Məhkəmə qərarları › İş №2(102)-739/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-739/2023

09.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-739/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, maneələrin aradan qaldırılması, torpaq sahəsinin boşaldılması, tikililərin dayandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4(məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və digər tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1821/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 05 sentyabr 2006-cı il tarixli 302/1 nömrəli sərəncamından çıxarışa əsasən, Xudat şəhəri H.Əliyev küçəsi ev 29B, mənzil 7də yaşayan İddiaçı yaşadığı mənzilin qarşısında uzun müddət çəpərə alıb istifadə etdiyi dövlət torpaq fonduna aid 0.006 ha torpaq sahəsi onun daimi istifadəsinə verilmiş və orada tikinti işlərinin aparılmasına icazə verilmişdir.

2. Xaçmaz rayon məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(067)- 492/2019 nömrəli qətnaməsinin surətinə əsasən, Cavabdeh İddiaçı qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddiası təmin olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməs ində icraat

3. İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh tərəfindən onun torpaq sahəsindən istifadəsi ilə yaranan mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması, torpaq sahəsinin boşaldılması, cavabdeh tərəfindən torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılması və torpaq sahəsinin tam şəkildə boşaldılması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu İHB-nın 05 sentyabr 2006-cı il tarixli sərəncamına əsasən, Xudat şəhəri H.Əliyev küçəsi ev 29B mənzil 7-də yaşadığı mənzilin qarşısında uzun müddət çəpərə alıb istifadə etdiyi 0,006 ha torpaq sahəsi istifadəsinə verilmiş və tikinti işlərinin aparılmasına ona icazə verilmişdir. Cavabdeh ona məxsus və istifadəsində olan torpaq sahəsindən istifadəsinə imkan vermir, mül kiyyətinə qəsd edir. Cavabdeh onun yerində tikinti işləri aparmağa başlamış, ev tikmək üçün fundament atmış, mişar daşları, qum, sement boşaltmışdır. Xaçmaz Rayon Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qətnamələrinə əsasən, cavabdehin ona qarşı qaldırdığı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması barədə ərizələri təmin edilməmiş və onun bu torpaq sahəsi üzərində heç bir hüququnun olmadığı öz təsdiqini tapmışdır. Lakin cavabdeh yenə də öz hərəkətlərindən əl çəkmir, torpaq sahəsindən istifadəsinə qəsdən maneçilik törədir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, iddiaçının istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən mənzilin qarşısındakı dövlət torpaq fonduna aid olan 0.006 ha torpaq sahəsindən cavabdehin istifadəsinə son qoyul ması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində ölçüləri 0.8mx5.80m və 1.0mx10.0m olan mişar daşından inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin torpaq sahəsində hasar inşa etmişdir və sökmək fikri yoxdur.

7. Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2021-ci il tarixli 10/1483 nömrəli ekspert rəyinə əsasən tərəflərin naturada təqdim etdiyi torpaq sahəsinin faktiki olaraq cavabdehin istifadəsində olduğu və həmin torpaq sahəsində ölçüləri 0,8 m x 5,80 m və 1,0 m x 10,0 m olan mişar daşından hasarın inşa edildiyi müəyyən olunmuşdur.

8. Xaçmaz Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(067)-170/2021 nömrəli qət naməsi ilə (hakim A.Sadıqov) iddia tələbi təmin edilmiş, İddiaçı istifadəsinə verilmiş olan ünvan 1 ünvanında yerləşən mənzilin qarşısındakı dövlət torpaq fonduna aid olan 0.006 ha torpaq sahəsindən Cavabdeh istifadəsinə son qoyulması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində ölçüləri 0.8mx5.80m və 1.0mx10.0m olan mişar daşından inşa edilmiş hasar cavabdehin hesabına sökülməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 05 sentyabr 2006-cı il tarixli 302/1 nömrəli sərəncamına, Xaçmaz rayon məhkəməsinin 15 mart 2019cu il tarixli, 2(067)- 492/2019 nömrəli qətnaməsinə və Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2021-ci il tarixli 10/1483 nömrəli ekspert rəyinə istinad etməklə əsaslandırmışdır.

10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 157.2-ci, Torpaq Məcəlləsinin 84 və 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-ci maddələri göstərmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi 30 ildən çoxdur ki, o nun faktiki istifadəsində və sahibliyindədir. Həmin torpaq sahəsi yaşadığı evin qarşısında yerləşir. İddiaçı iddia tələbini Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının 05 sentyabr 2006-cı il tarixli 302/1 sərəncamına əsaslandırmış və məhkəmə də həmin sərəncamın əsasında qətnamə qəbul etmişdir. 30 il onun istifadəsində olan torpaq sahəsi necə ola bilər ki 05 sentyabr 2006-cı il tarixdə iddiaçıya verilsin. Ümumiyyətlə, məhkəmə mübahisəli torpaq sahəsinin kimin balansında olduğunu müəyyən etməmişdir. Qanunun tələbinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə qanunun sadaladığı normalarını nəzərə almamış və əsassız qətnamə qəbul e tmişdir.

13. Cavabdeh apelyasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 71-ci, Mülki Məcəllənin 152.2. 158.1.2, 158.2 və 158.4-cü, MPM-in 217.1-ci maddələrinə istinad etmişdir. 14.İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) Mülki kollegiyasının (hakimlər-G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) 13 dekabr 2021-ci il tarixli, 2(105)-3622/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(067)-170/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Ape llyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1, Mülki Məcəllənin 152, 157.2, Torpaq Məcəlləsinin 84 və 111, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

18. Cavabdeh (Vəkil1) dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı kassasiy a şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(102)2222/2022 nömrəli (hakimlər-X1 (sədrlik edən və məruzəçi) X5 və X11) qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisənin predmeti olan torpaq sahəsinə İddiaçı hüququnun olması nəticəsinə gələn məhkəmələr Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 05 sentyabr 2006-cı il tarixli 302/1 saylı sərəncamını kifayət hesab edərkən nəzərə almamışdır ki, həmin vaxt qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

22. Hazırkı iş üzrə Rayon İcra hakimiyyəti başçısının torpaq sahəsinin daimi istifadəyə verilməsinə dair sərəncamı verilməmişdən əvvəl torpaq ayrılması üçün sahə seçilməli, onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməli, qərar qəbul ediləndən sonra isə həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilməli idi.

23. Lakin iş materiallarında göçtərilən sənədlər mövcud deyildir, iddiaçı tərəfindən təqdim olun mamışdır. İşdə Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsi-29B/7 ünvanda yerləşən mənzilin (qarşısında mübahisəli torpaq sahəsi olan) iddiaçıya məxsus olması bapədə də hər hansı hüquq müəyyənedici sənəd yoxdur.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara düzgün hüquqi qiymət verməl idir.

25. Kassasiya instansiyası öz mövqeyini Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 55, 65.2, 65.3, 65.6, 66.1, 68, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 2.1, 14.2, 77.1, 81, 88, 217.2, 417.1.3, 418.1, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. d)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

26. Apellyasiya baxışı zamanı məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 şikayətin dəlillərini müdafiə edərək, bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsinin cavabdehə ayrılması barədə Xaçmaz Rayon İcra Hakimiyyətinin sərəncamının tarixi, iddiaçının adına olan sərəncamdan daha əvvəlki tarixlidir. Belə olan halda cavabdehin iddiaçıya məxsus hər hansı torpaq sahəsini zəbt etməsi faktı inandırıcı hesab edilə bilməz. Qeyd olunanlara əsasən apelly asiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı, onun nümayəndələri və vəkilləri Nümayəndə və X7 birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və apelyasiya şikayətinin rədd edilməsini xahiş etmişlər.

28. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(105)1821/2022 nömrəli qətnaməsi ilə (hakimlər-X2 (sədrlik edən və məruzəçi), X8 və X9) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflərin hər i kisinə torpaq sahəsinin daimi istifadəyə verilməsinə dair sərəncam verildiyi tarixdə qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Belə olan halda hazırkı iş üzrə Rayon İcra hakimiyyəti başçısının torpaq sahəsinin daimi istifadəyə verilməsinə dair sərəncamı verilməmişdən əvvəl torpaq ayrılması üçün sahə seçilməli, onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməli, qərar qəbul ediləndən sonra isə həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilməli idi. Lakin iş mat eriallarında göstərilən sənədlər mövcud deyildir. Bu fakt iş üzrə Xaçmaz Rayon İcra Hakimiyyətinin 12 sentyabr 2022-ci il tarixli, 1732 nömrəli məktubunda da öz təstiqini tapmışdır. Bu halda Xaçmaz Rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə iddiaçının daimi istifadəsinə verilmiş 0,006 ha torpaq sahəsinin harada yerləşməsini, sərhədlərini, hazırda mübahisələndirilən ərazi olmasını müəyyən etmək mümkün deyildir.

30. Mübahisəli tikiliyə gəldikdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, həmin tikili özbaşına tikilidir.

31. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının hüquq müəyyənedici sənədi mövcud olmadığından, daha dəqiqi iddia etdiyi torpaq sahəsinə dair hüquqları yaranmadığından, mövcud sənədlər ona indiki iddianı qaldırmağa hüquqi əsas vermir.

32. Məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, hazırkı iddianın təmin edilməməsi, heç də iş üzrə cavabdehin haqlı olması anlamına gəlməməlidir. İddiaçı qədər cavabdehin də həmin torpaq sahəsinə hüququ dövlət qeydiyyatına alınmadığı üçün həmin torpaq sahəsindən onun istifadəsi də qanunsuzdur. Məhkəmə kollegiyası, iddianı məhz ona görə təmin etmir ki, iddiaçının belə bir iddia qaldırmaq üçün hüququ yaranmamışdır.

33. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və iş üzrə mübahisənin həllinə dair yanlış nəticəyə gəlmişdir.

34. Kassasiya instansiyası öz mövqeyini Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 55, 65.2, 65.3, 65.6, 66.1, 68, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 2.1, 14.2, 77.1, 81, 88, 217.2, 417.1.3, 418.1, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(105)-1821/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının 05 sentyabr 2006-cı il tarixli 302/1 nömrəli sərəncamına daimi istifadəyə verilən 0.006 ha torpaq sahəsi məhz iddiaçının yaşadığı mənzilin qarşısında uzun müddət çəpərə alıb istifadə etdiyi dövlət torpaq fonduna aid torpaq sahəsidir. Göründüyü kimi, ayrılan torpaq sahəsinin yeri konkret olaraq sərəncamla müəyyən edilmişdir. Bundan əlavə həmin mənzilin iddiaçıya məxsus olması barədə hər hansı hüquq müəyyənedici sənədin olmaması barədə mövqe də yanlışdır. Belə ki, sərəncamda iddiaçıya məxsus mənzil ifadəsi qeyd olunmamış məhz yaşadığı mənzilin qarşısında istifadə etdiyi torpaq sahəsi vurğulanmışdır. Bu baxımdan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iddia tələbinin təmin edilməməsini Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə iddiaçının daimi istifadəsinə verilmiş 0.006 ha torpaq sahəsinin harada yerləşməsini, sərhədlərini, hazırda mübahisələndirilən ərazi olmasının müəyyən edilməsinin mümkün olmaması barədə qənaəti yanlış olmuşdur. Digər tərəfdən birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş 15 mart 2019-cu il tarixli 2(067)- 492/2019 nömrəli qətnaməsi ilə cavabdehin mübahisəli ərazidə 100 m torpaq sahəsindən istifadəsinə iddiaçı tərəfindən yaradılan maneələrə son qoyulması, hasarın sökülməsi və torpaq sahəsinə girişin qadağan olunması barədə iddiası təmin edilməmişdir. Qeyd olunan qətnamədə cavabdehin mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqlarının olmaması müəyyən edilmişdir. Belə ki, həmin iş üzrə iş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti İşləri Şöbəsinin 01 mart 2019-cu il tarixli 32 nömrəli məktubuna əsasən, cavabdehə Xaçmaz RİHB tərəfindən sözü gedən torpaq sahəsinin istifadəsinə və icarəsinə dair hər hansı sərəncam verilmədiyi, iddiaçıya isə RİHB-nın 05 sentyabr 2006-cı il 302/1 nömrəli sərəncamı ilə 0.006 ha torpaq sahəsi ayrıldığı və orada tikinti işlər inin aparılmasına icazə verilməsi, ayrılan torpaq sahəsinin sözü gedən mübahisəli ərazi olması müəyyən edilmişdir. Bu baxımdan bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddi hüquq normalarını pozmuş, mövcud sübutlara düzgün qiymət verməməklə prosessual hüquq normalarının tələblərini pozmuş, iddianı rədd etməklə iddiaçının mübahisəli torpaq sahəsinə mövcud olan sahiblik və istifadə hüququnu əhəmiyyətsiz etmişdir.

37. Kassator şikayətini “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 157.4, 157.8, 158.2, AR Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin AR Mülki Prosessual Məcəlləsinin 88, 82.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin

39. Maddə 20.

1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.

2. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntə qələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir.

40. Maddə 55.Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

41. Maddə 65.(İddiaçının istifadəsinə torpaq sahəsi verilməsi barədə sərəncamın verildiyi 05 sentyabr 2006-cı ildə qüvvədə olan redaksiya)( 28 oktyabr 2008-ci il tarixli 709İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 65-ci maddənin 3-cü bəndin birinci cümləsi çıxarılmışdır.)

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

42. Maddə 66.

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

43. Maddə 68.(İddiaçının istifadəsinə torpaq sahəsi verilməsi barədə sərəncamın verildiyi 05 sentyabr 2006-cı ildə qüvvədə olan redaksiya) ( 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 68-ci maddədə "yerquruluşu planlarının və təsvirlərinin" sözləri "planı və ölçüsünün" sözləri ilə əvəz edilmişdir.)Torpaq s ahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

45. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr alınm adan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

46. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmayan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğ unu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəmə si tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Belə ki, işə ikinci dəfə baxan apelyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin də göstərişlərinə uyğun olaraq müəyyən etmişdir ki, tərəflərin hər ikisinə torpaq sahəsinin daimi istifadəyə verilməsinə dair sərəncam verildiyi tarixdə qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Belə olan halda hazırkı iş üzrə Rayon İcra hakimiyyəti başçısının torpaq sahəsinin daimi istifadəyə verilməsinə dair sərəncamı verilməmişdən əvvəl torpaq ayrılması üçün sah ə seçilməli, onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməli, qərar qəbul ediləndən sonra isə həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilməli idi. Lakin iş materiallarında göstərilən sənədlər mövcud deyildir. Bu fakt iş üzrə Xaçmaz Rayon İcra Hakimiyyətinin 12 sentyabr 2022-ci il tarixli, 1732 nömrəli məktubunda da öz təstiqini tapmışdır. Bu halda Xaçmaz Rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə iddiaçının daimi istifadəsinə verilmiş 0,006 ha torpaq sahəsinin harada yerləşməsini, sərhədlərini, hazırda mübahisələndirilən ərazi olmasını müəyyən etmək mümkün deyildir.

61. Mübahisəli tikiliyə gəldikdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, həmin tikili özbaşına tikilidir.

62. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi nə dair iddiaçının hüquq müəyyənedici sənədi mövcud olmadığından, daha dəqiqi iddia etdiyi torpaq sahəsinə dair hüquqları yaranmadığından, mövcud sənədlər ona indiki iddianı qaldırmağa hüquqi əsas vermir.

63. Məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, hazırkı iddianın təmin edilməməsi, heç də iş üzrə cavabdehin haqlı olması anlamına gəlməməlidir. İddiaçı qədər cavabdehin də həmin torpaq sahəsinə hüququ dövlət qeydiyyatına alınmadığı üçün həmin torpaq sahəsindən onun istifadəsi də qanunsuzdur. Məhkəmə kollegiyası, iddianı məhz ona görə təmin etmir ki, iddiaçının belə bir iddia qaldırmaq üçün hüququ yaranmamışdır.

64. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və yuxarıda göstərilənlərlə əlaqədar əlavə dəyərləndirmə aparılmasına lüzum gö rmür.

65. Kassasiya şikayətinin Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(067)-492/2019 nömrəli qətnaməsinin iddiaçının torpaq sahəsinə hüququnun olmasını təsdiq edən sübut olması barədə dəlilinə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil əsassızdır.Belə ki, Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(067)-492/2019 nömrəli qətnaməsi ilə Cavabdeh mübahisəli ərazidə 100 kv metr torpaq sahəsindən istifadəsinə hazırkı iş üzrə iddiaçı tərəfindən törədilən maneələrə son qoyulması, hasarın sökülməsi və torpaq sahəsinə girişin qadağan olunması barədə iddiası ona görə rədd edilmişdir ki, Cavabdeh torpaq sahəsinə dövlət reyestrində qeydiyyata alınmış hər hansı hüququnun olmaması müəyyən edilmişdir, qətnamədə məhkəmə nin cavabdeh İddiaçı torpaq sahəsinə hüquqlarının olması barədə qənaətə gəlməsi öz əksini tapmamışdır.

66. Qeyd olunanlara əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edil məsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2022-ci il tarixli 2 (105)-1821/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar