Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7358/2019 15.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Quliyev Gündüz Ağababa oğlu və Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, kassasiya şikayətinin mahiyyəti üz rə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.N.Abbasova, iş № 2(011)-3238/2018) iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov, iş № 2(103)7393/2018) İddiaçı nümayəndəsi, vəkil Yusifov Araz Arzu oğlunun apelyasiya şikayəti qismən təmin edimiş, hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı Notariat kontorunda bağlanılmış, 3M-1003 reyestr nömrəli, 18 iyul 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə əsas borca görə Cavabdeh 150000 (yüz əlli min) manat və iş üzrə ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia qalan hissələrdə rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Əlimərdan Sadıxov kassasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qərardadı ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov, iş № 2(103)-7393/2018) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəki li tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün h esab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı nümayəndəsi, vəkil Yusifov Araz Arzu oğlunun apelyasiya şikayəti qismən təmin edimiş, hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiası qismən təmin ed ilərək, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı Notariat kontorunda bağlanılmış, 3M1003 reyestr nömrəli, 18 iyul 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə əsas borca görə Cavabdeh 150000 (yüz əlli min) manat və iş üzrə ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia qalan hissələrdə rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Əlimərdan Sadıxov kassasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,Bakı Apelyasiya Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili tərəfindən verilmiş kassasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin dəftərxanasına 20 avqust 2019-cu il tarixd ə daxil olmuşdur. Cavabdehə qeyd olunduğu ünvana (ünvan 1n 28 iyun 2018-ci il tarixli qətnaməsinin surəti göndərilmiş və 25 iyul 2018-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul edilmişdir.(səh 60). Bundan əlavə qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin surəti cavabdehin vəkili Yusifov Araz Arzu oğlunun qeyd olunduğu ünvana (ünvan 2naməyə imza etməklə qəbul edilmişdir.(səh 61). Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bil ər. Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2018-ci il tarixli qətnaməsini almamış və heç bir sənədə imza etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, göstərilənlər iş materialları ilə təkzib olunur, kassator isə dəlillərini əsaslandıra biləcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiy ası həmçinin qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi qərardadda bir yerdə cavabdehin soyadını, adını və atasının adını yanlışlıqla X3kimi qeyd etmişdir. Məhkəmə kollegiyası bu yanlışlığı texniki səhv kimi qəbul edərək, bunu apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas bilmir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7358/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7358/2019
15.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver