Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7385/2019 22.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Allahverdiyev Qəhrəman Əli oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, “xxxx” ASC “xxxx” İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC “xxxx” İdarəsinə qarşı əmək müqaviləsinin ləğv olunması barədə əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan şəhər məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Əliyev, iş № 2(032)510/2019) İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxx” ASCnin “xxxx” MMC-nin 4 nömrəli Regional Sukanal İdarəsinə qarşı 31.10.2018-ci il tarixli, 296/K saylı əmrinin ləğv edilməsi, onun həmin idarədə əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə 31.10.2018-ci il tarxindən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi barədə iddia ərizəsin in təmin edilməsi, Azərbaycan Respublikası “xxxx” ASC-nin “xxxx” MMC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin İddiaçı haqqında olan 31.10.2018-ci il tarixli 296/K saylı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv olunması və X4 idarəsinin Müştəri xidmətləri şöbəsinin mühəndisi vəzifəsinə işə bərpa olunması, ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və F.Abbasov, iş № 2(106)-2002/2019) cavabdeh “xxxx” ASC “xxxx” İdarəsinin apelyasiya şikayəti təmin edilmiş, Şirvan şəhər məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh “xxxx” ASC “xxxx” İda rəsinə qarşı əmək müqaviləsinin ləğv olunması barədə əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini. iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq “xxxx” ASC “xxxx” İdarəsinin nümayəndəsi X2 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiya sı tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC 4 saylı R egional Sukanal İdarəsinin 05.10.2018-ci il tarixli 28 №-li “Töhmət verilməsi haqqında” əmrinə əsasən 4 nömrəli Regional Sukanal İdarəsinin Müştəri xidmətləri şöbəsinin mühəndisləri X3 və İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş, gələcəkdə belə hal təkrar olunarsa, həmin işçilər barəsində daha ciddi tədbir görülməsi və ya əmək müqavilələri birtərəfli qaydada ləğv olunması göstərilmişdir. Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC 4 saylı Regional Sukanal İdarəsinin 11.10.2018-ci il tarixli 31 №-li “Töhmət verilməsi haqqında” əmrinə əsasən ezam olunduğu rayonlarda çatışmamazlıqlar və onların həlli ilə əlaqədar görülən tədbirlər barəsində heç bir yazılı məlumat və arayış təqdim etməməsi ilə əlaqədar Müştəri xidməti şöbəsinin mühəndisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. “xxxx” ASC “xxxx” MMC-nin 4 saylı Regional Sukanal İdarəsinin rəisi Azad Qurbanova müştəri xidmətləri şöbəsinin mühəndisi İddiaçı tərəfindən yazılmış ərizədə xahiş etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə 22 oktyabr 2018-ci il tarixdən xitam verilsin. Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC 4 saylı Regional Sukanal İdarəsinin 31.10.2018-ci il tarixli 296/k №-li əmrə görə, İddiaçı 4 saylı Regional Sukanal İdarəsinin Müştəri Xidmətləri şöbəsinin mühəndis ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə 31.10.2018-c i il tarixdən xitam verilmiş, 21.06.2016-cı il tarixdən 31.10.2018ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 71 təqvim günü pul əvəzi ödənilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tən zim edir. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 69.3-cü maddəsinə görə işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təh sil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğuna istinad etsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüqu q pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntular ına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7385/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7385/2019
22.11.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver