Məhkəmə qərarları › İş №2(102)-736/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-736/2025

05.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-736/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (müqavilə öhdəliklərinin icra edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 4175/2024 nömrəli iş üzrə 02 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfind ən verilmiş kassasiya şikayətinə 5 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 ünvanda yerləşən mənzil 1/2 hissədə İddiaçı1, 1/2 hissədə İddiaçı2 mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli Texniki Pasportuna əsasən ünvan 1 ünvanda yerləşən yaşayış evlərinin texniki göstəriciləri 66,8 kv metr (yaşayış sahəsi 47,6 kv metr, köməkçi sahəsi 19,2 kv metr) təşkil edir.

3. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2004-cu il tarixli Texniki Pasportuna əsasən ünvan 1 ünvanda yerləşən ya şayış evinin texniki göstəriciləri 108,1 kv metr həqiqi sahəsi, tikinti altında 82,5 kv metr, həyət örtmələri üzrə torpaq sahəsi 25,6 kv metr təşkil edir. 4. "xxxx" MMC ilə İddiaçı2 və İddiaçı1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrə görə, Ç) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********75-10301 saylı çıxarışa əsasən, paylı mülkiyyətçi, sökülməli olan ərazidə - ünvan 3 ünvanında yerləşən, yuxarıda göstərilən çıxarışa əsasən ümumi sahəsi 66,8 kv metr, müvafiq hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv metr olan fərdi yaşayış evinin 1/2 hissəsinin mülkiyyətçisidir; D) Layihə icraçısı 1/2 hissəsi paylı mülkiyyətçiyə məxsus olan evin söküntüsü z onasına düşməsini nəzərə alaraq, evin boşaldılaraq, layihə icraçısına təhvil verilməsi və notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına verilməsi üzrə paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, paylı mülkiyyətçiylə, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,1 kv metr və 45,6 kv metr olan 2 (iki) tam təmirli mənzilin hər birinin 1/2 hissəsinin alqı-satqısı haqqında əsas alqı-satqı müqaviləsi bağlamağa razıdır; 1.1-ci bəndinə əsasən bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 3 təqvim günü ərzində bu ilkin müqavilənin “ç” bəndində göstərilmiş evin boşaldılaraq, layihə icraçısına təhvil verilməsi və bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən 18 aydan gec olmayaraq, no tariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üzrə paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, paylı mülkiyyətçiylə, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,1 kv metr və 45,6 kv metr olan 2 (iki) tam təmirli mənzilin hər birinin 1/2 hissəsinin alqı-satqısı haqqında notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması və əsas alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 manat miqdarında kirayə haqqının paylı mülkiyyətçiyə ödənilməsi öhdəliyini, paylı mülkiyyətçi isə bu ilkin müqavilənin “ç” bəndində göstərilmiş evin boşaldılaraq, layihə icraç ısına təhvil verilməsi və bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi öhdəliyini və bu ilkin müqavilənin müddəalarına əməl edilməsi şərtilə, yeni mənzillərin 1/2 hissəsinin layihə icraçısından qəbul edilməsi öhdəliyini öz üzərinə götürür. 1.2-ci bənlinə əsasən bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 3 təqvim günü ərzində bu ilkin müqavilənin “ç” bəndində göstərilmiş evin boşaldılaraq, layihə icraçısına təhvil verilməsi üzrə öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, layihə icraçısı birtərəfli qaydada bu ilkin müqaviləyə xitam verir. Bu halda paylı mülkiyyətçiylə yeni tikiləcək binada ümumi sahələri 94,1 kv metr və 45,6 kv metr olan 2 (iki) tam təmirli mənzilin hər birinin 1/2 hissəsinin alqı-satqısı haqqında əsas alqı-satqı müqaviləsinin bağlanması və əsas alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 (üç yüz əlli) manat miqdarında kirayə haqqının paylı mülkiyyətçiyə verilməsi üzrə layihə icraçısının öhdəliklərinə də xitam verilir. 1.3-cü bəndinə əsasən, paylı mülkiyyətçi bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə, paylı, mülkiyyətçi ilə bağlanılacaq əsas alqı-satqı müqaviləsinin şərtləri, müqavilə bağlanması anı na paylı mülkiyyətçi tərəfindən layihə icraçısına təqdim edilmiş hüquq müəyyənedici sənədlərə əsasən yenidən müəyyən ediləcəkdir. 1.4-cü bəndinə əsasən, layihə icraçısı, paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, paylı mülkiyyətçiylə, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,1 kvadrat metr və 45,6 kvadrat metr olan 2 (iki) tam təmirli mənzilin hər birinin 1/2 hissəsinin alqı-satqısı haqqında əsas alqı-satqı müqaviləsinin bağlanması və kirayə haqqının ödənilməsi üzrə öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, paylı mülkiyyətçi bu ilkin müqaviləyə birtərəfli qaydada xitam verib, sökülmüş evin bazar dəyəri miqdarında kompensasiyanın ödənilməsini layihə icraçısından tələb edə bil ər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 06 mart 2020-ci il tarixli ilkin müqavilələrə uyğun olaraq, onlara Cavabdeh tərəfindən Nərimanov rayonunun Mayakovski küçəsində tikilmiş yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 94,1 kv metr olan tam təmirli mənzilin və 11-ci mərtəbəsində ümumi sahəsi 45,6 kv metr olan digər tam təmirli mənzilin verilməsi, həmçinin mənzillər təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin onlara ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasmını xahiş etmişdir.

6. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 27 ünvanda yerləşən 77A saylı fərdi yaşayış evi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu ildə verilmiş çıxarışa əsasən onların paylı mülkiyyətindədir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü ildə verilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan da müəyyən olunur ki, qeyd olunan 77A saylı fərdi yaşayış evi 1972ci ildə inşa edilməklə ümumi sahəsi 66,8 kv metr olan 3 yaşayış otağından ibarət olmaqla, evin torpaq sahəsi 108,1 kv metr tikintialtı torpaq sahəsi isə 82,5 kv metrdir. Həmin evi ailəsi 1996-cı ildə almış və həmin vaxtdan orada yaşamışlar. Həmçinin Bakı şəhəri 38 saylı MKİS tərəfind ən tərtib edilmiş sxemdən də müəyyən olunur ki, 77A saylı fərdi yaşayış evinin boş həyətyanı torpaq sahəsi 26 kv metr təşkil edir. Tərəflər arasında bağlanmış 06 mart 2020-ci il tarixli ilkin müqavilələrə əsasən bütün sənədləri MMC-yə təqdim etmişlər. MMC nümayəndələri tərəfindən yaşayış evi və torpaq sahəsinin ərazisi ölçülmüş, sonuncu razılaşmaya əsasən ümumi sahəsi 66,8 kv metr olan, hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv metr torpaq sahəsi olan fərdi yaşayış evinin MMC-yə verilməsi nəticəsində həmin ərazidə yeni tikiləcək binada ümumi sahəsi 94,1 kv metr və 45 kv metr olan 2 tam təmirli mənzilin hər birinin 1/2 hissəsinin alqı-satqı bağlanmaları, habelə binada mənzil təhvil verilən günədək hər ay hər birinə 350 manat kirayə məbləğinin ödənilməsi barədə qar şılıqlı razılığa gəlmişlər. Belə ki, sahəsi 94,10 kv metr olan mənzil yeni tikiləcək 2-ci binanın 9-cu mərtəbəsində, yaşayışın isə 7-ci mərtəbəsinə, sahəsi 45,6 kv metr olan isə birinci binanın 11-ci (yaşayışın 9-cu) mərtəbəsində olmalı və MMC tərəfindən tam təmir edilmiş vəziyyətdə təhvil verilməli idi. Onlar isə ona həmin 45,6 kv metr mənzili 1-ci binanın 4-cü (yaşayışın 2-ci) mərtəbəsində verəcəklərini bildirdilər. Məhz bu razılaşmalar nəzərə alınaraq, paylı mülkiyyətlərində olan 77A saylı fərdi yaşayış evini boşaldaraq MMC-yə təhvil verilmiş, özləri isə kirayədə yaşamağa başlamışlar. Binanın tikintisi bitəndən sonra Cavabdeh MMC rəhbərliyi müqavilə öhdəliklərini icra etməkdən süni surətdə yayınmışdır.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.N.Novruzova) xx.xx.2023-ci il tarixli 2(005)1053/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ünvan 5 ünvanında inşa olunmuş 2ci binanın, 2-ci blok, 16-cı mərtəbəsində yerləşən 84 nömrəli mənzil 2021-ci il 27 dekabr tarixli razılaşma əsasında İddiaçı2 artıq təhvil verilmişdir. Tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı2 və İddiaçı1 2021-ci ilin 27 dekabr tarixindən ünvan 6 ünvanında inşa olunmuş binanın 2 bina, 2 blok, 16 mərtəbəsində yerləşən 84 nömrəli 94,1 kv metr sahəsi olan mənzildə yaşamaqla kommunal xidmət pulu ödəyirlər. İddiaçı tərəf binanın məhz 7-ci mərtəbəsində ümumi sahəsi 94,1 kv metr olan tam təmirli mənzilin onlara təhvil verilməsini iddia etsələr də, tərəflər arasında bağlanmış müqavilədə mənzilin mərtəbəsi ilə bağlı şərt mövcud olmamışdır. İddia tələbinin «11-ci mərtəbəsində ümumi sahəsi 45,6 kv metr olan digər tam təmirli mənzilin verilməsi» hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə yaşayış sahəsinin dövlət qeydiyyatına alınmış hissəsinin 66,8 kv metr olması, hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə isə 108 kv metr olması müəyyən olunmuşdur. Bu baxımdan, müqavilə şərtlərinə əsasən paylı mülkiyyətçi bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə, paylı, mülkiyyətçi ilə bağlanılacaq əsas alqı-satqı müqaviləsinin şərtləri, müqavilə bağlanması anına paylı mülkiyyətçi tərəfindən layihə icraçısına təqdim edilmiş hüquq müəyyənedici sənədlərə əsasən yenidən müəyyən edilməsi göstərilmişdir (1.3-cü bənd). Digər tərəfdən, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrin 2.1.3-cü bəndində ilkin müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyvənedici sənədləri layihə icraçısına vermək öhdəliyi paylı mülkiyyətçilərin (iş üzrə iddiaçıların) üzərinə qoyulmuşdur. İş üzrə cavabdeh "xxxx" MMC tərəfindən birgə iddiaçılara 09 sentyabr 2021-ci tarixli və 16 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və 41,2 kv metr sahənin hüquq müəyyənedici sənədlərinin təqdim ounması təklif olunmuş, buna baxmayaraq müqavilə öhdəliyinin həmin şərti yerinə yetirilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almaqla hesab etmişdir ki, iddia tələbinin «11-ci mərtəbəsində ümumi sahəsi 45,6 kv metr olan digər tam təmirli mənzilin verilməsi» hissəsi əsassızdır, təmin oluna bilməz. Qanunvericinin tələbindən də göründüyü kimi əgər müqavilənin bir tərəfi şərtləşdirilmiş öhdəliyi tam həcmdə icra etmirsə, müqavilənin digər tərəfi öz üzərinə düşən öhdəliyin icrasını dayandıra və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Belə ki, birgə iddiaçılar yuxarıda da şərh edildiyi kimi, evi boşaltsalar da, daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədləri 18 ay vaxt ərzində tam şəkildə cavabdeh şirkətə təqdim etməmişlər (birg ə iddiaçılar yalnız onlara məxsus olan evə dair çıxarışı əldə etmişlər, torpaq sahəsi isə onlara məxsus olmadığı üçün onlar nə cavabdeh şirkətlə müqavilə bağlanan ana qədər, nə də müqavilənin qüvvədə olduğu müddət ərzində həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi əldə edib cavabdeh şirkətə təqdim etməmiş və ona görə də öhdəliyi tam şəkildə icra etməmişlər). Ona görə də, cavabdeh şirkət birgə iddiaçılara yalnız ümumi sahəsi 94,1 kv metr olan mənzil vermişdir. "xxxx" MMC həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina etmiş, bu səbəbdən cavabdeh 45,6 kv metr mənzili birgə iddiaçılara verməmişdir. Məhkəmə iddia tələbinin “kirayə haqqı” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iş materiallarında olan arayışdan, eləcə də iddiaçı ların məhkəmə proseslərində izahatından görünür ki, iddiaçılar 2021-ci ilin 27 dekabr tarixindən ünvan 6 ünvanında inşa olunmuş binanın 2-ci bina, 2-ci blok, 16-cı mərtəbəsində yerləşən 84 nömrəli 94,1 kv metr sahəsi olan mənzildə yaşayırlar. Müqavilə öhdəliyinin digər hissəsi isə cavabdeh tərəfindən deyil, iddiaçılar tərəfindən icra edilməmişdir. (41,2 kv metr sahənin hüquq müəyyənedici sənədlərinin təqdim olunması halında 45,6 kv metr olan digər mənzilin verilməsi). Bu səbəbdən cavabdeh "xxxx" MMCdən kirayə haqlarının məcburi qaydada ödənilməsi tələbi əsassız olduğundan rədd edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci madd əsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 425.1, 441.1, 441.2, 441.3, 441.4, 441.5 və 442-ci maddələrinə, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1 və 12.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdirlər.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddi anı rədd etməklə əsassız və qanunsuz qətnamə qəbul etmiş, yeganə əmlakları paylı mülkiyyətdə olan fərdi yaşayış evi olan iddiaçıların mülkiyyət hüquqlarına müdaxilə edilməsi ilə nəticələnmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə ümumiyyətlə cavab vermir. İddiaçıların fərdi yaşayış evi üzərində paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, yaşayış evinin ölçüləri və evin yerləşdiyi torpaq sahəsi verilən çıxarış və texniki pasportda M1:100 və M1:200 miqyasda qeyd edilmiş, buna baxmayaraq birinci instansiya məhkəməsi Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2 019-cu il tarixli 109 saylı sərəncamı əsasında cavabdeh tərəfindən sökülmüş, ümumi sahəsi 108 kv metr olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını pozaraq, həmin evin əvəzinə iddiaçıların hər birinə ayrıayrılıqda verilməli olan 2 ədəd mənzili verməkdən imtina etmiş, eləcə də mənzil təhvil verilənədək olan müddətdə kirayə xərclərinin ödənilməməsini nəzərə almamışdır. Məhkəməyə təqdim edilmiş, "xxxx" MMC ilə iddiaçılar arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrdən də müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********75-10301 saylı çıxarışa əsasən paylı mülkiyyətçi olan iddiaçılar sökülməli olan ərazidə - ünvan 7 ünvanınd a yerləşən, yuxarıda göstərilən çıxarışa əsasən ümumi sahəsi 66,8 kv metr, müvafiq hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv metr olan fərdi yaşayış evini 3 təqvim günü ərzində boşaldaraq cavabdehə təqdim etmiş, cavabdeh isə müqavilə üzrə paylı mülkiyyətçi olan iddiaçılara həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,10 kv metr və 45,6 kv metr olan 2 (iki) tam təmirli mənzili verməyi, əsas alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 manat miqdarında kirayə haqqının paylı mülkiyyətçiyə ödənilməsi öhdəliyini üzərinə götürsə də, yalnız iddiaçılardan birinə 94,10 kv metr mənzil sahəsi vermiş, sonuncu dəfə xx.xx.2021-ci ildə iddiaçıların hər birinə ayrıayrılıqda 350 manat kirayə haqqı ödəmiş, yeni tikilən yaşayış binasın ın 2-ci blok 16-cı mərtəbəsindəki 84 saylı mənzil isə xx.xx.2021-ci ildə iddiaçılardan İddiaçı2 təhvil verilmiş, ondan sonrakı müddətdə əsassız və qanunsuz olaraq müqavilə öhdəliklərindən birtəfəli qaydada imtina edilərək İddiaçı1 ümumi sahəsi 45,6 kv metr olan mənzilin verilməsindən imtina edilmiş, eləcə də, mənzil təhvil verilən anadək ödənilməli olan aylıq 350 manat kirayə haqqının verilməsindən imtina edilmişdir. Bununla da cavabdeh təşkilat müqavilə öhdəliklərini icra etməkdən birtərəfli qaydada imtina etmiş, birinci instansiya məhkəməsi isə qeyd olunan hallara ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız cavabdehin mövqeyini nəzərə almaqla qətnamə qəbul edilmiş, bu zaman iddiaçıları n paylı mülkiyyətində olan fərdi yaşayış evinin ölçüləri, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri araşdırma predmeti olmamışdır. Cavabdeh məhkəmə mübahisəsindən əvvəl hətta 1 otaqlı mənzili də yerində iddiaçılara təqdim etmiş (bu barədə videoçəkiliş mövcuddur), lakin sonradan iddiaçıların müxtəlif instansiyalara müraciət etmələrindən və məlum olmayan digər səbəblərdən öhdəlikləri icra etməkdən yayınmışdır. Təəsüflər olsun ki, tərəflərindən təqdim edilmiş dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın texniki pasportu, bank hesab çıxarışları, iddiaçıların dövlət orqanlarına çoxsaylı şikayətlərinə verilən cavab məktubları, tərəflər arasında bağlanılmış ilkin müqavilələr birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, sənədlər birtərəfli qaydada təhrif edilmiş dir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçılar tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh imtinanın əsası kimi onu da qeyd edir ki, guya ki 66 kv metr mənzil əvəzinə 20 kv metr əlavə olmaqla iddiaçılardan birinə 94 kv metrlik mənzil verib. Əgər əvvəlcədən belə bir razılaşmanı nəzərdə tutmuşdularsa, onda ilkin müqavilə bağlanılmamışdan əvvəl iddiaçılara bu barədə iradlarını bildirərdilər. Eləcə də, qanunvericilikdə söküntü ərazisinə düşən evlərin ölçülərində yalnız 20 faiz əlavə verilməsi şərti ilə kompensasiya verilməsi konkret şərt kimi nəzərdə tutulmamışdır. Belə bir tələb minimum şərt kimi nəzərə alınır. Ən azından onu da nəzərə almaq lazımdır ki, dövlət reyestrindən çıxarışda olan ölçülərlə MMC və ya MTK–lar tərəfindən hesablanan ölçülər üst-üstə düşmür. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməli olduğu halda, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, iddiaçılar tərəfindən səlahiyyətli dövlət orqanı hesab edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportda göstərilən ölçülər və tərəflər arasında bağlanılmış müqavilələrdəki bəndlər nəzərə alınmamış, yekunda məhkəmə ümumi sözlərdən istifadə edərək, iddiaçıların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmiş, ən azından nəzərə almamışlar ki, iddia tələbində istinad olunan ölçüdə yaşayış sahəsi ilə təmin olunmaq iddiaçılar üçün xüsusilə zəruri və ehtiyacdan irəli gəldiyi halda, müqavilədə verilməsi nəzərdə tutulan mənzil sahəsi vermək cavabdeh MMC üçün cüzi məbləğ təşkil edir. Cavabdeh istinad edir ki, iddiaçılar daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədləri şirkətə təqdim etməmişlər. Bu dəlil tamamilə absurd və mümkünsüzdür. Çünki hələ 2020-ci ildə müqavilə bağlanılmamışdan əvvəl bütün sənədlər tam formada cavabdehə təqdim edilmiş, bu sənədl ər əsasında ilkin müqavilə tərtib edilmiş və iddiaçılar mülkiyyətlərində olan fərdi yaşayış evini söküntü məqsədilə cavabdehə təqdim etmiş, əvəzində isə yeni tikiləcək binadan müqavilədə nəzərədə tutulan tam təmirli 2 ədəd mənzil təhvil verilən günədək hər biri aylıq 350 manat kirayə haqqı almalı idilər. Birinci instansiya məhkəməsi nəzərə almır ki, fərdi yaşayış evi söküləndən sonra iddiaçılar dövlət reyestrindən çıxarışdan əlavə daha hansı sənədi cavabdehə təqdim etməli idilər ki, şirkət həmin sənədlə qane olub, nəzərdə tutulan mənzilləri iddiaçılara verməli idi. Eləcə də, cavabdeh tərəfindən tərtib edilmiş ilkin müqavilələrdə iddiaçılar tərəfindən əlavə hər hansı sənəd təqdim edilməsi nəzərdə tutulmayıb. Qeyd olunan yaşayış evinin hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə bir likdə 108 kv metr olması isə məhz DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən hələ xx.xx.2004-cü ildə tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu və xx.xx.2019-cu ildə verilmiş fərdi yaşayış evinin texniki pasportu ilə təsdiq olunur. Hətta, fərdi yaşayış evinin ölçülərini ərazi üzrə 38 saylı MKİS-in texniki tərəfindən tərtib edilməklə MKİS-in möhürü ilə təsdiq edilmiş sxem ilə müəyyən edilmiş, bundan əlavə, cavabdeh təşkilatın nümayəndələri ölçüləri ididaçılarla birlikdə yerində bir daha yoxladıqdan sonra müqavilənin tərtibinə başlamışlar. Məhkəmə araşdırması zamanı da, məhkəmə bu barədə qarşı tərəfin cavab verməsini təklif eləsə də, cavabdehin nümayəndəsi əlavə hansı sənədin tələb edilməli olmasının müqavilədə nəzərdə tutulmadığını etiraf etmişdir. Cava bdeh təşkilat iddiaçılarla bağladığı 06 mart 2020-ci il tarixli ilkin müqavilələrin 1.1-ci bəndində ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən 18 aydan gec olmayaraq paylı mülkiyyətçilərə 2 tam təmirli mənzil verməyi öhdəsinə götürmüş, lakin həmin mənzillərdən 1-ni başqa mərtəbədə 21 aydan sonra qismən təmin edərək iddiaçılardan İddiaçı2 vermiş, digər mənzili isə hazırki vaxtadək verməmiş, eləcə də hələ xx.xx.2021-ci ildən hər iki iddiaçıya ödənişləri dayandırmışdır. 16-cı mərtəbədə yerləşən 1 ədəd mənzilin məcburiyyətdən İddiaçı2 tərəfindən götürülməsinin əsası o olmuşdur ki, MMC binada yerləşən bütün 3 otaqlı mənzilləri satması, yalnız 16cı mərtəbədə 1 ədəd 3 otaqlı mənzil olmasını bildirərək, əks təqdirdə,ümumiyyətlə, mənzil verməməsini bildirmiş, nəticədə məcburiyyətdən həmin 3 otaqlı mənzil iddiaçılardan biri tərəfindən müvəqqəti yaşamaq üçün qəbul edilmişdir. Təəssüflər olsun ki, iddiaçıların ailəsinin bütün dövlət qurumlarına ünvanladığı müraciətlər baxılması üçün rayon icra hakimiyyətinə göndərilmiş, həmin qurumdan da eyni məzmunda təkrar cavablar verilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçılar və onların valideynləri başda Azərbaycan Respublikasının Prezidenti olmaqla müxtəlif dövlət orqanlarına 100-lərlə şikayətlər yazmış, onlara verilməli olan mənzillərin və kirayə haqlarının əsassız olaraq verilməməsi barədə şikayət etmiş, bir çox dövlət qurumları mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmələrini iddiaçılara tövsiyə etmişlər. İddiaçılar məhz pozulmuş hüquqlarının bərpası üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etsələr də, birinci instansiya məhkəməsi də cavabdehlə eyni mövqedən çıxış etmişdir ki, sonda iddiaçıların məhkəməyə olan inamı sarsılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıların paylı mülkiyyətində fərdi yaşayış evi olmuş, bu yaşayış evinin ölçüləri texniki pasport və çıxarış əsasında ümumi sahəsi 108 kv metr olmuş, həmin evin əvəzində cavabdeh müqavilə üzrə yeni tikiləcək binada ümumi sahələri 94,10 kv metr və 45,6 kv metr olan 2 (iki) tam təmirli mənzili verməyi, əsas alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 manat miqdarında kirayə haqqının paylı mülkiyyətçi olan iddiaçılara ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh və məhkəmə iddiaçılar tərəfindən əlavə hansısa sənədin təqdim edilməli olmasını bi ldirsələr də, bu sənədin nədən ibarət olmasını əsaslandıra bilməmişlər. Məhkəmə və cavabdeh hesab etmişlər ki, guya ki, iddiaçılar xüsusi mülkiyyətdə olan 68 kv metr sahədən əlavə, yardımçı tikililərə və evin yerləşdiyi 108 kv metr torpaq sahəsinə də iddiaçılar çıxarış almalı idilər?. Belə bir bənd tərəflər arasında bağlanılmış müqavilədə mövcud deyildir. Məhkəmənin hakimi özü də şəxsən bu barədə qarşı tərəfindən nümayəndəsinə sual vermiş, lakin nümayəndə belə bir tələbin yalnız sözdə olmasını bildirərək müqavilədə olmamasını etiraf etmişdir. Müqavilədə əlavə çıxarış və ya sənəd alınması barədə hər hansı bənd nəzərdə tutulmadığı, eləcə də iddiaçıların paylı mülkiyyətində olmuş fərdi yaşayış evinin ölçülərində hər hansı anlaşmazlıq mövcud olmadığı halda, birinci instansiya məhkəməsi hakimin in iddianı rədd etməsi barədə qənaətə gəlməsi ağlabatan və ədalətli deyildir. Birinci instansiya məhkəməsində cavabdeh müqavilələrdə iki ədəd mənzilin verilməli olmasını etiraf etsə də, dövlət reyestrindən çıxarışda qeyd olunan 66,8 kv metr mənzil əvəzinə 99,1 kv metr yeni mənzil verilməsinin ədalətli olmasını bildirmişdir. Birinci instansiya məhkəməsi nəzərə almır ki, əgər həqiqətən də, iddiaçıların paylı mülkiyyətində olan fərdi yaşayış evinin ölçülərində hər hansı uyğunsuzluq var idisə, niyə cavabdeh MMC və onun kifayət qədər bu sahədə ixtisaslaşmış əməkdaşları evi təhvil alarkən tərtib etdikləri aktda bu barədə qeyd aparmamış və tərtib edilmiş müqavilədə də evin ölçülərinin 108 kv metr olması barədə qeydiyyat aparmışlar. Eyni zamanda müqavilələrdə əlavə hansısa sənədin təqdim edilməli olması nəzərdə tutulmamışdır. Ən azından məhkəmə araşdırma zamanı təqdim edilən bank sənədlərinə nəzər yetirsə idi, görərdi ki, cavabdeh məhz xx.xx.2021-ci il tarixədək müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri gecikmələr olsa da, icra etmiş, ondan sonrakı müddətdə öhdəliklərin icrasından yayınmağa başlamış, nəticədə iddiaçılar əvvəlcə cavabdeh təşkilata, sonra dövlət qurumlarına, ən sonda isə məhkəməyə mürqaciət etmək məcburiyyətinə qalmışlar.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (sədrlik edən A.İmanov, hakimlər M.Məmmədov və F.Talışinski) xx.xx.2023-ci il tarixli, 2(103)-4179/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(005)-1053/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmı şdır.

13. Apellyasiya instansiyası mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halları ilə müəyyən olunur ki, ünvan 5 ünvanında inşa olunmuş 2-ci binanın, 2-ci blok, 16cı mərtəbəsində yerləşən 84 nömrəli 2021-ci il 27 dekabr tarixli razılaşma əsasında İddiaçı2 artıq təhvil verilmişdir. Tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı2 və İddiaçı1 2021-ci ilin 27 dekabr tarixindən ünvan 6 ünvanında inşa olunmuş binanın 2-ci bina, 2-ci blok, 16-cı mərtəbəsində yerləşən 84 nömrəli 94,1 kv metr sahəsi olan mənzildə yaşamaqla kommunal xidmət pulu ödəyirlər. İddiaçı tərəf binanın məhz 7-ci mərtəbəsində ümumi sahəsi 94,1 kv metr olan tam təmirli mənzilin onlara təhvil verilməsini iddia etsələr də, tərəflər arasında bağlanmış müqavilədə mənzilin mərtəbəsi ilə bağlı şərt mövcud o lmamışdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi Cavabdeh tərəfindən Nərimanov rayonunun Mayakovski küçəsində tikilmiş yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 94,1 kv metr olan tam təmirli mənzilin iddiaçılara təhvil verilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin «11-ci mərtəbəsində ümumi sahəsi 45,6 kv metr olan digər tam təmirli mənzilin verilməsi» hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə yaşayış sahəsinin dövlət qeydiyyatına alınmış hissəsinin 66,8 kv metr olması, hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə isə 108 kv metr olması müəyyən olunmuşdur. Bu baxımdan, müqavilə şərtlərinə əsasən paylı mülkiyyətçi ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 a ydan gec olmayaraq notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə, paylı, mülkiyyətçi ilə bağlanılacaq əsas alqı-satqı müqaviləsinin şərtləri, müqavilə bağlanması anına paylı mülkiyyətçi tərəfindən layihə icraçısına təqdim edilmiş hüquq müəyvənedici sənədlərə əsasən yenidən müəyyən edilməsi göstərilmişdir. (1.3-cü bənd). Digər tərəfdən, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrin 2.1.3-cü bəndində ilkin müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 18 (on səkkiz) aydan gec olmayaraq, notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyvəned ici sənədləri layihə icraçısına vermək öhdəliyi paylı mülkiyyətçilərin (iş üzrə iddiaçıların) üzərinə qoyulmuşdur. İş üzrə cavabdeh "xxxx" MMC tərəfindən birgə iddiaçılara 09 sentyabr 2021-ci tarixli və 16 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və 41,2 kv metr sahənin hüquqmüəyyənedicə sənədlərinin təqdim ounması təklif olunmuş, buna baxmayaraq müqavilə öhdəliyinin həmin şərti yerinə yetirilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, iddia tələbinin «11-ci mərtəbəsində ümumi sahəsi 45,6 kv metr olan digər tam təmirli mənzilin verilməsi» hissəsi əsassızdır, təmin oluna bilməz. Qanunvericinin tələbindən də göründüyü kimi əgər müqavilənin bir tərəfi şərtləşdirilmiş öhdəliyi tam həcmdə icra etmirsə, müqavilənin digər tərəfi öz üzərinə düşən öhdəliyin icrasını dayandıra və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Belə ki, birgə iddiaçılar yuxarıda da şərh edildiyi kimi, evi boşaltsalar da, daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədləri 18 ay vaxt ərzində tam şəkildə cavabdeh şirkətə təqdim etməmişlər (birgə iddiaçılar yalnız onlara məxsus olan evə dair çıxarışı əldə etmişlər, torpaq sahəsi isə onlara məxsus olmadığı üçün onlar nə cavabdeh şirkətlə müqavilə bağlanan ana qədər, nə də müqavilənin qüvvədə olduğu müddət ərzində həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi əldə edib cavabdeh şirkətə təqdim etməmiş və buna görə də öhdəliyi tam şəkildə icra etməmişlər). Buna görə də, cavabdeh şirkət birgə iddiaçılara yalnız ümumi sahəsi 94,1 kv metr olan mənzil vermişdir. "xx xx" MMC həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina etmiş, bu səbəbdən cavabdeh 45,6 kv metr mənzili birgə iddiaçılara verməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi, iddiaçılar Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 27 ünvanda yerləşən fərdi yaşayış evinin boş həyətyanı torpaq sahəsinin onlara məxsus olmasının təsdiq edən hüquq müəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Apelyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 390.1, 425.1, 441.1, 441.2. 441.3, 441.4, 441.5, 442-ci, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 2.1, 12.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. İddiaçı1 (vəkili Vəkil3) həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edib, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (məruzəçi hakim – Ə.Xıdırov, hakimlər E.Vəliyeva və E.Şamayev) 2(102)1279/2024 nömrəli, 02 may 2024cü il tarixli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 avqust 2023-cü il tarixli 2(103)-4179/2023 nömrəli qətnaməsinin - iddianın, ümumi sahəsi 45,6 kv metr olan digər tam təmirli mənzilin verilməsi, həmçinin həmin mənzil təhvil verilən anadək aylı q müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi tələbinin rədd olunması hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddia tələbinin «11-ci mərtəbəsində ümumi sahəsi 45,6 kv metr olan digər tam təmirli mənzilin verilməsi» hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə yaşayış sahəsinin dövlət qeydiyyatına alınmış hissəsinin 66,8 kv metr olması, hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə isə 108 kv metr olması müəyyən olunmuşdur. Bu baxımdan, müqavilə şərtlərinə əsasən paylı mülkiyyətçi ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas al qı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə, paylı, mülkiyyətçi ilə bağlanılacaq əsas alqı-satqı müqaviləsinin şərtləri, müqavilə bağlanması anına paylı mülkiyyətçi tərəfindən layihə icraçısına təqdim edilmiş hüquq müəyyənedici sənədlərə əsasən yenidən müəyyən olunması göstərilmişdir. (1.3-cü bənd). Digər tərəfdən, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrin 2.1.3-cü bəndində ilkin müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 18 (on səkkiz) aydan gec olmayaraq, notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyvənedici sənədləri layihə icraçısına vermək öhdəliy i paylı mülkiyyətçilərin (iş üzrə iddiaçıların) üzərinə qoyulmuşdur. İş üzrə cavabdeh "xxxx" MMC tərəfindən birgə iddiaçılara 09 sentyabr 2021-ci tarixli və 16 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və 41,2 kv metr sahənin hüquq müəyyənedici sənədlərinin təqdim olunması təklif olunmuş, buna baxmayaraq müqavilə öhdəliyinin həmin şərti yerinə yetirilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, iddia tələbinin «11-ci mərtəbəsində ümumi sahəsi 45,6 kv metr olan digər tam təmirli mənzilin verilməsi» hissəsi əsassızdır, təmin oluna bilməz. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq müəyyənedici sənədə əsasən ümumi sahəsinin 66,8 kv metr, müvafiq hüquq müəyyənedici sənədlə təsd iq edilməyən sahə ilə birlikdə 108 kv metr olması, eləcə də tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş 66,8 kv metr fərdi yaşayış evinə aid hüquq müəyyənedici sənədlərin cavabdehə təqdim edilməsi işin mübahisələndirilməyən halıdır. İşdən görünür ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtinə müvafiq olaraq sahəsi 94,1 kv metr olan mənzili təhvil vermiş 45,6 kv metr olan tam təmirli mənzilin verilməsindən isə sökülmüş fərdi yaşayış evinin hüquq müəyyənedici sənədlərlə təsdiq edilməyən 41,2 kvadrat metrinə aid hüquq müəyyənedici sənəd təqdim olunmamasına görə imtina etmiş, məhkəmələr isə cavabdehi haqlı hesab etmişlər.

18. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissə üzrə əsaslandırması və gəldiyi nəticə ilə razılaşmamışdır.

19. Belə ki, tərəflər a rasında 06 mart 2020-ci il tarixində bağlanmış ilkin müqavilənin 1.3-cü bəndinə əsasən, paylı mülkiyyətçi bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə, paylı, mülkiyyətçi ilə bağlanılacaq əsas alqı-satqı müqaviləsinin şərtləri, müqavilə bağlanması anına paylı mülkiyyətçi tərəfindən layihə icraçısına təqdim edilmiş hüquq müəyyənedici sənədlərə əsasən yenidən müəyyən ediləcəkdir. 1.4-cü bəndinə əsasən, layihə icraçısı paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, pay lı mülkiyyətçiylə həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,1 kvadrat metr və 45,6 kv metr olan 2 tam təmirli mənzilin hər birinin 1/2 hissəsinin alqı-satqısı haqqında əsas alqı-satqı müqaviləsinin bağlanması və kirayə haqqının ödənilməsi üzrə öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, paylı mülkiyyətçi bu ilkin müqaviləyə birtərəfli qaydada xitam verib, sökülmüş evin bazar dəyəri miqdarında kompensasiyanın ödənilməsini layihə icraçısından tələb edə bilər. Müqavilənin göstərilən bəndlərində paylı mülkiyyətçinin hüquq müəyyənedici sənədlərlə təsdiq edilməyən 41,2 kvadrat metr sahəyə dair hüquq müəyyənedici sənəd təqdim edəcəyinə dair qeyd mövcud deyildir. Apellyasiya məhkəməsi müqavilənin şərtlərini təfsir edərkən müvafiq araşdırma apararaq təkcə müqavilədəki söz və ifadələri n hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alıb hüquqi qiymət verməli, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış təcrübə, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalı idi. Belə araşdırma nəticəsində müəyyən edilə bilər ki, müqavilə şərtləri paylı mülkiyyətçinin hüquq müəyyənedici sənədlərlə təsdiq edilməyən 41,2 kv metr sahəyə dair hüquq müəyyənedici sənəd təqdim etməli olması öhdəliyini ehtiva edir və ya etmir. Lakin apellyasiya məhkəməsi bu istiqamətdə kifayət qədər araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. Göründüyü kimi, apellyasiya məhkəməsinin araşdırması və sübutlara qiymət verməsi Azərbaycan Respublikasının MPM-in 14.1 və 88-ci maddəsinin tələblərinə cavab vermir. Belə hal isə yoxlanılan hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edildiyi qənaətinə gəlinməsinə imkan vermir. Eləcə də Ali Məhkəmə qeyd etmişdir ki, 45,6 kv metr olan digər tam təmirli mənzil təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi tələbinin əsaslı olub-olmaması 45,6 kv metr olan digər tam təmirli mənzilin verilməsi tələbinin əsaslı olub-olmamasından asılıdır. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2024-cü il tarixli, 2(103)-4175/2024 nömrəli qətnaməsi ilə (hakim X.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.Həsənov və S.Bəhrəmza dədən ibarət tərkibdə) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1053/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən - ümumi sahəsi 45,6 kv metr olan digər tam təmirli mənzilin verilməsi, həmçinin həmin mənzil təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, ümumi sahəsi 45,6 kv metr olan digər tam təmirli mənzilin verilməsi, həmçinin mənzil təhvil verilən anadək xx.xx.2021-ci il tarixdən aylıq müəyyən edilmiş kirayə haqlarının iddiaçılar İddiaçı1 və İddiaçı2 məcburi qaydada ödənilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-yə həvalə edilmişdir.

21. Apellyasiya instansiy ası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir: 22. "xxxx" MMC ilə iddiaçılar arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrdən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********7510301 saylı çıxarışa əsasən paylı mülkiyyətçi olan iddiaçılar sökülməli olan ərazidə ünvan 7 ünvanında yerləşən, yuxarıda göstərilən çıxarışa əsasən ümumi sahəsi 66,8 kv metr, müvafiq hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv metr olan fərdi yaşayış evini 3 təqvim günü ərzində boşaldaraq cavabdehə təqdim etmiş, cavabdeh isə müqavilə üzrə paylı mülkiyyətçi olan iddiaçılara həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,10 kv metr və 45,6 kv metr olan 2 (iki) tam təmirli mənzili verməyi, əsas alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 manat miqdarında kirayə haqqının paylı mülkiyyətçiyə ödənilməsi öhdəliyini üzərinə götürmüşdür.

23. İş materiallarından görünür ki, cavabdeh yeni tikilən yaşayış binasının 2-ci blok 16-cı mərtəbəsindəki 84 saylı, 94,10 kv metr mənzil sahəsini xx.xx.2021-ci ildə yalnız iddiaçılardan İddiaçı2 təhvil verilmiş, sonuncu dəfə xx.xx.2021-ci ildə iddiaçıların hər birinə ayrı-ayrılıqda 350 manat kirayə haqqı ödəmiş, ondan sonrakı müddətdə əsassız və qanunsuz olaraq müqavilə öhdəliklərindən birtəfəli qaydada imtina edilərək iddiaçılara ümumi sahəsi 45,6 kv metr olan mənzilin verilməsindən imtina edilmiş, eləcə də, mənzil təhvil verilən anadək ödənilməli olan aylıq 350 manat kirayə haqqının verilməsindən imtina edilmişdir. Bununla da cavabdeh təşkilat müqavilə öhdəliklərini icra etməkdən birtərəfli qaydada imtina etmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır.

24. İş materiallarında olan tərəflər arasında 06 mart 2020-ci il tarixində bağlanmış ilkin müqavilənin 1.3-cü bəndinə əsasən, paylı mülkiyyətçi bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə, paylı, mülkiyyətçi ilə bağlanılacaq əsas alqı-satqı müqaviləsinin şərtləri, müqavilə bağlanması anına paylı mülkiyyətçi tərəfindən layihə icraçısına təqdim edilm iş hüquq müəyyənedici sənədlərə əsasən yenidən müəyyən ediləcəkdir.

25. Müqavilənin 1.4-cü bəndinə əsasən, layihə icraçısı, paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, paylı mülkiyyətçiylə, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,1 kv metr və 45,6 kv metr olan 2 tam təmirli mənzilin hər birinin 1/2 hissəsinin alqı-satqısı haqqında əsas alqı-satqı müqaviləsinin bağlanması və kirayə haqqının ödənilməsi üzrə öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, paylı mülkiyyətçi bu ilkin müqaviləyə birtərəfli qaydada xitam verib, sökülmüş evin bazar dəyəri miqdarında kompensasiyanın ödənilməsini layihə icraçısından tələb edə bilər.

26. Göründüyü kimi müqavilənin göstərilən bəndlərində payl ı mülkiyyətçinin hüquq müəyyənedici sənədlərlə təsdiq edilməyən 41,2 kvadratmetr sahəyə dair hüquq müəyyənedici sənəd təqdim edəcəyinə dair qeyd mövcud deyil.

27. Birinci instansiya məhkəməsi isə müqavilənin şərtlərini təfsir edərkən müvafiq araşdırma apararaq təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alıb hüquqi qiymət verməmişdir. Belə ki, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalı idi.

28. İşin faktiki hallarından müəyyən edildiyi kimi müqavilə şərtləri paylı mül kiyyətçinin hüquq müəyyənedici sənədlərlə təsdiq edilməyən 41,2 kv metr sahəyə dair hüquq müəyyənedici sənəd təqdim etməli olması öhdəliyini ehtiva etməmişdir.

29. Qeyd olunanlara əsasən müəyyən edilir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçılar qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməyərək, 45,6 kv metr mənzili birgə iddiaçılara verməmişdir.

30. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçılar “ümumi sahəsi 45,6 kv metr olan digər tam təmirli mənzilin verilməsi” barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

31. Məhkəmə kollegiyası tələbin 11-ci mərtəbəsi hissəsi ilə bağlı hesab edir ki, cavabdehin nümayəndəsi inşa etdikləri mübahisəli binada istər 11, istərsə də digər mərtəbələrdə 45,6 kv metr olan mənzilin olmamasını göstərməsinə baxmayaraq hər bir halda qüvvədə olan və məhz cavabdeh tərəfindən mübahisələndirilməyən müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməlidir.

32. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan müqavilə öhdəliyinin digər hissəsi iddiaçılar tərəfindən deyil, cavabdeh tərəfindən icra edilmədiyindən iddia tələbi - cavabdeh "xxxx" MMC-dən kirayə haqlarının məcburi qaydada ödənilməsi hissəsində də əsaslı olmuşdur.

33. Belə ki, cavabdeh tərəf alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 manat miqdarında kirayə haqqının paylı mülkiyyətçiyə ödənilməsi öhdəliyini üzərinə götürmüşdür.

34. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 385.1, 390.1, 404.1, 404.2, 405.1, 425.1, 425.2, 441.1, 441.2, 441.3, 441.4, 441.5, 442, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçılar ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədləri cavabdeh şirkətə təqdim etməyiblər. Tərəflər arasında bağlanan sözügedən müqavilənin 1.3-cü bəndində də xüsusilə qeyd edilib ki, iddiaçılar hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkidə yerinə yetirməlidirlər və bütün əmlaka dair, o cümlədən mübahisə predmeti olan 41,2 kv metr sahəyə dair hüquq müəyyənedici sənədləri təqdim etməli idilər. Lakin, işə baxan apellyasiya instansiyası məhkəməsi əsassız olaraq qeyd edir ki, işin faktiki hallarından müəyyən edildiyi kimi müqavilə şərtləri paylı mülkiyyətçinin hüquq müəyyənedici sənədlərlə təsdiq edilməyən 41,2 kv metr sahəyə dair hüquq müəyyənedici sənəd təqdim etməli olması öhdəliyini ehtiva etməmişdir. Yuxarıda şərh edildiyi kimi tərəflər arasında bağlanan müqavilədə iddiaçıların hüquq müəyyənedici sənədləri təqdim etməsi öhdəliyini tam şəkildə icra etməsi öhdəliyi onların həmçinin 41,2 kv metr sahə yə dair hüquq müəyyənedici sənəd təqdim etməsi öhdəliyini də ehtiva edir, əks halda müqavilənin bu bəndinin heç bir mənası olmazdı. İşə baxan məhkəmə isə işə səthi yanaşmış və müqaviləni onun şərtlərinə və işin hallarına zidd şəkildə şərh edərək qanunsuz qətnamə qəbul etmişdir.

37. İşə baxan apellyasiya instansiyası məhkəməsi qətnamədə qeyd etmişdir ki, Göründüyü kimi müqavilənin göstərilən bəndlərində paylı mülkiyyətçinin hüquq müəyyənedici sənədlərlə təsdiq edilməyən 41,2 kvadratmetr sahəyə dair hüquq müəyyənedici sənəd təqdim edəcəyinə dair qeyd mövcud deyil. Birinci instansiya məhkəməsi isə müqavilənin şərtlərini təfsir edərkən müvafiq araşdırma apararaq təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilən in hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alıb hüquqi qiymət verməmişdir. Belə ki, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalı idi. İşin faktiki hallarından müəyyən edildiyi kimi müqavilə şərtləri paylı mülkiyyətçinin hüquq müəyyənedici sənədlərlə təsdiq edilməyən 41,2 kv metr sahəyə dair hüquq müəyyənedici sənəd təqdim etməli olması öhdəliyini ehtiva etməmişdir. Bu mülahizə ilə bağlı bildirir ki, iş materiallarında olan tərəflər arasında 06 mart 2020-ci il tarixində bağlanmış ilkin müqavilənin 1.3-cü bəndinə əsasən, paylı mülkiyyətçi bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkidə yerinə yetirmədiyi təqdirdə, paylı, mülkiyyətçi ilə bağlanılacaq əsas alqı-satqı müqaviləsinin şərtləri, müqavilə bağlanması anına paylı mülkiyyətçi tərəfindən layihə icraçısına təqdim edilmiş hüquq müəyyənedici sənədlərə əsasən yenidən müəyyən ediləcəkdir. Göründüyü kimi tərəflər arasında bağlanan sözügedən müqavilədə paylı mülkiyyətçinin bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkidə yerinə yetirməsi vəzi fəsi qeyd edilib. Başqa sözlə, iddiaçılar onlara məxsus olduğunu iddia etdiyi əmlaka dair hüquq müəyyənedici sənədləri tam şəkildə cavabdehə təqdim etməli idi, iddiaçıların cavabdehdən 2 mənzil alması hüququ məhz onların sözügedən əmlaka dair hüquq müəyyənedici sənədləri tam şəkildə cavabdehə təqdim etməsi ilə şərtlənirdi. Qanunvericinin tələbindən də göründüyü kimi əgər müqavilənin bir tərəfi şərtləşdirilmiş öhdəliyi tam həcmdə icra etmirsə, müqavilənin digər tərəfi öz üzərinə düşən öhdəliyin icrasını dayandıra və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Belə ki, birgə iddiaçılar yuxarıda da şərh edildiyi kimi, evi boşaltsalar da, daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədləri 18 ay vaxt ərzində tam şəkildə cavabdeh şirkətə təqdim etməmişlər (birgə iddiaç ılar yalnız onlara məxsus olan evə dair çıxarışı əldə etmişlər, torpaq sahəsi isə onlara məxsus olmadığı üçün onlar nə cavabdeh şirkətlə müqavilə bağlanan ana qədər, nə də müqavilənin qüvvədə olduğu müddət ərzində həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi əldə edib cavabdeh şirkətə təqdim etməmiş və buna görə də öhdəliyi tam şəkildə icra etməmişlər). Buna görə də, cavabdeh şirkət birgə iddiaçılara yalnız ümumi sahəsi 94,1 kv metr olan mənzil vermişdir. Cavabdeh MMC həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina etmiş, bu səbəbdən cavabdeh 45,6 kv metr mənzili birgə iddiaçılara verməmişdir. Lakin, işə baxan apellyasiya instansiyası məhkəməsi əsassız olaraq qətnamədə qeyd edir ki, Birinci instansiya məhkəməsi isə müqavilənin şərtlərini təfsir edərkən müvafiq araşdırma a pararaq təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alıb hüquqi qiymət verməmişdir. İşin faktiki hallarından müəyyən edildiyi kimi müqavilə şərtləri paylı mülkiyyətçinin hüquq müəyyənedici sənədlərlə təsdiq edilməyən 41,2 kv metr sahəyə dair hüquq müəyyənedici sənəd təqdim etməli olması öhdəliyini ehtiva etməmişdir. Məhkəmənin bu mövqeyi işin hallarına tamamilə ziddir və əsassızdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanan müqaviləni həmin müqavilənin şərtlərinə zidd şəkildə təfsir edərək qeyd edir ki, müqavilə şərtləri paylı mülkiyyətçinin hüquq müəyyənedici sənədlərlə təsdiq edilməyən 41,2 kv metr sa həyə dair hüquq müəyyənedici sənəd təqdim etməli olması öhdəliyini ehtiva etməmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında bağlanan müqavilədə iddiaçıların hüquq müəyyənedici sənədləri layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkidə yerinə yetirməsi vəzifəsi qeyd edilib. Sözügedən müqaviləni həm hərfi, həm məntiqi təfsir etdikdə eyni nəticəyə gəlmək olar: İddiaçılar öhdəlikləri tam şəkildə yerinə yetirərək bütün əmlak üzrə, o cümlədən 41,2 kv metr sahəyə dair hüquq müəyyənedici sənədi cavabdehə təqdim etməli idi. Qeyd edilənlər bir daha təsdiq edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi heç bir əsas və dəlil olmadan müqaviləni onun şərtlərinə zidd təfsir edərək sanki yuxarı instansiya məhkəməsinin mövqeyini nəzərə almışdır, hansı ki bu mövqe yini heç bir mötəbər sübutla əsaslandırmamışdır və bununla da maddi hüquq normasının tələbini pozmuşdur.

38. Digər tərəfdən, birgə iddiaçılar ilkin apellyasiya şikayətlərində qeyd ediblər ki, hələ 2020-ci ildə müqavilə bağlanılmamışdan əvvəl bütün sənədlər tam formada cavabdehə təqdim edilmişdir ki, bu sənədlər əsasında ilkin müqavilə tərtib edilmiş və iddiaçılar mülkiyyətlərində olan fərdi yaşayış evini söküntü məqsədilə cavabdehə təqdim etmiş, əvəzində isə yeni tikiləcək binadan müqavilədə nəzərdə tutulan tam təmirli 2 ədəd mənzil təhvil verilən günədək hər biri aylıq 350 manat kirayə haqqı almalı idilər. İddiaçıların bu mövqeyi bir daha təsdiq edir ki, onların cavabdeh şirkətlə müqavilə bağlayan zaman təqdim etdiyi sənədlər bütün lazımi sənədləri əhatə etmirdi, yəni bütün ərazinin hüquq müəyyənedici sənədləri təqdim edilməyib. Əks halda belə bir sual yaranır ki, əgər iddiaçılar cavabdehlə müqavilə bağlayan zaman bütün hüquq müəyyənedici sənədləri təqdim ediblərsə, bu halda müqaviləyə nəyə görə belə bir bənd əlavə ediblər ki, paylı mülkiyyətçi bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədləri layihə icraçısına təqdim etməlidir?! Bu hal bir daha təsdiq ki, iddiaçılar 41,2 kv metr sahəyə dair hüquq müəyyənedici sənədləri təqdim etməyiblər və onların 2-ci mənzili almaq hüquqları yoxdur. İşə baxan məhkəmə isə iddiaçıların vicdanlılığın tələb etdiyi tərzdə və müqavilə öhdəliklərinə əməl etməməsini nəzərə almamış və əsaslandıra bilmədiyi bir möv qeni qətnamədə qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

44. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövl ükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

45. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

46. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

47. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tə ləb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

48. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

49. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.

50. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

51. Maddə 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.

52. Maddə 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir.

53. Maddə 441.5. Bu Məcəllənin 441.2-441.4-cü maddələri ndə nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.

54. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar h esab olunur.

57. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

63. Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə və apellyasiya şikayətinə etirazlarda, məhkəmə iclaslarında verilmiş izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin 02 may 2024-cü il tarixlə qərarındakı göstərişlər nəzərə alınmaqla tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, kassasiya instansiyası məhkəməsi bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

64. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün fakti ki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçi nin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

65. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qər ara aldı: Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4175/2024 nömrəli iş üzrə 2 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar