, iddiaçıların qeyd olunan əlavələrin şamil olunduğu işçilərin dairəsinə aid edilib-edilmədiyini araşdırmışdır.

40. Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli,112 №-li Qərarında həmçinin bu qərardan irəli məsələlərin həlli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilmişdir. 41.Məhkəmə bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə sorğu göndərmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 08.07.2021-ci il tarixli məktubunda göstərmişdir ki, müddətli əlavələrin ödənilməsində əsas meyar işçinin yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərinə cəlb edilməsi və iş vaxtına münasib olaraq ödənişlərin edilməsidir ki, bu da müəssisə rəhbərliyi tərəfindən verilmiş müvafiq əmrlə təsdiq olunur. 42.İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mövqeyinə görə Ruhi Briqadanın tibb işçilərinə koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavələr o halda ödənilir ki, onların tibbi yardım göstərdiyi xəstələrdə koronavirus infeksiyası aşkar olunsun. İddiaçıların əmək haqlarına hesablanmış “covid pulu” saat hesabı hesablanaraq onlara ödənilmişdir. 43.Bununla da apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar TTTYS-də işləmiş olsalar da, onların iş şəraiti bütün müddət ərzində yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraiti olmamışdır. Onların bu infeksiya şəraitinə uyğun işlədikləri dövr üzrə saat hesabı ilə əmək haqlarına əlavələr hesablanmışdır.

44. İddiaçıların onlara hesablanmış əlavələri faktiki olaraq almadıqları barədə kassasiya şikayətində göstərdikləri dəlil aşağı instansiya məhkəmələrində iddiaçılar tərəfindən irəli sürülmədiyinə və apellyasiya instansiyası məhkəməsinin araşdırma predmeti olmadığına görə məhkəmə kollegiyası bu dəlil üzrə araşdırma aparmır. İddiaçıların onlara hesablanmış, lakin ödənilməmiş əmək haqqının (əmək haqqına əlavələrin) ödənilməsi barədə iddia vermək hüququ vardır.

45. Kassasiya şikayətində sadalanan digər hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin h üquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)4739/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar