Məhkəmə qərarları › İş №2(102)-739/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-739/2025

25.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-739/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinə dair tələblər; kassasiya şikayətinin geri qaytarılması, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduqda.) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və sair tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü 29 dekabr tarixli 2(103)-3699/2024 nömrəli qərardadından iddiaçı tərəfin dən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı əmrin ləğvi, işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi və sair tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Xətai Rayon Məhkəməsinin 2023-cü il 16 mart tarixli 2(011)-24/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2023-cü il 12 sentyabr tarixli, 2(103)-3820/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Ali Məhkəmənin Mülki Kollegiyasının 2024-cü il 13 mart tarixli 2(102)-383/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2024-cü il 5 noyabr tarixli 2(103)-3699/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin olunaraq iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, işə bərpa olunacağı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsi, ödənilməli olan əmək haqqı, son haqq-hesab, əmək haqqının gecikdirilməsinə görə hesablanmış faiz, hüquqi yardım və mediasiya prosesi ilə əlaqədar çəkilmiş xərclərin əvəzi olaraq ümumilikdə 33.029,44 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

6. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 33.029,44 manat pulun ödənilməsi hissəsində ləğv edilərək, həmin hissədə 35.738,55 manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının 2024-cü il 29 dekabr tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

8. Məhkəmə tərkibi mövqeyini Mülki-Prosessual Məcəllənin 402 və 408.1.1-ci maddələrinə istinad edərək belə əsaslandırmışdır ki iddiaçının mübahisələndirdiyi hissə üzrə iddianın qiyməti 2709,11 manat (35.738,55 – 33.029,44) təşkil edir ki, belə olduğu halda qətnamədən kassasiya şikayəti verilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəl illəri a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, şikayətin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Şikayətin ilkin dəlili Konstitusiyanın 60-cı maddəsinə istinad edilməklə belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyd olunan hissəsindən kassasiya şikayəti verilə bilməməsi iddiaçının məhkəmə müdafiəsi hüququnu pozur. Həmin maddənin 1-ci hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

11. Kassatorun digər dəlilinə görə, onun mübahisələndirdiyi hissənin qiyməti 5.000 manatdan çoxdur. Belə ki, o şikayətində 2709,11 manat məbləğində pulun deyil, 35.738,55 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir. b) Kassa siya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı etiraz göndərərək Cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edilən dəlillərin əsassız olduğundan nəzərə alınmamasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 14.Maddə 408.1. Kassasiy a şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;

15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 16.Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən s axlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Kassasiya şikayətini qaytarmaqla apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mübahisələndirdiyi hissə üzrə iddianın qiyməti 5.000 manatdan azdır.

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin kassasiya şikayətini qaytarması MPM-in 402.1 və 408.1.1-ci maddələrinin tələblərinə uyğ un olub.

21. Belə ki, kassasiya şikayətinin iddianın qiymətinin 5.000 manatdan çox olması barədə dəlili əsaslı deyildir.

22. İşdən görünür ki, apellyasiya məhkəməsi iddiaçıya ümumilikdə 33.029,44 manatın ödənilməsi barədə nəticəyə gəlmişdir, iddiaçı isə həmin məbləğin 35.738,55 manat məbləğində olmalı olduğu bildirir. Lakin iddiaçının mübahisələndirdiyi hissənin qiyməti (35.738,55 – 33.029,44=2.709,11) 5.000 manatdan az olduğundan, onun bu barədə dəlili əsaslı sayıla bilməz.

23. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.

24. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıda göstərilənləri və Mülki Prosessua l Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü 29 dekabr tarixli 2(103)3699/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar