Məhkəmə qərarları › İş №2(102)-7376/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7376/2019

05.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7376/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Məhəmməd qızının vəkili V1 oğlunun işrirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.07.2019-cu il tarixli, 2(103)9146/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin (hakim T.Axundov) 18.02.2016-cı il tarixli, 2(004)-1067/201 6 nömrəli qiyabi qətnaməsi İddiaçı Cavabdeh-ya qarşı “mənzilin natura şəklində təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində yerləşən «xxxx» saylı MTK tərəfindən inşa edilən, çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, 55 saylı, 3 otaqlı, ümumi sahəsi 122 kv.m olan mənzilin natura şəklində İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh «xxxx» saylı MTK-ya həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, E.Şamayev, Ə.Qasımov) 01.07.2019-cu il tarixli, 2(103)-9146/2019 nömrəli qətnaməsi ilə maraqlarına toxunulan şəxs X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 18 fevral 2016-cı il tarixli, 2(004)-10 67/2016 nömrəli qiyabi qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh «xxxx» saylı MTK-ya qarşı “mənzilin natura şəklində təhvil verilməsi” iddia ərizəsi məhkəməyə müraciət edərək 28 iyun xxxx8-ci il müqavilə əsasında əldə etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində yerləşən, «xxxx» saylı MTK tərəfindən inşa edilən, çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 122 kv.m olan 3 otaqlı mənzilinə dair sahiblik, istifadə hüququnun tanınmaqla natura şəklində ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələb inin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 28 iyun xxxx8-ci il tarixli müqavilə əsasında əldə etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində yerləşən, «xxxx» saylı MTK tərəfindən inşa edilən, çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 122 kv.m olan 3 otaqlı mənzilin natura şəklində ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Osmanov Elman İsaməddin oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki,Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.03.2015-ci il tarixli, 2(102)-1141/2015 nömrəli Qərarı ilə Cavabdeh Mənzil Tikinti Koope rativinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.10.2014-cü il tarixli, 2(103)-5406/2014 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da, X2 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı Yasamal rayon məhkəməsində qaldırmış olduğu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi D. Bünyadzadə küçəsi 60 saylı binada yerləşən, ümumi sahəsi 122 kv.m. olan, 3 otaqlı, 55 nömrəli mənzilin onun sahibliyinə və istifadəsinə verilməsinə dair iddiası əsasında çıxarılmış Yasamal rayon məhkəməsinin 13.09.2013-cü il tarixli, 2(004)-4757/2013 nömrəli qətnaməsi qanun qüvvəsini almış, 07.08.2015-ci ildə tam icra edilmiş və 27.08.2015-ci il tarixdə iş üzrə icraata xitam verilmişdir. Bu qərarlar barəsində İddiaçı xəbərsiz olmuşdur. Ali Mə hkəmənin Plenumu isə hesab etmişdir ki, həmin qərarlar ləğv edilməsə də, Bakı Apellyasiya Məhkəməsində Bayramova ilə Musayevanın mənzil mübahisəsinə yenidən baxıla bilər. Lakin Bakı Apellyasiya məhkəməsi heç bu qərara əhəmiyyət verməmişdir. Cavabdeh MTK sözügedən mənzili xxxx8-ci ildə iddiaçıya satdığından, sonradan eyni mənzili Musayeva İradəyə satmaq hüququndan məhrum olmuşdur. Hazırda iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə X2 iddiasına baxarkən, həmin mənzilə dair iddiası olan başqa şəxslərin və ya cavabdeh MTK tərəfindən maddi ziyan vurulmuş digər şəxslərin olub-olmamasını müəyyən etməli idi. İddiaçı mübahisəli mənzili digər şəxslərdən əvvəl əldə etmişdir. Beləliklə apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstəri lənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.07.2019-cu il tarixli, 2(103)-9146/2019 nömrəli qətnaməsinin mübahisələndirilən ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdeh «xxxx» saylı MTK-nın səlahiyyətli nümayəndəsi və maraqlarına toxunan şəxs X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı qızının vəkili V1 oğlu kassasiya şikayətini müdafi ə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı ilə cavabdeh «xxxx» saylı MTKarasında 28.06.xxxx8-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində yerləşən «xxxx» saylı MTK tərəfindən inşa edilən, çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 122 kv.m mənzil tikilərək iddiaçıya verilməsi, iddiaçı tərəfindən razılaşma yolu ilə pulun cavabdehə ödənilməsi barədə müqavilə bağlanılmışdır. Mənzilin bir kv.m-nin dəyə ri 650 manat müəyyən edilmişdir. İddiaçı mənzilin dəyəri olan 79300 manat məbləğində pulu MTK-ya ödəmişdir. Apellyasiya kollegiyası həmçinin apellyasiya baxışı zamanı müəyyən etmişdir ki, hazırkı mübahisəli mənzil X4 ilə «xxxx» saylı MTK arasında məhkəmə mübahisəsinin predmeti olmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4757/2013 saylı, 13 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə X2 iddiası təmin edilərək mənzilin sonuncuya təhvil verilməsi qət edilmişdir. «xxxx» saylı MTK-nin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5406/2014 saylı, 02 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. «xxxx» saylı MTK həmin qətnamədən kassasiya şikayəti vermiş, şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 mart 2015- ci il tarixli, 2(102)-1141/2015 saylı qərarı ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 mart 2015-ci il tarixli, 2(102)-1141/2015 saylı qərarının və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 02.10.2014-cü il tarixli, 2(103)-5406/2014 saylı qətnaməsinin tam ləğv edilməsi barədə Ali Məhkəmənin sədrinə müraciət etmişdir. Ali Məhkəmənin sədri 5 mart 2019-cu il tarixdə bu barədə Ali Məhkəmənin Plenumuna təqdimat vermişdir. Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli, 13(102)-1/2019 saylı qərarı ilə təqdimat təmin edilməmişdir. Apellyasiya kollegiyası iddianın təmin edilməməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, qətnamədən maraqlarına toxunulan şəxs qismində apellyasiya şikayəti vermiş X1 mənzi lin ona təhvil verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmış, iddia təmin olunmuş, apellyasiya və kassasiya instansiya məhkəmələri məhkəmə aktlarını qüvvədə saxlamışlar. Qətnamə qanuni qüvvəyə minmiş, hazırkı iş üzrə İddiaçı həmin məhkəmə aktlarını mübahisələndirmək imkanını itirmişdir. MPM-ə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (maddə 15.2.). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfi ndən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3). Göstərilənlərə əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, bu baxımdan mübahisəli mənzilin X3 təhvil verilməsi ilə bağlı başqa iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə mübahisələndirilə bilməz və onların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Belə ki, sözügedən məhkəmə aktları hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq mülki hüquq subyektlərinin müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən edilmişdir (maddə 6). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1). Mülki Məcəllə həmçinin nəzərdə tutur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1.). Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətində dəlil kimi qeyd edilən hallar apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, mübahisəli mənzilin X3 təhvil verilməsi ilə bağlı başqa iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə mübahisələndirilə bilməz və onların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.07.2019-cu il tarixli, 2(103)-9146/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar