Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7369/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili X5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-191/2019 saylı, 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq cavabdeh X2 65000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə, eyni zamanda xüsusi qərardadın çıxarılması hissəsində rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Məhərrəmova, hakimlər M.Məmmədov və E.Şamayev, iş № 2(103)7682/2019) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-191/2019 saylı, 12 fevral 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavab dehlərdən müştərək qaydada 65.000 manat pulun tutularaq ona ödənilməsi və cavabdehlərin əməllərində cinayət olub-olmamasının araşdırılması məqsədi ilə xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin tələblərinə zidd olaraq obyektiv araşdırma aparmamış, müvafiq olaraq bu münasibətlərə heç bir maddi hüquq normasını da tətbiq etməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirillmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MP M-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 24 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi q əbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, X6 Bakı şəhəri 9 saylı Notariat Kontoruna 21.04.2015-ci il tarixdə müraciət edərək iddiaçıdan 65.000 manat borc p ul almasını, Tərlanın pulu ona qaytarmasına inanaraq pulu aldığı barədə ərizə yazmasını, həmin vaxt pulunun olmasını, lakin başqa problemi yarandığı üçün həmin vaxt və sonradan pulu ona qaytara bilməməsini etiraf etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.01.2017-ci il tarixli 2(103)-1398/2017 saylı qətnaməsi ilə İddiaçı 28.06.2014-cü il tarixdə Bakı şəhəri 09 saylı Notariat Kontorunun xüsusi notariusu X1 ünvanlanmış “müqavilələrin ləğv edilməsi və yüklülüyün götürülməsinə” dair ərizəsi 05.11.2011-ci il tarixli ipoteka müqaviləsinə münasibətdə etibarsız sayılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.07.2017-ci il tarixli 2(102)4380/17 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 18.01.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı 28.06.2014-cü il tarix li ərizəsinin 05.11.2011-ci il tarixli ipoteka müqaviləsinə münasibətdə etibarsız hesab edilməsinə dair iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası tərəfindən həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında 05.11.2011-ci il tarixdə 65000 manata pula dair borc müqaviləsi bağlamış və həmin müqavilənin təmini üsulu kimi Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 143,2 kv.m ümumi sahəsi olan qeyriyaşayış sahəsi girov qoyulmuşdur. Bununla bağlı onlar arasında eyni tarixdə ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı ərizəsi əsasında borc və ipoteka müqavilələri 28 iyun 2014-cü il tarixdə ləğv edilmişdir. Lakin sonradan iddiaçıya 65.000 manat ödənilmədiyi üçün o, cavabdehlər 09 saylı Notariat Kontorunun xüsusi notariusu X1, X4, Cavabde h2 və Cavabdeh3 qarşı ərizənin etibarsız hesab edilməsi, borc və ipoteka müqavilələrinin ləğv edilməmiş hesab edilməsi, borc və ipoteka müqavilələrinin ləğv edilməmiş hesab edilməsi, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 143,2 kv.m ümumi sahəsi olan qeyriyaşayış sahəsinin isə İddiaçı xeyrinə yüklü hesab edilməsi barədə tələblə məhkəmədə iddia qaldırmışdır. Qeyd edilən məhkəmə mübahisələrinin yekunu olaraq İddiaçı 28.06.2014-cü il tarixli ərizəsinin 05.11.2011-ci il tarixli ipoteka müqaviləsinə münasibətdə etibarsız hesab edilməsinə dair iddiası rədd edilmişdir. Nəticə etibarilə hazırda ipoteka müqaviləsi qüvvədə deyildir. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından iddiaçının digər Cavabdeh2 öhdə liyin icrasını, yaxud ona olan pul borcunu qaytarmasını tələb etməsi üçün həmin cavabdehin öhdəliyinin ona zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsini, yaxud öhdəliyin əmələ gəlməsi üçün aralarında yazılı və ya şifahi müqavilənin olduğunu sübuta yetirməlidir. Buna baxmayaraq, iddiaçı tələbini təsdiq edən hər hansı yazılı müqaviləyə istinad etməmiş, Cavabdeh2 ilə aralarında hər hansı əvəzli şifahi əqdin bağlandığını, habelə onun öhdəliyinin yaranması üçün Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsasların mövcud olduğunu təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçının yeganə sübut kimi məhkəməyə təqdim etdiyi məhkəmə aktları iddianın digər cavabdehlərə aid hissədə təmin olunması üçün yetərli sübut deyil. Belə ki, qanun i qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.07.2017-ci il tarixli 2(102)4380/17 saylı qərarı ilə ipoteka müqaviləsi hazırda qüvvədə deyil, habelə ipoteka müqaviləsi Cavabdeh3 ilə İddiaçı arasında bağlanarkən İrinanın Tərlana borcunun olmasına dəlalət edən sənəd kimi deyil, İlqarla Tərlan arasında bağlanmış borc müqaviləsinin təmini məqsədi daşımışdır. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, ipoteka müqaviləsinin ipoteka saxlayan tərəfindən ləğv olunması barədə başqa iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə mübahisələndirilə bilməz və onların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Ona görə də iddia Cavabdeh3 aid hissədə əsaslı hesab oluna bilməz və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəlləyə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkə tlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Mülki Məcəllənin 739-cu maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnaməsi işin həqiqi hallarına uyğun olmaql a və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. İddiaçı kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbini təsdiq edən hər hansı yazılı müqaviləyə istinad etməmiş, Cavabdeh2 ilə aralarında hər hansı əvəzli şifahi əqdin bağlandığını, habelə onun öhdəliyinin yaranması üçün Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsasların mövcud olduğunu təsdiq edən sübutları təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının yeganə sübut kimi məhkəməyə təqdim etdiyi məhkəmə aktları iddianın digər cavabdehlərə aid hissədə təmin olunması üçün yetərli sübut deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərinlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zərur i hesab edir ki, kassasiya şikayətinin həmin dəlilləri iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halda hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üszrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 24 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7369/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7369/2019
18.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver