Məhkəmə qərarları › İş №2(102)-7375/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7375/2019

02.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7375/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər VZ Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 Z qızına və Z 111 qızına qarşı ipotekaya qoyulmuş mənzilə tutmanın yönəldilməsi və kredit borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun dekabr 2019-cu il tarixli, 2(103)7204/2019 saylı qətnaməsindən Cavabdeh3 və vəkili Vəkil tərəfin dən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Z Z qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonradan iddia tələbini dəqiqləşdirərək cavabdehlərdən iddiaçının xeyrinə 11.02.2011-ci il tarixli 90 İK/11 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 35.820.68 manat əsas, 7.338.96 manat faiz borcu və 6270.50 manat dəbbə pulu olmaqla, cəmi 49.430.14 manat və 30 manat dövlət rüsumu məbləğində pul vəsaitinin tutulması, tutulmalı olan məbləğin 11.02.2011-ci il tarixli 90 İK/11 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Z nömrəli ev fərdi yaşayış evin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3, Cavabdeh2, Z Z qızı yaşayış sahəsini ən geci 1 ay ərzində əmlakları ilə birlikdə tərk etmələri, cavabdehlər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən məcburi qaydada çıxarılmaları, mənzilin boşaldılması və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Z Z qızından tutularaq İddiaçı-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Yasamal” filialı və cavabdehlər Cavabdeh3 və birgə borcalanlar Cavabdeh2, Z Z qızı arasında 11.02.2011-ci ildə bağlanmış 90 İK/11 N li kredit müqaviləsinə əsasən Bank cavabdehə Azə rbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən maliyyələşdirdiyi vəsait hesabına 152 ay müddətinə 50.000 manat məbləğində mənzil alınması məqsədi ilə güzəştsiz ipoteka krediti vermişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə 8% illik faiz borcu hesablanmaqla, hər ay cədvəl üzrə Banka ödənilməlidir. Verilmiş ipoteka kreditinin təminatı kimi Cavabdeh3 məxsus ünvan 1 ünvanı üzrə 2 mərtəbədə 4 otaqlı fərdi yaşayış evi 0.05 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Aylıq ödənişlər üzrə müqavilənin şərtləri pozulmuş, kredit üzrə əsas borc və faizləri vaxtında və lazımi qaydada ödənilməmişdir. Cavabdehlər Cavabdeh3 və birgə borcalanlar Cavabdeh2, Z Z qızı kreditin vaxtında qaytarılması haqqında onların tərəfindən dəfələ rlə xəbərdar olunmuşdur, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Vaqif Həsənov) 17 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Z Z qızından iddiaçının xeyrinə 35820,68 manat əsas borc, 7338,96 manat faiz borcu və 100 manat dəbbə, cəmi 43259,64 manat borcun, 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi; tutmanın Cavabdeh3 mülkiyyətində olan Z nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ev açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh3, Cavabdeh2, Z Z qızının banka olan borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 120.000 manat məbləğind ə müəyyən edilməsi; ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh3, Cavabdeh2, Z Z qızının çıxarılmaları, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 19.06.2019-cu il tarixli 2(103)-7204/2019 nömrəli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Sabunçu rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” şirkəti tərəfindən ipoteka predmetinin qiyməti real bazar dəyərindən xeyli (təqribən 25-30 min manat) aşağı göstərilmişdir. “xxxx” qiymətləndirici şirkəti tərəfindən müəyyən edilən ilkin satış qiyməti ilə razı olmadığını birinci instansiya məhkəməsində bildirmişdir. İpoteka predmeti olan fərdi yaşayış evinin real dəyərinin müəyyən edilməsi üçün yenidən kifayət qədər təcrübəsi olan və etibarlı bir şirkət tərəfindən fərdi evin ilkin satış qiyməti müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qiymətləndirmənin nəticələri arasındakı kəskin fərqə heç bir münasibət bildirməmiş və ümumiyyətl ə qətnamədə bu barədə heç bir əsaslandırma və istinad yoxdur. Prosessual məsələlər: Cavabdeh3 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində Cavabdeh3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız ipoteka predmetinin satış qiyməti hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnaməni yalnız həmin hissədə cavabdehin kassasi ya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 90İK/11 saylı 11 fevral 2011-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh3, Cavabdeh2 və Z Z qızı arasında kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehlərə 152 ay müddətinə illik 08% ödəmək şərtilə, 50.000 manat məbləğində kredit vermişdir. 11 fevral 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh3, Cavabdeh2, Z Z qızı arasında bağlanmış 11 fevral 2011-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi, 12-ci məhəllə, Yeni sahə küçəsi 8 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Ə MDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Z nömrəli fərdi yaşayış evi İddiaçı-nin xeyrinə yüklü edilmişdir. “xxxx” MMC-in Ç-1115 nömrəli 02 oktyabr 2018-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi, 12-ci məhəllə, Yeni sahə küçəsi 8 nömrəli fərdi yaşayış evinin real bazar qiyməti 120.000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnamənin yoxlanılan hissəsi üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, “İpotek a haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qiymətləndirici ““xxxx” MMC tərəfindən əmlaka qiymət qoyularkən «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respu blikası Qanununun tələblərinə əməl edildiyindən məhkəmə həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. “xxxx” şirkətinin qiymətləndirici kimi fəaliyyəti ilə bağlı lazımi sənədlər (sertifikat, şəhadətnamələr) iş materiallarına əlavə olunmuşdur. Kassasiya şikayətində cavabdeh ipotekanın satış qiymətinin aşağı olduğunu qeyd etsə də, kassasiya şikayətinə bu barədə heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsi üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymə ti hissəsində qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Resp ublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli 2(103)7204/2019 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar