Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7350/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli 2(103)9060/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-825/2019 ) iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbinə dair iddiaları təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) İddiaçı1 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı2 ilə Cavabdeh1 arasında N-yə dair (hazırda N) 04 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına həmin mənzilə dair verilmiş Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, Bakı şəhəri 46 saylı notariat kontorunda 07 iyun 2018-ci il tarixdə təsdiq edilmiş “xxxx” KB ASC, alıcı-ipoteka qoyan Cavabd eh2 və satıcı Cavabdeh1 arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair Cavabdeh2 adına verilmiş 17 iyul 2018-ci il tarixli Reyestrdən Çıxarışın ləğv edilməsi qət olunmuşdur. Həmin qətnamə ilə iddiaçılar İddiaçı2, İddiaçı1, “xxxx” KB ASC və Cavabdeh2 biribirinə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşin halları: 25 fevral 2017-ci il tarixdə X3 ilə İddiaçı2 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən M tərəfindən İddiaçı2 25 may 2017-ci il tarixə kimi qaytarmaq şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 04 noyabr 2017-ci il tarixdə İddiaçı2 xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan N küçəsində yerləşən 1 “D” saylı evin 117 saylı mənzilini Cavabdeh1 51.000 manata satılmas ı barədə müqavilə bağlamış, müqavilə notariatda təsdiq edilmişdir. 07 iyun 2018-ci il tarixdə Cavabdeh1 satıcı qismində, “xxxx” KB ASC-nin ipoteka saxlayan qismində və Cavabdeh2 alıcı qismində iştirak etdiyi alqı-satqı və ipoteka müqaviləsi bağlanmış, məbləği 84.000 manat təşkil edən kredit üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh1 məxsus mənzil ipoteka ilə yüklü edilmişdir. 17 iyul 2018-ci il tarixdə Cavabdeh2 mənzilə mülkiyyət hüququnu bildirən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2018-ci ilin noyabr ayında İddiaçı2 və İddiaçı1 (ər-arvad) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilini ipoteka qoymaqla başqa şəxsdən (X1) götürdükləri borcu qaytarmaq üçün Cavabdeh1 müraciət etmələrini və sonuncunun onlara bo rc verməyə razılıq verməsini, bununla əlaqədar İddiaçı2 ilə Cavabdeh1 arasında onlara məxsus mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmasını və müqavilənin qiymətinin 51.000 manat göstərilməsini, bundan sonra isə Cavabdeh1 İddiaçı1 80.000 manat məbləğində borcun verilməsi barədə kredit müqaviləsinin bağlanmasını, daha sonra Cavabdeh1 təklifi ilə onların mənzili bank qarşısında ipoteka ilə yüklü edilib mənzilin Cavabdeh2 satılması barədə 07 iyun 2018-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsinin bağlanmasını, bankdan aldığı pulu Cavabdeh1 götürüb onlara verməməsini, alqı-satqı müqavilələrinin mənzilin satılması məqsədi ilə deyil, ipoteka qoyulub pul əldə edilməsi üçün formal olaraq bağlanmasını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən 04 noy abr 2017-ci il və 07 iyun 2018-ci il tarixli alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş Dövlət Reyestrindən Çıxarışların etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” KB ASC kassasiya şikayəti verərək 07 iyun 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin qanunun tələbinə uyğun bağlanmaqla onun etibarsız sayılması üçün əsasların olmamasını, alıcı Cavabdeh2 vicdanlı əldə edən olmasını, Cavabdeh2 mənzili ona baxış keçirmədən almasının onun vicdanlı əldə edən olmaması barədə nəticəyə gəlmək üçün əsas verməməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh1 kassasiya şikayəti verərək alqı-satqı müqavilələrinin tərəflərin könüllü iradələrinə uyğun bağlanmasını, qətnamənin sübutlara birtərəfli qiymət verilməklə, prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh2 kassasiya şikayəti vermiş və alqı-satqı müqaviləsinin formal xarakter daşıması barədə məhkəmə kollegiyasının nəticəsinin hər hansı bir mötəbər sübuta və qanuna əsaslanmamasını, hazırkı iddia tələbinin irəli sürülməsinin səbəbinin onun ayrıca i craatda iddiaçının mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırması ilə əlaqədar olmasını, onun tərəfindən alqı-satqı müqaviləsinin mənzilə mülkiyyət hüququ olan şəxslə bağlamasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehlər və onların vəkilləri, 3-cü şəxs “xxxx” KB ASC-nin vəkili kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, İddiaçı1 və vəkili isə kassasiya şikayətlərinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, bankın kassasiya şikayəti təmin, Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətləri isə qismən təmin edilərək qətnamə ləğv edilməli və iş yenidən baxılması uçun apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı əqdinin başqa əqdi pərdələmək məqsədi ilə bağlanmasını iddia edən Nların dəlilinə əsaslanmış və hesab etmişdir ki, işin göstərilən halını hər iki tərəf etiraf etdiyindən həmin əqd yalan əqd olmuşdur. Kollegiyaya görə həmin əqd Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən əhəmiyyətsiz əqddir və heç bir hüquqi nətic əyə səbəb olmur. Göstərilənlərlə əlaqədar Cavabdeh1 əmlakın əsl mülkiyyətçisi olmaması qənaətinə gələn apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, onun mübahisə predmeti olan mənzili başqasına satmaq səlahiyyəti olmadığından 07 iyun 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi də etibarlı əqd sayıla bilməz. İddiaçılara görə onların mənzili satmaq məqsədləri olmamış, əsl niyyətləri mənzili ipoteka qoyub pul əldə etməkdən ibarət olmuşdur. İşdən görünür ki, İddiaçı2 əvvəlcə Cavabdeh1 ilə mənzilin alqı-satqısı barədə müqavilə bağlamış və müqaviləyə görə mənzilin satışı ilə əlaqədar Cavabdeh1 tərəfindən ona 51.000 manat ödənilmişdir. Sonra onlar arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilədən isə görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı2 80.000 manat məbləğində borc verilmişdir. Cavabdeh1 izahatından görünür ki, o, iddiaçılara cəmi 130.000 manat məbləğində pul vermişdir. Həmin pul məbləğinin iddiaçılara ümumiyyətlə verilməməsi və yaxud da Cavabdeh1 qaytarılması barədə işdə heç bir mötəbər sübut yoxdur. İşdə olan həmin alqı-satqı və kredit müqavilələri isə notariatda təsdiq olunmaqla onların İddiaçı2 iradəsinin əleyhinə bağlanması və bu zaman hər hansı bir qanun pozuntusuna yol verilməsi işdən görünmür. İşdən görünür ki, həmin müqavilələr bilavasitə İddiaçı2 iştirakı ilə bağlanmış, onun tərəfindən imzalanmış və həmin müqavilələrin hüquqi nəticələri ona izah olunmuşdur. Həmin müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 739-cu maddələrinin tələblərinə uyğun bağlanmış və onların həqiqiliyi notariat əməliyyatlarının aparılması qaydalarına uyğun olaraq təsdiq edilmişdir. Müəyyən olunduğu kimi Cavabdeh1 mübahisəli mənzilə olan mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Göstərilən vəziyyətdə iddiaçıların mənzili satmaq niyyətində olmamaları barədə dəlilləri alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsas ola bilməz. Məhkəmə kollegiyasına görə İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış əqd yalan olduğundan əhəmiyyətsizdir. Əgər məhkəmə kollegiyası tərəflərin borc müqaviləsini pərdələmək üçün alqı-satqı müqavilələri bağlamaları barədə nəticəyə gəlmişdirsə, onda mübahisənin Mülki Məcəllənin 340.2-ci maddəsinin müddəalarına uyğun həllinin mümkünlüyü məsələsini müzakirə etməli idi. Qanunun həmin normasına görə yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin məhkəmə kollegiyası göstərilən normanın tələbinə uyğun olmayaraq müqaviləni etibarsız saymışdır. İlk müqavilənin əhəmiyyətsiz əqd olması ilə əlaqədar sonrakı əqdin də etibarsız sayılmalı olması barədə məhkəmə kollegiyasının nəticəsi mülki qanunvericiliyin pozulmuş hüquqlarının bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsinə dair prinsiplərinə (Mülki Məcəllənin 6.1.8 və 6.1.9-cu maddəsi) zidd olduğundan kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə də razılaşmır. Məhkəmə kollegiyasının həmin nəticəsi qəbul edilərsə, belə qənaət hasil olur ki, mənzili sonuncu əldə edən Cavabdeh2 vicdanlı alıcı olub-olmamasından asılı olmayarq onunla bağlanmış müqavilə etibarsız sayılmalıdır. Müəyyən olunduğu kimi Cavabdeh2 mübahi səli mənzilin alqı-satqısına dair müqavilə bağlayıb bankdan götürdüyü kredit hesabına mənzilin dəyərini ödəyərkən mənzil satıcı Cavabdeh1 mülkiyyətində olmuş və o, mənzili onun qanuni sahibi və mülkiyyətçisindən almışdır. Onun tərəfindən mənzilə baxışın keçirilməməsi alqı-satqı müqaviləsinin məcburi şərti olmadığından məhkəmə kollegiyası həmin hala əsaslanıb Cavabdeh2 vicdanlı alıcı hesab etməməkdə haqlı olmamışdır. Bundan başqa, işə apellyasiya qaydasında baxılarkən Cavabdeh2 məhkəmədə iştirakı təmin edilməmiş və onun həmin məsələyə münasibəti aydınlaşdırılmamışdır. İddia ərizəsindən görünür ki, mübahisəli mənzilin alqı-satqısı və ipoteka müqaviləsi bağlanarkən onlar da bankda olmuş lakin Cavabdeh1 onları aldadaraq mənzilin alqısatqısı ilə əlaqədar ödənilmiş pul məbləğini onlara verməmişd ir. Göründüyü kimi iddiaçılar mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmasını bilmiş, buna etiraz etməmiş, (əgər özlərini mənzilin həqiqi mülkiyyətçiləri hesab edirlərsə), əsas məqsədləri mənzilə görə ödənilmiş pul məbləğini əldə etmək olmuşdur. Cavabdeh1 mənzilin mülkiyyətçisi və satıcısı olduğundan pul ona ödənilmiş və bu zaman həmin pul məbləğinin Cavabdeh1 veriləcəyi və yaxud onunla iddiaçılar arasında bölünəcəyi alıcı Cavabdeh2 üçün heç bir əhəmiyyət kəsb etməmişdir. Kollegiya hesab edir ki, Cavabdeh2 vicdanlı əldə edən olmaması barədə məhkəmə kollegiyasının dəlilləri yuxarıda göstərilən səbəblərdən əsaslı sayıla bilməz. Məhkəmə kollegiyasının qətnaməsi birtərəfli qiymətləndirilmiş sübutlara əsaslanmaqla, maddi hüquq normasının tələblərinə uyğun əsaslandırılmadığından kollegiya hes ab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: “xxxx” KB ASC-nin kassasiya şikayəti təmin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 31 iyul 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7350/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7350/2019
11.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver