Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-735/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5513/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsində n cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçılar cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı4 vurulmuş 56.830 manat maddi ziyan, İddiaçı2 vurulmuş 30.843 manat maddi ziyan, İddiaçı3 vurulmuş 39.060 manat maddi ziyan, İddiaçı5 17.684 manat maddi ziyan, İddiaçı1 12.730 manat maddi ziyanın, iddiaçılara vurulmuş mənəvi zərərə görə iddiaçıların hər birinə 300.000 manat məbləğdə kompensasiyanın cavabdehdən tutularaq ödənilməsini xahiş etmişlər.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-77/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) ilə iddia qismən təmin edilmiş, mənəvi zərərin əvəzi olaraq iddiaçılar İddiaç ı1 1.000 manat, İddiaçı3 1.000 manat, İddiaçı2 1.000 manat, İddiaçı4 1.000 manat və İddiaçı5 1.000 manat, cəmi 5.000 manat pul məbləğinin cavabdehdən tutularaq ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar apellyasiya şikayəti vermişlər.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5513/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilərək, cavabdehdən iddiaçıların xeyrinə mənəvi zərərin əvəzi kimi tutulmalı pul vəsaitinin məbləğinin iddiaçıların hər biri üçün 2.000 manat olmaqla, ü mumilkdə, 10.000 manat müəyyən edilməsi qət edilmiş, qətnamə apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-735/2024 nömrəli iş üzrə 22 yanvar 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 8. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri m üəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər; Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 41 7.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.
11. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında o lmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada, məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
12. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur.
13. Bu qəbildən məhdudiyyətlərdən biri də MPM-in 402.1-ci maddəsində təsbit olunmuşdur. Belə ki, həmin normada mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilə bilməcəyi göstərilmişdir.
14. İşdən məlum olur ki, hazırkı iş üzrə iddia əslində bir iddia ərizəsində birləşdirilmiş 5 ayrı müstəqil iddiadan ibarətdir, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, iddiaçıların iddiaları qismən təmin edilərək, cavabdehdən hər birinin xeyrinə 2.000 manat tutulması qət edilmişdir.
15. Görü ndüyü kimi, qətnamənin mübahisələndirilən hissəsində hər bir iddianın qiyməti beş min manatdan az, yəni MPM-in 402.1-ci maddəsində təsbit olunan və kassasiya şikayəti verilə bilməyən əmlak xarakterli iddialara aid olduğu üçün, cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ olmamışdır.
16. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla, apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti qeyri-mümkün sayılmalıdır.
17. Göstərilənlərə əsasən və MPM-in 402.1, 408.1.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC-nin Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5513/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-735/2024 nömrəli iş üzrə 22 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılmaqla, həmin apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Cavabdehin kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.