Məhkəmə qərarları › İş №2(102)-7351/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7351/2019

15.11.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7351/2019 15.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Quliyev Gündüz Ağababa oğlu və Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Ərizəçi və onun vəkili Mirzəyev Təyyar Balarza oğlunun iştirakları ilə, Ərizəçi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərə k, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Sabunçu rayon şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 29 oktyabr 2018-cı il tarixli qətnaməsi ilə (sədrlik edən V.İ.Həsənov, iş 2(008)-6987/2018) ərizə təmin edilərək, Ərizəçi onun 1966-cı ildən 1969-cu ilədək 1 nömrəli Avtobus Parkında işləməsi barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi qət edilmişdir Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və İ.S.Şirinov, iş № 2(103)-9276/2019) ma raqlı şəxs Dövlət Sosial Müdafıə Fondunun Sabunçu rayon şöbəsinin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 29 oktyabr 2018-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Ərizəçi ərizəsi təmin edilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Ərizəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ərizəçi vəkili Mirzəyev Təy yar Balarza oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Dövlət Sosial Müdafıə Fondunun Sabunçu rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,hazırki işdə ərizəçi 1966-cı ildən 1969-cu ilədək 1 nömrəli Avtobus Parkında işləməsi ilə bağlı məhkəməyə bir şahid təqdim etmişdi, hansı ki, həmin şahid X4 ərizəçinin qeyd olunan müəssisədə işləməsini qonşu olaraq təsdiqləmiş, belə ki, həmin şahid ərizəçinin işlədiyi müəssisədə işləməmişdir. Belə olan halda həmin şahidin ifadəsini nəzərə alaraq ərizəçinin qeyd olunan müəssisədə 1966-cı ildən 1969-cu ilədək işləməsi faktını müəyyən etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Digər tərəfdən ərizəçi ərizəsində onun 1966-cı ildən 1969-cu ilədək 1 nömrəli Avtobus Parkında işləməsi faktını böyük qardaşı Ərizəçi təsdiq edə bildiyini bildirsə də, sonuncunun şahid qismində iştirakını nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində təmin etməmişdir Apelyasiya instansiyası tərəfindən ərizəçi X1 aid əmək kitabçasının surətinə baxış keçirilərkən əmək kitabçasının 05.01.2015-ci il tarixdə doldurulduğu, 21.10.1969-cu il tarixdən etibarən müxtəlif müəssisələrdə işləməsi ilə bağlı həmin əmək kitabçasında qeydlərin aparıldığı müəyyən olundu. Lakin ərizəçinin hüquqi fakt kimi tanınmasını tələb etdiyi dövrlə bağlı hər hansı qeyd onun əmək kitabçasında öz əksini tapmamışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: MPM-n ə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir (maddə 87). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ərizəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibe dilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilm əli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya insta nsiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kol legiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar